RSS
 

Login:
Şifrə:
» » Əmr ibn Həmiqin həyat yoldaşı Aminə Müaviyənin zindanında

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Əmr ibn Həmiqin həyat yoldaşı Aminə Müaviyənin zindanında

 
Müəllif: Admin | Bölmə: Xanimlar üçün | Vaxt: 23-01-2016, 20:52 | Şərh sayı: (0) | Baxılıb: 371

Əmr ibn Həmiqin həyat yoldaşı Aminə Müaviyənin zindanında


Əmr ibn Həmiqin həyat yoldaşı Aminə Müaviyənin zindanındaƏmr ibn Həmiq Həzrət Əlinin (ə) qoçaq və ixlaslı dostlarından idi. Həzrət İmam Əli (ə) şəhid olandan sonra, o, həmişə və hər bir fürsətdə Müaviyəni ifşa edib camaatı onun əleyhinə qaldırırdı. Onun bu hərəkəti Müaviyənin qulağına çatdı. Müaviyə Kufədəki valisi Ziyada yazdığı məktubunda tə`kid etdi ki, hər bir imkandan istifadə edib onu tutub qətlə yetirsin. Əmr Müaviyənin cəlladlarının əlindən gizlənərək gizlin şəkildə fəaliyyət göstərirdi. O, axırda Müaviyənin Mosuldakı valisi Əbdürrəhman ibn Osmanın vasitəsi ilə tutuldu. Onun həyat yoldaşı Aminəni isə Ziyadın əmri ilə ərinin gizləndiyi yeri demədiyinə görə tutmuşdular. Müaviyə (Mosulun valisi) Əbdürrəhmana yazdı: "Əmrə iki yol təklif et! Ya Əlidən (ə) imtina, ya da ölüm”. Əbdürrəhman bu tapşırığı Əmrə bildirdikdə Əmr cavabında dedi: "Əlidən (ə) imtina etmək (yə`ni mümkün olmayan şeydir). Çünki O, haqdır, Müaviyə isə batil. Amma mən ölməyə hazıram. Tezliklə Allahın, Peyğəmbərin (s) və Əlinin (ə) hüzurunda olacam və Müaviyədən intiqam alacam”. Daha Əmrə imkan verməyib onu məzlumcasına öldürdülər. Ona hətta iki rəkət namaz qılmağa da icazə vermədilər. Beləliklə, o, Əlinin (ə) yolunda öz qanına boyandı, onun başını bədənindən ayırıb Müaviyə üçün göndərdilər. Azadlıq sevən insanlar, o cümlədən İmam Hüseyn (ə) Müaviyəyə yazdığı məktubunda onun bu zülmünü pisləyib məhkum etdilər. Müaviyənin sarayında kasa yalayanlardan biri ona dedi: "Yaxşı olar ki, Əmrin başını zindandakı qadını Aminəyə aparıb yarasına duz səpək və dediyi bütün şər sözlərin intiqamını alaq”. Aminənin göstərdiyi rəşadətlərdən çox narahat olan Müaviyə bu təklifi qəbul etdi. Əmrin başını zindana aparıb Aminənin üstünə atdılar. Aminənin gözü Əmrin başına sataşanda, onun qəhrəmanlıqlarını yada salıb göz yaşı axıtdı. Bu vaxt dedi: "Ərimi bir neçə müddət məndən gizlətdiniz. İndi isə başını mənim üçün hədiyyə gətirmisiniz. Ey mənim ömür-gün yoldaşım, xoş gəlmisən! Mən səni heç vaxt yaddan çıxartmayacam”. Sonra mə`mura dedi: "Müaviyəyə de ki, tezliklə ərimin qanının intiqamını səndən alacam. Müaviyə çox böyük günaha batıb. Tezliklə Allahın qəzəb və əzabı onu tutacaq”. Sonra o, ərinin başını bağrına basıb bir neçə söz dedi. Mə`mur Aminənin sözünü Müaviyəyə çatdırdı. Müaviyə əmr verdi ki, onu qəsrinə gətirsinlər. Bərk qəzəblənmiş Müaviyə Aminəyə dedi: "Eşitmişəm mənim barəmdə belə bir sözlər demisən? Bir halda ki, bizim əlimizdə olduğunu yaxşı bilirsən”. Aminə dedi: "Bəli, bilirəm və İlahi əzab sənin başının üstündədir”. Müaviyə Aminənin alovlu sözlərinin müqabilində tab gətirməyib əmr etdi ki, onu oradan uzaqlaşdırsınlar. Aminə məclisdən çölə çıxanda dedi: "Təəccüb edirəm ki, Müaviyənin bizimlə söhbət etmək qüdrəti yoxdur və əliylə işarə edir ki, məni çölə çıxartsınlar”. O qapının ağzına çatmamış Müaviyə əmr etdi ki, Aminəni qaytarsınlar. Onu yenidən Müaviyənin yanına apardılar. Müaviyə əmr etdi onun qabağına qızıl-gümüş töksünlər. Aminə üzünü onlardan çevirdi və dedi: "Ey Müaviyə! Üzün qara olsun. Ərimi öldürdün, indi də məni mükafatlandırırsan. And ola Allaha! Bunların yüz bərabəri qədər olsa da, ərimin bir dırnağı ilə belə dəyişmərəm”. Müaviyə güldü və dedi: "Əlidən (ə) uzaq ol, səni azad edim”. Aminə Əlinin (ə) adın eşidəndə gözləri yaşardı və ağlayaraq Müaviyənin üstünə qışqırıb fəryad qopardı: "Ey Müaviyə! Gör necə də dəhşətli təklif irəli sürürsən. Pərvərdigara! Bil ki, Əli (ə) yox, Müaviyə lə`nətə layiqdir”. Müaviyə xəcalət çəkdi. Əmr etdi Aminəni təzədən zindana apardılar. Bir neçə müddətdən sonra əmr etdi ki, onu zindandan azad etsinlər və İraqa qaytarsınlar. Məbada Şam camaatı (Müaviyənin nəzərincə) onun şər sözlərini eşidib, Müaviyənin əleyhinə qiyam etmək fikrinə düşərlər.


Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor