RSS
 

Login:
Şifrə:
» » İSLAM VƏ RAHİBLİK

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






İSLAM VƏ RAHİBLİK

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 2-06-2016, 19:52 | Şərh sayı: (0) | Baxılıb: 223

İSLAM VƏ RAHİBLİK


İSLAM VƏ RAHİBLİKİslam rahibliyi, başqa sözlə, asket həyat tərzini məhkum edir. Artıq bir şüara çevrilən məşhur “La ruhbaniyyətə fil-İslam!” (İslamda rahiblik yoxdur!) – hədisi bir çox kitablarda nəql olunub. “Ruhb” sözündən götürülən bu ifadə vəhşət və qorxu mənasını daşıyır. Bir termin kimi isə, Allahdan qorxub ibadət üçün camaatdan ayrılaraq tək-tənha yaşayan kəsə deyilir. Əldə olan məlumatlara əsasən, rahiblik həyat tərzi qədim zamanlardan Hindistan yarımadasında peyda olur və sonralar isə xristianlar arasında da yayılmağa başlayır. Bəziləri bunu (xristianlar və yaxud yəhudilər arasında yayılmasını) dövrün diktator və zülmkar rejimi ilə əlaqələndirirlər. Deyirlər ki, hakim durumun ağır işgəncə, qətl və təqibləri yeni ayinin tərəfdarlarını səhralıqlara çəkilməyə vadar edir və beləliklə, çoxları fərdi həyatı seçərək onlara vəd olunan yeni peyğəmbərin zühurunun intizarı ilə yaşamağa məcbur olurlar. (Əlavə məlumat üçün Vil Dürantın “Tarix” kitabına müraciət edə bilərsiniz.)

Məlum olduğu kimi, millətlər arasında məğlubiyyət, uğursuzluq və s. problemlər cürbəcür qarşılanır. Məsələn, bəziləri cəmiyyətdən ayrılıb fərdi həyata üz tutsalar da, bəziləri isə axıradək mübarizə yolunu seçirlər. Rahiblik həqiqətdə məğlubiyyətdən sonra çıxış yolu tapa bilməyənlərin reaksiyasıdır.

İslamın bu məsələ ilə bağlı nəzərinə gəldikdə isə, nəql edirlər ki, Osman ibn Məzun adlı bir şəxs (övladını əldən verdikdən sonra) özünə təsəlli vermək məqsədilə cəmiyyətdən ayrılıb ibadətə qapılır. Peyğəmbəri-Əkrəmi (s) bundan xəbərdar edirlər. Həzrət onu bu işdən çəkindirərək buyurur:

اِنَّ اللهَ تَبارَكَ وَتَعالى لَمْ يَكْتُبْ عَلَيْنا الرُّهبانِيَّةَ اِنَّما رُّهبانِيَّة اُمَّتِي الْجِهادُ فِي سَبِيلِ اللهِ

“Allah-Taala bizə rahibliyi rəva bilmir. Həqiqətən, ümmətimin rahibliyi Allah yolunda cihaddır.” (“Biharul-ənvar”, c.8, səh.170, hədis 112.)

İslam insanın rahiblik kimi maddi ləzzətlərdən üz döndərməsi hissini cihad kimi İslamın əsasını qoruyan, fərdi və ictimai problemləri həll edə bilən sərt qüvvə ilə dəyişdirilməsini təklif edir. Yaxud başqa bir hədisdə bir nəfər imam Kazimdən (ə) belə soruşur:

عَنِ الرَّجُلِ الْمُسْلِمِ هَلْ يَصْلُحُ اَنْ يَسِيحَ فِي الْاَرْضِ اَوْ يَتَرَهَّبَ فِي بَيْتٍ لا يَخْرجُ مِنْهُ؟ قالَ: لا

“Müsəlman şəxsin biyabanlara və yaxud evin bir guşəsinə çəkilməsi məsləhətdirmi?” Həzrət buyurur: “Xeyr!” (“Biharul-ənvar”, c.70, səh.119, hədis 10.)

Hər halda, rahiblik – ictimai həyatdan qaçmaq və yaxud cəmiyyətdən uzaqlaşıb evin bir guşəsinə çəkilmək İslamda məhkum və qadağandır. Məsələn, Qurani-Kərimdə xristianlar arasında yayılan rahiblik pis bir bidət sayılır və bu barədə buyurulur:

وَرَهْبَانِيَّةً ابْتَدَعُوهَا مَا كَتَبْنَاهَا عَلَيْهِمْ إِلَّا ابْتِغَاء رِضْوَانِ اللَّهِ فَمَا رَعَوْهَا حَقَّ رِعَايَتِهَا

“Onlar özləri rahibliyi icad etdilər. Halbuki Biz yalnız Allahın razılığını qazanmağı tapşırmışdıq. Lakin onlar buna layiqincə riayət etmədilər.” (“Hədid” surəsi, ayə 27.)

Bunlar İslamın rahibliyə qarşı mövqeyini tamamilə aydınlaşdırır.

XRİSTİANLIQDA RAHİBLİK

Xristianların mövcud tarixi göstərir ki, rahiblik həyat tərzi xristianlığın ilkin əsrlərində deyil, onun miladi tarixi ilə üçüncü əsrdən sonra Rum imperatoru Disyusun həzrət İsanın (ə) tərəfdarları ilə qanlı mübarizələri dövründə yarandığı ehtimalı çoxdur. Onlar imperatora məğlub olduqdan sonra mövcud hakimiyyətin təzyiqlərindən dağlara və səhralara sığınırlar. (“İyirminci əsrin ensiklopediyası”, “ruhb” kökü.)

Bu məsələ Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan rəvayətlərə nəzər saldıqdan sonra diqqəti bir az da cəlb edir. Məsələn, bir gün o həzrət İbn Məsuda buyurur: “Bilirsənmi, rahiblik nə vaxtdan yaranıb?” İbn Məsud cavab verir: “Düzünü Allah və Peyğəmbəri bilir!” Həzrət buyurur: “İsanın (ə) dövründən bir müddət sonra zülmkar hökmdarlarla iman əhli arasında üç dəfə döyüş baş verir. Amma onlar məğlub olduqdan sonra dağlara və səhralara sığınaraq İsanın (ə) vəd etdiyi peyğəmbərin (Həzrət özünü nəzərdə tutur) zühurunun intizarı ümidilə ibadətə qapılırlar.” (“Məcməül-bəyan”, “Hədid” surəsi, 27-ci ayənin təfsiri; “Biharul-ənvar”, c.70, “Ən-nəhy ənir-ruhbaniyyət” bölümü.)

Məşhur xristian tarixçisi Vil Dürant “Tarix” kitabının 31-ci cildində rahibliklə bağlı geniş məlumat verərək yazır ki, rahibə qadınların rahib kişilərə qoşulması miladi tarixi ilə 4-cü əsrə təsadüf edir və sonralar bu fikrə qoşulanların sayı artaraq, nəhayət, 10-cu əsrdə artıq geniş miqyas alır.

Tarixçi hətta onların yaşadığı komalar, qayda-qanunlar, evlənməmələri, eləcə də rahibə qadınların əl işləri, əkin sahələrini abad etmələri, əkinçilikləri və digər əyləncələri ilə bağlı qısa izah da verir.

Rahibliyin ən mühüm şərtlərindən biri evlənməyi tamamilə tərk etməkdir. “Fərid Vəcdi Ensiklopediyası”nda yazılır: “Bəzi rahiblər qadına baxmağı şeytan əməli bildiklərindən, hətta dişi heyvanı belə evlərinə buraxmazdılar və bunu şeytanın ruhunun onların mənəviyyatına zərər yetirə biləcəyi ilə əlaqələndirirdilər!”

Bununla belə, onların komalarında baş verən bir çox faciələr tarixdə qeydə alınıb və hətta üçüncü papanın ibadətgahların birini “fahişəxana” adlandırması belə qələmdən yayınmayıb. (“İnkişaf tarixi”, Vil Dorant, c.13, səh.443.)

FƏRD VƏ CƏMİYYƏTİN GERİ QALMASINDA RAHİBLİYİN (ASKET HƏYAT TƏRZİNİN) ROLU

Sosioloqların nəzərinə görə, hər bir halda cəmiyyətdən uzaq düşməyin həm fərdə, həm də cəmiyyətə vurduğu mənfi təsirləri inkarolunmazdır. Bu məsələ həm cəmiyyətdən uzaq düşüb tək-tənha yaşayanlar, həm də bir sıra ictimai-siyasi, yaxud coğrafi səbəblər üzündən ayrı yaşayan qəbilə və xalqlar üzərində sınaqdan keçib.

Ros “Sosiologiyanın üsulları” kitabında kameralarda və təcridxanalarda yatan məhbusların üzərində cəmiyyətdən uzaq düşməyin təsirlərini araşdırarkən yazır: “Belələrinin 10%-i bir ildən sonra ya ölür, ya intihar edir, ya da dəli olur. Qalanları da bir növ ruhi-psixoloji nasazlıqlarla üzləşirlər...”

Belələrinin ölümlə ictimai həyat arasındakı mübarizəsi doğrudan da qəribədir. Mümkündür, ona yalnız bir gül, yaxud bir hədiyyə verməklə onun birgə həyata olan susuzluğunu yatırmaq və ölümdən xilas etmək olar...

Tərki-dünyalığı seçənlərdə ruhi düşkünlük, qəm-qüssə, süstlük, ümidsizlik və xəyallara qapılma halları daha çox müşahidə olunur.” (“Sosiologiya”, Samoil Kinq, səh.428.)

Bədəvi həyat sürən qəbilələrin də ictimai həyatın müsbət təsirlərindən məhrum qaldıqları təbii bir məsələdir. Onların əksər yönlərdə irtica və geriliyi belə həyat tərzinin nəticəsidir. Hətta bir sıra siyasi münasibətləri və iqtisadi əlaqələrini qıran ölkələr belə, bəzən bir çox sahələrdə müasir inkişafdan geri qalır. Hər halda bütün bunların özünəməxsus səbəbləri vardır ki, onları həmin xalqın mentaliteti və dövlətçiliyində axtarmaq lazımdır. Amma ictimai xarakterli belə problemlər təkamül və tərəqqinin qarşısını alan ən böyük bəlalardan biridir.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor