RSS
 

Login:
Şifrə:
» » Əsrin imamı ilə əlaqədar on beş suala cavab

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Əsrin imamı ilə əlaqədar on beş suala cavab

 
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 20-10-2015, 17:03 | Şərh sayı: (0) | Baxılıb: 1319

Əsrin imamı ilə əlaqədar on beş suala cavab


Əsrin imamı ilə əlaqədar on beş suala cavab


Həzrət Mehdi (əc.) haqqında verilən suallar çoxdur. Biz bütün bunların içərisindən mühüm olan on beşini seçir və onları qısa şəkildə cavablandırırıq:
1. Qur`anda İmam Mehdi Sahibəzzamanla (əc.) bağlı ayələr varmı?
Cavab: Bəli. Qur`anda bir çox ayələrdə buna işarə edilmişdir. Mə`sum imamlardan bizə yetişən çoxsaylı rəvayətlərə əsasən, o ayələrin tə`vili, yə`ni batini mə`nası İmamın (əc.) hökumətinə işarə edir.
Qəsəs surəsinin 5-6-cı, Nur surəsinin 56- cı və Ənbiya surəsinin 9-cu ayələrini buna misal gətirmək olar.
Nümunə üçün, Qəsəs surəsinin 5-ci ayəsində oxuyu-ruq:
"Biz zəiflədilmiş kəslərə ne`mət bəxş etməyi və onları yer üzünün sahibi etməyi iradə etdik".
Bu ayənin zahiri mə`nası həzrət Musanın (ə) qövmü ilə əlaqədar olsa da, batini mə`nası həzrətin (əc.) höku-mətinə işarədir.
Həzrət Əli (ə) buyurmuşdur:
"Bu ayədə Allahın xalqa rəhbər edəcəyi zəiflədil-mişlərdən məqsəd biz Əhli-beytik. Allah bu nəslin Meh-disini (əc.) göndərərək, onlara izzət, düşmənlərinə isə zil-lət bəxş edəcək".
Nəhcül-bəlağə kitabında da bu mətləbə işarə olunmuşdur. Həzrət Əli (ə) bu kitabda buyurmuşdur:
"Dünya fitnə-fəsadlardan sonra dəvənin öz sağı-cısına süd vermədiyi və onu öz balasına saxladığı ki-mi, bizə tərəf meyl göstərəcək".
Sonra isə qeyd olunan ayəni oxudu.
2. Zühura e`tiqad yalnız şiələrəmi məxsusdur?
Cavab: Xeyr. Demək olar ki, bütün dinlərdə, axırüz-zamanda zühur edərək dünyaya nicat verəcək bir islahe-diciyə e`tiqad mövcuddur.
Qur`anda da bir çox ayələrdə bu mətləbə işarə olun-muşdur. Ənbiya surəsinin 105-ci ayəsində oxuyuruq:
"Tövrat kitabından sonra Zəburda yazdıq ki, ləyaqətli bəndələrim yer üzünün hakimi olacaqlar".
Bu əqidə hətta Tövratda, İncildə, hindu və zərdüştlük kitablarında, o cümlədən çinlilərin, qədim misirlilərin və qərb əhalisinin arasında da mövcuddur.
Rəvayət olunduğu kimi, həzrət İsanın (ə) tərəfdar-larından bir qrupu o həzrətin hüzurunda ikən, ondan dün-yanın axırının necə olacağı barədə soruşdular. Həzrət İsa (ə) onların cavabında buyurdu:
"Məndən sonra Allah tərəfindən Əhməd (ə) adlı bir peyğəmbər gələcək ki, onun övladlarından biri insanlara Allahın höccəti olacaq. O, yer üzü zülm və sitəmlə dolduqdan sonra qiyam edəcək və dünyanı haqq-ədalətlə dolduracaq. Mən o həzrətin zühurun-dan sonra göydən yerə enəcəyəm və mənim zühurum qiyamətin başlanmasının əlaməti olacaq".
3. Beş yaşlı uşaq necə imam ola bilər?
Sual: Atası İmam Həsən Əsgəri (ə) vəfat edən zaman həzrət Mehdinin (əc.) beş yaşı var idi. Necə ola bilər ki, beş yaşlı uşaq imam olsun?
Cavab: Biz bu sualın cavabını izahlı şəkildə azyaşlı imam ünvanında "İmam Cavadın (ə) həyatına baxış” kitabında vermişik. Sözün qısası budur ki, sonsuz qüdrət və hikmət sahibi olan Allah, imamət ləyaqətini azyaşlı bir uşağın vücudunda da yerləşdirə bilər.
Bə`zən dünyada, adi xalq arasında İbn Sina və Tomas Yonq kimi qeyri-adi fitri iste`dada malik olan azyaşlı uşaqlar da vardır ki, onların bir aydakı fikri inkişafı, başqalarının on ildəki fikri inkişafına bərabərdir. Buna görə də, bu iş qeyri-mümkün işlərdən sayılmır.
Həzrət Mehdidən (əc.) də əvvəl İmam Cavad (ə) və İmam Hadi (ə) də uşaq yaşlarında imamət məqamına yetişmişdilər. Peyğəmbərlər arasında isə, həzrət İsa (ə) və Yəhya (ə) uşaq yaşlarında peyğəmbərlik məqamını əldə etmişdilər. Məryəm surəsinin 12-ci və 30-cu ayələrində bu mətləbə işarə olunmuşdur.
4. Həzrət Mehdinin (əc.) mübarək adını çəkmək olarmı?
Bir çox rəvayətlərə görə, həzrət Mehdinin (əc.) müba-rək adını İslam peyğəmbərinin adı olan "Məhəmməd” adı ilə tələffüz etmək qadağan olunmuşdur. Buna görə də, onun adını bu qaydada (M-H-M-D) yazırlar. Onun adını çəkmək haramdırmı? Haramdırsa, səbəbi nədir?
Cavab: Bu, fiqhi bir məsələdir. Alim və fəqihlərin bə`ziləri rəvayətləri araşdırarkən belə nəticəyə gəlmişlər ki, imamlar o həzrətin adını çəkməyi yalnız çox sıxıntılı və xətərli dövrdə, onun düşmənlərdən qorunması üçün qadağan etmişlər. Lakin indiki dövrdə buna ehtiyac yox-dur.
Buna əsasən, naiblərdən biri həmin sualı müqəddəs nahiyədən soruşarkən, həzrət Mehdi (əc.) tərəfindən belə cavab gəldi:
"Əgər onlara adı söyləsəniz, onu yayar, yerini biləndən sonra (qətlə yetirmək üçün-red.) onun əleyhinə qalxarlar".
Buna görə də, hətta İmam Həsən Əsgəri (ə) özü də, təqiyyəyə (ehtiyata) ehtiyac olmadığı zaman həzrətin mübarək adını dilə gətirərdi. O cümlədən, rəvayətlərdə qeyd olunduğu kimi, İmam Həsən Əsgəri (ə) səhabə-lərindən bə`ziləri üçün qurbanlıq bir qoyun göndərərkən buyurardı:
"Bu, oğlum Məhəmmədin qurbanlığıdır".
Böyük alimlərdən Şeyx Müfid, Əllamə Hilli, Fazil Miq-dad, Seyyid Mürtəza və Mühəqqiq kimi şəxslər öz kitab-larında həzrətin (əc.) mübarək adının çəkilməsinin haram olmaması barəsində geniş bəhs etmişlər. Şeyx Hürr Ami-linin də görüşü buna müvafiqdir. Əllamə İrbili də təqiy-yəyə ehtiyac olmadığı zaman həzrət Mehdinin (əc.) mübarək adınının tələffüz olunmasına icazə vermişdir.
5. Bir insan min ildən artıq yaşaya bilərmi?
İnsan ömrünün son həddi demək olar ki, təqribən yüz iyirmi ildir. Bəs o həzrət indiyədək necə sağ qala bil-mişdir?
Cavab: Elm və din nəzərindən uzun ömür sürməyin qeyri-mümkün olmaması sabitləşmişdir. Bundan əlavə, əgər Allah iradə edərsə, insan hətta qiyamətəcən sağ qala bilər.
Təbiətşünasların nəzərincə, qocalığın və ölümün əsas səbəbi insanın düçar olduğu cismi xəstəliklərdir. Bə`zi təbiətşünaslar belə deyirlər: "İnsan üç yüz il yaşamalıdır, lakin onun bədən üzvlərinin zəifləməsi və bunun başqa üzvlərə sirayət etməsi nəticəsində yetmiş, yaxud səksən il ömür sürür".
Alimlər bitki və həşəratlar üzərində apardıqları təc-rübələr nəticəsində, bə`zən onların ömrünü yüzillik ömür səviyyəsinə çatdırmışlar. Buna görə də, elm baxımından müstəsna insanların uzun ömür sürməsinin inkarına bir dəlil yoxdur. Dini baxımdan da, bu məsələnin sübutu çox aydındır. Necə ki, məzhəbi tarixlər və dinlər İlyas (ə), Xızır (ə) və İsa (ə) kimi şəxslərin indiyə qədər yaşa-masını, Loğman və Nuh kimi şəxslərin uzun ömür sürdüyünü bizə göstərir. Qur`anın aşkar bəyanına uyğun olaraq, həzrət Nuh (ə) təkcə 950 il peyğəmbərlik etmişdir. Rəvayətlərə görə, Süleyman (ə) 712 il, Loğman (ə) 4 min, yaxud 400 il, Ad (ə) 3500 il, Adəm (ə) 930 il və Nuh (ə) isə 2500 il yaşamışlar.
6. Uzunmüddətli qeybin nə faydası vardır?
Həzrət Mehdinin (əc.) yüz illər bizdən gizli yaşamasının və uzun müddət qeybət aləmində ömür sürməsinin nə faydası vardır?
Cavab: Onun qeybdə olmasının səbəbi bizik. Necə deyərlər, əllərimiz qısa, xurma isə ağacın başında. Əgər o həzrət xalqın onun gəlişinə hazır olmadığı bir vaxtda zühur edərsə, başqa imamlar kimi o da imamət məktəbinin ali məqsədlərinə çatmazdan əvvəl dünyadan köçər. Halbuki, Allah-taala özü onun zühurunu istəyir ki, yer üzünü haqq-ədalətlə doldursun və bütün övliyaların, peyğəmbərlərin məqsədlərini həyata keçirsin. Belə bir zühurun dərin və geniş bir hazırlığa ehtiyacı vardır.
Rəvayətlərə görə, onun qeybdə olması, günəşin qara buludlar arxasında gizlənməsinə bənzəyir. Buludlar onun önünü kəssə də, günəşin nuru bütün dünyaya çatır və insanlar onun nurundan, istisindən bəhrələnirlər. O cəna-bın qeybdə olmasının fəlsəfəsini aşağıdakı üç bənddə xülasə etmək olar:
–Və`d edilmiş Mehdiyə (əc.) ümid bəsləmək qəlbə rahatlıq verir və bizə onun intizarı ilə yaşamağı öyrədir. Belə bir ümid, təhrikedici ümiddir.
–Həzrətin qeybdə olması və vilayəti-fəqihin onun tərə-findən canişinliyi, şiələrin pillə-pillə irəliləməsinə və onun zühuruna hazırlıq üçün əsas səbəbdir.
–Eyni zamanda, o həzrət, qeybdə olduğu vaxtda da fəqihlərin, rəhbərlərin və haqq yolunu gedənlərin güclü dayağıdır.
Həzrət Mehdinin (əc.) qeybdə olmasının səbəblərini araşdırdıqda insan bu nəticəyə yetişir ki, günəş önündəki qara buludlar kimi, maneələr o həzrəti qeyb pərdəsi arxasında saxlayır. İnsan bu araşdırmada maneələri tanı-yır və onların aradan qaldırılması üçün sə`y göstərir.
7. Dəccal və Süfyani
Həzrət Mehdinin (əc.) zühur nişanələrindən biri də, Dəccal və Süfyaninin meydana çıxmasıdır. Bu iki nəfər həzrətin qoşunu tərəfindən qətlə yetiriləcəklər.
Bə`zi rəvayətlərdə bildirildiyi kimi, bir qrup azğın şəxs, həzrət Mehdinin (əc.) qiyamı zamanı onun əleyhinə qal-xacaq. Onlardan Dəccal və Süfyani adlı iki nəfər Şam və Fələstin məmləkəti tərəfdən zahir olacaq. Bu iki nəfər İmam əleyhinə üsyan edəcək tağutlardır.
Dəccal öz hiylələri ilə xalqın bir hissəsini ətrafına toplayıb, İslamın əleyhinə qiyam edəcək. Həzrət Əli (ə) bir xütbəsində buyurur:
"Mehdi (əc.) öz qoşunu ilə Məkkədən Beytül-müqəd-dəsə gələcək. Dəccal və onun qoşunları ilə müharibə aparacaq və onları məhv edəcək".
Bə`zi rəvayətlərə görə Dəccal yaxalanıb, "Künaseyi-Kufə” məhəlləsində dar ağacından asılacaq. Onun tərəfdarlarının əksəriyyəti Ərazil, Övbaş və başqa soylardan və zinazadələrdir.
İsa peyğəmbər (ə) həzrət Mehdinin (əc.) köməyinə gələrək Dəccalın qətlində iştirak edəcək və insanları onun fitnəsindən xilas edəcək.
Süfyani özünü müqəddəs göstərərək meydana çıxan başqa bir tağutdur. O, Ətəbət ibn Əbu Süfyanın nəslin-dəndir. Sifətinin rəngi sarıya çalan qırmızı rəngdədir. Onun cinayətləri daha artıq olacaq.
Nəhayət, həzrət Mehdi (əc.) öz qoşunları ilə Kufədən Süfyaninin özünə mövqe seçdiyi "Beytül-müqəddəs” kənarına tərəf hərəkət edəcək. Müzakirə və danışıq-lardan sonra həzrət Mehdi (əc.) ilə Süfyaninin qoşunları arasında müharibə baş verəcək. İmam Mehdinin (əc.) qoşunları qələbə çaldıqdan sonra yer üzü Süfyaninin və onun tərəfdarlarının natəmiz vücudunun şərindən təmizlənəcək.
Bə`zi rəvayətlərə görə, Süfyani İmam Mehdinin (əc.) qoşunu tərəfindən yaxalanacaq, həzrətin fərmanı ilə boynu vurulacaq.
Bunu da qeyd etmək lazımdır ki, müxalifət edənlərdən biri də "Bətriyyə” qoşunu olacaq. On bir nəfərdən ibarət olan bu qoşun, Kufə yolu üstündə həzrət Mehdinin (əc.) qoşunu ilə döyüşəcək və nəhayət həlak olacaq.
8. Böyük qüvvələrlə üz-üzə!
Dünya maddi imkanlar cəhətdən İslam düşmənlərinin əlindədir. Onların böyük iqtisadi qüdrətlərinin müqabilində necə böyük İslam hökuməti qurmaq olar?
Cavab: Həqiqət budur ki, dünyanın qüdrətli dövlətlərinin inkişaf amilləri müsəlmanların da ixtiyarında var. Əgər müsəlmanlar əlbir olsalar, hər şeyə nail olarlar.
Bunlardan əlavə böyük qüdrətlər arasında baş verən cinayətlər onları daxildən sarsıdacaq.
Bunlardan əlavə müsəlmanların imkanları müxtəlif cəhətdən qeyri–müsəlmanların imkanlarından daha üstündür:
a) Həmkarlıq cəhətdən.
Hal-hazırda yer kürəsinin dörddə bir hissəsində bir milyardan artıq müsəlman yaşayır və əllidən artıq müstəqil müsəlman ölkəsi mövcuddur. Qeyri-islami dövlətlərin əksəriyyətində də, böyük qüvvə və cəmiyyətə malik olan müsəlmanlar yaşayır. Əgər bunlar əlbir olub, Qur`an bayrağı altında bir yerə toplaşsalar, dünyada heç bir qüvvənin onların qarşısında dayanmağa cür`əti olmaz.
Beynəlxalq təşkilatlarda müsəlmanların əllidən çox səsləri var. Əgər bunlardan hər biri başqa dövlətlərdən də bir səs əldə etsələr, yüz səsə malik olarlar. Dünyada heç bir birlik bu qədər səs çoxluğuna malik deyil.
b) İslam aləminin iqtisadi imkanları.
Müsəlmanların iqtisadi vəziyyəti bir həddədir ki, təkcə dünya yanacağının ən azı 40%-i müsəlmanlar tərəfindən tə`min olunur.
Afrika qitəsinin yetmiş faizi müsəlmandır. Ora Avropanın barıt anbarı sayılır. Əgər bu anbar bağlanarsa, Avropa süqut edər. Məsələn, Yaponiyanın bir hissəsi İs-lam dünyasına bağlıdır; iki ay müddətində İslam dünyası ilə əlaqəsini kəsərsə, soyuq və qaranlıq bir adaya çevrilər (bir də ki, əziz oxucu yaxşı bilir, Allah qüdrəti qarşısında heç bir qüvvə tab gətirə bilməz-red).
9. Rəc`ət
Həzrət Mehdinin (əc.) zühurundan sonra imamların, yaxşı və pis insanların bir qrupunun həyata dönərək əməllərinin mükafatını almaları fikri nə dərəcədə düz-gündür?
Cavab: Ölülərin dirilmə imkanı, İslami baxımdan qəti bir işdir. Necə ki, «Bəqərə» surəsinin 260-cı ayəsində həzrət İsanın (ə) Allahın izni ilə ölüləri diriltməsinə işarə edilmişdir.
Həzrət Mehdinin (əc.) zühuru zamanı imamlar bir-birin-dən sonra ardıcıl surətdə həyata qayıdacaq. Həyata ilk dönən imam İmam Hüseyn (ə) olacaq.
Əshabi-Kəhf, Malik Əştər və Miqdad kimi iyirmi yeddi nəfər ləyaqətli insan diriləcək və Nəcəf şəhərində həzrət Mehdinin (əc.) qoşunlarına qoşulacaq.
İmam Hüseyn (ə) şəhid olan zaman yer - göy özünəxas halları ilə nalə çəkib dedilər: "Ey Allah! Bizə izn ver, bütün məxluqatı həlak edək. Çünki bunlar sənin şərəfli bəndəni həlak etdilər". Allah-taala onlara vəhy etdi: "Ey mələklər, yerlər və göylər! Aram olun". Sonra isə qeyb pərdələ-rindən bir pərdəni arxaya çəkib, həzrət Məhəmmədi (s) və on iki imamı onlara göstərdi. Bu vaxt onların içərisində həzrət Mehdini (əc.) göstərib, üç dəfə buyurdu: "İmam Hüseynin (ə) intiqamını bu şəxsin vasitəsilə alacağam".
İmam Sadiq (ə) buyurmuşdur:
"Həqiqətən, İmam Hüseyn (ə) həzrət Mehdinin (əc.) ömrünün son anlarında rəc`ət edəcək və Mehdi (əc.) vəfat etdikdən sonra onun bədəninə qüsl verəcək".
10. Həzrət Mehdinin (əc.) iqamətgahı və məskunlaşma mərkəzi
Həzrət Mehdinin (əc.) məkanı haradadır? Həyat yoldaşı və övladları varmı? Zühur edən zaman haradan zühur edəcək, hökumətinin mərkəzi hara olacaq?
Cavab: Bu sualların cavabını hədislərə müraciət etməklə verə bilərik. Bə`zi rəvayətlərə görə, o həzrət hər il həcc mövsümündə iştirak edir. Habelə, müxtəlif məkanlara, xüsusilə də imamların qəbri kənarına və digər müqəddəs yerlərə baş çəkir.
İslamın evlənməyə olan diqqətini nəzərə alsaq, deyə bilərik ki, ailə qurmuşdur. Əhli-beytdən bizə yetişən duaların bə`zisində bu məsələyə toxunulmuşdur.
Rəvayətlərdə həzrətin iqamətgahı barəsində bir neçə məkan qeyd olunmuşdur. Məsələn, Mədinə şəhəri, Hicaz səhrası, Rəzva dağı, Kər`ə (Yəmənin bir kəndi) və əlçatmaz diyarlar. O cümlədən, rəvayət olunmuşdur ki, həzrət Mehdi (əc.) övladları ilə birlikdə dənizin çox böyük və geniş adalarının birində yaşayacaq.
Nəcəf əhli olan Əli ibn Mazandaraninin rəvayətinə görə, həzrət Mehdi (əc.) öz dostları və övladları ilə birlikdə "Xəzra” adlı bir adada yaşayır.
Xəzra adası haqqında çoxlu bəhslər edilmişdir. Alimlərin bə`zisi bir sıra dəlillərə əsaslanaraq belə güman edirlər ki, Xəzra adası yer üzünün ən qəribə və sirli məkanı, Atlantik okeanın qərb hissəsində yerləşən "Bermud üçbucağı”dır.
Bermud üçbucağının sirli əlamətlərindən biri budur ki, onun yaxınlığından keçən hər hansı bir gəmi və yaxud təyyarə yox olur.
Həzrət Mehdi (əc.) Məkkə şəhərində zühur edəcək, Kə`bə evinə söykənib xütbə oxuyacaq və üç yüz on üç nəfər orada o həzrətə qoşulacaq.
İmam Sadiq (ə) buyurmuşdur:
"Həzrət Mehdi (əc.) ilə bey`ət edən ilk şəxs Cəbrayıl (ə) olacaq".
Redaktordan
a) Alimlərin araşdırmalarına əsasən, imamın ailə sahibi olması zəif ehtimaldan başqa bir şey deyildir. Bə`zi dualarda İmamın övlad sahibi olmasına işarə edilsə də, onun zühurdan əvvəlki dövrə, yoxsa zühurdan sonrayamı aid olduğu aydın deyildir.
Bə`zi alimlərin nəzərincə, bu məsələni bilməyin insanlara hər hansı bir faydası olsaydı, imamlar (ə) bu barədə sükut etməzdilər.
b) İmamın daimi məskunlaşdığı bir məkan yoxdur. O həzrət imamət işləri ilə əlaqədar olaraq müxtəlif məkanlarda müşahidə edilmişdir. Xəzra adası barədə nəql edilmiş hədisin həm sənəd silsiləsində, həm də məzmununda nöqsanlar vardır (Bu barədə Ayətullah Əmininin "Ədalət günəşi” kitabına müraciət edə bilərsiniz).
İmamın hökumətinin mərkəzi Kufə şəhəri olacaq.
11. Zühur əlamətləri
Bə`zi rəvayətlərə görə, zühur əlamətləri müxtəlifdir. Bu əlamətləri üç qismə bölmək olar:
1. Ümumi əlamətlər, günahların çoxalması və dünyanın zülmlə dolması və s. Bu əlamətlər həzrət Mehdinin (əc.) zühuruna yaxın deyil, zühurdan on il qabaq baş verən hadisələrdir.
2. Həzrətin zühuruna yaxın olan əlamətlər. Məsələn, zühurdan iki, üç və ya dörd il qabaq baş verən hadisələr.
3. Həzrət Mehdinin (əc.) zühuru zamanı baş verəcək hadisələr.
Bundan əlavə, bu əlamətlərin bə`zisi aşkar, bə`zisi isə gizlidir.
Həmçinin, gərək diqqət edək ki, həzrət Mehdinin (əc.) zühuru ilə qiyamının arasında fasilə vardır. Əvvəl zühur edəcək, sonra qiyam. Rəvayətdə deyilmişdir:
"Ramazan ayının iyirmi üçüncü gecəsində İmam Mehdinin (əc.) adı ilə bir səs ucalacaq və aşura günündə qiyam edəcək".
Ola bilsin ki, ramazan ayının iyirmi üçüncü gecəsindəki nidadan məqsəd, həzrətin zühurunun e`lan olunmasıdır.
Dəccal, Süfyani, Həsəni və Yəmaninin meydana çıxması, həzrət Mehdinin (əc.) zühurunun qəti əlamət-lərindəndir.
Nəfsi-Zəkiyyənin şəhadəti
Nəfsi-Zəkiyyə İslam peyğəmbərinin (c) nəslindən olan bir cavandır. Həzrət Mehdi (əc.) camaatdan kömək istəmək üçün onu Məkkə şəhərinə göndərəcək. O, Mək-kədə imamın xəbərini xalqa çatdırdıqdan sonra düş-mənlər hücum edib, onu Həcərül-əsvədlə Məqami-İbrahimin arasında qətlə yetirəcək və başını bədənindən ayıracaqlar. Bu faciədən on beş gün sonra həzrət Mehdi (əc.) qiyam edəcək.
12. Həzrət Mehdinin (əc.) hakimiyyət illəri
Həzrət Mehdinin (əc.) hökuməti barədə olan rəvayətlər müxtəlif cürdür. Nəql olunmuşdur ki, həzrət beş, yeddi, iyirmi, yetmiş və yaxud doxsan il hökumət edəcək. Həmçinin rəvayətlərdə həzrətin (əc.) üç yüz doqquz il hakimiyyətdə olması da bildirilmişdir. İmam Baqir (ə) buyurmuşdur:
"Həzrət Mehdi (əc.) üç yüz doqquz il, Əshabi-Kəhfin öz mağaralarında yatdıqları qədər hökumət edəcək. O, zülmlə dolmuş yer üzünü haqq-ədalətlə dolduracaq. Allah-taala şərqdən qərbədək bütün yer üzünü onun tabeliyinə gətirəcək. O, düşmənləri məhv edəcək və yer üzündə yalnız İslam dini hakim olacaq".
13. Həzrət Mehdinin (əc.) vəfatı
Həzrət Mehdinin (əc.) ömrünün sona çatması haqqında rəvayətlərdən nəticə əldə edərək belə cavab verə bilərik ki, imamların hamısı şəhid olaraq dünyadan getdiyi kimi o həzrət də şəhid olaraq dünyadan gedəcəkdir. Tarixə nəzər salsaq görərik ki, İmam Mehdiyə (ə) qədər olan bütün imamlar qılınc, yaxud zəhərlə şəhadətə yetişmişlər. Həzrət Mehdi (əc.) də şəhid olaraq dünyadan gedəcəkdir.
14. Həzrət Mehdinin (əc.) qiyamı silahlı mübarizədirmi?
İmam Mehdi (əc.) zühur etdikdən sonra onun apardığı mübarizələri bəyan edən bir çox rəvayətlərdən bəlli olur ki, o həzrət zühur etdikdən sonra ilk mərhələdə İslam Peyğəmbəri (s) kimi, xalqı İslama və özünə bey`ətə də`vət edəcək. Bu də`vətin müqabilində bir qrup onun əleyhinə qalxan zaman, həzrət onlarla silahlı mübarizə aparacaq və yer üzünü onların xəbis vücudundan təmizləyəcək.
15. Həzrət Mehdi (əc.) ilə görüşənlər
Qədim alimlərin yazdığına əsasən, bir çox saleh və ləyaqətli insanlar qeybəti-süğra dövründə müxtəlif hal-larda həzrətin hüzuruna şərəfyab olmuşlar. Bu görüş əhvalatları o qədər çox nəql edilmişdir ki, İmam Mehdi (əc.) ilə görüşməyin mümkünlüyü haqqında yarana bilən hər hansı bir şəkk-şübhəyə son qoyur.
Şeyx Müfid kimi böyük alim "İrşad”, Şeyx Küleyni "Üsuli-Kafi” və Şeyx Hürr Amili "İsbatül-hüdat” kitabında yüzlərlə bu cür əhvalat nəql etmişlər ki, bunların hamısı həzrət Mehdi (əc.) ilə görüşməyin mümkün olduğunu bəyan edir.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor