RSS
 

Login:
Şifrə:
» » Yalanın rəva görülən halları

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Yalanın rəva görülən halları

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 25-05-2016, 10:40 | Şərh sayı: (0) | Baxılıb: 720

Yalanın rəva görülən halları


Yalanın rəva görülən hallarıAşağıdakı hallarda yalan danışmağa icazə verilir:
1. Zəruri hal və çarəsizlik zamanı
Bu halda heç bir şübhə yeri yoxdur, çünki İslamın əsas istinad mənbəyi olan kitab, sünnə, əql və icma da ona dəlalət edir. İnsanın ağlı hökm edir ki, ən az zərərli işi seçsin. "Qurani-Kərim”də təqiyyəyə zəruri hallarda icazə verilmişdir. Aydındır ki, təqiyyə yalanın növlərindən biri olub, həqiqətin əksinədir. İnsan zəruri hallarda öz əqidəsini gizləyib imanının əksinə olaraq şəhadət verə bilər. «Quran»da bu barədə buyurulur:
"..... Qəlbi imanla sabit olduğu halda, (küfr sözünü deməyə) məcbur edilən (dil ilə deyib ürəyində onu təsdiq etməyən) şəxs
istisna olmaqla.....” («Nəhl»-106).
Peyğəmbər (s)-dən belə nəql olunur: "Allah-təala bütün işlərdə bəndə çarəsiz qalarsa, halallıq yolu qoymuşdur.” (Şeyx Ənsari «Məkasibi-mühərrəmə»).
Elə bu məzmunda İmam Sadiq(ə)-dən də belə nəql olunur: "Əgər insan çarəsiz qalıb təqiyyə edərək yalandan and içərsə, heç bir eybi yoxdur.” Sonra yenə buyurur: "Hər bir haram zəruri hallarda halal olur.”
Zərəri dəf etmək fəslində bunun (mal, can, namus) qarşısını almaq üçün insanın yalandan and içməsinə icazə verən çoxlu məşhur hədislər vardır. Əlbəttə, mal-dövlət cəhətdən zərər dedikdə elə zərərlər nəzərdə tutulur ki, ona dözmək çətin və ən azı əhəmiyyətli olsun. Lakin qiymətsiz və əhəmiyyətsiz zərərlər bir zəruri hal kimi yalanın halal olmasına icazə verə bilməz.
Qısası budur ki, yalanın zəruri hallarda halal olması barədə fiqh və əxlaq alimləri arasında heç bir ixtilaf yoxdur. Burada bir sual hər iki sahədə mübahisə yaradan səbəb kimi meydana çıxır: belə hallarda yalana heç bir qeydsiz-şərtsiz icazə verilmişdir, yoxsa tövriyə (həqiqəti yalan söyləmədən gizlətmək) etmək mümkün olmadığı zaman yalan danışmaq olar? Əksəriyyətin qəbul etdiyi budur ki, yalanın icazəsi tövriyənin mümkün olmamasına bağlıdır. Demək, tövriyə etmək olarsa, yalan danışmaq caiz deyildir. Çünki bu fərziyyə ilə yalan danışmaq üçün heç bir zəruri hal olmayıb həqiqətdə bu əməlin yerinə yetirilməsinə izn verilmir.
Şeyx Ənsari(r.ə.) yazır: "Əksəriyyətin nəzərinin əqli cəhətdən məqbul olmasına baxmayaraq, istisna hallar barədə söylənilmiş bütün hədislərdə bu şərtə dair işarə olunmadığı üçün onun vacibliyini sübuta yetirən heç bir dəlil nəzərə çarpmır. Çünki zəruri halların əksəriyyətində tövriyə etmək imkanı olmasına diqqət yetirməklə əgər belə bir şərt lazım olsaydı, heç olmazsa, azı bir yerdə ona işarə olunardı. Buna əsasən mümkündür ki, müqəddəs şəriət işi insanlar üçün asanlaşdırmaq xatirinə yolu açıq qoyub, belə məsələlərdə tövriyə etməyi lazım bilməmişdir.” Sonra mərhum Şeyx ehtiyatı əldən buraxmayıb ümumi qaydalara riayət edərək buyurur: "Hər halda ehtiyatı əldən buraxmayıb tövriyədən istifadə etməklə imkan daxilində yalandan çəkinmək lazımdır. Çünki bu, xəbərin ümumi və mütləq olduğunu bildirir. Onun əksinə, tutarlı bir dəlil olmayınca o, hər şeydən irəlidir.”
2. İnsanlar arasında sülh yaratmaq
Müstəsna hallardan biri də insanlar arasında sülh yaratmaqdır, yəni insan kin-küdurəti aradan qaldırmaq və mehribanlıq yaratmaq üçün yalan danışıb bu yolla xalq arasında dostluq yaradarsa, yalan danışmaq haram sayılmaz. Məsələn, iki nəfər və ya iki dəstə arasında ədavət düşəndə onlardan birinin yanına gedib o birinin dilindən tərifləndiyini, özünün isə bu ədavətdən peşman olduğunu və barışmaq istədiyini deyib, sonra qarşı tərəfin yanına gedərək, bu birinə dediyini eynilə təkrarlayarsa, belə bir yalan haram olmamaqdan əlavə hətta bəyənilmiş, Peyğəmbər(s) və məsum İmamlar(ə) tərəfindən təkid edilmişdir. İndi isə diqqətinizi bir neçə hədisə cəlb edirik.
Peyğəmbər(s) həzrəti-Əli(ə)-yə etdiyi vəsiyətdə belə buyurur: "Ey Əli! Allahın sülh yaradan yalandan xoşu gəlir. Fitnə-fəsad salan doğru sözdən isə narazıdır.”
Müaviyə ibn Əmmar İmam Sadiq(ə)-dən belə nəql edir: "Hər kim sülh yaratmaq üçün yalan danışarsa, yalançı deyildir”
Bu hədisdən bizə belə aydın olur ki, xeyirxah insanın (camaatın arasında mehribanlıq yaradan, ədavəti, kin-küdurəti yatıran) təkrar-təkrar yalan danışmasına görə ona kəzzab (həmişə yalan danışan, yalan danışmağa adət etmiş) demək olmaz. Başqa bir hədisdə İsa ibn Həssan İmam Sadiq(ə)-dən belə nəql edir: "Hər bir yalan danışığa görə sahibi gün gələr ki, onun üçün cavab verməli olar. Yalnız üç nəfərdən başqa ...... Onlardan biri də iki nəfər arasında sülh yaratmaq istəyən şəxsdir. Həmin şəxs onun yanında bir şey, digərinin yanında isə bir başqa şey deyir ki, onları barışdırsın.” (Necə deyərlər, xeyirli yalan zərərli doğrudan yaxşıdır. )
Burada mənafe dedikdə şəxsi mənafelər və xüsusi qərəzlər yox, möminlər arasında sülh və mehribanlıq nəzərdə tutulur. Əvvəldə qeyd edildiyi kimi, xalq arasında mehribanlıq yaratmaq o qədər əhəmiyyətlidir ki, İmam Sadiq(ə) bu işə görə öz malından ayıraraq səhabələrindən birinə verir. Bununla da həmin şəxs iki mömin arasında kin-küdurət və ixtilaf yarananda o malın vasitəsilə onlar arasında mehribanlıq yaradıb düşmənçiliyi yatırır.
3. Döyüşdə hiylə
Şübhə yoxdur ki, müharibə dini və ictimai zəruri hallardan olub müxtəlif səbəblərə görə (siyasi, ictimai, əqidəvi) millətlər və ölkələr arasında baş verir. Adətən, bu kimi həmlə və fəlakətlərdən özünü qurtarmaq, tezliklə düşmənə qalib gəlmək üçün elə vasitələrə əl atılır ki, adi hallarda bunlara icazə verilmir. İnsanların öldürülməsi və əsir alınması, zəiflətmək məqsədilə düşmənin hərbi texnikasının məhv edilməsi və qarət olunması, hərbi qüvvələrin möhkəmləndirilməsi, yaşayış binalarının və iqtisadi mərkəzlərin dağıdılması, dinc əhalinin öldürülməsi kimi hallar qələbə çalmaq və düşmənin məğlub edilməsi üçün bir vasitədir. Şübhəsiz, əgər müharibə müdafiə xarakteri daşıyırsa, bu kimi vasitələrdən istifadə etməyin şəri və əqli cəhətdən heç bir eybi yoxdur. Bu arada ən mühüm amillərdən olan düşməni aldadaraq hiyləyə əl atmaq ən yaxşı vasitələrdəndir. Çünki əgər hiylə ilə düşməni aldadıb güclü bir həmlə ilə hücuma keçə bilsək, azca təlafat verməklə düşmənə qalib gələ bilərik. Bu müqəddiməyə diqqət yetirməklə hiylə və yalana qarşı düşmən olan müqəddəs İslam dininin niyə görə müharibədə belə vasitələrdən istifadə edilməsinə icazə verməsini başa düşərik.
Peyğəmbər(s) həzrəti-Əli(ə)-yə etdiyi vəsiyyətlərdən birində belə buyurur: "Ey Əli! Üç halda yalan danışmaq olar: döyüşdə hiylə işlədərkən, kişi öz həyat yoldaşına vədə verərkən və camaat arasında mehribançılıq yaradarkən.”
İmam Sadiq(ə) buyurmuşdur:
"Hər bir yalana görə insan bir gün cavab verməli olacaq. Yalnız üç yerdən başqa: döyüşdə düşmənə hiylə gələrkən və...”
Bu hədislərdən belə başa düşülür ki, yalan danışmaqdan üç yerdə istifadə etmək olar. Onlardan biri də müharibədir.
4. Ailə üzvlərinə və həyat yoldaşına vədə vermək
Müqəddəs dinimizdə qadın və övladın məişət xərci ailə başçısı kimi kişinin boynuna düşür (qadının xərci tamamilə, övladın isə ataya ehtiyacı olduğu surətdə). Əlbəttə, vacib xərclik imkan daxilində, iqtisadi və normal həddə qədərdir. Lakin çox vaxt ailənin tamah və istəyi kişinin imkanından artıq olub normal dolanışıq həddini aşır. Belə bir vəziyyətdə kişi iki yol ayrıcında qalır: ya gərək ailə üzvlərilə pis davranıb istədiklərini açıq-aşkar rədd etsin, ya da ki ümid bəxş edən bir rəftarla və qeyri-ciddi vədlərlə onları razılaşdırsın. Bu zaman mənfi, acıqlı cavab vermək ailə üzvlərinin inciməsi və qəlblərinin sınması ilə nəticələndiyindən ailədə ikiüzlülük və inamsızlığa səbəb olmasına baxmayaraq, ikinci qaydaya icazə verilmişdir. Lakin bunu da qeyd etmək lazımdır ki, insan qarşısında bundan başqa bir çıxış yolu qalmadığından və bunun az zərərli olması nəzərindən belə bir vasitəyə icazə verilmişdir. Qeyd etməliyik ki, bu üç mövzunun (müharibə, sülh və həyat yoldaşına vədə vermək) hədislərdə bir yerdə gəlməsi yalan vədəyə heç bir qeyd-şərtsiz icazə verilməməsini göstərir. Çünki yalan digər iki halda (müharibə və sülh) mühüm bir mənafeyi qorumağa görədir, belə ki (o iki yerdə) lazım olarkən istifadə edilməzsə, sonu pisliklə nəticələnə bilər, çünki döyüşdə əsasən qalibiyyət və məğlubiyyət məsələsi müzakirə olunur. Bunun da üstündən asanlıqla keçmək mümkün deyildir. Möminlər arasında sülh, mehribanlıq yaratmaq da eynən bunun kimi mühüm ictimai-əxlaqi məsələlərdən olub İslamda çox böyük əhəmiyyətə malikdir. İslam dini iman qardaşları arasında ədavətin üç gündən artıq olmasına icazə verməmiş, öz aralarında mehribanlıq və sülh yaratmağı onların öhdəsinə qoymuşdur. Bu qaydaya əsasən ailədə də ən əhəmiyyətli məsələ ön plana çəkilir. Maddi imkanlar da daxil olmaqla hər cüzi məsələyə görə ailədə yalan danışmaq olmaz. Ailə başçısı əgər hər gün əsassız bəhanələrlə öz ailəsinə yalan deyərsə, tərbiyəvi cəhətdən pis təsir göstərməkdən əlavə, ailə üzvləri arasında da öz etibarını itirir. Beləliklə, ailə başçısı hörmətini itirərək, nəticədə, ailənin əsasını məhv etmiş olur.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor