RSS
 

Login:
Şifrə:
» » MEHRİBANLIĞIN AİLƏ HƏYATINDA ROLU

Xəbər lenti

Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






MEHRİBANLIĞIN AİLƏ HƏYATINDA ROLU

 
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 29-12-2015, 23:55 | Şərh sayı: (0) | Baxılıb: 1009

MEHRİBANLIĞIN AİLƏ HƏYATINDA ROLU


MEHRİBANLIĞIN AİLƏ HƏYATINDA ROLU Ailə məsuliyyətlərini yerinə yetirmək güzəşt, geniş ürək, siyasət, ağıl, səbr, alicənablıq, bağışlamaq və elm tələb edir. Evin böyüklüyü ailəni qorumaq və ondan muğayat olmaqdadır. Necə ki, “bir millətin və ya cəmiyyətin başçısı onun xidmətçisidir” demişlər.
Yuxarıda qeyd etdik ki, nəsihətin müsbət təsir bağışlanmasında mehribanlıq, məhəbbət və mülayimliyin rolu böyükdür. Qurani Kərim “Loğman” barəsində buyurur:
“Loğman oğlunu nəsihət edərkən belə dedi: Ey mənim əziz oğlum, Allaha şərik qoşma, çünki şübhəsiz şirk böyük günahdır.”
Bu ayədə Loğmanın nəsihət etdiyi vaxt mehribanlıq və məhəbbətlə danışdığının və oğlunu mülayimliklə nəsihət etdiyinin şahidi oluruq. Sonra isə dediklərini dəlil ilə əsaslandırır. Çünki kobudluq və tündlük nəsihətin təsir imkanını aradan aparmaqla bərabər ədəbsizlik və həyasızlıq nümunəsidir.

MOİZƏ ZAMANI HƏDİSLƏRDƏN İSTİFADƏ ETMƏK
Ailəyə nəsihət etmək üçün Əhli-beyt (əleyhimussalam) hədisləri xüsusilə də baş vermiş hadisə və ya məsələ ilə nəsihət etmək daha münasib, daha səmərəlidir. Məsələn, moizə zamanı həmin məsələyə işarə edərək İmamlarımızdan gəlib çatan hədisi belə zikr edəsiniz. Hədislərdə deyilibdir ki, “qadın əri qarşısında uzundillik edərsə, qiyamət günü onun dili o qədər uzanacaq ki, bütün məhşər əhli onu tapdalayacaqlar.” Və yaxud bu hədis: Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) merac gecəsində Cəhənnəmdə öz dillərindən asılmış bir dəstə qadın görür. Bunun səbəbini Cəbraildən soruşanda, Cəbrail “bunlar ərləri qarşısında uzundillik edən qadınlardır”-deyə cavab verir.

Əlbəttə, nəsihət zamanı bu hədislərin bəyanının son dərəcədə mü-layim və məhəbbətlə olmasını unutmamalıyıq. Çalışmaq lazımdır ki, heç vaxt kobudluq və bəd xasiyyətlə nəsihət olunmasın. Əks halda nəsihət lazım olan təsiri göstərməməklə yanaşı, mənfi və pis təsirini bağışlayacaqdır.

ƏR-ARVAD ARASINDA İXTİLAFIN MƏNŞƏYİ
Qeyd etmək lazımdır ki, ər-arvad arasındakı narazılıq və ixtilafların səbəbi adətən hər iki tərəfin təqsiri üzündən baş verir. Təkcə qadın və ya kişinin müqəssir sayılaraq qınanması düzgün deyildir. İxtilafların mənşəyi xudbinlik, öz sözünü yeritmək və geniş ürəyin olmamasıdır. Belə ki, əgər cəmiyyət geniş ürəyə malik olub xudbinliyi özündən kənar edərsə çəkişmələr və narahatlıqlara da son qoyular. Belə olan təqdirdə çətinlik və narazılıq da yaranmaz.

Aydın məsələdir ki, iki nəfər, o cümlədən çox vaxt ər-arvad arasında tam müvəffəqiyyət hasil olmur. Çünki, bu müvafiqlik təkcə ruhları bir, eləcə də Allahın əmrinə qeydsiz-şərtsiz təslim olan peyğəmbər və ilahi övliyalar arasında mövcuddur. Elə buna görə də ailədə ər-arvadın bütün məsələlərdə bir-biri ilə tam razılığa gəlmələri mümkün deyildir. Bir məsələ barəsində nəzərlərin müxtəlif olması təbiidir. Bu da gözəl ailə münasibətlərini öz mənfi təsiri altına salmamalı, hətta ailə mühitini belə tənəzzülə uğratmamalıdır.

Ailədəki nəzər və xasiyyətlərin müxtəlif olmasının çarəsi geniş ürəyə malik olub ixtilaf və çətinliklərlə qarşılaşarkən tündlük göstərməkdən, dad-fəryad etməkdən çəkinməkdədir. Belə ki, ağıl və səbrlə ixtilaf və ya çətinliyin kökünü tapıb həll edilməsinin, aradan qaldırılmasının yolları barədə fikirləşməlidirlər.

KİŞİNİN ÖZ SƏHVİNİ ETİRAF ETMƏSİ
İxtilafın yaranmasında müqəssir kişidirsə, gərək öz səhvini iqrar edib çəkinmədən üzr istəsin. Çünki bunun özü mərdlik və onun tələbidir. Əgər kişi təqsirkar olub öz səhvini boynuna almazsa nə qadını nə danlaya bilər, nə də nəsihətinin müsbət təsiri olar. Bu zaman kişinin özü daha artıq nəsihətə möhtacdır.
Böyük ustadımız, əzəmətli İslam İnqilabının rəhbəri İmam Xomeyni həzrətləri bu barədə belə buyururdu: Xalq arasında işlənən “kişinin sözü bir olar” atalar məsəli doğru deyildir. Əsl kişi odur ki, səhvə düçar olarkən öz səhvini etiraf etsin. Çünki biz məsum deyilik, səhvlərimiz də çoxdur. Buna görə də lazımdır ki, səhvlərimizi boyunumuza alaq.

İnsan haqq qarşısında diz çökməyi bacarmalıdır. İctimai mühitdə yalnız mülayim və öz səhvini qəbul edənlər müvəffəqiyyət əldə edə bilərlər. Belə olmazsa insan cəmiyyətdən uzaqlaşacaqlar.

Mürüvvət və mərdlik nişanələrindən biri də ixtilaf zamanı haqqı sahibinə verməkdir. Bəzilərinin “əgər kişi öz səhvini etiraf edərsə qadın qorxmaz və ədəbsiz olub kişinin hörmətini saxlamaz” deməsi şeytan vəsvəsəsidir. Haqqın qarşısında hər bir şey qiymətsizdir, haqqa baş əymək gərəkdir.

İmam Həsən Müctəba (əleyhissalam) səhabələrindən biri olan Cünadəyə belə buyurdu:

“Əgər bir adam qohum-əqrəbası olmadan əziz olmaq, ürəklərə nüfuz tapıb heç bir qüdrətə malik olmadan heybətli və hörmətli olmaq istəyərsə, günahın xar və zəlillik libasını əynindən çıxardıb Allaha bəndəçiliyin izzət və şərəfli libasını geyinməlidir.”

Bu barədə Qurani Kərim belə buyurur:
“İman gətirib yaxşı əməllər görənləri, Rəhman Allah məhbub edəcəkdir.”

QARŞILIQLI GÜZƏŞT VƏ XƏTALARI ÖRTMƏK
Ər-arvadın ailədə möhtac olduqları iki mühüm xüsusiyyət qarşılıqlı güzəşt və xətaları örtməkdir.

Bu gözəl xislət özünü ilahi peyğəmbərlərin və məsum İmamların (əleyhimussalam) rəftarında tam və bariz şəkildə göstərmişdir. O alicənab və nümunəvi insanlar çox güzəşt edib xəta və səhvləri gizlədirdilər.

Bir gün şamlı bir nəfər Mədinə şəhərinə gələrək İmam Həsən (əleyhissalam)-la rastlaşır, amma o həzrəti tanımır. Həzrətdən kim olduğunu soruşduqda onu tanıyır. Əhli-beyt düşmənlərinin apardıqları xoşagəlməz və yanlış təbliğatın təsiri ona da nüfuz etdiyindən “qürbətən iləllah” (Allaha xoş getsin deyə) o həzrətə nalayiq sözlər deyərək ürəyindəki kin-küdurəti aşkara çıxartdı, öz ədəbini göstərdi. Bu nalayiq hərəkət müqabilində İmam Həsən (əleyhissalam) əsəbiləşmədən, narahtlığını büruzə vermədən mülayim və məhəbət dolu nəzərini o kişiyə salır və gözəl xasiyyətə sahib olmaq haqqında onun üçün bir neçə Quran ayəsi tilavət edir və sonra buyurur: “Mən sənə hər cür kömək və xidmət göstərməyə hazıram.” Sonra həzrət ondan soruşur: “Şam əhlindənsən?” O kişi cavab verir: “Bəli”. Həzrət belə buyurur: “Sən bizim şəhərdə qəribsən, əgər bir şeyə ehtiyacın varsa sənə kömək etməyə hazıram, gəl səni öz evimə qonaq aparım. Paltarın yoxdursa, səni geyindirim, pulun yoxdursa sənə pul verim.” Şamlı kişi öz yaramaz əxlaqı müqabilində kəskin reaksiya gözləyirdi və bu cür güzəşt və əfvi təsəvvür etmirdi. Amma İmamın bu cür mülayim rəftarından sonra elə dəyişdi ki, “o vaxt arzu etdim kaş yer aralanaydı və mən yerə girəydim ki, bu cür ədəbsizlik və ölçüsüz kobudluğa yol verməyəydim. O vaxta kimi mənim üçün yer üzündə Həsən ibni Əli və atasından, (Allahın salamı onlara olsun) başqa bir düşmən yox idi, amma bu hadisədən sonra mənim ondan və atasından yaxın və məhbub bir kəsim yoxdur” deyə xatırlayırdı.

HƏDİSLƏRDƏN DAHA BİR NÜMUNƏ
İmam Sadiq (əleyhissalam) bu barədə buyurub:
“Qüdrət sahibi olan zaman əfv edib bağışlamaq Allah peyğəmbərləri və təqvalı insanların adətidir.”
Həzrət Əmirəl-möminin Əli (əleyhissalam) əfv etmək haqqında buyurmuşdur: “Qüdrət sahibi olduğunuz zaman əfv edin ki, Allahın sizə verdiyi qüdrətin şükrü əfv etməkdir.”

Həzrət Yusif (əleyhissalam)-ın öz qardaşları və Züleyxanın günahından geçərək onları bağışlaması Allah övliyalarının ardıcılları üçün tutarlı bir nümunədir. Allah peyğəmbəri qardaşlarının ona etdikləri böyük zülmün qarşısında yüksək qüdrət və izzət sahibi olduğu halda böyüklük və alicənablıqla güzəşt edərək onlara deyir: “Siz məni Misrin şərafətlisi və böyüyü etdiniz.” Qırx ildən sonra atası ilə görüşərkən ona “Şeytanın mənimlə qardaşlarım arasında fitnə-fəsad saldığını” söyləyir.
Doqquz illik zindan əziyyətini unudaraq və Züleyxanın günahından keçərək onu bağışlayır.

Beləliklə, peyğəmbər və din rəhbərlərinin (əleyhissalam) günahı bağışlayaraq güzəştə getmələrindən ibrət dərsi öyrənməklə yanaşı özümüzü Quran ayəsinə layiq göstərək. Quran bu zəminədə buyurur:

“İman əhli gərək güzəşt etsinlər və başqalarının günahını üzə vurmasınlar. Məgər istəmirsiniz ki, Allah sizin günahınızdan keçsin?! Əlbəttə, Allah daha çox bağışlayan və mehribandır.”

GÜZƏŞTİN TƏSİRİ
İnsan ailə və ya cəmiyyətdəki kiçik səhvləri görməməzliyə vurub güzəştə getsə, belə bir hərəkətin o mühitdə müsbət təsiri vardır ki, öz ardınca səfa-səmimiyyət gətirəcəkdir. Ən başlıcası budur ki, belə bir hərəkət Qiyamət günündə Allah-Təalanın insanın xəta və pisliklərinə göz yumaraq onu bağışlamasına səbəb olar. Əfv və güzəştin olması ailə mühitini hərarətli saxlayaraq günahların bağışlanmasına səbəb olacaqdır. Bəs hər vaxt bir-birinizin səhv və ya xətası ilə qarşılaşsanız, güzəşt, mehribanlıq və əfv şölələrini qəlblərinizdə alovlandırıb isti ailə ocağınızda bir-birinizi bağışlayaraq əfv və rəhmət gölgəsində başdan-başa məhəbbət və şövqlə dolu, xoş və mənəviyyatlı bir həyat keçirəsiniz.

QARŞILIQLI ANLAŞMANIN TƏSİRİ
Ailədəki mənəviyyat, ləzzət və şirinlik ailə üzvlərinin bir-biri ilə keçinərək qarşılıqlı anlaşması sayəsindədir. Əgər ailə üzvləri bir-birini düşünüb yola gedərlərsə ailədəki nəzm və nizamın möhkəm olacağına şübhə ola bilməz.

Sünnülərin rəhbərlərindən biri olan Əhməd ibni Hənbəl özünün tanınmış “Müsnəd” kitabında Ayişənin dilindən belə nəql edir:
“Bir gün Allahın Rəsulu mənim evimdə idi, Onun arvadı Səfiyyə bişirdiyi xörəkdən həzrət üçün yolladı. Xörək gətirən kənizi görcək bədənim əsməyə başladı və ixtiyarsız xörək qabını onun əlindən alıb yerə çırpdım. Peyğəmbərin gözlərinin mənə dikildiyini gördükdə bu rəftarımın qəzəb və nifrət cizgilərini onun simasında müşahidə etdim. Allah Rəsulunun qəzəbindən o həzrətə pənah apardım və dedim: Ümidvaram ki, mənə qarğış etməyəsiniz. Peyğəmbər buyurdu: Ayişə, tövbə et!
Bu əməlimi necə düzəldim?-deyə o həzrətdən soruşdum.

Həzrət buyurdu: Səfiyyənin bişirdiyi xörək kimi, xörək bişir və onun qabına oxşar bir qab alıb həmin xörəkdən onun üçün göndər.

Belə və buna bənzər hallarda Allah Peyğəmbəri (səlləllahu əleyhi və alih) ürək genişliyi və alicənablıq göstərərək səy edirdi ki, çətinliklərə məhəbbət və düşüncə ilə yanaşaraq onları razılıqla aradan qaldırsın. Həzrət Quran buyuruğuna arxalanaraq onlara həmişə nəsihət edirdi.

Biz də öz sevimli peyğəmbərimizin yolunu davam edərək səhvləri görən zaman özümüzü görməməzliyə vurub lazım olan surətdə tam ədəblə nəsihəti və ürəkyanğısını ifadə edən sözləri xatırladaq. İxtilaf və səhvi gördüyümüz zaman dad-fəryad edib, kötək və acı dildən uzaq olaq.

Məsum və pak Əhli-beytin (əleyhissalam) rəftar və hədislərindən istifadə edərək ibrət dərsi alaq, bir-birimizi moizə edək, o böyük şəxsiyyətlərin başdan-başa nəsihətamiz yaşayışını ülgü götürək və onların qızıl tək sözlərini xatırlayaraq heç vaxt unutmayaq.

BİR NEÇƏ HƏDİS
Mövzunun mühüm olmasıyla əlaqədar məsum İmam-larımızdan (əleyhissalam) bir neçə nümunəvi hədisi qeyd etmək yerinə düşərdi.
Məsumlar (əleyhissalam) buyururlar: “Qadınlarınızın ən yaxşısı o qadındır ki, hər zaman yoldaşını əsəbiləşdirsə və ya onu qəzəbli halda görsə, ona “mənim əlim sənin əlindədir və təkcə sənə təsliməm” söyləsin.

Eləcə də buyurublar: “Əgər bir qadın, əri ondan razı olmadığı halda yuxuya getsə, Allah məlaikələri sübhə qədər ona lənət edərlər.”
Kişinin belə hədisləri təbəssüm, aramlıq və mülayim halda, əsəbiləşmədən həyat yoldaşı üçün oxuya bilməsi çox yaxşı və müsbət təsirə malik bir hərəkətdir.

GÖZƏL ƏXLAQ
Kişinin müxtəlif növ ixtilaf və çətinliklərin əmələ gəlməsində təqsiri olmasa belə, yoldaşı ilə pis və tündlüklə rəftar etməyə haqqı yoxdur. Ər və arvadın isti ailə ocağını, uşaqların ilk təlim-tərbiyə məktəbini soyutmağa haqları yoxdur.

İslam tarixində oxuyuruq: Allah Rəsulunun (səlləllahu əleyhi və alih) səhabələrindən (dostlarından) biri dünyadan köçdüyü zaman Həzrət onun dəfn mərasimində iştirak edir və mübarək əli ilə onu torpağa tapşırarkən ölənin anası üzünü qəbrə sarı tutub deyir “Sənin üçün ağlamıram, axı nə üçün ağlayım? Bir halda ki, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in əli ilə torpağa tapşırıldın, mütləq xoşbəxtsən”. Anası qəbrin üstündən çəkilən zaman, Peyğəmbər (səlləllahu əleyhi və alih) üzünü səhabələrə tutub buyurur: “Elə bu saat qəbir onu elə sıxdı ki, sinəsinin sümükləri sınıq-sınıq oldu.” Səhabələr soruşdular: “Ya Peyğəmbər, o ki yaxşı adam idi!”

Həzrət buyurdu: “Bəli, amma evdəki rəftarı pis idi.”
Əgər insan əsəblərini cilovlayıb qəzəbini boğarsa, həm ailə problemləri öz həllini tapar, həm də ilk qəbir gecəsində rahat olar və Allah-Taala Qiyamət günü onu bağışlayar. İnşaallah!

HÜSNÜ-NİYYƏTLİ OLMAQ
Böyük əhəmiyyətə malik olan məsələlərdən biri də, insanın cəmiyyət və ailədə mənfi baxışlı olmaması və bütün məsələlərə hüsnü-niyyətlə yanaşmasıdır. Mənfi baxışlı olmaq insanda kin, qüssə, qeybət və şayiələrin yaranmasına bais olur. Mənfi nəzərli adamlar Qiyamət günü məhşər səhnəsinə milçək şəklində daxil olacaqlar, çünki dünyada milçək kimi həmişə çirkinlik, eyb, nöqsan və iyrənc işlər ardıncadırlar.

Buna görə də dost və həmkarların yaxşılıqlarını, ələlxüsus ailənin yaxşı cəhətlərini nəzərə alaraq zəif nöqtələrinə göz yummalıyıq.

Həzrət İsa (əleyhissalam) bir gün öz səhabələrindən bir neçəsi ilə yol gedirdilər ki, murdar olmuş bir keçi ilə rastlaşdılar. Səhabələrdən hər biri o heyvanın bir eybini sadalamağa başladılar, amma Həzrət İsa (əleyhissalam) “Bu murdar olmuş heyvanın nə qəşəng ağ dişləri vardır!”-deyə onların eybləri sadalamaqlarının qarşısını aldı.

Allah peyğəmbərinin bu rəfarı bizə başqalarının eybini axtarmamağı, hətta bir murdarın belə cəsədində müsbət bir nöqtəni görməyi öyrədir.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor