RSS
 

Login:
Şifrə:
» » Azərbaycan telekanalları: şoumen din xadimləri, savadsız müğənnilər, küçə uşaqları

Xəbər lenti

Qəm-qüssə zamanı oxunan dua
Qəm-qüssə zamanı oxunan dua...
Dostluğa layiq olmayan kəslər
Dostluğa layiq olmayan kəslər...
Özünü tərbiyə və təqva
Özünü tərbiyə və təqva...
Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi
Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi...
Hacı Sahib - Cümə Xütbəsi - Vəsilə axtarmaq (14-cü hissə) (26.04.2024)
Hacı Sahib - Cümə Xütbəsi - Vəsilə axtarmaq (14-cü hissə) (26.04.2024)...
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Azərbaycan telekanalları: şoumen din xadimləri, savadsız müğənnilər, küçə uşaqları

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 7-10-2015, 23:30 | Şərh sayı: (0) | Baxılıb: 399

Azərbaycan telekanalları: şoumen din xadimləri, savadsız müğənnilər, küçə uşaqları


Azərbaycan telekanalları: şoumen din xadimləri, savadsız müğənnilər, küçə uşaqları


Milli-mənəvi dəyərləri bilmədikləri üçün də bu cür verilişlər onların efirindən yayımlanır. Biz Azərbaycan efirini bayağı, şit şou verilişlərindən xilas etməliyik. Təbii ki, şou özü-özlüyündə bütün dünyaya xas olan veriliş tiplərindən biridir. Amma çox təəssüf ki, dünyada artıq şou bütün fəaliyyət sahələrinə aid edilir. Yəni ciddi məsələlər hər yerdə qeyri-ciddiyə çevrilərək şou halına gətirilir. Bu özünü siyasətdə, iqtisadiyyatda, hüquqda, dində, hətta elmdə də göstərir. Çox təəssüf ki, bu belədir.
Şoumenə dönən din xadimləri

Milli.Az APA-ya istinadən bildirir ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmlinin dediyinə görə, efirə dəvət olunan din xadimi qısa müddətdən sonra din üzrə şoumenə, hüquqşünas hüquq üzrə şoumenə, psixoloq psixologiya üzrə şoumenə çevrilir. Bu çox pis tendensiyadır. Cəmiyyətdə dəyərsizləşmə gedir. Bir növ insanları zəhmət tələb etmədən, çox asan, ucuz yolla cəmiyyətdə özünə yer, mövqe tutmağa şirnikləndirir. Biz bu tendensiyanın qarşısını almalıyıq. Çox təəssüf ki, ANS kanalı digər kanallardan fərqli olaraq 90-cı illərin ab-havası ilə yaşayır. Sanki, onların etdikləri hər şey doğrudur. Heç kim onlara bir söz deyə bilməz. Bilirsiniz, dünənə qədər etdiyin işə görə sağ ol. Amma bu gün gördüyün işə görə cavab ver. Bəli, 90-cı illərin əvvəllərində ANS yeganə özəl kanal idi. O vaxt başqa özəl kanal yox idi.
"Azərbaycan həqiqətləri ilə bağlı dövlət televiziyasına nisbətən alternativ fikirlər yayımlayırdı. O dövr bu kanal üçün böyük imkanlar yaratmışdı və o kanala yaranmış imkanlardan bu kanal böyüdü. Bəli, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında ANS kanalının xidmətləri var. Amma eyni zamanda, ANS Azərbaycan efirinə ilk dəfə pornoqrafik film gətirən, ilk ən aşağı səviyyəli yumoristik verilişlər verən, efirində ən ədəbsiz ifadələr işlədilən, cinsi azlıqların həyat tərzini adi bir iş kimi göstərən bir kanaldır. Hər ikisi bunda var. Biz görülən işlərə "sağ ol" deyirik, amma bu gün bu nöqsanlar varsa, o nöqsanlara görə cavab verməlisən", - N.Məhərrəmli deyib.

Küçə uşaqları, ədəbsiz lətifələr

MTRŞ sədrinin sözlərinə görə, "Sevimli şou", "Məchulu tapın", "5-də 5", "Ay zaur", "Zarafatsız şou", "Hər şey daxil" verilişləri diqqət mərkəzindədir. Bilirsiniz, Azərbaycanda qara yumor efirdən silinməlidir. Çox təəssüf ki, bizim gənc aktyorların çoxu özünü yumor sahəsində, pis tərəfdən göstərirlər. Əvvəllər küçə uşaqları tində lətifə danışardılar. İndi həmin lətifələri efirə gətiriblər. Bunlar efirdən birdəfəlik silinməlidir. Bizim müğənnilərlə də bağlı ciddi işlərimiz olacaq. Savadsız müğənnilərin üzərində veriliş qurulmamalıdır. Dosyedə ANS-də hansı tarixdə qanun pozuntusu olduğu bir-bir göstərilir. Hətta burada şeirlər var.
N.Məhərrəmli daha sonra deyib: "Çox ədəbsiz şeirlər, normal insan bunları qəbul edilə bilməz. Bunlar "Komedi Az" və "Bu da bu"da gedib. Bunlar, sanki, Qərbin xüsusi dairələrinin xoşuna gəlmək üçün hətta cinsi azlıqlarla bağlı məsələni Azərbaycanda adiləşdirirlər. Başqa ölkələrin parlamentləri cinsi azlıqların evliliyi ilə bağlı qətnamələr qəbul edir. Onlar Azərbaycanda həmin şəxsləri efirə dəvət etmək, həmin şəxslərlə bağlı verilişlər və yaxud rollar qoymaqla, sanki, insanları buna hazırlayırlar. Bu çox pis tendensiyadır və bunun da qarşısı qətiyyətlə alınacaq".

Tərif oxuyan ziyalılar

MTRŞ sədrinin fikrincə, fiziki və psixi qüsuru olan, öz hüquqlarını bilməyən insanlar heç vaxt qeyri-ciddi formada şouya qoyulub alçaldılmamalıdır, təhqir olunmamalıdır. Amma bu verilişlərdə musiqinin müşayiətiylə bəzən günlərlə eyni adamı efirdə göstərməklə müxtəlif formada, hətta verilişə dəvət olunmuş ekspertlərin qınaqları, bəzən o qınaq təhqirlər formasında alçaldıcı formada verilib: "Bu efirdən görünür. Çox təəssüf ki, bizim bəzi ziyalılarımız televiziya kanallarının hansına gedirlərsə, o televiziya kanalını tərifləyirlər. ANS-ə gedərkən ANS bir nömrəli kanal, ATV-yə gedərkən ATV bir nömrəli kanal, "Space"yə gedərkən isə "Space" bir nömrəli kanal olur. "Xəzər"ə gedəndə "Xəzər"i, "Lider"ə gedəndə "Lider" telekanalını tərifləyirlər. Amma oradan çıxandan sonra başqa yerdə Azərbaycan efirindəki nöqsanlardan danışırlar. Bu, çox pis tendensiyadır. Buna təəssüf edirəm. Azərbaycanda bütün məsələlərdə ən böyük iş ziyalıların üzərinə düşür. Ziyalılarımız isə bu məsələlərdə qeyri-ciddiliyə yol verirlər. Amma istənilən şəxsin, istər adi vətəndaşın, istər millət vəkili, istər tanınmış sənətçi olsun, biz onların fikirlərinə həmişə hörmətlə yanaşırıq. Amma biz dövlət qurumu kimi öz üzərimizə düşən işi görməkdə israrlıyıq və hesab edirəm ki, Azərbaycan efirindəki bayağı, şit, süni qalmaqal yaradan verilişləri dayandırmaqda haqlıyıq".

Milli.Az



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor