RSS
 

Login:
Şifrə:
» » Növcavanların və gənclərin dini məsələləri

Xəbər lenti

Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Növcavanların və gənclərin dini məsələləri

 
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 28-12-2015, 07:16 | Şərh sayı: (0) | Baxılıb: 391

Növcavanların və gənclərin dini məsələləri


Növcavanların və gənclərin dini məsələləri


Növcavanlıq və gənclik yaşı müxtəlif mənbələrdə fərqlidir. Bu yaş, adətən,12-25 intervalında götürülür. 12-18 yaşlar növcavanlıq, 19-25 yaşlar isə gənclik hesab olunur.

Tərbiyə baxımından bu yaş dövrü nisbətən problemli ötüşür. Bu dövrdəki böhranlar cinsi yetkinlik (həddibuluğ) prosesi ilə müşayiət olunur. Başqa sözlə, yetkinlik (buluğ) prosesi erkən yaşlardan başlayıb, növcavanlıq dövründə başa çatır. Bu dövrdə növcavan, ailə şəxsiyyətindən ayrıca öz fərdi şəxsiyyətinin bünövrəsini qoyur.

Müxtəlif mühitlərdə yetkinlik yaşı fərqlidir. Bu yaşa sosial, ictimai, coğrafi amillər təsir edir. Adətən, qızlar 13-14, oğlanlar isə 15-16 yaşlarında yetkinlik həddinə çatırlar. Uyğun dövrdə fiziki dəyişikliklərlə yanaşı, daxili dəyişikliklər də müşahidə olunur. Onların xarakterində reallıqla uzlaşmayan dolaşıqlıqlar ortaya çıxır. Növcavanlıq düşüncə baxımından məntiq, analitik təfəkkürə giriş dövrüdür. İnsan məhz bu dövrdə uşaqlıqdan böyüklüyə adlayır. O, «başqalarını təqliddən», «özünütəqlidə» keçir. Yaşlılar dünyasının tələbləri başqadır. Həmin tələblərə uşaq təxəyyülü ilə cavab vermək mümkünsüz olur. Növcavanlıq dövrünü bəziləri «ikinci təvəllüd» adlandırırlar.

Növcavanlıq dini məsələləri təfəkkür, əqli dəlillər əsasında qəbul etmək istəyirlər. Uşaqlıq dövrünün dini hisslərinə sonralar növcavanlıq biliyi və gənclik baxışı əlavə olunur. Növcavan özündən soruşur ki, həyat nədir, mən kiməm, nə üçün yaşayıram, haraya gedəcəyəm, ölümdən sonra da həyat varmı? Onun dünyagörüşü uyğun suallara tapdığı cavablar əsasında formalaşır. Növcavan və gəncin tutacağı mövqe hansı ictimai, iqtisadi, mədəni cəmiyyətdə inkişaf etməsindən asılıdır. Çünki ictimai mühit insanın şəxsiyyətinə bir çox təsirlər göstərir.
Növcavanlarda ürfan, əxlaq, mənəviyyat ruhu özünü daha çox büruzə verir. Növcavan insani fəzilətlərə, əxlaqi dəyərlərə daha çox meyl göstərir. Bu dövrdə kamillik eşqi daha güclü olur.
Növcavanlıq və gənclik dövrünün təbii xüsusiyyətləri

1. Qeyri-tarazlıq və təbii sabitsizlik;
2. Həmyaşıdların diqqətinə maraq və onların razılığını qazanmaq üçün təlaş;
3. Tənqid və məzəmmətə dözümsüzlük, başqalarını tənqid həvəsi;
4. Fədakarlıq, mübarizlik, zəifin müdafiəsi;
5. Bacarıqlı və mühüm görünmək;
6. Müvəffəqiyyətsizlik müqabilində bədbinlik;
7. Zahirə, geyimə, bəzək-düzəyə diqqət;
8. Xəyalpərəstlik, vurğunluq;
9. Gələcəyə münasibətdə nigaranlıq.
Gənclik dövründə ictimai təkamül
Gənclik dövründə uşaqcasına tələskənlik addım-addım qalxır, onun yerini sabitlik və məntiqi təfəkkür tutur. Bunun ardınca cəmiyyətdəki fərdlər olduğu kimi qəbul olunmağa başlayır, tənhalıq meylini həmkarlıq, yoldaşlıq hissləri üstələyir. Təbii sabitsizlik düşüncəli tarazlıqla əvəz olunur. Beləcə, insan reallığa yaxınlaşır.
Növcavanlıq və gənclik dövrünün ehtiyacları

Növcavanların və gənclərin ehtiyaclarını bildikdən sonra onlara yardım göstərmək, onları qane etmək mümkün olur. Bəşəriyyətin ehtiyacları əsasən iki qismə bölünür:
1. Fiziki və həyati ehtiyaclar. Bu qisim ehtiyaclar «ilkin ehtiyaclar» da adlandırılır. Bu ehtiyacları ödəmədən yaşamaq mümkünsüzdür. Qida, hava, su, yuxu, istirahət bu qəbil ehtiyaclardandır.
2. Ruhi ehtiyaclar. Bu ehtiyacların təmin olunmaması səbəbindən ruhi narahatlıqlar baş qaldırır. Nəticədə, təbii-fitri tarazlıq elə pozula bilər ki, insan həyatdan bezər.
Bir çox bədbinlikləri, nigarançılıqları, xalqa əziyyəti, tündməcazlıqları, süizənləri, cinayətləri, hətta qətl və intiharları məhz ruhi ehtiyacların ödənməməsi doğurur. Uyğun ehtiyacın dərəcəsi cəmiyyətdəki durumdan, adət-ənənələrdən asılı olur. İndi isə mövcud ruhi ehtiyacları sadalayaq:


1. Mehribanlıq və sevgiyə ehtiyac. Həyatda bir qrup insanlarla yaxın əlaqə və məhəbbət insanda razılıq doğurur. Əksinə, həmin şəxslərlə rabitənin zəifliyi insan ruhunu sarsıdır. Umduğu sevgini əldə edə bilməyən şəxs özünü alçaldılmış və təhqir olunmuş hiss edir. Nəticədə, tənhalığa üz tutan şəxsdə həsəd, kin hissləri güclənir.

2. Əmin-amanlıq və toxtaqlıq. İnsan əmin olmaq istəyir ki, ətrafdan ona qarşı heç bir təhlükə olmayacaq və onun şəxsiyyəti amandadır. Çünki istənilən təhlükə ehtimalı insanda nigarnçılıq yaradır. Bizim növcavanlarımız və gənclərimiz elə bir ictimai quruluş intizarındadırlar ki, bu quruluşda insanları heç bir qəfil təhlükə gözləmir. İnsan onu təhlükələrdən qoruyacaq güclü valideynlərə və hamilərə ehtiyac duyur.

3. Bağlılıq hissi və yaşıdların diqqətinə ehtiyac. Yaşıdlar arasında diqqəti cəlb etmək üçün həmin ictimai dairədə maraq doğuracaq işləri bacarmaq lazım gəlir. İnsan öz güc və istedadını hansısa bir dairədə daha yaxşı nümayiş etdirə bilər. Bu qrup təxribatçı, ictimai zərərli bir qrup da ola bilər. Çünki gənc yalnız qrup dairəsində psixoloji ehtiyaclarını rahatlıqla ödəyir.

4. Hörmət və ehtirama ehtiyac. Mühitin nəzarəti insan üçün həmişə ləzzətlidir və bu nəzarət onu rahatlaşdırır. Növcavanlıq və gənclər, adətən, özlərindən üstün elə dəyərlərə ehtiyac duyurlar ki, özlərinə və başqalarına qarşı hörmət hiss etsinlər. Özünə qarşı ictimai ehtiram hiss edən gənclər bu istiqamətdə daha da səylə hərəkət edirlər. Onlar özlərinə hörmətlə yanaşır və başqalarından da belə bir hörmət umurlar. Ehtirama olan ehtiyacın ödənməsi nəticəsində cəmiyyətdə özünəinam, qüdrət, müvəffəqiyyət, ləyaqət, mötəbərlik dəyərləri güclənir.

5. İstiqlal, azadlıq ehtiyacı. Əksər növcavanlar və cavanlar valideyn nəzarətindən yorulur və azad şəkildə öz talelərini həll etməyə, müstəqil qərarlar çıxarmağa çalışırlar.

6. Təşəkkürə ehtiyac. Hər bir növcavan və gənc öz zəhmətinin yetərincə qiymətləndirilməsinə, təşəkkürə ehtiyac duyur. Gözlədiyi təşəkkürü əldə etməyən yeniyetmədə bədbinlik, ümidsizlik hissləri tüğyan qoparır.

7. Dinə, həyat fəlsəfəsinin dərkinə ehtiyac. Din insan ruhuna aramlıq gətirir. Dinə inanan insan bir çox təşvişlərdən, iztirablardan, qorxulardan yaxa qurtarır. Bir sözlə, din insan ruhunun sığınacağı, onun ehtiyacıdır. Növcavanların 15 yaş həddində dini hisslərə malik olduğunu bildirən alimlər var. Onlar dini etiqad vasitəsi ilə öz narahatlıqlarını aradan qaldırmaq istəyirlər.

8. Həyat məqsədinə ehtiyac. Məqsədsiz həyat, əsasən, mənasız olur. Hər bir insan öz fəaliyyətlərini hansısa bir hədəf istiqamətində qurmağa çalışır. Həyat məqsədi insanı rahatlaşdırır, onun fəaliyyəti üçün stimul olur.

9. Şəxsiyyət və özünütanıma hissinə ehtiyac. Daxili və xarici təzyiqlər qarşısında ruhi tarazlığın qorunması, şəxsiyyət və özünütanıma hissi əsas ehtiyaclardandır. Yeniyetmə kimliyini bilməyə, özünütəsdiqə çalışır.

10. Təkamül hissinə ehtiyac. Yeniyetmələr öz istedadlarının çiçəklənməsinə meyllidirlər. Bu təkamül nəticəsində sağlam psixoloji durum əldə olunur. Bu mərhələdə insan bir o qədər müvəffəq ola bilməsə də, öz imkanlarını aşkarlayır, kamala çatmaq üçün qüvvəsini səfərbər edir. Olsun ki, dəyərlərin, dini və ictimai-siyasi məqsədlərin gerçəkləşməsi bu hissin təminindən asılıdır. Olsun ki, insan məhz bu dəyərlər hesabına şəhadəti qəbul edir ki, kamillik əldə etsin.
Növcavanlıq və gənclik dövrünün problemləri
Bu problemlər müxtəlif cəmiyyətlərdə fərqlidir. Təbii, ictimai, əxlaqi, fiziki, bəzən də qatışıq halda ortaya çıxan problemlər mövcuddur. Dırnaq çeynəmək, barmaq sormaq, qorxulu yuxu, tənbəllik, oğurluq, qeybət uyğun problemlərə misal ola bilər. Ünsiyyət yaratmaqda çətinlik, guşənişinlik, adamyovuşmazlıq, yeniliyin çətin qəbulu, psixoloji pozuntuların varlığına sübutdur.
Növcavanlıq və ilkin gənclik problemlərinin amilləri

1. Uşaqlıq dövrünün başa çatması və yetkinliyə keçid;
2. Azadlıq əldə etmək üçün bütün güclülərə, eləcə də, valideynə qarşı qiyam;
3. Bu vaxtadək nümunə olmuş böyüklərə qarşı etimadsızlıq;
4. Şəxsiyyət hissinin formalaşması;
5. Cinsi əlaqə və əks cinsə qarşı meyl;
6. Fiziki-ruhi nöqsanlar, məhrumiyyətlər;
7. Ailə tərbiyəsində nöqsan, ailədaxili çəkişmələr;
8. Cəmiyyətin səbatsız iqtisadi və ictimai durumu. Mübarizə, işsizlik, əyləncə qıtlığı.
Ailə problemləri

İnsanın ictimai şəxsiyyətini formalaşdıran əsas amillərdən biri ailədir. Övladların cəmiyyətdəki nöqsanlı rəftarından narahat olan valideyn bilməlidir ki, uyğun nöqsanların kökü ailədəki çətinliklərdir. Ailədə yeniyetmə varsa, bu ailədə problemlər də qaçılmazdır. Səbəb isə aydındır: valideyn vədlər, müqayisələr, sevgi yolu ilə övladını cilovlamaq istəyirsə də, övlad azad olmağa çalışır.
İctimai məsələlər

Toplum və cəmiyyət yeniyetməyə xeyir və şəri göstərən güzgüdür. Cəmiyyətə çıxarkən nə edəcəyini, nə deyəcəyini bilməyən yeniyetmələr, adətən, mənfi reaksiya ilə qarşılaşırlar.
Şəxsiyyətdaxili ziddiyyətlər

Bir tərəfdən ailə və cəmiyyət problemləri ilə üzləşən yeniyetmə, digər tərəfdən şəxsiyyətdaxili ziddiyyətlərin hücumuna məruz qalır. Bu ziddiyyətlər onda təşviş, nigarançılıq yaradır, psixoloji durumunu təlatümə gətirir. Bəzi problemlər valideyn-övlad qarşıdurması tək ötəri olsa da, yeniyetməni sarsıdan problemlər də olur. Qrup tərəfindən rədd edilən yeniyetmə ağır iztirab keçirir. Bəzi ziddiyyətlər o qədər dərin olur ki, insanda xəstəlik əlamətləri müşahidə edilir. İndi isə daha ciddi hesab olunan bəzi problemlərə nəzər salaq:
1. Həqarət hissi. Bəzi gənclər və yeniyetmələr fiziki qüsuruna, ailə probleminə, hər hansı çatışmamazlığa görə ətrafdakıların məsxərəsinə, məzəmmətinə məruz qalır. Yoldaşlar ona gülür, müəllimlər onu danlayır. Belə yeniyetmə özünə inamı itirib, həqarət hiss edir.
2. Əsəbilik. Bəzi yeniyetmələr fiziki çatışmazlıq,təcrübəsizlik, məhrumiyyət, gücsüzlük, imkansızlıq səbəbindən iztirab keçirir, əsəbi narahatçılığa düçar olurlar.
3. Qorxu və iztirab. Yeniyetmələr üçün xarakter qorxuları sadalayaq: imtahan qorxusu, valideyndən ayrılıq qorxusu, kasıblıq qorxusu, əxlaqi və dini azma qorxusu, cinsi münasibət qorxusu, dostları itirmək qorxusu, xəstəlik qorxusu, yüksəklik qorxusu və s.
4. Sarsılma. Xarici və daxili problemlər səbəbindən sarsıntılarla üzləşirik. Məsələn, valideynini, yaxın adamını itirmiş yeniyetmə sarsıntı keçirir. Uyğun sarsıntı insanı ümidsizləşdirib, fəaliyyətdən saxlaya bilər.
5. Vasvasılıq. Adətən, ifrat təmizkar, ifrat tələbkar, xırdaçı ailələrdə tərbiyə olunmuş yeniyetmələr vasvasılığa düçar olurlar.
Din və yeniyetmə

Yeniyetməlik dövründə dini fəzilətlərə maraq ən yüksək həddə çatır. Bu maraq bəzi gəncləri ifrat ibadətə, gecələr oyaq qalmağa, çox dua oxumağa sövq edir. Onlar dünya nemətlərindən üz çevirir, namazda ağlayır, yüksək ruhi hal tapırlar. Amma bu yaşda əqidə şübhələri də ən yüksək həddinə çatır. Uyğun şübhələrlə üzləşən yeniyetmə öz əqidəsini hansı yolla qoruya bilər? Bundan ötrü, Allahı ən qadir və əbədi varlıq sayaraq, Ona sığınmaq, elm və helm əhli olan tərbiyəçilərlə ünsiyyətdə olmaq, ibadət etməklə yanaşı suallara məntiqi cavab tapmaq, təəssüb, ifratdan çəkinmək, yetərli ictimai fəaliyyət proqramı hazırlamaq lazımdır.
Təhsil məsələləri

Yeniyetmənin tərbiyəsində, formalaşmasında ailədən sonra, ikinci təsirli amil təhsil mühitidir. Düzgün təlim-tərbiyə insanın gizli istedadlarını üzə çıxarır. Həmkarlıq, həmdərdlik, ünsiyyət, rəqabət, uyğunlaşma, fədakarlıq ehtiram kimi hisslər təhsil mühitində formalaşır.
Peşə məsələləri

Peşəyə yiyələnmək, iş tapmaq, maaş almaq, iqtisadi müstəqillik əldə etmək yeniyetmələr üçün çox mühümdür. Peşə seçimində bir çox amillər rol oynayır. İstedad və həvəs kimi fərdi, ehtiyac və qazanc kimi ictimai amillər mövcuddur. Əlbəttə ki, bu istiqamətdə insanın özünü dəyərləndirməsi də inkarolunmaz amildir.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor