RSS
 

Login:
Şifrə:
» » Şiənin xüsusiyyətləri

Xəbər lenti

20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Şiənin xüsusiyyətləri

 
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 11-01-2016, 07:44 | Şərh sayı: (0) | Baxılıb: 999

Şiənin xüsusiyyətləri


Şiənin xüsusiyyətləri Bəziləri İmam Əlinin (ə), İmam Sadiqin (ə) şiəsi olduqlarını iddia edir, lakin əməldə onlara tabe olmurlar. Digər din və məzhəblərdən olan müxaliflər də bu adamların əməllərini görür və bunun həqiqi şiəlik olduğunu güman edib ikrah hissi ilə yanaşırlar. İmamlardan (ə) nəql olunan rəvayətlərdə şiələrin bir çox xüsusiyyətləri öz əksini tapmışdır ki, bunların bəzilərinin onun müsəlman olmasında rolu var, bəziləri isə sadəcə kamillik rəmzidir. Həqiqi şiə o şəxsdir ki, bütün əxlaqi sərvətləri özündə cəmləsin və bu baxımdan nümunə olsun. Bu fəsildə Əhli-beytdən (ə) gələn rəvayətlərdə qeyd olunan şiəlik xüsusiyyətlərini diqqətinizə çatdıracağıq. Şiənin nişanələri:
1. İmam Sadiq (ə) buyurmuşdur: "Bizim şiələrimiz təqvalı, çalışqan, vəfalı, əmanətdar, zahid və ibadətkardırlar. Onlar gün ərzində əlli bir rəkət namaz qılırlar (yəni vacib namazlardan başqa müstəhəb namazları da qılırlar). Onlar gecəni ibadətlə məşğul olar, gündüzləri oruc tutarlar. Zəkatlarını verər, həccə gedər və hər növ çirkin əməldən çəkinərlər.
2. "Bizim şiələrimiz yaxşı işlərdə qabaqcıl olar, pis işlərdən çəkinərlər. Onlar yaxşılıqları üzə çıxarar (canlandırarlar), Allah əmrinin icrasına tələsərlər. Bu, Allahın rəhmətinə meyilli olmalarından doğur. Bu xüsusiyyətlərə malik olan (şəxs) bizdəndir, bizə mənsubdur və harada olursaq, bizimlədir”
3. İmam Baqir (ə) buyurur: "Bizim şiələrimiz yalnız Allahdan qorxan və ona itaət edənlərdir. Onlar təvazökarlıqla, əmanətdarlıqla, Allahı çox yad etməklə və ondan qorxmaqla məşhurdurlar”
4. "Həqiqətən, şiə o kəsdir ki, qarnını və şəhvətini cilovlasın, cihadda möhkəm olsun. Yalnız yaradanı üçün iş görsün, onun savabına ümid bəsləyib, cəzasından qorxsun. Belələrini görsən, onlar Cəfəri şiəsidirlər”
5. "Bizim şiələrimiz bir neçə xüsusiyyətlə tanınırlar: səxavət, qardaşlarına qarşı əliaçıqlıq və gün ərzində əlli yeddi rəkət namaz qılmaqla”
6. "Müxtəlif məzhəblər sizi çaşdırmasın. And olsun Allaha, bizim şiələrimiz yalnız Allaha itaət edənlərdir”
7. İmam Əli (ə) buyurur: "Bizim şiələrimiz vilayətimiz yolunda əliaçıqlıq edənlər, sevgimiz yolunda biri-birini sevənlərdir. Onlar bizim tapşırıqlarımızı yaşatmaq üçün bir-birlərinə baş çəkməyə gedər, qəzəbləndikdə kimsəyə zülm etməz, razı olduqları halda israf etməz, qonşularına bərəkət, yoldaşlarına əmin-amanlıq, səmimiyyət gətirərlər”
8. "Şiələrimiz Allahı tanıyanlar, əmrlərinə tabe olanlardırlar. Onlar fəzilət sahibi, düz danışanlardırlar. Geyimləri ortadır və (xalq arasında) təvazökarlıqla davranarlar”
9. Abdullah ibn Ziyad deyir: "Minada İmam Sadiqi (ə) gördüm. Salamdan sonra dedim: "Biz həmişə sizi görmək şərəfinə nail olmayan bir qövmük. Bizə tövsiyələrinizi bildirin”. Həzrət (ə) buyurdu: "Təqvalı olun, düz danışın, əmanətdar olun. Həmsöhbət olduğunuz adamla yaxşı davranın. Bir-birinizə salam verin, (ac olanınızın qarnını) doyurun. Onların (əhli-sünnənin) məscidlərinə gedin. Xəstələrinə baş çəkin. Dəfn mərasimlərində iştirak edin. Çünki atam mənə buyurmuşdur: "Həqiqətən, biz Əhli-beytin (ə) şiələri insanların ən yaxşılarıdırlar. Fəqihlər onlardan olar, rəhbər onlardan olar. Siz də belə olun. Elə yaşayın ki, insanların sevgisi bizə cəlb olsun. Xalqda bizə qarşı kin oyadacaq şəkildə həyat sürməyin”
10. İmam Kazım (ə) buyurur: "Həqiqətən, Əli (ə) şiəsi əməli sözünü təsdiq edən şəxsdir”.
11. İmam Sadiq (ə) buyurur: "Əgər bizim şiələrimiz (imanda, əməldə) möhkəm olarlarsa, mələklər onlarla qol-boyun olar, buludlar üzlərinə kölgə salar, gündüzləri ilahi nurun şüaları altında belə nemətlə əhatə olunar, Allahdan istədikləri hər dilək həyata keçər”
12. Zeyd Şəhham deyir: "İmam Sadiq (ə) mənə buyurdu: "Mənə tabe olanınıza, məndən göstəriş alanınıza salamımı çatdır. Mən sizi təqvaya, Allah yolunda çalışmağa, düzgün danışmağa, əmanətdarlığa, davamlı səcdəyə və qonşulara xoş münasibətə dəvət edirəm. Peyğəmbər (s) bunlar üçün göndərilmişdi. Sizi etibarlı hesab edib əmanət tapşıranların, yaxşı və ya pis olmasından asılı olmayaraq, haqqını ödəyin. Peyğəmbər (s) daim (hətta əmanət) sap və parçanın belə qaytarılmasını əmr edərdi. Qohumlarınızla əlaqə saxlayın. Onların dəfn mərasimlərində iştirak edin. Xəstələrinə baş çəkin. Haqlarını ödəyin. Hansınız dinində təqvalı, düz danışan, əmanətdar, səmimi olsa, "Bu, cəfəri şiəsidir” - deyilər. "Bu cəfəri ədəb-ərkanlıdır” deyilməsi məni razı salar. Allaha and olsun, atam mənə buyurdu: "Əli (ə) şiələrinin öz qövmü arasında zinət olanı hamıdan çox əmanətdar olan, düz danışan, digərlərinin hüquqlarına hörmətlə yanaşanıdır. Xalqın vəsiyyətləri, əmanətləri onlara etibar edilər. Qövmləri arasında onlar haqqında soruşular: "Kim filankəs kimidir? O, hamıdan əmanətdar, sözündə düzdür”


Şiə və Din qardaşlarına yardımı


Bir nəfər İmam Baqirin (ə) yanında şiələrin çoxluğundan söhbət açdıqda həzrət (ə) buyurdu: "Onların imkanlısı yoxsuluna mərhəmət edirmi? Əməlisalehi günahkarının xətasından keçirmi? Bir-birlərinə qarşı bərabər hüquqludurlarmı?”
Rəvayətçi "Xeyr” deyə bildirdiyini deyir. Bu zaman həzrət (ə) buyurur: "Onlar şiə sayılmırlar. Şiə bu xüsusiyyətlərə malik insanlardır” Məhəmməd ibn Əclan deyir: "İmam Sadiqin (ə) yanında idim. Bir şəxs daxil olub salam verdi. Həzrət (ə) ondan soruşdu: "Qardaşların necədirlər?”. O, onları tərifləməyə başladı. Həzrət (ə) buyurdu: "İmkanlıların yoxsullara baş çəkməyi necədir?” Azdır. İmkanlıların yoxsulları nəzərə alması necədir? Azdır. İmkanlıların yoxsullara bəxşişi necədir? Siz elə bir şey haqqında soruşursunuz ki, onlar bizim xalqın arasında çox azdır. Bəs sən onların şiə olduqlarını necə düşünürsən?”



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor