RSS
 

Login:
Şifrə:
» » İmam Zaman (ə.f) Xəzra adasındamı yaşayır?

Xəbər lenti

Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






İmam Zaman (ə.f) Xəzra adasındamı yaşayır?

 
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 2-11-2015, 11:17 | Şərh sayı: (0) | Baxılıb: 590

İmam Zaman (ə.f) Xəzra adasındamı yaşayır?


İmam Zaman (ə.f) Xəzra adasındamı yaşayır?


Maraqlı və aktual mövzulardan biri də İmam Mehdinin (ə.f) harada məskunlaşmasıdır. Bu məsələ Cəzirətul-Xəzra ─Xəzra adaları barədəki fikirlərin formalaşmasına səbəb olmuşdur.
Bəzi qaynaqlarda Xəzra adalarının İspanıyanın cənubunda qədim tarixi mənbələrdə “Əndəlüs qapısı” kimi tanınan Cəbəllüttariq boğazı ətrafında yerləşdiyi qeyd edilmişdir. Şiə mənbələrində bu adaların İmam Mehdinin (ə.f) məskunlaşdığı bir məntəqə olması barədə fikirlər Səfəvi dönəmindən formalaşmağa başladı. Bu barədəki məlumatlar şiə hədis mənbələrində iki cür qeyd olunur:

1. 691-ci qəməri ilinin Şəvval ayının 11-də Zeynuddin Əli ibn Fazil Mazandaranin başına gələn əhvalat.

O bu hadisəni 699-cu qəməri ilinin Şaban ayının 15-də Nəcəf şəhərində olarkən Fəzl ibn Yəhya Təyyibə danışır. Əlbəttə, qeyd edək ki, Fəzl ibn Yəhya bu tarixdən öncə bu hadisəni Şəmsuddin Nəcih Hilli və Cəlaluddin Əbduddin Həvam Hilli adlı başqa iki şəxs tərəfindən də eşitmişdir. Fəzl İbn Yəhya bu hadisəni eşitdikdən sonra qələmə alır və bu da şiə alimlərininin diqqətini cəlb edəcək bir kitab halına düşür. Əhvalatın xülasəsi belədir:
“Zeynulabidin özünün Hənəfi məzhəbli ustadlarından biri ilə Misirə səfər edir. Ordan da Əndəlüsə və onun ətraf adalarına səyahət edir. Səfər əsnasında camaatdan Cəzair əl-Rafizə ─Rafizə adaları─ adlı adanın olduğunu eşidir və ora getmək qərarına gəlir. 3 gün səfərdən sonra divarları və qalaları olan bu adalara çatır. Oranın camaatının şiə olduğunu görür. Onlardan soruşur: “Sizin dolanışığınız necədir? Azuqəniz haradan gəlir?” “Azuqəmiz İmam Zamanın (ə.f) övladları yaşayan və Ağ dənizdə yerləşən Xəzra adalarından gəlir. Bura ilə həmin adanın arasındakı məsafəni qət etmək 4 ay çəkir.”-deyə cavab verirlər. Zeynulabidində oraya səfər etmək marağı yaranır. Bu məntəqəyə azuqə gətirən karvanla Xəzra adalarına yollanır. Oraya yetişdikdə adanın yaşıllıq, gül-çiçəkli və çox gözəl olduğunu görür. Adada özünü İmam Zamanın (ə.f) xüsusi naibi kimi təqdim edən Seyid Şəmsuddin Muhəmməd Alim adlı bir şəxslə görüşür. Onunla Seyid Şəmsuddin arasında diskusiya, sual-cavab yaranır. Seyid Şəmsuddinin ətrafındakılar onu İmam Zamanın (ə.f) nəvələrindən biri kimi təqdim edirlər. Əhvalatın davamında da onlar arasınadakı sual-cavab və müzakirəni əks etdirən mövzular qeyd edilir.” [1]
Bu kitabın orijinalı ərəbcə olmuşdur. Onun fars dilində tərcüməsinin isə Şeyx Ağabozorg Tehrani Mühəqqiq Kərəkiyə (vəfatı 940 h.q), bəziləri isə Mir Şəmsuddin Muhəmməd ibn Əsədullah Şüştəriyə aid olduğunu söyləmişlər. [2]

2. Başqa bir əhvalatı isə Muhəddis Nuri “Cənnətül-Məva” kitabında nəql etmişdir.

Oxşar əhvalat ilk dəfə 543-cü qəməri ilində Kəmaluddin Əhməd ibn Muhəmməd ibn Yəhya Ənbarinin də başına gəlmişdir. Mühəddis Nuri bu əhvalatı Şərif Zahid Muhəmməd ibn Əli Ələvinin “ət-Təazi” və Bəyazinin “Siratul-müstəqim” kitablarına istinadən nəql edir. Həmçinin Muhəddis Nuri bu əhvalatı Seyid Nemətullah Cəzairinin Əli ibn Fəthullah Kaşaninin Şərif Zahid Ələviyə istinadən nəql etdiyi “Ənvarul-Nömaniyyə” kitabına istinadən nəql edir.
Muhəddis Nurinin nəql etdiyi əhvalatın xülasəsini təqdim edirik:
Əhməd ibn Muhəmməd Yəhya Ənbari belə deyir: “Bir gecə vəzir Əvnuddin Yəhya ibn Hübeyrənin evində idik. Bizdən başqa qonaqlar da var idi. Həmin cəmdə tanımadığımız bir şəxs var idi. Vəzir ona çox ehtiram edirdi. Məclisin sonunda vəzir şiələri məzəmmət etməyə başladı. Söhbət bu yerə çatdığında həmin tanımadığımız şəxs “sizə bir əhvalat” danışmaq istəyirəm” dedi və söhbətə başladı. Bahiyyə şəhərindən bir qrup insanla dəniz səhayətinə çıxdıq. Elə bir adaya gəlib çıxdıq ki, heç kapitanın da o adadan xəbəri yox idi. Soraqlaşıb adanın adının “Mübarəkə” olduğunu öyrəndik. Adanın “Tahir” adlı sultanı da vardı. Onun sarayının yerini soruşduqda bizə “Zahirə” adlı bir məntəqədə yerləşdiyini dedilər. Mübarəkə adası ilə həmin məntəqə arasındakı məsafə quru yolu ilə on gün, on gecə, dəniz yolu ilə isə iyirmi beş gün, iyirmi beş gecədir. Oranın camaatının da müsəlman olduğunu öyrəndik.
Sultanın şəhərdəki naibinin kim olduğunu soruşduqda onun “Saleh” adlı birisi olduğunu dedilər. Onun yanına getdik. O, yəhudi və məsihilərdən cizyə vergisi almaq istədi. Bir qrupu isə malı halal olan xarici (dindən çıxmış) adlandırdı. Ondan bizi sultanın yanına aparmasını istədik. O da sözümüzü qəbul etdi və biz Zahirə şəhərinə tərəf yola düşdük. Ora çox gözəl və səfalı şəhər idi. Tahirin yanına getdik. O özünü İmam Zamanın (ə.f) övladı kimi təqdim etdi. Zahirə şəhərindən sonra “Qariyə” adlı bir şəhər vardı. Onun da sultanı İmam Zamanın (ə.f) oğlu Qasim idi. Ondan sonra sultanı İmamın (ə.f) oğlu İbrahim olan “Safiyə” şəhəri var idi. Ondan sonra “Zəlum” və “Ənatis” adlı iki şəhər var idi. Bu şəhərlərin də hakimləri İmamın (ə.f) oğlanları olan Əbdürrəhman və Haşim idi. Bu beş şəhərdə yaşayanlar ancaq şiələr idi.
Biz adada bir il yaşadıq. Vəzir əhvalatı eşitdikdə bu əhvalatı heç yerdə danışmayaq deyə, bizi təhdid etdi.” [3]
Müasir dövrümüzdə də Xəzra adası barədəki fikirlər elmi müzakirə və mübahisə obyektinə çevrilmişdir. Bu barədə ərəb dilində “Şeyx Məclisinin “Biharul-Ənvar” kitabında Bermud üçbucağı...” adlı kitab da nəşr edilmişdi. Bu kitaba ərəb və fars dillərində kifayət qədər təkziblər də yazılmışdır.
Mövzunun təhlili və təkzibi.
Xülasə də olsa, mənbələrimizdə qeyd olunan bu əhvalat barədə danışdıq. İndi isə onları araşdırdıqdan sonra əldə olunan nəticələri sizlərlə bölüşürük:
1. Bu əhvalatların baş verdiyi iddia olunan 6 və 7–ci əsrlə 11-ci əsr arasında əlaqə yaratmaq qeyri-mümkündür. Çünki əhvalat qədim mühəddislərin yazdığı nüxsələrdən köçürülüb. Bu barədə nə mötəbər hədis var, nə də hədis nəql etmək icazəsi olan ravilərin silsilə sənədi.

2. Əhvalatların məzmunu , forması, üslubu insan zehnində, sanki, baş verənlərin bir macəra və nağıl olduğunu canlandırır. Bu da hədis üslubu və nəqlinə yad bir formadır. Bu əhvalat hədisdən çox, güclü fantaziyaya malik bir şəxsin quraşdırdığı nağıla bənzəyir.

3. Bu adalar barədə, hətta hazırkı yüksək axtarış texnologiyalarına malik elm və texnika dövründə belə heç bir məlumat yoxdur. Əgər belə bir ada mövcud olsaydı, indiyə qədər araşdırılar və tədqiqat olunardı.

4 Bu məsələ üzərində etiqad formalaşdırmaq olmaz. Çünki İmamın məskunlaşdığı yer və onun ailəsi barədəki fikirlər tarixi mövzulardır. Bunların əqidə ilə heç bir əlaqəsi yoxdur. Əqidə mövzuları əhəmiyyətli olduğu üçün onların isbatından ötrü mötəbər və tutarlı arqumentlərə ehtiyac var.
Buna görə də Xəzra adaları barədə nəql olunan əhvalatlar heç bir elmi əsasa söykənmədiyindən İmam Mehdinin də (ə.f) bu adalarda məskunlaşması öz təsdiqini tapmır.


Bəhruz Camal
Imamzaman.az

[1] Biharul-Ənvar, c/52, səh/152-174
[2] Əz-Zəriə ila təsanif əl-şiə, c/4, səh/93
[3] Cənnətül-məva, səh/53



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor