RSS
 

Login:
Şifrə:
» » İmam Hüseynin (ə) şeirləri

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






İmam Hüseynin (ə) şeirləri

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 15-10-2016, 16:35 | Şərh sayı: (0) | Baxılıb: 465

İmam Hüseynin (ə) şeirləri


İmam Hüseynin (ə) şeirləriTarixdən məlumdur ki, məsum imamlar öz həyatları boyunca bəzi şeir parçaları söyləmişlər. Bu şeirlərin bir qismi başqa müəlliflərə aid olmuşdur, yəni imamlar yeri gəldikcə mövzuya uyğun olaraq keçmiş və müasir şairlərin ədəbi irsindən iqtibas etmişlər.

Bununla yanaşı imamların özləri də şeir qoşmuşlar. Qurani-kərimdə şairlik (o zamankı ərəb mühitinin şəraitinə uyğun olaraq) həssas peşə kimi xatırlanır, bir hissəsi istisna olmaqla şairlərin azğın və günahkar olduqları vurğulanır. Həzrət Mühəmməd Peyğəmbər (s) şeir deməmişdir, çünki bu halda müşriklər Qurani-kərimi onun təbinin məhsulu hesab edə bilərdilər. Yasin surəsində də buna işarə edilib: “Biz ona (Muhəmməd əleyhissəlama) şer öyrətmədik və bu ona heç yaraşmaz da. Ona vəhy olunan ancaq öyüd-nəsihət və (haqla batili ayırd edən) açıq-aşkar Qurandır” (Yasin, 69).

Lakin məsum imamlar vəhy sahibi olmadıqları üçün, onların şairlikdə ittiham edilmələri təhlükəli deyildi. İmam Əlinin (ə) şeirləri həcmcə daha çox və daha məşhurdur. Hətta o həzrətə aid olan şeir parçalarını “Divani-Əmirəlmöminin” adı altında toplamış və nəşr etmişlər. Doğrudur, həmin kitabdakı şeirlərin bir qisminin İmam Əliyə (ə) aid olması barədə şübhələr vardır. Amma o həzrətin şeir söyləməsi, ən azından, əzizlərini itirərkən mərsiyə deməsi və döyüş meydanında rəcəz (hərbə-zorba şeri) oxuması inkaredilməz həqiqətdir.

Ədəbiyyat böyük təsir gücünə malik faydalı təbliğat üsulu sayılır, ona görə də imamlarımız bunu diqqətdən kənar buraxmamışlar. Dini mənbələrdə bütün imamların dilindən şeir parçaları qeyd edilmişdir. Ən böyük hədis məcmuəsi sayılan “Biharül-ənvar”da bu qəbildən xeyli material mövcuddur. “Biharül-ənvar”dakı məsumlara aid edilən şeirləri toplayaraq ayrıca kitab halına salmışlar. Həmin kitabda Həzrət Fatimə (ə) və 12 imam da daxil olmaqla məsumların 2700 beytdən artıq şeri cəmlənmişdir.

Məsumların ədəbi irsində İmam Hüseynin (ə) şeirləri xüsusi yer tutur. Qeyd edək ki, adıçəkilən kitabda İmam Hüseynin (ə) üst-üstə 221 beyt şeri yer alır. Onları oxuduqca həm İmamın düşüncələrini, fövqəlbəşər zəkasını, gözəl əxlaqını, həm də izlədiyi əqidə yolunu duymaq mümkündür. Xüsusilə, İmamın Kufə yolunda və Kərbəlada söylədiyi şeirlər o həzrətin xütbə və hədislərini mükəmməl şəkildə tamamlayır. Bu məqalədə İmam Hüseynin (ə) şeirlərindən iki nümunə verməklə kifayətlənirik.

Tarix kitablarında qeyd edilib ki, İmam Hüseynin (ə) karvanı Kufəyə sarı gedərkən, yolüstü Sifah adlı mənzildə Kufədən gələn şair Fərəzdəqlə qarşılaşdılar. Fərəzdəq məşhur ərəb şairlərindən idi, özü də Əhli-beytə məhəbbət bəsləyirdi. Bu məhəbbəti Kərbəla faciəsindən sonra da qəlbindən silməmiş, İmam Zeynülabidini (ə) mədh edən gözəl bir qəsidə söyləmiş, bunun üstündə xəlifə tərəfindən həbsə atılmışdı.

İmam Hüseyn (ə) Kufədəki vəziyyət barədə Fərəzdəqdən soruşanda şair heç nəyi gizlətmədən ona cavab verdi: “Kufəlilərin ürəkləri səninlə, qılıncları Bəni-Üməyyə ilədir”. İmam bu sözləri eşidəndə buyurdu: “İxtiyar Allahın əlindədir, istədiyini edər. Rəbbimizin hər an üçün bir iradəsi var. İlahi qəza istəyimizə uyğun olanda Allahın verdiyi nemətlərə görə həmd edər, Onun şükrünü yerinə yetirmək üçün Ondan yardım istəyərik. İlahi qəza istəyimizdən uzaq olanda (göstərərik ki) niyyəti təmiz və haqq yolunda möhkəm olanlar Allahın mərhəmətindən uzaq düşməzlər”. (Bəzi tarixçilər bu hadisənin başqa mənzildə baş verdiyini və xəbər gətirən şəxsin Fərəzdəq olmadığını da yazırlar).

Daha sonra İmam Hüseyn (ə) bu şeri söylədi (şeirlərin sətri tərcüməsini veririk):

Əgər dünya nəfis və qiymətli sayılırsa,

Allahın mükafatı (cənnət) ondan daha qiymətlidir.

Əgər sərvət toplamağın sonu (öləndə) onu tərk etməkdirsə,

Azad insan buraxıb-gedəcəyi sərvətdən ötrü niyə simiclik etsin?

Əgər ruzilər qabaqcadan təyin edilib bölünübsə,

Bundan ötrü az əlləşib-vuruşmaq daha yaxşıdır.

Əgər bədənlər bir gün ölməkdən ötrü yaradılıbsa,

Allah yolunda qılıncla öldürülmək daha üstündür.

Ey Əhmədin ailə üzvləri, sizə salam olsun!

Hiss edirəm ki, yaxın zamanda mən də sizin səmtə köçəcəyəm!

Rəvayət edirlər ki, aşura gecəsində İmam Hüseyn (ə) qılıncları itiləməklə məşğul olan qaradərili qulam Covnün yanında oturub bu şeri oxumuşdu:

Ey ruzigar, uf sənin kimi dostun əlindən!

Neçə-neçə sübh və şam vaxtlarında

Yoldaşlar və haqq tələb edənlər qətlə yetirildilər.

Ruzigar əvəzlə qane olmaz!

Hər işin sonu cəlal sahibinə (Allaha) doğru qayıdır.

Hər bir canlı mənim getdiyim yolla gedəcək...

Allahın salamı olsun İmam Hüseynə (ə) və onun vəfalı silahdaşlarına...



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor