RSS
 

Login:
Şifrə:
» » Qurani-Kərimdə hidayət və onun qisimləri

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Qurani-Kərimdə hidayət və onun qisimləri

 
Müəllif: Admin | Bölmə: Slide, Qurani-Kərim | Vaxt: 30-01-2017, 19:38 | Şərh sayı: (0) | Baxılıb: 213

Qurani-Kərimdə hidayət və onun qisimləri


Qurani-Kərimdə hidayət və onun qisimləriBağışlanmaq və günahlardan təmizlənmək Allahın istəyi və qüdrəti sayəsində mümkün olur. Əgər O istəsə, bizi bağışlayar, istəməsə, zəlalətə salar. Eləcə də, bir çox insanlar neçə il ibadət və zəhmətdən sonra haqq yoldan azırlar. Bu baxış insanda ümidsizlik yaratmırmı?

Bu məsələnin başa düşülməsi hidayət və azğınlıq növlərini, onların şəraitini, Allahın hikmətli iradə və istəyini dəqiq şəkildə tanımaqdan asılıdır.

QURANDA HİDAYƏTİN QİSİMLƏRİ

Qurani-Kərimdə hidayətin dörd qismindən söz açılır:

1. Ümumi “təkvini” hidayət: Bu, Allah-Taalanın məxluqlara hakim etdiyi nizam-intizamdan ibarətdir. Belə ki, bütün varlıqlar bir-birilə həmahəng, əlaqəli və müəyyən hədəfə doğru hərəkətdədirlər. Qurani-Kərimdə buyurulur: “Rəbbimiz hər şeyə öz surətini və şəklini verən, sonra da onu hidayət edən Allahdır.”[1] Belə bir hidayət müqabilində heç bir azğınlıq yoxdur.

2. İlkin və xüsusi “təkvini” hidayət: Bu bütün insanların əql və fitrət yolu ilə bir sıra həqiqətlərə, dəyər və qayda-qanunlara doğru hidayət olunmasıdır. Buna “batini dəlil” deyilir. Bu qisim hidayətin bir neçə xüsusiyyəti vardır:

a) Yalnız insanlara məxsusdur;

b) İnsanlar arasında ümumi yönə malik olub, heç bir istisna qəbul etmir;

c) Zati və daxilidir;

d) Onun müqabilində heç bir azğınlıq yoxdur; Allah-Taala heç kəsə onu Allahdan uzaqlaşdıran fitrət və azğınlığa aparan əql verməmişdir.

3. Ümumi “təşrii” hidayət: Bu, insanlara və cinlərə məxsusdur; çünki qanun müəyyən etmək üçün ixtiyar, qüdrət və ayırdetmə qabiliyyəti lazımdır və bunu nəzərə almadan heç bir məna kəsb olunmur. Qurani-Kərim nöqteyi-nəzərindən belə bir hidayət öz çərçivəsində ümumi yönə malikdir. Misal üçün, Allah-Taala peyğəmbərləri və səmavi kitabları bütün bəşər cəmiyyəti üçün göndərmişdir. Belə bir hidayət müqabilində heç bir azğınlıq yoxdur. Çünki təşrii azğınlıq budur ki, Allah-Taala peyğəmbərləri bəzi insanları azğınlığa yönəltmək üçün göndərsin və onlara azğınlığa yönəldən qayda-qanunlar, göstərişlər və hökmlər nazil etsin. Halbuki Allah-Taala belə bir iş tutmaz və yalnız haqq söz nazil edər. “O, hər nə deyirsə, hamısı haqdır!” Burada bir neçə mühüm məsələ mövcuddur:

a) Allah-Taala “hidayətçi”, “şəriət göndərən”, “qanunverici” və “nizam yaradan” adını daşıdığı üçün bütün insanların hidayətini və doğru yola yönəlməsini istəyir. Bu səbəbdən də, hamı üçün haqq din göndərilmişdir.

b) Bu barədə Allahın iradə və istəyi odur ki, insanlar məcburiyyət üzündən deyil, iradə azadlığı ilə düzgün və haqq yol seçsinlər. Əks-təqdirdə, O, bütün insanları məcburi olaraq düzgün və haqq yola yönəldərdi, peyğəmbərlər və risalətə ehtiyac duyulmazdı. Buna görə də Qurani-Kərimdə buyurulur: “Biz onlara doğru yolu göstərdik − istər şükür etsinlər, istərsə də nankor olsunlar.”[2]

c) İnsanlar ümumi “təşrii” hidayət müqabilində (malik olduqları ixtiyar və iradə azadlığına diqqət yetirməklə) iki mövqe tutmuşlar: Bəziləri ona təslim olmuş, bəziləri boyun qaçıraraq tüğyan etmişlər. Elə buradaca hidayətin başqa bir qisminə diqqət yetirək:

4. Mükafata layiq “təkvini” hidayət: Bu hidayət ilahi peyğəmbərlər, əqli və fitri dəlillər müqabilində öz ixtiyarı ilə təslim olan şəxslərə, bir sözlə, möminlərə məxsusdur. Allah-Taala onların üzünə başqa bir hidayət qapısı açmışdır. Başqa sözlə, onlar öz ixtiyarları ilə öncə qeyd etdiyimiz hidayətin mərtəbə və dərəcələrindən istifadə etdikləri üçün mükafata layiq görülürlər. Buna görə də, ona “mükafata layiq təkvini hidayət” adı verilmişdir.

Bu hidayətin öncə qeyd olunan hidayət mərtəbələrindən əsaslı fərqi budur ki, onlar bələdçi və yol göstərmək yönünə, bu mərtəbə isə həmin xüsusiyyətlə yanaşı, məqsədə nail olmaq cəhətinə malikdir.

Bu təkvini hidayətin yuxarıda qeyd olunan iki qisimdən (ümumi təkvini hidayət, ilkin və xüsusi təkvini hidayətlə) fərqi bundadır ki, həmin iki qisim hidayət istisnasız olaraq bütün insanlara aiddir. Bu qisim isə yalnız möminlərə məxsusdur. Əgər bir şəxs haqq və batil aşkar olduqdan sonra öz ixtiyarı ilə peyğəmbərlərin yolunu seçərək o yolda addımlasa, Allah-Taala onun doğru yola yönəlməsinin təkmilləşməsi və davamı üçün öz təkvini və xüsusi mərhəmətini ona şamil edir, onun üçün yolu, seyretmə imkanını daha da işıqlandırır və təkamül maneələrini aradan qaldırır. Bu haqda buyurur: “Biz ona yolu müyəssər edəcəyik.”[3] Başqa bir ayədə isə belə buyurur: “Doğru yolu tapanlara gəldikdə isə, (Allah) onların doğruluğunu daha da artırar və onlara təqvalarının mükafatını verər.”[4] Beləliklə, bu hidayət doğru yolu tapanlara aiddir və onlar öz ixtiyarları ilə hidayət yolunu keçmişlər.

Bu hidayət müqabilində cəzaya səbəb azğınlıq qərar tutur. Yəni hər kəs bütün hidayət imkanlarından – zahiri peyğəmbərlərlə yanaşı, əql və fitrətdən, təkvini və təşrii hidayətdən – istifadə etdiyi halda, bilə-bilə haqq yoldan sapsa, ilahi kitaba arxa çevirsə Allahın cəzasına düçar olar, müvəffəqiyət və hidayət işığı ondan alınar. Başqa sözlə, Allah-Taala onu özbaşına buraxar və kömək də etməz. Bununla da, o, öz azğın yoluna davam edərək cəhənnəm əzabına düçar olar. Qurani-Kərimdə buyurulur: “Allah bir tayfanı hidayət etdikdən sonra qorxub-çəkinməli olduqları şeyləri özlərinə bildirmədən onları haqq yoldan çıxarmaz!”[5]

Diqqət yetirmək lazımdır ki, belə bir cəzanın (azğınlığın və Allahın kömək etməməsinin) səbəbi təkcə günah yox, həm də günahın davamı, xüsusilə, Allah və haqq yolla düşmənçilikdir. Əlavə edək ki, azğınlıq daimi cəza deyil! Daxilən dəyişib haqq yola yönələn kəsə Allah-Taalanın lütf və mərhəməti şamil olar. Qurani-Kərimdə buyurulur: “(Tövbə etdiyiniz təqdirdə,) ola bilsin ki, Rəbbiniz sizə rəhm etsin. Əgər siz (çirkin əməllərinizə və günaha) qayıtsanız, Biz də sizə yenidən cəza verərik.”[6]

Buna əsasən, Allah-Taala heç vaxt insanı səbəbsiz olaraq azğınlığa salmır. Onun işi nöqsanları aradan qaldırmaq, kamillikləri son həddə çatdırmaqdır. Deməli, mükafata layiq təkvini hidayət və cəzaya səbəb azğınlıq insanın iradəsi ilə ziddiyyət təşkil etmir və məcburiyyətə səbəb olmur. Əksinə, insanın ixtiyari olaraq yerinə yetirdiyi əməllərin nəticəsidir.

Bir daha qeyd edirik ki, hidayət iki qisimdir: Bəzən bələdçilik və yol göstərmək mənasındadır. Bu ümumi təşrii hidayətdir. Bəzən də məqsədə çatmaq mənası daşıyır. “Mükafata layiq təkvini hidayət” bu qəbildəndir. Bunu da qeyd etmək yerinə düşərdi ki, “mükafata layiq hidayət”ə malik olmağın bir sıra şərtləri var. Bu şərtlər əxlaq və irfan kitablarında bəyan olunmuşdur. Bir sözlə, ilahi müvəffəqiyyətlərin əldə olunub-olunmamasının bəzi amilləri var. Bu amillər bəzən insanın əməli, bəzən də qəlbi və əqidəsi ilə bağlıdır.

Cəzaya səbəb azğınlıqla əlaqədar bunu da əlavə edirik ki, azğınlıq “doğru yolda olmamaq” mənasındadır. İnsandan hidayət nemətinin alınması onun azğınlığa düşməsi deməkdir. İstər ona səhv yol göstərilsin, istərsə də Allah-Taalanın möminlərə məxsus etdiyi hidayət nemətindən məhrum olunsun. Cəzaya səbəb olan azğınlığın mənası da budur ki, Allah-Taala insanı hidayət nemətindən məhrum edərək onun qəflət yuxusundan ayılmasına səbəb olan amillər yaratmır. Çünki insan batil yol seçərək bu yolda qərq olduğu üçün həmin işlər onun vücudu ilə qaynayıb-qarışır və bir daha ilahi müvəffəqiyyətə, lütf və mərhəmətə layiq görülmür. Bəli, əgər batil yolda olmasaydı, ümümi “təkvini” və “təşrii” hidayət ona da şamil olardı.

Bir neçə il ibadət etdikdən sonra azğınlığa düşənlərə gəldikdə isə, onların azğınlığa düşmələrinin müxtəlif səbəbləri ola bilər. Ola bilsin ki, onların yaxşı və saleh əməllər yerinə yetirməkdə əqidələri (imanları) zəif olsun, ya öz əməllərini yerinə yetirməkdə xalis niyyətləri olmasın, ya da şeytana, nəfsani istəklərə, dünya malına aldanmaq kimi əxlaqi pozğunluqlar nəticəsində batil yola düşsün.

Diqqət yetirmək lazımdır ki, İslamda əxlaqi dəyərlər bir sıra təməllər üzərində qurulmuşdur. İnsan onların hər hansı birində süstlük etsə, tənəzzülə uğramasına, azğınlığa düşməsinə zəmin yaranacaqdır. Misal üçün, İslamın əxlaqi qaydalarında “niyyət” mühüm rol oynayır. Əxlaqi dəyərlərin, insani keyfiyyətlərin və səciyyəvi xüsusiyyətlərin, eləcə də, yaxşılıq və pisliklərin mənbəyi hesab olunur. İslam baxımından əxlaqi dəyərlərə və keyfiyyətlərə malik olmaq üçün yalnız yaxşı əməl yerinə yetirmək kifayət etmir. Həm də insanın həmin əməli yerinə yetirməkdə məqsədi xeyir və ilahi olmalıdır. Bu zaman onun üçün əxlaqi əməllər səmərəli olar.

Qurani-Kərimin “Bəqərə” surəsinin 264-265-ci ayələrində insanın sədəqə verməkdə niyyətinin əhəmiyyət daşıdığı haqda buyurulur: “Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Belə şəxslərin halı üzərində bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və qayanı çılpaq daş halına salar. Onlar etdikləri işlərdən bir şey (savab) qazanmazlar. Şübhəsiz ki, Allah kafirləri hidayət etməz. Mallarını Allahın razılığını qazanmaq və ruhlarını möhkəmlətmək yolunda sərf edənlər uca təpə üstündə dağa bənzərlər. Oraya düşən bol yağış onun meyvələrini ikiqat artırar. Əgər bol yağış yağmazsa, az bir şeh də ona kifayət edər. Həqiqətən, Allah nə etdiyinizi görəndir!”

Belə yaxşı və xalis niyyət yalnız iman sayəsində aşkar olur. Əlbəttə, imanın da müxtəlif dərəcələri var; bəzilərinin imanı möhkəm, bəzilərinin imanı isə zəifdir. Buna görə də, qəflət və məlumatsızlıq ucbatından insanın doğru yoldan azaraq tənəzzülə uğraması mümkündür.

Əxlaqın tənəzzülünə səbəb olan mühüm bir amil kimi insanın yolu üzərində qərar tutan nəfsin istəkləri o qədər güclüdür ki, bəzən Allah-Taala Öz peyğəmbərlərinə xəbərdarlıq edərək onun təhlükəsini xatırladır və bir ayədə Davud peyğəmbərə (ə) belə əmr edir: “(Ya Davud!) Biz səni yer üzündə xəlifə etdik. Buna görə də, insanlar arasında ədalətlə hökm ver və nəfsin istəklərinə uyma. Yoxsa, onlar səni Allahın yolundan sapdırar.”[7]

İnsanın azğınlığa düşməsində şeytanın rolu və vəsvəsələri çox təsirlidir. Hətta uzun illər ibadətlə məşğul olan çoxlu abidlər və alimlər də onun tələsinə düşmüşlər.[8]

Ümumiyyətlə, diqqət yetirmək lazımdır ki, Allah-Taala Öz bəndələrinin xeyirli və yaxşı aqibətə çatmasını istəyir. Əgər kimsə doğru və haqq yoldan uzaqlaşıb əyri və batil yola düşübsə, bunun səbəbi onun özüdür! (“Tövhid və ilahi ədalət – 40 sual və 40 cavab” Doktor Məhəmmədrza Kaşifi, 28-ci sual.)



[1]. “Taha” surəsi, ayə 50.

[2] “İnsan” surəsi, ayə 3.

[3]. “Ləyl” surəsi, ayə 7.

[4]. “Muhəmməd” surəsi, ayə 17.

[5]. “Tövbə” surəsi, ayə 115.

[6]. “İsra” surəsi, ayə 8.

[7]. “Sad” surəsi, ayə 26.

[8]. Bax: “Əxlaq dər Quran”, 1-ci cild, səh.65-132.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor