RSS
 

Login:
Şifrə:
» » İstehza və rişxənd

Xəbər lenti

Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...
BEHİŞTƏ DAXİL OLACAQ İLK ŞƏXS KİMDİR?
BEHİŞTƏ DAXİL OLACAQ İLK ŞƏXS KİMDİR?...
ANADAN ƏZİZ, YENƏ ANADIR!
ANADAN ƏZİZ, YENƏ ANADIR!...
Peyğəmbəri-Əkrəm (s) Xanım Zəhra (ə.a) və onun başına gətiriləcək müsibətlərdən danışır
Peyğəmbəri-Əkrəm (s) Xanım Zəhra (ə.a) və onun başına gətiriləcək müsibətlərdən danışır...
Sədəqələrinizi riyakarlıq və minnətlə puç etməyin
Sədəqələrinizi riyakarlıq və minnətlə puç etməyin...
“LƏVVАMƏ NƏFSİ”, yaxud vicdan əxlaqı
“LƏVVАMƏ NƏFSİ”, yaxud vicdan əxlaqı...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






İstehza və rişxənd

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 25-05-2016, 11:41 | Şərh sayı: (0) | Baxılıb: 645

İstehza və rişxənd


İstehza və rişxəndHaram buyurulmuş əməllərdən biri də (həm də qeybət amillərindən olduğuna görə) istehza və rişxənddir. Bu amilin özünün başqa səbəblərdən qaynaqlandığına baxmayaraq, öz yerində araşdırılmalı bir məsələdir. Lakin bəhsimiz hələlik qeybətə yaxın amillər (yəni, bilavasitə qeybət etməkdə təsirli olan amillər) barədədir.
Şübhə yoxdur ki, rişxənd və istehza da çox zaman zəif imanlı adamları qeybətə vadar edən həmin amillərdən biridir. Elələri vardır ki, başqalarını gözdən salmaq üçün onlara istehza edir, məclis əhlini güldürmək naminə onların şəxsiyyətinə toxunur, yerişini, danışığını, yemək yeməsini yamsılayaraq işarə və kinayə etməklə başqalarına rişxənd edirlər. Bu vasitə ilə onlar öz intiqam alovlarını sakitləşdirir, ən azı başqalarının hörmətdən salmaqla öz dostlarını razı salırlar. Buna görə də "Qurani-Kərim”də bu əməl ciddi surətdə qadağan edilib hər hansı bir şəxsə zülm etmək kimi qiymətləndirilir, belə şəxslər cəzalanmaqla hədələnib tövbəyə dəvət edilərək buyurulur:
"Ey iman gətirənlər: Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilərindən (lağa qoyanlardan Allah yanında) daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd etməsinlər). Bəlkə onlar (rişxənd olunanlar) o birilərindən (rişxənd edənlərdən) daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin (ayıb tutmayın) və bir-birinizi pis ləqəblərlə (ey kafir, ey fasiq, ey münafiq və i.a.) çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalimlərdir: (Özlərinə zülm edənlərdir!) («Hücərat»-11).
Təfsirçilərdən bəzisi yuxarıdakı ayənin nazilolma səbəbləri barədə belə yazmışlar:
Bu ayə Sabit ibn Qeys ibn Şəmmas haqda nazil olmuşdur. Sabitin qulaqları ağır eşidirdi. Məscidə daxil olanda Peyğəmbər(s)-in mübarək kəlamlarını eşitmək üçün ona minbərin yaxınlığında oturmağa yer verirdilər.
Bir gün o, yenə məscidə gəldi. Camaat sübh namazını artıq qılıb qurtarmış, hərə bir yerdə oturmuşdu. Sabit də başqa günlərdə olduğu kimi Peyğəmbər(s)-in yaxınlığında oturmağa cəhd göstərirdi. Buna görə də: "Yol verin, yol verin, qoyun Peyğəmbər(s)-in yanında əyləşim”, - deyə adamları yararaq minbərə tərəf irəliləyirdi. Nəhayət, məsciddəkilərdən biri ona: "Elə buradaca otur” - dedi. O da orada əyləşdi, lakin Peyğəmbər(s)-in yanında oturmaq üçün ona yol vermədiklərinə görə çox narahat oldu. Hava işıqlaşandan sonra o soruşdu: "Sən kimsən?” Həmin şəxs cavab verdi: "Mən filankəsəm.” Sabit: "Filan arvadın övladı?!” - deyə onun anasının adını elə çəkdi ki,(cahiliyyət dövründə belə bir təbiri tənə kimi qəbul edirdilər) həmin kişi utanaraq xəcalətdən başını aşağı saldı. Sonra bu ayə nazil oldu.
Qeyd:
Tanrı dərgahında bəndələrin biri-birindən üstünlük meyarı təqva və namuslu olmaqdır. Buna görə də heç kimin başqasını özündən aşağı sanıb, ona həqarətlə baxmağa haqqı yoxdur. Ola bilsin ki, həmin şəxs Allah dərgahında ondan üstündür.
Allah dərgahında möminin dərəcəsi
Mömin bəndə Allah dərgahında çox əziz və hörmətlidir. Tanrı möminləri çox sevir, izzət və başucalılığı möminlərə məxsus bir sifət kimi qəbul edir:
"...Şərəf-şan (qüvvət və qələbə) yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur..." («Munafiqun»-8).
Buna görə də «Hucurat» surəsinin 11-ci ayəsində buyurur: "Hər kim möminlərə rişxənd edib pis ləqəblərlə müraciət edərsə, zalımlardan hesab olunar." Başqa bir yerdə isə buyurur: "Könüllü surətdə (bollu) sədəqə verən möminlərə tənə edənləri və güc-bəla ilə əllərinə düşəni təsəddüq edən kəsləri məsxərəyə qoyanları Allah özü məsxərəyə qoyacaqdır. Onlar şiddətli bir əzaba düçar olacaqlar!" («Tövbə»-79)
Hətta İslam hədislərində də vardır ki, möminə ehtiram etmək Allaha ehtiram etmək, mömini təhqir etmək isə Allah-təalanı təhqir etmək və Allah-təalanın qəzəbinə düçar olmaqdır. Hədisi-qüdsidə belə buyurulur ki, Allah-təala möminləri incidənlərə, əziyyət verənlərə qarşı döyüş elan edir:
"İmam Sadiq(ə)-dən belə nəql olunur ki, Allah-təala buyurur: "Mənim mömin bəndəmi xar edən şəxs bilsin ki, Allah onunla düşməndir. Hər kim mömin bəndəmə hörmət edib ona ehtiram qoyarsa, şübhəsiz, mənim qəzəbimdən amandadır."
Peyğəmbər(s) buyurdu:
"Hər kim mömini xar edərsə, Allah onu zəlil edər."
İmam Sadiq(ə) buyurmuşdur:
"Yoxsulluğuna görə bir mömin bəndəyə alçaq gözlə baxana Allah da alçaq nəzərlə baxar və tövbə edənə qədər Tanrı dərgahında zəlil olar..."
Möminin ehtiramı Kəbənin ehtiramından artıqdır
İbn Əbil Hədid «Nəhcül-bəlağə»nin bu cümləsini şərh edərkən Peyğəmbər(s)-dən belə bir hədis söyləyir:
"...Cabir nəql edir ki, Peyğəmbər(s) Kəbəyə baxıb buyurdu: "Afərin sənə, nə qədər əzəmətli bir evsən. Sənin ehtiramın nə qədər böyükdür! Allaha and olsun! Möminin ehtiramı Allah yanında səndən də çoxdur, çünki sənin ehtiramın yalnız bir cəhətə (səndə qan tökməyin haram olmasına) görədir, lakin möminin ehtiramı isə üç səbəblə bağlıdır:
1. onun canı başqasına haramdır,
2. onun malı toxunulmazdır,
3. ona qarşı bədgüman olmaq haramdır."
Zəruri qeyd:
Öncə dediyimiz kimi, Allah dərgahında hər şeydən daha qiymətli və dəyərli olan təqvadır. Pul, vəzifə, mənsəb və s. kimi şeylər insanın əzəmət və sevilməsinə dəlalət etmir. Buna görə də heç bir möminə həqarət və alçaq gözlə baxmaq olmaz, ona görə ki Allah övliyalarının kim olduğunu biz bilmirik. Tanrıdan başqa heç kim bəndələrinin batinindən xəbərdar deyildir. İslamın əziz Peyğəmbəri(s) də həmçinin öz hədislərindən birində buyurmuşdur:
"Allah-təala üç şeyi üç şeydə gizlətmişdir: bunlardan üçüncüsü odur ki, öz dostunu məxluqlarının arasında qərar vermişdir. Buna görə də hər hansı bir Allah bəndəsinə həqarətlə baxmaq olmaz, çünki kimin Allah dostu olmasını heç kim bilmir."
Həzrəti-Əli(ə) də bir hədisdə belə buyurur:
"Allah-təala dörd şeyi dörd şeydə gizlətmişdir: ... (dördüncüsü) öz dostunu bəndələrinin arasında gizlətmişdir. Deməli, Allah bəndələrindən heç birinə həqarətlə baxmaq olmaz. Ola bilsin ki, (etina etmədiyin şəxs) Tanrının dostu olsun, amma sən bunu bilməyəsən."
Məsxərə və istehzanın pis aqibəti
Şübhəsiz, istehza edən şəxs böyük bir günaha batmış olur. Həmin kəs bunun ardınca öz əməlinin pis aqibətini gözləməlidir, çünki heç bir əməl əvəzsiz qalmır:
"Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir). («Zilzal»-7,8).
Qəflət, etinasızlıq və məsuliyyətsizlik boşboğazlıq və başqalarını məsxərəyə qoymağın pis nəticələrindəndir. Bu xəstəliyə düçar olanlar təbii olaraq, Allahı yaddan çıxarıb ibadətdən ləzzət almırlar, yəni ibadət edərkən öz fikirlərini bir yerə toplaya bilməyib könülsüz, ikrah hissi ilə onu yerinə yetirərlər.
"Qurani-Kərim”də buyurulanlardan belə başa düşülür ki, qəflət yuxusuna qərq olmağın və Yaradanı unutmağın səbəblərindən biri də möminlərə rişxənd edib onları təhqir etməkdir, çünki mömin bəndələr, dini şəxsiyyətlər və peyğəmbərlər şəriətin fəxridirlər. Onların bu ali məqamına etinasızlıq müvəffəqiyyətsizlik və qəlbin qaralmasına səbəb olub, nəhayət, insanı azğın cəhənnəm əhli ilə yanaşı saxlay Allah-təala öz müqəddəs Kitabında cəhənnəm əhlinin ağır vəziyyətini, onlardan necə hesab çəkiləcəyini təsvir və şərh edib onların dəhşətli cəhənnəm əzabından azad olmaq üçün dözümsüzlüyünə və vahimələnməyinə işarə edərək:
"Orada zəlil (məyus) vəziyyətdə durub qalın və Mənə heç bir şey deməyin!" -deyə cavab verər. Sonra isə buyurur:
"Çünki bəndələrimdən bir zümrə (möminlər) var idi ki, onlar: "Ey Rəbbimiz! Biz (Sənə) iman gətirdik. Artıq bizi bağışla, bizə rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan!" - deyirdilər. Siz isə onları məsxərəyə qoyurdunuz. (Bu məsxərə, lağlağı başınızı o qədər qatmışdı ki,) Məni yada salmağı belə sizə unutdurmuşdu. Siz (istehza ilə) onlara gülürdünüz. Həqiqətən, Mən səbir etdiklərinə görə onları mükafatlandırdım. Onlar nicat tapanlardır (uğura yetənlərdir)!" («Muminun» - 109, 110, 111).
İndi ki möminlərə istehza etmək və onlara ehtiramsızlıq göstərmək Allahı unutmağa səbəb olan amillərdən biri kimi məlum oldu, bilmək lazımdır ki, əgər bir şəxs elə bu halda tövbə etmədən dünyadan köçərsə, onu dəhşətli əzab və ağır bir həyat gözləyir. Həmin şəxs məhşərə kor halda daxil olub Allahın mərhəmətindən uzaq olacaqdır. Allah-təala «Quran»da buyurur:
"Hər kəs Mənim öyüd-nəsihətimdən («Quran»dan) üz döndərsə, güzəranı daralar (yaxud qəbir evində şiddətli əzaba düçar olar) və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik!" O, belə deyər: "Ey Rəbbim! Nə üçün məni məhşərə kor olaraq gətirdin, halbuki mən (dünyada hər şeyi) görürdüm!" (Allah) buyurar: "Elədir, amma sənə ayələrimiz (möcüzələrimiz, qüdrətimizə dəlalət edən əlamətlər) gəldi, sən isə (özünü görməməzliyə vurub) onları unutdun (iman gətirmədin). Bu gün eləcə də sən unudulacaqsan!" («Taha» - 124,125,126)
Növbə sabah möminlərindir
"Qurani-Kərim”də buyurulur:
"İmanlı şəxsləri dünyada məsxərəyə qoyanlar, təhqiramiz və istehzalı gülüşlərlə onların yanından ötüb keçənlər, göz-qaşla işarə edib rişxənd edənlər və özlərinin bu (çirkin) əməlləri ilə xoşhallanıb qürrələnənlər bilsinlər ki, sabah onlara gülmək üçün növbə möminlərindir.”
Aşağıdakı ayələr bu mətnin məzmununu təşkil edir:
• "Həqiqətən, günahkarlar iman gətirmiş kimsələrə (dünyada) gülürdülər.” («Mutəffifin»-29)
• "(Möminlərin) yanlarından keçərkən (onları dolamaq məqsədilə) bir-birinə qaş-göz edirdilər.” («Mutəffifin»-30)
• "Ailələrinin (yaxın adamlarının) yanına qayıtdıqda isə (onları doladıqları üçün) kefləri kök qayıdırdılar.” («Mutəffifin»-31)
• Onları (möminləri) gördükdə :"Doğrusu, bunlar (haqq yoldan) azanlardır!"- deyirdilər". («Mutəffifin»-32).
• "Halbuki onlara (möminlərə) nəzarətçi göndərilməmişdilər.” («Mutəffifin»-33).
• "Bu gün isə möminlər kafirlərə güləcəklər.” («Mutəffifin»-34).
• "Onlar taxtlar üstündə (əyləşib) baxacaqlar (ki, görsünlər),” («Mutəffifin»-35).
Sonra rişxəndlə deyilir:
• "Kafirlər öz əməllərinin cəzasını aldılarmı?!” (Əlbəttə, aldılar!) («Mutəffifin»-36)
Qısası, rişxənd və istehza bir növ eyib tutmaqdır. Başqalarını güldürmək üçün bu günaha batmaq və kimisə təhqir etmək ağılsız, yaramaz bir hərəkətdir. Məsxərə etməklə məşğul olanlar özlərinin bu çirkin əməlindən qürrələnir və bu da onların möminlərə həqarətlə baxmasına səbəb olur. Nəticədə isə, onlar bu əməlləriylə özləri üçün ağır bir əzab hazırlamış olurlar. Bunun nümunəsi yuxarıdakı ayələrdə qeyd olundu.
Hədislər baxımından istehzanın ziyanları
Məsumların(ə) hədislərində də möminlərə rişxənd edib onları məsxərəyə qoyanlar möhkəm tənqid olunmuşdur. Bu barədə bir neçə hədis qeyd edirik.
Boşboğazlıq və əbədi zərər
Qeybət, töhmət və təqvalı insanları təhqir etməklə başqalarını güldürənlər bilsinlər ki, qiyamət günündə zərərçəkənlər zümrəsindən sayılacaqlar.
İmam Sadiq(ə) buyurdu:
"Mədinə şəhərində işi-peşəsi camaatı güldürməkdən və boşboğazlıqdan başqa bir şey olmayan bir nadan adam vardı. Bir gün dedi ki, mən bu kişinin (yəni Əli ibn Hüseyn (İmam Zeynəlabidin)) qarşısında aciz qalmışam, çünki bu vaxta qədər onu güldürə bilməmişəm.
Bir gün İmam Səccad(ə) öz xidmətçilərindən iki nəfərlə o küçədən keçirdi. O, (kişi bunu görcək fürsəti əldən buraxmayıb) həzrətin əbasını çiynindən çəkərək götürüb qaçdı. İmam ona etina etmədi. Orada olanlardan bir neçəsi onun dalınca düşüb əbanı əlindən alaraq o ali Cənabın mübarək çiyninə saldılar. İmam(ə) buyurdu: "Bu kişi kim idi?” Dedilər: "O, Mədinə camaatını güldürən boşboğaz və zarafatcıl bir kişidir.” İmam buyurdu: "Ona deyin ki, Allahın elə bir günü vardır ki, o gün boşboğazlar ziyançəkənlərdən olacaqlar."
Hər halda şübhə yoxdur ki, belə şəxslər Qiyamət günündə müxtəlif əzablara düçar olacaqlar. Dünyada möminləri məsxərəyə qoyduqları kimi, möminlər də Qiyamət günü onlara rişxənd edib güləcəklər.
Peyğəmbər(s) buyurmuşdur:
"Qiyamət günü dünyada camaatı məsxərəyə qoyanları gətirib behiştin qapısını onların üzünə açaraq - "gəlin, gəlin” - deyərlər. Onlar çox çətinliklə qabağa gəlib qapıya yaxınlaşanda qapı onların üzünə bağlanar. Sonra başqa bir qapı onların üzünə açılar. "Tələsin, cəld olun!” - deyə onlara nida gələr. Bu dəfə də çox çətinliklə qapıya tərəf yaxınlaşanda bu qapı da bağlanar. Beləliklə, onlar naümid olub bir daha heç bir qapıya tərəf getməyəcəklərinə qədər bu iş beləcə təkrar olar. Bu zaman behişt sakini olan möminlər onlara baxıb gülərlər."
Bəhsin nəticəsi
Yuxarıda qeyd olunan mətləblərə diqqət yetirməklə məsuliyyətli və mömin şəxslər bu çirkin əməldən iki cəhətə görə uzaqlaşmalıdırlar:
birincisi, boşboğazlıq və məsxərəyə qoymaq əslində çirkin bir əməldir;
ikincisi isə, başqa bir böyük günaha- qeybətə səbəb olur.
İlahi! Bizi belə uçurumlardan qoru.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor