RSS
 

Login:
Şifrə:
» » İmam Baqirin (ə.s) nəzərində Allah dostları

Xəbər lenti

Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






İmam Baqirin (ə.s) nəzərində Allah dostları

 
Müəllif: Hesen_Mucteba | Bölmə: Məqalələr | Vaxt: 12-09-2016, 22:19 | Şərh sayı: (0) | Baxılıb: 158

İmam Baqirin (ə.s) nəzərində Allah dostları
Başqalarının sevgi və qayğısına ehtiyac insan vücudunda qoyulan fitri ehtiyaclardan biridir. İnsan istəyir ki, başqaları ona məhəbbət bəsləsin, qayğı göstərsin. Eynilə körpə bir uşaq hərəkət və rəftarları ilə ata və anasının diqqət və məhəbbətini özünə çəkdiyi və gənclik çağlarına qədəm qoyduqda, bu fitri ehtiyacını daha da çiçəkləndirmək qərarına gəldiyi kimi, insan da bəzi əməl və rəftarları ilə özünü digərlərinə, məxsusən, böyük şəxsiyyətlər və məqam sahiblərinə sevdirmək, onların diqqətini özünə doğru yönəltmək istəyir. Amma Allahın əzəmət və böyüklüyünü, Onun dərgahında sevimli olmağın dəyərini dərk edən insanın düşüncəsində başqalarının məqamı və onların yanında sevimli olmaq əsla yer tuta bilməz. Belə bir insan Allahın dərgahında sevimli olmaqdan başqa bir şey haqda düşünmədiyindən, təbii ki, başqalarının sevgisi, qayğısı və məhəbbəti də onun diqqətini cəlb etməyəcəkdir.

Bu müqəddiməyə əsasən, imam Mühəmməd Baqir (ə) bir hədisində Allahın dərgahında sevimli olmağın iki sirrinə işarə edərək buyurur: Əmələrində sədaqətli olmaqla özünü Allah-Taala üçün zinətləndir, Ona sevgi və məhəbbətini sürətlə ötür (Onun sevgi və razılığını qazanmaq üçün tələs)! (Tühəfül-üqul, səh.285.)

Bədənin çirkli və üfunətli olması başqalarının nifrətinə, zahiri gözəllik isə sevgiyə səbəb olduğu kimi, Allah-Taalanın da dərgahında sevimli olmaq üçün pak batin və təmiz qəlbə sahib olmaq lazımdır. Bu da, məkr və hiylədən uzaqlıq, əməllərdə sadiqlik tələb edir. Yəni İslam və iman idiası edən hər bir kəsin əməl və rəftarları da iddiası ilə uzlaşmalı, hər zaman və hər məkanda; istər toy, istərsə də əza mərasimlərində, istər xoş, istərsə də kədərli günlərdə, istər cəmiyyətdə, istərsə də tənhalıqda dinin bütün göstərişlərinə əməl etməli, sadiq olmalıdır.

Başqa sözlə, dili qəlbi ilə vəhdət təşkil etməli, “Allaha iman gətirmişəm” deyərək əks rəftarı ilə onu təkzib etməməlidir. Əks halda Allah Təalanın dərgahında sevilməkdən məhrum olacaqdır. Əlbəttə, sevimli olmaq üçün, yalnız sadiq əməllərlə bəzənmək və zinətlənmək kifayət etmir. Müəllimin nəzərində bir saatlıq tapşırığı yarım saat ərzində yerinə yetirə bilən şagird daha sevimlidir. Amma bir neçə günün tapşırığını yerinə yetirməyən, tapşırıqların icrasında tənbəllik edən şagird, təbiidir ki, müəllimin gözündən düşəcəkdir. Odur ki, İmam Baqir (ə) buyurur: “Allahın dərgahında sevimli olmaq üçün əməllərin saf olamsı və sədaqətlə zinətlənməsi ilə yanaşı, Allahın razılığını, sevgi və məhəbbətini qazanmaq üçün tələsmək də şərtdir.” Necə ki, Ali-İmran surəsinin 133-cü ayəsində də buyurulur: “Rəbbinizin məğfirətinə doğru tələsin.”

Xeyir işlərə doğru tələsməyin müqabilində üç fərziyyə təsəvvür olunur:

1. Təsvif – bu gün-sabah etmək: "Hələ gəncəm vaxt var!" – deyərək,tövbəni təxirə salan şəxsi buna misal çəkmək olar. Bir halda ki,İmam Baqir (ə.s) bu zəmində buyurur: Agah olun, təsvif elə bir dəryadır ki,ora daxil olan qərq və həlak olar. (Tühəfül-üqul, səh.285.)

2. Qəflət: İnsanı xeyir işə qarşı tamamilə diqqətsiz və rəğbətsiz edən əsas amil qəflətdir. Qəflət birinci qismdən yəni təsvifdən də şiddətli,qorxuludur. Çünki təsvif zamanı insan yerinə yetirəcəyi xeyir iş haqda düşünür,lakin onu bu gün-sabah yerinə yetirərəm deməklə təxirə salır.Qəflətdə olan isə, əsla düşünmür!

3. Tənbəllik və süstlük: Bu zaman insan xeyir iş haqda həm düşünür, həm də yerinə yetirir, həqiqətdə, o, öz vəzifəsini yaddan çıxarmır, lakin süstlük və tənbəlliklə yerinə yetirir.Adətən bu hal da insanı yarıyolda qoyur və belə insan ilahi vəzifələri layiqincə yerinə yetirmir.

Beləliklə Allah dərgahında sevimli olmaq üçün insan əməllərini saf niyyət və sədaqətlə bəzəməli,xeyir və fəzilətli işlərin icrasında tələsməli,onları təxirə salmamalı,qəflət və süstlükdən uzaq olmalıdır. Gündəlik vacib namazları təxirə salmamaq və ilk vaxtda qılmaq buna bir misaldır. Əgər insan digər əməl və vəzifələrini də vaxtlı-vaxtında layiqincə yerinə yetirsə,Allahın dostları sırasında ola bilər!


Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor