RSS
 

Login:
Şifrə:
» » Günah hər şeyi puç edər

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Günah hər şeyi puç edər

 
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 7-02-2017, 19:30 | Şərh sayı: (0) | Baxılıb: 251

Günah hər şeyi puç edər


Günah hər şeyi puç edərQurani-Kərim ayələrində vurğulanır ki, insanlara endirilən bəlalar məhz günahların nəticəsidir. İstər fərdlər, istərsə də cəmiyyətlər səviyyəsində gələn müsibətlərin səbəbini günahlarımızda axtarmalıyıq: “Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların ucbatındandır” (Şura, 30).

“Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) dəyişmədikcə (pozmadıqca), Allah da onun tövrünü dəyişməz. Əgər Allah hər hansı bir qövmə bir pislik yetirmək istəsə, onun qarşısı heç cür alına biməz və Ondan başqa onların heç bir hamisi də olmaz” (Rəd, 11).

Məsumların kəlamlarından bəlli olur ki, hətta dünyada baş verən bəzi təbii fəlakətlər və kataklizmlər də günahların nəticəsi ola bilər. İmam Cəfər Sadiq (ə) buyurub: “Dənizdəki canlıların həyatı yağışa bağlıdır. Yağış yağmayanda yerin həm quru, həm də su hissəsində pozuqluq baş verər. Bu hal günahlar çoxalan zaman yaranar” (Bihar əl-ənvar, 70-ci cild, səh. 349). Diqqət yetirin ki, bu hədisdə yağışı kəsən və qıtlıq yaradan günah konkret olaraq qeyd edilməyib və ümumilikdə günahın bu cür mənfi nəticələrə gətirib-çıxardığı buyurulur. Yəni günah sayıla biləcək bütün mənfi əməllər artanda təbiətin nizamı pozula bilər və nəticədə bütün canlı aləm bundan ziyan çəkər...

Həzrət Mühəmməd Peyğəmbər (s) günahın insan üçün nə qədər təhlükəli olduğunu bəyan edərək buyurmuşdur: “Günahlardan çəkinin, çünki günah yaxşılıqları (savabları) puç edər. Bəndə bir günah edər, (əvəzində) ona öyrədilmiş bir elmi unudar. Bəndə bir günah işlədər, (əvəzində) gecə namazına qalxmaqdan məhrum edilər. Bəndə bir günah edər, (əvəzində) əvvəl ona nuş (halal) olan ruzi harama dönər” (Bihar əl-ənvar, 73-cü cild, səh. 377). İmam Əli ibn Əbutalibin (ə) bir kəlamı da bunu sübut edir. Bir nəfər o həzrətin yanına gəlib gecə namazına qalxa bilməməsindən şikayət etdi və səbəbini soruşdu. İmam buyurdu: “Etdiyin günahlar sənə mane olur” (Vəsail əl-şiə, 5-ci cild, səh. 278).

Günah elə bir bəladır ki, xərçəng xəstəliyi kimi ruhda və cisimdə kök salar, qol-budaq atar, hər yeri bürüyər. Əgər insan öz ruhunu günahla baş-başa buraxsa, günah bütünlükdə ruhu öz təsiri altına alar, insanı dünya və axırət səadətindən məhrum edər. İmam Mühəmməd Baqir (ə) buyurmuşdur: “Hər bir bəndənin qəlbində ağ nöqtə (iman zərrəsi) var. Bəndə günah etsə, qəlbində qara nöqtə yaranar. Əgər günahından tövbə etsə, həmin qara nöqtə yox olub itər. Əgər günaha davam etsə, qara nöqtə böyüyər, axırda ağ hissəni də udar. Elə ki, qara hissə ağ hissəni uddu (özündə həll etdi), daha o bəndə heç vaxt yaxşılığa doğru qayıtmaz. Allah-Təalanın kəlamı da buna işarədir: “Əslində onların qəlblərini qazandıqları (günahlar) bürümüşdür” (Mütəffifin, 14) (əl-Kafi, 2-ci cild, səh. 273).

Günahların insana vura biləcəyi ən böyük zərər qəlbi daşlaşdırmaqdır. Qəlbi daşlaşmış, yəni hər cür riqqət və şəfqət hissindən, mərhəmət və sevgidən məhrum olmuş insan dünyanın ən bədbəxtidir, onun islah olmasına ümid azdır. Hədislərdə buyurulur ki, məhz günahların çoxluğu insanın qəlbini daşa döndərər. Qəlbi daşlaşmış insan Quranın bu ayəsinin qorxulu timsalına çevrilər: “Sonra qəlbləriniz yenə sərtləşərək daş kimi, bəlkə, daha da qatı oldu” (Bəqərə, 74).

Günah Allah-Təalanın nemətlərinin qarşısını kəsər, insanı bu nemətlərdən məhrum edər. Nemət deyərkən Allahın bəndələrə həm maddi, həm də mənəvi lütfləri nəzərdə tutulur. Allah-Təalanın bəzi nemətləri maddidir və bu dünyaya aiddir; məsələn, sağlamlıq, bol ruzi, gözəl övlad, saleh həyat yoldaşı, yaxşı dostlar və s. Bəzi mənəvi nemətlər isə həm dünyada, həm də axirətdə insana şamil olar; məsələn, iman, təqva, gözəl əxlaq, yəqin, dünya ləzzətlərinə laqeydlik, elm və mərifət, xalis ibadət, saleh əməllərə rəğbət və s. Günah bu nemətlərin hamısını yox etməyə və ya onların ləzzətini puç etməyə qadirdir. Günah sayəsində bəzi maddi nemətlər Allah-Təala tərəfindən geri alınar. Mənəvi nemətlərdən isə insan özü özünü məhrum edər. Günaha aludəlik onu gözəl xüsusiyyətlərdən, fəzilətlərdən uzaqlaşdırar, daha bunlara qarşı qəlbində sevgi və rəğbət qalmaz, onun yerini isə rəzalətlərə meyil, mənfi istəklər, şəhvət və qudurğanlıq tutar. İmam Cəfər Sadiq (ə) bunu nəzərdə tutaraq buyurmuşdur: “Allah bəndəyə nemət verdikdən sonra yalnız o zaman geri alar ki, bəndə günah edər və bununla də məhrumiyyətə layiq olar” (əl-Kafi, 2-ci cild, səh. 274).



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor