RSS
 

Login:
Şifrə:
» » Niyə qıldığımız bütün namazlarda diqqətimizi bir yerə toplaya bilmirik

Xəbər lenti

Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...
BEHİŞTƏ DAXİL OLACAQ İLK ŞƏXS KİMDİR?
BEHİŞTƏ DAXİL OLACAQ İLK ŞƏXS KİMDİR?...
ANADAN ƏZİZ, YENƏ ANADIR!
ANADAN ƏZİZ, YENƏ ANADIR!...
Peyğəmbəri-Əkrəm (s) Xanım Zəhra (ə.a) və onun başına gətiriləcək müsibətlərdən danışır
Peyğəmbəri-Əkrəm (s) Xanım Zəhra (ə.a) və onun başına gətiriləcək müsibətlərdən danışır...
Sədəqələrinizi riyakarlıq və minnətlə puç etməyin
Sədəqələrinizi riyakarlıq və minnətlə puç etməyin...
“LƏVVАMƏ NƏFSİ”, yaxud vicdan əxlaqı
“LƏVVАMƏ NƏFSİ”, yaxud vicdan əxlaqı...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr

Reklam

Online SMS Yaz!
Online Sms:

Niyə qıldığımız bütün namazlarda diqqətimizi bir yerə toplaya bilmirik

 
Müəllif: Admin | Bölmə: Namaz | Vaxt: 6-01-2015, 02:50 | Şərh sayı: (0) | Baxılıb: 2775

Niyə qıldığımız bütün namazlarda diqqətimizi bir yerə toplaya bilmirik


Niyə qıldığımız bütün namazlarda diqqətimizi bir yerə toplaya bilmirik


Möminləri düşündürən əsas suallardan biri bundan ibarətdir: Niyə qıldığımız bütün namazlarda diqqətimizi bir yerə toplaya bilmirik, qıldığımız hər namaz bizə ləzzət vermir? Niyə özümüzü hədislərdə buyurulduğu kimi meracda və ya Allahın hüzurunda, Onunla söhbət edirmiş kimi hiss etmirik?

Axı namaz insana xüsusi mənəvi həzz, rahatlıq gətirməlidir. Axı müqəddəslərimiz, peyğəmbər və imamlarımız, övliya və alimlərimiz namaz zamanı özlərini bu dünyadan kənardakı kimi hiss edirdilər. Hətta İmam Əlinin (ə) ayağına batmış oxu o səcdədə ikən dartıb çıxartmışdılar və o həzrət heç nə hiss etməmişdi. Onlar bu məqama necə nail olmuşdular? Niyə biz bu məqama çata bilmirik? Bizə mane olan nədir? Bu kimi suallar hər bir mömini təbii olaraq narahat edir və onda bir günahkarlıq duyğusu yaradır. Elə saytımızın sual-cavab bölməsinə gələn suallarda da bu mövzu ilə tez-tez rastlaşırıq.

Bu sualın ən gözəl cavabını İmam Zeynül-abidinə (ə) aid olan dualardan birində tapa bilərik. Bu dua o həzrətin ən məşhur səhabələrindən biri olan Əbu Həmzə Sümalinin adı ilə adlandırılır. Əbu Həmzə Sümali rəvayət edir ki, İmam Zeynül-abidin (ə) ramazan gecələrində çoxlu namaz qılar, sübh vaxtı bu duanı oxuyarmış. Bu duanın həcmi böyükdür, məşhur dua toplularında, o cümlədən, "Məfatihül-cinan”da tam şəkildə verilib. Duanın bir yerində İmam buyurur:

"İlahi! Mən nə zaman özümü hazırlayıb, Sənin qarşında namaz qılıramsa və münacat edirəmsə (Səni səsləyib dua edirəmsə), məndə halsızlıq yaranır, Səninlə münacat etmək imkanını məndən alırsan. Nədəndir ki, hər zaman "batinim (iç dünyam) düzəldi, tövbə edənlərə yaxınlaşdım” deyə düşünürəmsə, mənə bir bəla üz verir, ayaqlarım dolaşır, Sənin hüzurunla mənim aramda bir maneə yaranır?”

Burada diqqət yetirilməsli məqam budur ki, bəzən məsumların kəlamlarında onların özləri haqqında tənqidi fikirlərə rast gəlirik. İmamlar Allah dərgahında günahlarının bağışlanması üçün ağlayıb tövbə edir, savablarının azlığından, əməllərinin qəbul olmayacağından narahatlıq bildirirdilər. Hətta cəhənnəm əzabını yad edib ağladıqları vaxtlar da olurdu. Əlbəttə, onlar hər cür günahdan məsum idilər. Peyğəmbərin və Əhli-beytin məsumluğu ən azından Quranın təthir ayəsində (Əhzab, 33) qəti olaraq göstərilib. Lakin müqəddəslərimiz o qədər təvazö, təqva, xüzu və xüşu içində idilər ki, həmişə özlərini əskik sayır, Allahın nemətlərinə layiqincə şükr edə bilmədiklərini düşünür, Allaha bəndəliyi kamil şəkildə icra etməməkdən qorxurdular. Bununla da bizlərə təvazökarlıq, təqva, zöhd dərsi verirdilər. Onların bu kimi söz və davranışları hər bir mömində olması gərəkən, rica (Allaha ümid) ilə növbələşməli olan xovf məqamından xəbər verirdi.

İmam Zeynül-abidin (ə) hər birimizin ürəyini narahat edən sualı verdikdən sonra ardınca bunun cavabını da buyurur. Duanın növbəti sətirlərində İmam, namazın könülsüz halda qılınmasının mümkün səbəblərindən bir neçəsini sadalayır:

"Ey ağam! Bəlkə səbəb budur ki, məni öz dərgahından qovmusan və öz xidmətindən kənar etmisən?

Bəlkə Sənin haqqına (itaət və ibadətə) sayğısızlıq etdiyimi görmüsən, ona görə məni özündən uzaq salmısan?

Bəlkə Səndən üz çevirdiyimi görüb, Sən məndən üz çevirmisən?

Bəlkə məni yalançıların dərəcəsində görüb məni özündən uzaqlaşdırmısan?

Bəlkə Sənin nemətlərinə şükr etmədiyimi görüb məni məhrum buraxmısan?

Bəlkə məni alimlərin məclisində görmədiyin üçün məni ibadət ləzzətindən məhrum etmisən?

Bəlkə məni qafillər cərgəsində görüb, öz rəhmətindən məyus etmisən?

Bəlkə məni batil əhlinin və boşboğazların məclisində gördüyün üçün onlarla baş-başa buraxmısan?

Bəlkə (o qədər günah etmişəm ki) dualarımı eşitmək istəmirsən, ona görə məni kənara atmısan?

Bəlkə təqsirlərimə və günahlarıma görə mənə əvəz verirsən?

Bəlkə də həyamın azlığına görə məni cəzalandırırsan?”

Namaz zamanı diqqətini toplaya bilməyən və ibadətdən həzz almayan kəslərə bunu tövsiyə edirik ki, yuxarıdakı səbəbləri diqqətlə oxusunlar, özlərinə aid olan bəndi (və ya bəndləri) seçsinlər, sonra həmin nöqsanı düzəltməyə çalışsınlar. Allah bu yolda hər birimizə yardımçı olsun!



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

En Son Yükləmələr

Haci Sahib - Imam Huseyn (e) Mekkeni niye terk etdi?
Haci Sahib - Ashura Meysemi Temmarin dilinden
Haci Sahib - Imam Huseyn (e) Kerbelaya gelisi
Baqir Mensuri - Mehdiyem men
Baqir Mensuri - Kefen axtarir
Abbas Abbas
Haci Sahin - Quran haqqinda
Haci Sahin - Nefsle mubarize
Haci Sahin - Heqiqi mominler
Haci Sahib - Ya Huseyn
Haci Sahib - Danisaq Ya Huseyn
Haci Sahib - Salam ola
Balabey - Kecer
Haci Sahib - Ruqeyye
Haci Sahib - Ya Huseyn
Huseyn canem
Seyyid Rehman - Geldi
Seyyid Rehman - Kerbubeladir
Seyyid Rehman - Movla
Gozel Qiraet
Huseyn Huseyni - Menem Zeyneb
Huseyn Huseyni - Fatimeyi Zehra
Ebelfezl Aga haqqinda mersiye
Demisem Ya Eli
Davud Elizade - Huseyn Vay
Ilqar Nehremli - Ya Eli
Ilqar Nehremli - Can Ebelfezl aga
Haci Shahin - Ebelfezl aga
Haci Shahin - Eshq ve agil
Haci Shahin - Dushunce
Haci Sahib - Imami cagirmaq
Haci Sahib - Imam ve imtahan
Haci Sahib - Duanin qebuluna mane olan amiller
Haci Sahin - Dunyaya qul olmaq
Haci Sahin - Dunyanin ehemiyyeti
Haci Sahin - Bismillehir Rehmenir Rehim
Haci Qurbet - Ramazan bayrami
Haci Qurbet - Gunah
Haci Qurbet - Cox istemek
Imam Zaman agaya dua
Purzergeri - Ehzab 38-50
Tevsiyye - Fecr,Muteffifin,Beled,Beqere-1-5
Tevsiyye - Fecr suresu
Surxay Qedirxum - Gozumun qarasi Zeyneb
Elvin Valeh - Şiələrin
Fərəc qrupu - Ya Mehdi
Hacı Zahir Mirzəvi - Haray
Hacı Zahir Mirzəvi - Hüseynim
Hacı Zahir Mirzəvi - Xanım Zeynəb
Peyman Məmmədoğlu - Şikayətim var
Rövşən və Rauf - Dua
Vasif Vəsfinur - Ramazan
Hacı Sahib - Əməllərin girovunda
Hacı Sahib - Hacı Sahib - Ibadət
Hacı Sahib - Ictimai azadlıq
Hacı Şahin - Allahın təkəbbürü
Hacı Şahin - Dost seçmək
Hacı Şahin - Dünyaya məhəbbət
 

Ən Çox Oxunanlar

Təqvim

«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor