RSS
 

Login:
Şifrə:
» » İmam Cavadın (ə.s) dualarindan nümunələr.

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






İmam Cavadın (ə.s) dualarindan nümunələr.

 
Müəllif: Hesen_Mucteba | Bölmə: Məqalələr | Vaxt: 2-09-2016, 22:27 | Şərh sayı: (0) | Baxılıb: 202

 İmam Cavadın (ə.s) dualarindan nümunələr.
Şiə imamları arasında duanın çox önəmli və uca yeri vardır. Onlar dua haqqında çox təkid etmiş və bu barədə qiymətli bir irs qoymuşlar.İmam Cavad (ə.s) öz proqramında dua və münacata çox əhəmiyyət vermiş, şiələri tərbiyə etməkdə, şiə mədəniyyət və təlimləri ilə tanış etməkdə dua və münacat qəliblərindən geniş surətdə istifadə etmişdir.Bu dualarda Allahla razu-niyaz etməklə yanaşı,bəzi siyasi-ictimai məsələlərə də müxtəlif şəkillərdə işarə olunmuşdur.Elə bu işarələr şiənin siyasi həyatında çox təsirli olmuş və nizamlı olaraq bəzi xüsusi məfhumları cəmiyyətə təlqin etmişdi. Həmçinin İmam Cavadın (ə.s) duaları mənəvi həyatının bir hissəsini təşkil edirdi.

O Həzrət (ə.s) dualarında belə deyir:
1. İmam (ə) bu duada Allah Təalaya həmd-səna deyir, sədaqətlə Ona üz tutub əzəməti qarşısında baş əyrərək deyir: Ey oxşarı və tayı-bərabəri olmayan!Sən, Səndən başqa bir tanrı olmayan Allahsan.Tək yaradan Sənsən.Yaranmışları fani edənsən,özün isə əbədisən. Sənə qarşı üsyan edənlə mülayim davranırsan. Çünki məğfirət və bağışlamaq istəyirsən.
(Əyanuş-şiə,cild 2,səh 245)

2. Aşağıdakı dua imam Cavadın (ə) siyasi dualarından biridir. Bu duada zəmanəsinin hakimləri tərəfindən o həzrətə olunan zülm və cəfaları yad edir. Duada deyilir: Ey mənim Rəbbim! Yer üzündə bəndələrinin zülmü elə yayılmışdır ki, ədaləti öldürmüş, hidayət yollarını kəsmiş, haqqı yox etmiş, doğruluğu batil etmiş, yaxşılığı gizlətmiş, pisliyi aşkar, təqvani əhəmiyyətsiz və hidayəti məhv etmiş,xeyir və yaxşılığı uzaqlaşdırmış,zərər-ziyanı isə möhkəmləndirmişdir. Fəsadı yaymış, inadkarlığı gücləndirmiş, haqsızlığı genişləndirmiş, tərəqqinin qarşısını isə almışdır. İlahi, ey mənim Rəbbim! Yalnız Sənin qüdrətin buna son qoya bilər, yalnız Sənin yardımın buna çarə qıla bilər.
Ey mənim Rəbbim! Zülmü məğlub et, haqsızlıq yuvalarını dağıt, pislik bazarını bağla, pisliyə qarşı çıxana qüdrət ver. Zülm əhlinin kökünü kəs. Onları bu xüsusiyyətdən çəkindirib tövbə libasına bürü. Tezliklə onlara düşüncə və ibrət dərsləri ver. Bütün pisliklərin həyatını söndür ki, qorxu keçirən əmin-amanlıqda olsun, həsrət çəkən təskinlik tapsın, qarnı ac olan tox olsun, qərib və yoxsul adam hifz olunsun, köçkün sığınacaq tapsın, qovulmuş öz yurduna qayıtsın, kasıb varlansın, sığınacaq axtaran sığınacaq tapsın, böyüyə hörmət və kiçiyə rəhm olunsun, məzlum əziz,zalım isə xar olsun.Qəm-qüssə çəkənin kədərinə son qoyulsun, zəiflik aradan qalxsın, avamlar rahatlıq tapsın, ixtilafa son qoyulsun, birlik və vəhdət yaransın, elmin dəyəri ucalsın, sülh hər tərəfə yayılsın, ayrıseçkiliklərə son qoyulsun,iman güclənsin və Quran oxunsun. Həqiqətən Sən qalibsən,hakimsən,nemət verənsən və minnət qoyansan.(Əs-səhifətur-Rəzəviyyə,səh 127)

3. İmam Cavad (ə) bu duasını qunutda demişdir. Burada zəmanəsinin hakimlərini xatırlamış və onlara qarğış etmişdir. Duada deyilir: Ey mənim Allahım! Sən əvvəlsən, amma saysız-hesabsız əvvəl. Sən axırsan, amma hədsiz-hüdudsuz axır. Sən bizi yaratmısan, amma hansısa səbəbi əldə etmək və hansısa ehtiyacı həll etmək üçün yox. Sən bizi öz hikmətinlə, tam ixtiyarla yaratmısan və bizi sınaqdan keçirmək üçün öz əmrin və qadağanla imtahan edirsən.

Duanın başqa bir bəndi belədir: Sən izzət və şərəf sahibisən.Sən əzəmət sahibisən.Sən ehsan, nemətlər, minnət və bəxşişlərin sahibisən. Sən mükafat və hədiyyə sahibisən. Sən verdiyin sözə əməl edənsən və vəfa sahibisən. Qəlblər Səni yaxşı və dərindən anlamamışdır. Düşüncələrdə Sənin heç bir bənzərin yoxdur. Yaratdıqlarından heç biri Sənə bənzəmir. Sən beş duyğu üzvləri ilə duyulmaq və dərk edilməkdən pak və münəzzəhsən. Məxluq öz xaliqini bu duyğu üzvləri ilə necə dərk edə bilər? Ey mənim Allahım! Sən zalımların dediklərindən çox-çox ucasan.

İmam Cavad (ə) Allah-Taalaya həmd-səna dedikdən sonra zəmanəsinin zalım hakimlərinə belə qarğış edir:
Ey mənim Allahım! Öz dostlarını düşmənlərinə qalib et. Sənin düşmənlərin zalımlar, fəsad törədənlər, əhdini pozanlar, təfriqə salıb zülm və sitəm edənlər, dindən çıxanlardır. Onlar bəndələrini azdırmış, kitablarını (əməldə) təhrif etmiş, hökmlərini dəyişdirmiş, haqqını pozmuş, dostlarının yerində oturmuşlar. Onlar Sənin qarşında buna cürət etmişlər. Peyğəmbərinin (s) Əhli-beytinə (ə) zülm etmişlər. Sənin salamın, salavatın, rəhmətin və bərəkətin Əhli-beytinə (ə) olsun! Düşmənlərin yollarını azmış və bəndələrini də azdırmışlar və Sənin Öz bəndələrinin üzərinə örtdüyün iffət və hörmət pərdələrini yırtmışlar. Ey mənim Allahım! Onlar Sənin malını zəbt etmiş, bəndələrini isə özlərinə xidmətçi və qul etmişlər. Ey mənim Allahım! Onlar Sənin yer aləmini lal, kar və zülmət qaranlıq etmişlər. Onların gözləri açıq olsa da, qəlbləri kordur. Ey mənim Allahım! Sən onlara bütün xəbərdarlıqları etmisən. Onları, ey mənim Allahım, əzabından qorxudub çəkindirmisən, günah və zülmə görə verdiyin cəzanı ibrət olaraq bəyan etmisən. Sənə itaət edənlərə mükafatını vəd etmisən və onları əzabından da xəbərdar etmisən. Buna görə bir qrup iman gətirmiş və Sən də onları dəstəkləmisən. Pərvərdigara! Zalımlardan əsirgəmədiyin cəhənnəmini və əzabını düşmənlərinə və bəndələrinin düşmənlərinə göndər.

Sonra İmam Cavad (ə) Allahın əmrinə itaət edənlərə dua edərək deyir: Ey mənim Allahım! Mühəmməd və Onun Əhli-beytinə salavat göndər. Sənə sədaqətlə məhəbbət bəsləyənlərin, bizi sevən tərəfdarlarımızın, bizi dili və əməli ilə təsdiq edib tabe olanların, bizə görə insanlara yardım etməklə bizi dəstəkləyənlərin və cəmiyyət içərisində bizi yad edənləri qüvvətləndir. Ey mənim Allahım! Onların dayaq və dəstəklərini gücləndir. Ey mənim Allahım! Onları razı olduğun dində möhkəmləndir. Nemətini onlara tamamla. Onları sədaqətli və səmimi et. Onları saflaşdır və seçilmiş bəndələrdən et. Ey mənim Allahım! Onların yoxsulluğuna son qoy. Ey mənim Allahım! Onların istək və ehtiyaclarını ödə. Ey mənim Allahım! Onların günah və xətalarını bağışla, hidayət etdikdən sonra qəlblərini korlama! Ey Rəbbim, onları günahları ilə özbaşına buraxma. Onlara Sənin dostlarını sevdikləri və düşmənlərinə nifrət etdiklərinə görə bəxş etdiyin paklığı qoru. Həqiqətən, Sən duaları eşidən və qəbul edənsən. (Məhcud Dəəvat,səh.81; Əl-bələdul-əmin, səh.657; Əs-səhifətur-Rəzəviyə, səh.154)


Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor