RSS
 

Login:
Şifrə:
» » İnsanlığın səadət kitabı

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






İnsanlığın səadət kitabı

 
Müəllif: Admin | Bölmə: Qurani-Kərim | Vaxt: 9-12-2015, 01:09 | Şərh sayı: (0) | Baxılıb: 2645

İnsanlığın səadət kitabı


İnsanlığın səadət kitabı


Allah-Təala insana ağıl və iradə kimi iki böyük əmanət, iki misilsiz nemət verib. İnsan həyatda nə qazanırsa, bu iki gücün, bu iki nemətin sayəsində qazanır.

Ağıl - işlətmək üçündür, ağıl da alət kimidir, işləndikcə cilalanır, daha parlaq, daha iti hala gəlir. Əgər diqqət yetirmisinizsə, Qurani-Kərimin ən azı yüz yerində insana düşünmək, təfəkkür etmək tövsiyə olunur. Buyurulur ki, gözlərini aç, dünyaya bax, ibrət al, doğru yolu seç. Yəni ağlını işlət, ağlı olmayanın heç bir şeyi olmaz. Ağlı olmayan dəlidir, dəlinin nə ibadəti var, nə itaəti. Allah-Təala (c.c.) bu mübarək kitabında buyurur ki, ağlını işlətməyənlərin başına göydən müsibətləri yağmur kimi endirərik.

İnsan düşündükcə Haqqa yaxınlaşar. Doğru istiqamətdə düşünmək əslində ibadətdir.

Bir adı Nur olan uca kitabımız Quran insan ağlının vara bilməyəcəyi bir ucalıqdır, ona doğru istiqaməti göstərir. Quran ağıl kitabıdır, onu düşünərək oxumaq, oxuyaraq düşünmək insanı hər cür çətinlikdən, fəlakətdən qurtarar.

Quran yas kitabı deyil, ölü üstündə oxunmaq üçün deyil, kitab rəfinin ən yüksək yerində saxlayıb, şəfaət ummaq üçün deyil; oxumaq üçündür, oxuyub öyrənmək üçündür, həyatını onun göstərişləri ilə inşa etmək üçündür.

Əslində Qurani-Kərim nədir, bilirsinizmi? - Ən gözəl insan layihəsi.

Bir bina tikməzdən əvvəl onun layihəsi hazırlanır. Pilləkən haradan başlayıb, harada qurtaracaq, pəncərələr hansı divarda oturacaq, tavanın hündürlüyü nə qədər olacaq, mənzildə neçə qapı olacaq... bir sözlə, hər şey dəqiqliyinə qədər ölçülüb-biçilir və sonra o layihə üzrə iş başlayır.

Qurani-Kərim də insan layihəsidir, kim ömrünü o layihə ilə inşa edərsə, Allah yanında da üzü ağ olar, insanlar arasında da.

Mehmet Akif Ərsoy Quranı xurafata alət edənlər haqda belə deyir:

Enməmişdir hələ Quran, bunu haqqıyla bilin,

Nə məzarlıqda oxunmaq, nə də fala baxmaq üçün.

Oxumadan, öyrənmədən, buyruqlarını öz həyatına tətbiq etmədən Qurandan şəfaət gözləmək bilirsinizmi nəyə bənzəyir? - Həkim sənə bir resept yazıb, sən də o resepti cibində gəzdirməklə şəfa tapacağını düşünürsən. Şəfa tapmaq istəyirsənsə, o reseptdə göstərilənlərə əməl eləməlisən, yoxsa o kağız parçasından sənə nə xeyir olacaq ki?..

Bu şəfa söhbəti də əslində daha geniş bir mövzudur. Çünki Quran həm də bir şəfa kitabıdır, könüllərin, ruhun şəfası.

Ədalət gücdür, nemətdir, sərvətdir. Xalq öz ədaləti ilə abad olur, dövlət öz ədaləti ilə güc qazanır. Ədalətin ayaqlar altına atıldığı bir yerdə nə gözəllik var, nə tərəqqi. Ədalət tərəqqidir. Tərəqqi olmayan yerdə tənəzzül yaşanır.

Şərq tarixinə baxın: xalqlar və dövlətlər Qurana yaxın olduqları müddətdə intibah dövrü yaşayıblar, inkişaf ediblər. Elm yayılıb, insanlar arasında ədalət bərqərar olub. Nə zaman ki, insanlar Qurandan uzaq düşməyə başlayıblar, müsəlman adı daşıyan əcdadımız və bizlər yadların qapazaltısına çevrilmişik.

Niyə uzağa gedirik ki, elə indinin özündə də bir iş görən kimi gözümüz onun-bunun ağzında qalır ki, görən filankəslər nə deyəcəklər, işimizi bəyənəcəklər, ya yox?

Elə bu məqamda yenə Mehmet Akif Ərsoydan başqa bir misal gətirək. Şair İslam aləminin Qərb qarşısında bu qədər zəif qalmasının səbəbini bir qədər yuxarıda dediyimiz kimi, Qurandan uzaq qalmasında görür və belə deyir:

"Biz bir vaxtlar Qərbə qılınc yelləyirdik, indi quyruq yelləyirik".

Bu könül insanının sevgisinə də, qəzəbinə də heyran olmaya bilmirsən. Görün başqa bir şeirində Qurandan uzaq düşmüş İslam dünyasının ətalətini, acizliyini necə təsvir edir:

İslamı qolundan tutacaq, qaldıracaq yox,

Haqsız yerə fəryad ediyor, acizə haqq yox.

Yetməzmi müsab olduğumuz bunca dəvahi?-

Ağzım qurusun, yoxmusun ey ədli-İlahi!

Bu münacat şairin Allah-Təalaya üsyanı deyil, öz acizliyinə, xalqının ətalətinə etirazıdır. Acizlə məzlumun fərqi nədir, bilirsinizmi? - Məzlum zülmə məruz qalana deyilir, amma zülmə məruz almaq hələ o demək deyil ki, o, iradəsizdir, həyatının məqsədini, boynuna düşən vəzifəni anlamır. Bəlkə də hər şeyi bilir, borcunu da yaxşı anlayır, iradəsi də sapsağlam, dipdiridir, sadəcə, məqamını gözləyir, səbir edir. Aciz isə iradəsindən imtina etmiş, başının üstündəki zalım ağaların kölgəsinə çevrilmiş, öz içindən, mənliyindən imtina etmiş və bu boşluğu ağalarının istəyi ilə doldurmuş zavallıdır. Məzlumun dözümü səbir ola bilər, acizin dözümü isə zavallılıq, rəzillikdən başqa bir şey deyil.

Kimlərsə iddia edirlər ki, Qurani-Kərim bu qədər canlı, bu qədər möhtəşəm elm mənbəyi olduğu halda, müsəlmanlar niyə geridə qalırlar. Bu sualın cavabı odur ki, biz düşünmürük, öyrənmirik, ibrət almırıq, gördüklərimizi oxuya bilmirik. Qurani-Kərim məntiqinə görə, Allahın yaratdığı ağaclar da, quşlar da, otlar da, göy üzündə üzən buludlar da, su da... hər biri ayrı-ayrılıqda ayələrdir. Hər birini oxumaq, öyrənmək əmr olunub bizlərə. Peyğəmbərimiz: "Təfəkkür ibadətdir" söyləyib, başqa bir yerdə də "elm - möminin itiyidir, harada görsə, götürməlidir" buyurmaqdadır. Amma nə yazıq ki, biz bu ibadətdən özümüzü məhrum hala gətirmişik.

Quran onu da söyləyir ki, başınıza gələn gözəl işləri Allahdan, bəla və müsibətləri isə özünüzdən bilin. Bu bilginin mərkəzində o həqiqət dayanır ki, insan cızığından çıxmayınca başına bəla gəlməz, başına gələnlər olsa-olsa Allahın onun qarşısına çıxardığı imtahanlardır ki, bunu özü anlar. Öz cızığından çıxan insan isə başqalarının haqqını tapdayar, günah işləyər, özünü cəzaya layiq hala gətirər.

Buyurun, vəziyyətimizə yüngülcə nəzər salaq. Quran ədaləti öyrədir, nə qədər ədalətliyik? Quran "ehtiyacınızdan artığını paylayın" buyurur, nə qədər səxavətliyik; Quran "ehtiyac altında bükülmüşü o borcdan qurtarın" deyir neçə yaraya məlhəm ola bilmişik? Qeybət etməyi yasaqlayır, qeybətdən uzaq dura bilirikmi? İftiraya, yalan yerə şahidlik etməyə yaxın durmamağı əmr edir, bu əmri yerinə yetiririkmi? Yetim malı yeməyi haram buyurur, imtina edirikmi?..

Bəlkə də sən zahirən çox şeyi bəzəyə, boyaya bilərsən, amma insanın içi bəzək götürmür, boya tutmur. Tərəqqi də, tənəzzül də, hər şeydən əvvəl, insanın içindədir.

İslam tərəqqi təlimi, Quran onun baş proqramıdır.

Kim nə düşünür-düşünsün, kim nə eləyir-eləsin, amma kimsə unutmasın ki, hər kəs özünün şahididir. Bunu biz söyləmirik, Quran bildirir.

Aqibətimiz xeyir olsun!
"Zaman Azərbaycan"



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor