RSS
 

Login:
Şifrə:
» » Gənc ailələr üçün göstərişlər

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Gənc ailələr üçün göstərişlər

 
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 3-01-2016, 07:23 | Şərh sayı: (0) | Baxılıb: 378

Gənc ailələr üçün göstərişlər


Gənc ailələr üçün göstərişlər


Hazırda sənaye ölkələrinin böhrana ən çox mə`ruz qalmış ictimai dayağı ailədir. Başqa sözlə, son bir neçə əsrdə düşüncə, əxlaq, mədəniyyətlə bağlı dəyişikliklər daha geniş şəkildə ailə fəzasında müşahidə olunur. Müasir insanın ruhiyyəsini qərb ailəsinin timsalında əhatəli şəkildə görmək mümkündür.
Qərb dünyasındakı ictimai proseslərin incəlikləri ilə tanış olanlar gözəl bilirlər ki, həmin qitədəki ailə dağıntıları bir çox həllolunmaz problemlər yaratmışdır. Məşhur Amerika nəzəriyyəçisi Elvin Tafler mövcud böhranların yaranmasında ailə dağıntılarının rolu ilə bağlı belə deyir: "Bu gün bəşəriyyət növbəti dəfə hiss edir ki, onun şəxsiyyəti divara çırpılmış yumurtanın qabığı tək xırdalanmışdır. Amma keçmişdəkindən fərqli olaraq hazırkı günahı doğuran iqtisadi amillər yox, ailə dağıntılarıdır."
Amma bizim cəmiyyətimizdə vəziyyət bir başqa cürdür. Nisbi də olsa, cəmiyyətimizdəki əxlaqi sağlamlıq ailə əsaslarının möhkəmliyinə və davamlılığına səbəb olmuşdur. Digər ölkələr, xüsusi ilə inkişaf etmiş ölkələrlə müqayisədə ölkəmizdə boşanma faizi çox-çox aşağıdır. Bu rəqəm İslam hakimiyyəti dövründə əhəmiyyətli dərəcədə aşağı düşmüş, boşanma 20 faizdən 7 faizə enmişdir. Bu proses elə bir zamanda baş verir ki, sənaye ölkələrində boşanma sayı, eləcə də, ailənin davam müddəti heyrətamiz sür`ətlə dəyişir. Məsələn, İsveçdə ailənin orta davam müddəti cəmi altı aydır!ç Ümumiyyətlə ailə qurmayanlar bə`zi qərb ölkələrində əhalinin 48 faizindən çoxunu təşkil edir. Müsəlman ölkəsində vəziyyət necədir? Müsəlman qadınların 99 faizindən çoxu ailə qurmaq istəyindədir. Qalan bir faiz isə ailə qurmaq gücündə olmayan əlil, xəstə qadınlardan ibarətdir. Amma məsələn, İrlandiyada qadınların yalnız 54 faizi ərə getmək barədə düşünür. Uyğun sahədə rəqəmlər arasındakı nəzərəçarpan fərqin səbəbini öncə İslam cəmiyyəti ilə qərb cəmiyyətindəki e`tiqadi və əxlaqi durumda axtarmaq lazımdır. Qərb cəmiyyətində əxlaqi dəyərlərin aradan götürülməsi və bu ölkələrdə e`tiqadi şəxsiyyətin əldən çıxarılması bir çox problemlər yaratmış, o cümlədən, ailə əsaslarını sarsıtmışdır. Bütün bu çətinliklər, bə`zi qərb mütəfəkkirlərinin nəzərincə, müasir qərb mədəniyyətinin tənəzzülündən danışır.
Qadınla kişi arası münasibətlərin azad buraxıldığı, tənzimlənmədiyi cəmiyyətlərdə, şübhəsiz ki, ailə təşkili və izdivac məhvə məhkumdur. Eləcə də, ailə əsasları böhran keçirən bir cəmiyyət gec-tez süqut edəsidir.
Ailə qurmaq qərbli gənc üçün məhdudiyyətlərin başlanğıcıdır. Bu səbəbdən də o, ailə həyatından qaçır. Hətta ailə qurmuş qərbli də daim bu zindandan necə qurtulmaq barədə düşünür. Bizim cəmiyyətimizdə isə, xüsusilə sağlam əxlaqa malik əksəriyyət arasında evlənmə məhdudiyyətlərin başlanğıcı yox, sonu sayılır. Ailə təşkilini şirin bir arzu, qızıl yuxu bilən müsəlman bir gənc üçün izdivac-evlənmə intizar, həsrət dövrünün başa çatmasdır. O öz həyat yoldaşını zindanban, nəzarətçi yox, xoşbəxtlik qaynağı bilir. Bəli, ailə təməli cəmiyyətimizdə böyük dəyərə malikdir. Cəmiyyətimizi cilovunu qırmış qərb cəmiyyətindən fərqləndirən bu xüsusiyyət çox mühüm bir imtiyaz, üstünlükdür. Ona görə də bu müqəddəs təməlin möhkəmləndirilməsində əvvəlkindən də artıq çalışmalıyıq. Bir çox digər problemlərin əsas səbəblərindən olan ailə ocağındakı soyuqluğun qarşısı alınmalıdır.

İslamın ailə təməlinə xüsusi diqqəti müsəlmanlar arasında bu təmələ böyük bir dəyər vermişdir. İslamın fitri və təbii əsaslara malik ailə nizamı ərlə arvad arasındakı rabitənin bir çox incə nöqtələrini önə çəkmişdir. Eləcə də, ailə həyatının davamlı qanunlarının əsası qoyulmuşdur. İslamın daim diqqət mərkəzində olan əsas məsələlərindən biri ailəyə rövnəq vermək, bu ocağı isitmək və möhkəmləndirməkdir. Belə ki, ailə rabitələrini zəiflədə bilən hər bir amillə ciddi mübarizə aparılmışdır. Ər-arvadlıq vəzifələrinin yerinə yetirilməsi və ailədə əxlaqi dəyərlərə diqqət İslam tə`limlərində ən üstün ibadətlərdən sayılmışdır. Bu yolla ailə quran tərəflər Allaha yaxınlaşır, onların bəndəlik məqamı yüksəlir. Bu səbəbdən İslam dünyagörüşündə ailə müqəddəslik dairəsinə daxildir və ilahi bir məfhum daşıyır. Belə bir yanaşma ailə təməlini soyuqluq və süstlükdən qoruyan, onu daha da sarsılmaz edən ciddi amildir.
Cəmiyyətimizdə mədəniyyət baxımından qərb həyat tərzini seçən və öz həyatında əxlaqi dəyərlərə yer verməyən bir zümrə eynən qərb cəmiyyətindəki problemlərə düçar olmuşdur. Ailədə mehr-məhəbbətin azalması, ailə təməlinin süstləşməsi həmin problemlərdəndir. Statistik araşdırmalara əsasən, ərlə arvadın ali təhsilə malik olması ailə möhkəmliyində həlledici amil deyil. Ən mühüm məsələ ailədə yetərli həyat fəlsəfəsinin mövcudluğudur. Bu fəlsəfə mə`nəvi və insani amilləri gücləndirməklə həyatın mahiyyət baxımından dəyərini artırmalıdır. Qərb mədəniyyətinin şərq ölkələrində rəvac tapmasının mühüm nəticələrindən biri mə`nəvi amillərin tənəzzülüdür. Bu tə`sir həyatın bütün sahələrində, xüsusi ilə ailə rabitələrində özünü aşkar büruzə verir. Bununla belə, hələ də cəmiyyətimizdə güclü bir ailə bağlılığı var. Bu bağlılıq xalqın ailə haqları, xüsusi ilə ər-arvad vəzifələri ilə tanış edilməsi ilə düzgün cəhətə yönəldilməlidir. Bu yolla ailə üzvlərindəki mə`nəvi zəiflik amillərinin qarşısı alınmalıdır.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor