RSS
 

Login:
Şifrə:
» » MEYSƏM TƏMMAR

Xəbər lenti

20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






MEYSƏM TƏMMAR

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 13-01-2017, 21:27 | Şərh sayı: (0) | Baxılıb: 205

MEYSƏM TƏMMAR


MEYSƏM TƏMMARVilayət Aşiqləri
Meysəm öz şəhadət xəbərini mövlası Əlidən(ə) eşitmişdi. İmam (ə) Meysəmə dedi; Bir gün bəni üməyyənin çirkin oğlu Ubeydullah ibn ziyad mənə lənət söyləməyini tələb edəndə nə edəcəksən?

Meysəm dedi; Xeyr and olsun Allaha heç vaxt belə etmərəm. İmam (ə)buyurdu; Bu halda səni dardan asıb öldürəcəklər.

Bismillahir rəhmanir rəhim


Imam Əlinin (ə)məktəbi insanlar üçün tərbiyə məktəbidir.təkamül və kamal istedadı olan kəs Əmirəlmömininin (ə) uca şəxsiyyəti nurunda cana gəlir, dirilirdi. Bu insan mənəvi cəhətdən çiçəklənir və insaniyyət meracına ucalırdı.
Söhbətimiz Meysəm Təmmar haqındadır. Mənəvi dəyər, doğru yol, cihad, səbr və yəqin axtarışinda olanlar bu ilahi insanı yaxşı tanıyırlar. Meysəm Həzrət Əliyə (ə) onun ədalətinə, dininə, fəzilətlərinə görə aşiq idi. Meysəmin Əlini (ə) sevməsi əslində haqqı sevməsidir. Kufənin adi zəhmət adamlarından olan Meysəm uca iman, əzəmətli ruha malik idi. Bu iman və ruh , misilsiz fədəkarlıq və dözüm ona əbədilik verdi, onu müsəlmanlar üçün nümunəyə çevirdi.
Meysəm ibn Yəhya İraq və İranın arasında yerləşmiş Nəhrəvan məntəqəsindən idi. Ona Əbu-Salim də deyərdilər.
Meysəm əvvəlcə bəni-Əsəddən olan bir qadının qulu idi. Həzrət Əli (ə) onu alıb, azad etdi. Meysəm Həzrət Peyğəmbərin (s) səhabələrindən sayılır. O, kufədə xurma satdığı üçün ona təmmar yəni xurmasatan ləqəbi verilmişdi. Meysəmin özünün fədakar və pak müsəlman olması ilə yanaşı,onun ailəsi də şiə böyüklərindən sayılırdı. Onun altı oğlu vardı. Oğlanları və çoxsaylı nəvələri də öz ata-babaları kimi Əhli-beyt (ə)yoluna sədaqətli idilər. Bir çox ravilərin hədislərində adı çəkilən bu insanlar imamların (ə) vilayət və rəhbərliyinə etiqadlı idilər. Şiə imamları da Meysəmə, onun övladlarına öz məhəbbətini izhar etmişlər. Meysəmin oğlanlarının adı İmran, Şüeyb, Saleh, Muhəmməd, Həmzə və Əli idi.
Meysəm əvvəldən Əhli-beyt (ə) aşiqi idi. Amma Həzrət Əlinin (ə) onunla ilk görüşü o həzrətin xilafəti dövründə baş vermişdir. Elə həmin görüşdən sonra da Əli (ə) Meysəmi azad etmək qərarina gəlmişdir. Həzrət Əli (ə) Meysəmin ruhi istedadını, agahlığını görüb, onu bir çox sirlərlə tanış etdi. Meysəm Həzrət Əlidən (ə) quran təfsirini öyrəndi. O, Əmirəlmöminindən öyrəndiyi məlumatlar Əsasında bir kitab tərtib etdi. Həzrət Əli (ə) onu öz sirləri, gələcəkdə baş verəcək hadisələrlə tanış etmişdi. Meysəm bu məlumatlardan bir qismini xalqa bildirmişdi. Onun bilikləri o qədər fövqəladə idi ki, hətta bəzi nadanlar onu yalançı da hesab edirdilər.
Bir gün Əbu-Bəsir İmam Sadiq (ə) ərz edir; Nə üçün mənə el öyrətmək istəmirsiniz? İmam (ə) buyurur; hansı elmi? Əbu-bəsir deyir; Əmirəlmömininin (ə) Meysəmə öyrətdiyi elmi. İmam (ə) buyurur; Sən ki Meysəm deyilsən. Məndən eşitdiyin bir mətləbi kimsəyə demədiyin hal olubmu? Əbu-Bəsir ərz etdi; Xeyr ey Peyğəmbər (s) övladı! İmam (ə) buyurdu; Demək həmin elmləri sirr olaraq saxlaya bilməzsən!
Imamların (ə) Meysəmə munasibəti
Həzrət Əli (ə) və Meysəm arasındakı səmimi münasibət onların bağlılığının möhkəmliyindən danışir.
Həzrət (ə) hətta Meysəmin xurma dükanına gedər, bu dükanda onunla söhbət edər və ona dini maarif öyrədərdi.
Hətta bir dəfə Həzrət Əli (ə) Meysemi iş dalınca göndərib özü dükanda onun yerində oturur.Bir müştəri xurma almaq istəyir. Həzrət (ə) buyurur; Pulunu ver xurmanı apar. Bir qədər sonra Meysəm qayıdır və Həzrət Əliyə (ə) xurma müqabilində verilmiş pulların saxta olduğunu görür. Həzrət (ə) buyurur, Xurma da onların ağzında acı dadacaq. Çox keçməmiş həmin müştəri əlində xurma qayıdır və deyir; Bu xurmalar acıdır.
Meysəm nəql edir; Bir gecə mövlam Əli (ə) məni özü ilə Kufədən kənardakı səhraya apardı. Nəhayət Cöfə məscidinə çatdıq. Həzrət üzünü qibləyə tutub dörd rəkət namaz qıldı. Namaz və təsbihdən sonra əllərini qaldirib belə dua etdi; Pərvərdigara səni necə çağırım? Sənə itaətsizlik etdiyim halda necə də çağırmayım? Səni tanımamışam və qəlbim sənin məhəbbət evindir. Günah dolu əl,ümid dolu gözlə sənə doğru gəlmişəm ... sonra İmam (ə) səcdəyə getdi və üzünü torpağa qoyub yüz dəfə əl-əfv dedi...
Meysəm Əlinin (ə) sirlərinə məhrəm idi. O həzrətin (ə) xəlvəti dualarının, ilahi ruhunun təcəllasının şahidi idi. Ona həm Əli (ə) həm də imam Həsənlə imam Hüseyn (ə) ehtiramla yanaşar, eləcə də sonrakı imamlar onun ilahi şəxsiyyətini xatırlayardılar.
Bir dəfə Meysəm Mədinədə Həzrət Peyğəmbərin (s) həyat yoldaşı Ümmü Sələmə ilə rastlaşır. Ümmü Sələmə ona deyir; Ey Meysəm! Hüseyn (ə) daim sənin haqqında danışır. Başqa bir hədisdə imam Baqir (ə) buyurur; Mən Meysəmi çox sevirəm. İmam Sadiq (ə) Meysəmə salam göndərərək onun uca məqamı haqqında xoş sözlər deyir.
Şəhadət xəbəri
Ölümü bu dünyadan daha geniş bir aləmə keçid bilən, imanı haqq və əməli saleh olan insan üçün ölüm böyük bir səadətdir.
Belə insanlar ömürlərini şəhadətlə başa vurmaqdan böyük bir zövq alırlar.Bəli dünya həyatını şəhadətlə başa vuranlar salehlərin, peyğənbərlərin, Allah razılığının civarında əbədi həyat tapırlar.
Meysəm öz şəhadət xəbərini mövlası Əlidən(ə) eşitmişdi. İmam (ə) Meysəmə dedi; Bir gün bəni üməyyənin çirkin oğlu Ubeydullah ibn ziyad mənə lənət söyləməyini tələb edəndə nə edəcəksən?
Meysəm dedi; Xeyr and olsun Allaha heç vaxt belə etmərəm. İmam (ə)buyurdu; Bu halda səni dardan asıb öldürəcəklər.
Meysəm ərz etdi; Səbr edəcəyəm. Allah yolunda belə bir əziyyət çətin deyil.
Həzrət Əli(ə) bu barədə Meysəm Təmmara bir neçə dəfə xəbər vermişdi. Meysəm də öz nöbəsində vəd olunmuş qırmızı milada hazırlaşırdı. Meysəm öz şəhadətinin xırdalıqları haqqında da bilməsi onun ruhunun əzəmətindən, böyük tutumundan, dərin imanindan danışır.
Meysəm belə bir uca ruh və şəhadət sevgisi ilə haqq və vilayət hərəmini müafiə eidirdi. Həzrət Əlinin (ə) şəhadətindən sonra arabir onun ziyarətinə gəlirdi. Kufə və Mədinə əhli Meysəmin söhbətlərini həvəslə dinləyərdilər. Harada Meysəm Həzrət Əlinin (ə) fəzilətlərindən danışsaydı, həmin yerdə düşmənin həzrətə (ə) qarşı təbliğatları nəticəsiz qalardı. Həzrət Əlinin (ə) fəzilə tlərindən danışmaq günah hesab edildiyi bir dövrdə Meysəm həzrətin (ə) məqamından danışar, onun buyurduqlarını xalqa çatdırardı. Meysəm yaxşı bilirdi ki, mövlasının şəhadətindən sonra onu xurma ağacından asacaqlar. Həzrət (ə) ona bu ağacı da göstərmişdi. Bəzən bu ağacın yanından keçərkən həzrət (ə) ona buyurardı; Ey Meysəm! Sənin sonralar bu ağacla macəran olacaq.Bu xurma ağacını dörd yerə bölüb dördüncü hissəsindən səni asacaqlar. Meysəm tez-tez bu ağacın yanına gəlib onun kənarında namaz qılardı və deyərdi; Mübarək olsun ey xurma! Məni sənin üçün yaradıblar, sən mənim üçün göyərmisən.Meysəm daim bu ağaca tamaşa edərdi.
Ibn ziyad Kufəyə daxil olanda əlindəki bayraq həmin ağaca ilişdi və sındı.İbn ziyad göstəriş verdi ki, o ağacı kəssinlər. Onu bir dülgər alıb dörd yerə böldü. Meysəm oğlu Salehə dedi; Mənim və atamın adını bu ağaca həkk et! Saleh deyirdi; ibn ziyad atamı dardan asandan bir neçə gün sonra gördüm ki, bu atamın adını yazdığım həmin ağacdır.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor