RSS
 

Login:
Şifrə:
» » İmam Zamanla (ə.f) görüşənlər «Qırx üçüncü görüş»

Xəbər lenti

Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






İmam Zamanla (ə.f) görüşənlər «Qırx üçüncü görüş»

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 4-07-2016, 11:21 | Şərh sayı: (0) | Baxılıb: 286

İmam Zamanla (ə.f) görüşənlər «Qırx üçüncü görüş»


İmam Zamanla (ə.f) görüşənlər «Qırx üçüncü görüş»Bəhreyn Avropa və hegemon dövlətlərin istismarı altında olduğu dövrlərdə müsəlmanları razı salmaq üçün, bir sünni məzhəbli nasibini ora hakim tə`yin etmişdilər. Onun şiələrə qatı düşmən olan bir vəziri var idi. Bəhreyn əhalisinin əksəriyyəti şiə və Əhli-beyt aşiqi olduğu üçün onlara qarşı düşmənçilik edərdi. O, daim şiələrə əzab-əziyyət verər, onların məhv olub aradan getməsi üçün müxtəlif hiylələrə əl atardı.
Günlərin bir günü vəzir hakimin yanına gəlib ona üzərində «La İlahə illəllah Muhəmmədun Rəsullullah və əbu bəkru və uməru və usmanu və Əliyyu xuləfai rəsulullah.» (Allahdan başqa Allah yoxdur. Məhəmməd onun rəsuludur. Və Əbu Bəkr, Ömər, Osman və Əli Allah peyğəmbərinin xəlifələridir.) yazılmış təbii işarələri olan bir nar təqdim edir. Hakim diqqətlə nara baxdıqdan sonra tam yəqinliklə belə qənaətə gəlir ki, narın üzərindəkilər şiələrin Əlinin Peyğəmbər (s)-dən sonra xəlifə olmasına dair iddialarını batil edəcək qəti dəlil ola bilər. Üzünü vəzirə tutub deyir: İndi nə fikirləşirsən? Biz onlarla nə edək? Vəzir deyir: Şiələr təəssübkeş bir camaatdır. Onlar hətta, əsaslı dəlilləri belə qəbul etmirlər. Bunun üçün də gərək onların ən böyük alimlərini çağırıb bu narı göstərək və onlara dörd yol təklif edək; ya əsassız məzhəblərindən əl çəkməli, ya zillətlə cizyə verməli, ya kişiləri öldürülüb qadınları əsir olmalı, ya da bu narın müqabilində əsaslı dəlil gətirməlidirlər!
Hakim xəbis vəzirin təklifini qəbul edir. O, vaxt tə`yin edib şiə alimlərini saraya çağırtdıraraq onlara xəbər göndərir ki, mühüm bir məsələ barədə söhbət etmək istəyir. Alimlər yığıncaqda hazır olduqdan sonra hakim narı onlara göstərib vəzirin təklifini söyləyir və tələb edir ki, tez bir vaxta dürüst cavab versinlər. Əks təqdirdə, onların özlərini öldürəcək, qadınlarını əsir götürəcək və var-dövlətlərini isə qarət edəcəkdir. Sonra bildirir ki, onlara edəcəyi ən böyük güzəşt onlardan zillətlə cizyə alması olacaqdır. Bir sözlə, şiələrlə eynilə İslam dövlətinə tabe olan qeyri-müsəlmanlarla necə rəftar olunursa, elə rəftar olunacaqdır.
Şiə alimləri narı görüb hakimin sözlərindən bədənləri lərzəyə düşür və özlərini itirirlər. Onlar nə edəcəklərini və nə cavab verəcəklərini bilmirlər. Alimlərdən bir neçəsi hakimə deyir: Əgər mümkündürsə, bizə üç gecə möhlət ver, sənə cavab verə bilək. Yox, əgər verə bilməsək, hər nə istəsən bizə qarşı həyata keçirə bilərsən. Hakim onlara üç gecə möhlət verir.
Alimlər qorxu və hürkü içində bir yerə toplaşıb, birgə məşvərət edirlər. Nəhayət, hamılıqla belə bir qərara gəlirlər ki, təqva əhlindən olan on nəfər zahid alim seçsinlər və onların da arasından üç nəfər üstününü tə`yin edib, hər gecə biri səhraya getsin və İmam Zaman (ə)-a təvəssül etməklə məsələnin həlli yolunu tapsınlar. Onlar belə də edirlər.
Birinci gecə onlardan birinə deyirlər: Bu gün səhraya gedib orada ibadətlə məşğul ol və dua, münacat edərək Allahın qapısını döy. Sonra isə İmam Zaman (ə)-a təvəssül edib ondan kömək dilə. Bəlkə, Həzrətdən bu müəmmanın cavabını öyrənə bildin.
Qəlbi iman və təqva ilə dolu həmin alim ixlas və sədaqətlə səhraya uz tutur və səhərə qədər Allahla münacat etdikdən sonra, İmam Zaman (ə)-a təvəssül edir. Lakin, təəssüflər olsun ki, bir şey görmir və cavabsız qayıdır.
İkinci axşam o biri təqvalı alim səhraya üz tutur. O da birinci alim kimi səhərə qədər münacat və dua edib, İmam Zaman (ə)-a andlar versə də cavabsız gəlir. O da mə`yus halda camaatın yanına qayıdıb bir nəticə vermədiyini bildirir.
Vəziyyəti belə görən şiələr sonuncu gecəni iztirab içində keçirirlər. Daha onların cavab üçün yalnız bir gecələri qalırdı. Əgər bu gecə də cavab əldə edə bilməsələr, çarələri kəsiləcəkdi. Hamı bir nəfər kimi əllərini duaya qaldırır və seçilən üçüncü alim və təqvalı şəxs Məhəmməd ibn İsa səhraya göndərilir. O da ayaqyalın, başı açıq səhraya tərəf üz tutur. O gecə həmişəkindən çox qaranlıq olur. O, bir guşəyə çəkilib dua və münacatla məşğul olmağa başlayır. Allahın dərgahına üz tutaraq düçar olduqları bəlanı İmam Zaman (ə)-ın vasitəsilə aradan qaldırmasını istəyir. O gecə xeyli ağlayır və çalışır ki, özündə qeyri-adi ixlas əldə etsin. Səbirsizliklə İmam Zamanın intizarını çəkir. Gecənin sonunda birdən, qulağına bir səs gəlir. Diqqətlə qulaq asdıqda, mə`lum olur ki, kimsə onu adı ilə çağırıb deyir:Ey Məhəmməd ibn İsa! İxtiyar sahibindən nə istəyin var?
Cavab verir: Əgər sən doğrudan da ixtiyar sahibimsənsə, mənim nə istədiyimi bilməlisən və mənim deməyimə heç bir ehtiyac
yoxdur! Deyir: Elədir, düz deyirsən. Sən şiələrin düçar olduqları bəlaya – hakimin üzərində yazı olan narla əlaqəli olan məsələyə cavab tapmaq və onun hədə-qorxusundan yaxa qurtarmaq üçün bu səhraya gəlmisən.
Məhəmməd ibn İsa deyir: Ağamdan mö`cüzəli sözləri eşitcək, üzümü ona tutub dedim: Bəli, siz bizim başımıza gələnlərdən agahsınız. Siz bizim imamımız, həm də bu bəlanı bizdən dəf etməyə qadirsiniz. Həzrət buyurdu: Ey Məhəmməd ibn İsa! Allahın lə`nətinə gəlmiş vəzirin evində bir nar ağacı vardır. Onun meyvələri böyüməyə başladıqda, vəzir onlara gildən hazırlatdığı məxsus qəliblər keçirir. Qəliblərdə həmin yazılar vardır ki, narlar böyüdükcə onların üzərinə həkk olur. Səhər açıldıqda hakimin yanına get və ona cavab verməyə hazır olduğunu bildir. Sonra de ki, şəxsən vəzirin evinə getməyincə kimsəyə bir söz deməyəcəyəm. Evə daxil olduqda, hakimə de ki, bunun cavabını sağ tərəfdəki otaqda deyəcəyəm. Vəzir bunu eşitdikdə, sizi həmin otağa daxil olmağa qoymayacaq. Lakin, sən israr et və qoyma ki, vəzir otağa tək daxil olsun. Çalış, otağa birinci sən özün girəsən. Otaqda taxçanın üzərində bir kisə var və qəliblər də onun içindədir. Onu götürüb hakimin yanına apar. Sonra narı həmin qəlibə qoy və bununla da o, həqiqətdən agah olsun. Sizə başqa bir sirr də açıram. O da budur ki, hakimə deyərsən İmamın bir mö`cüzəsi də var. O deyir ki, əgər narı iki yerə bölsəniz, onun içində gilələr yerinə kül görəcəksiniz. Camaatın gözləri önündə vəzirdən narların birini bölməyi tələb edin, qoy hamı bu həqiqətin şahidi olsun. Vəzir bu işi gördükdə, narın içindən çıxan kül onun saç-saqqalına yapışacaqdır.
Məhəmməd ibn İsa bu sözləri fədası olduğumuz İmam Zaman (ə)-dan eşitdikcə, qol-qanad açır və sevindiyindən Həzrətin ayaqları altındakı torpağı öpməyə başlayır. Sonra o, böyük fərəhlə camaatın yanına qayıdır. Səhər tezdən yerli şiələrlə birlikdə hakimin yanına gedir və İmam Zaman (ə)-ın ona dediklərini yerinə yetirir. Hakim soruşur: Sizin İmamınız kimdir? Məhəmməd ibn İsa İmam Zaman (ə)-a qədər bütün mə`sum imamların adlarını çəkməyə başlayır. Hakim ona deyir: Əlini ver, səninlə bey`ət edim! Mən bu andan şiə məzhəbini qəbul edirəm.
Beləliklə, hakim özü də aşkar mö`cüzəni müşahidə etdikdən sonra şiə məzhəbini qəbul və vəzirini isə edam edir. Özü də bir daha şiələrdən üzrxahlıq istəyib, həqiqi müsəlman olur.
"Nəcmus-Saqib”də nəql olunan bu əhvalat Bəhreyndə çox məşhurdur. Hamı bu əhvalatı danışır və indinin özündə də Məhəmməd ibn İsanın qəbrini böyük ehtiramla ziyarət edirlər.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor