RSS
 

Login:
Şifrə:
» » İslam gözdəymədən qorunmaq üçün nə təklif edir?

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






İslam gözdəymədən qorunmaq üçün nə təklif edir?

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 25-05-2016, 10:28 | Şərh sayı: (0) | Baxılıb: 827

İslam gözdəymədən qorunmaq üçün nə təklif edir?


İslam gözdəymədən qorunmaq üçün nə təklif edir?Gözdəymədən qorunmaq üçün nurani ilahi kəlamlarda və Əhli-beyt (ə) buyuruqlarında müəyyən tövsiyələr yer alıb. Şübhəsiz ki, hər birimiz ətrafdakı insanlarla ünsiyyətdə olanda, cəmiyyətə çıxanda göz dalğalarının təsirinə məruz qalırıq. Biz buna qarşı tədbir görəndə də əminliklə görməliyik. Gözdəyməyə qarşı dinin verdiyi tapşırıqları üç qrupa bölmək olar:
1.Gözdəyməyə qarşı oxunan zikr və dualar; "Çəhar qul” deyilən dua buna misal göstərilə bilər;
2.Yazılı şəkildə insanın öz üstündə gəzdirdiyi zikr və dualar;
3.İnsanın öz əməl və rəftarlarında riayət etməli olduğu qaydalar. Buna misal olaraq insanın özünü göstərməsi, diqqəti cəlb etməsi misal çəkilə bilər.
Gözdəyməyə qarşı nə oxumalıyıq:
1.İlk yerdə istiazə gəlir. İstiazə Allaha pənah aparmaq, Allaha sığınmaqdır. "Nəhl” surəsinin 99-cu ayəsində buyurulur: "O yalnız Onu rəhbər seçənlər üzərində hakimiyyətə malikdir.” (İnnəhu ləysə ləhu sultanun ələlləzinə amənu və əla Rəbbihim yətəvəkkəlun.) Allaha sığınmaq təkcə Quran ayələri oxumaqla xülasələşmir. Bu bir qədər geniş məsələdir. İnsanın yaranışında məqsəd onun təkamülü, kamilləşməsidir. Bu yolda insanın əsas düşmənlərindən biri İblisdir. İblis and içib ki, Allahın şərəfli yaranmış qərar verdiyi insanı bədbəxt etsin. O bu yolda cinlərdən və insanlardan istifadə edir. Bu işdə insanın əmmarə nəfsi onun əsas düşmənlərindəndir. İnsan şeytanın hücumları qarşısında zəif və aciz qalır. İnsanın bu hücumlar qarşısında möhkəm sığınacağa ehtiyacı var. İnsan bu hücumlardan qaçaraq daim deyir: "Əynəl məfərr” yəni sığınacaq yeri haradadır? Sığınacaq axtaran insana ilahi bir pıçıltı gəlir: "Allaha doğru qaçın, çünki mən Allah tərəfindən xəbərdarlıq edən, aydınladan biriyəm.” (Fə firru iləllahi indi ləkum minhu nəzirun mubin; Zariyat surəsi, ayə 50) Nəticə alırıq ki, istiazə dedikdə istənilən bir şəraitdə qorxu və təhlükəyə qalib gəlmək üçün Allaha sığınmaq nəzərdə tutulur: "Əuzu billahi minəşşeytanil-ləinil rəcim.” İstiazə şeytanın caynağından qaçıb Allaha sığınmaqdır. Təbii ki, burada şeytanın öz hücumu nəzərdə tutulmur. Gizli və aşkar qüvvələrin təsiri şeytanın hücumlarındandır. İnsan yalnız Allaha sığınmaqla xilas ola bilər. Bütün işlərdən əvvəl və sonra bu zikri oxumaq təsirlidir. Evdən çıxarkən, Quran oxumağa başlayarkən, kitab mütaliəsindən öncə, kompyuter arxasına keçərkən, saytlara baxarkən bu zikri oxumaq təsirlidir. Bu zikr dağıdıcı qüvvələr qarşısında bir sipərdir. Bu zikr eyni zamanda insan qəlbini vəsvəsələrdən, şəkk-şübhələrdən qoruyur. Bacardığımız qədər bu cümləni zikr etməliyik.
2.Bismillahir-Rəhmanir-Rəhim deməyin təsiri
Bismillahir-Rəhmanir-Rəhim cümləsi haqqında çox yazılıb. Doktor Nəqipur Quran ayələri barədə düşünmək mövzusunda yazdığı kitabda maraqlı nöqtələrə toxunur. Kitabda belə bir hədis yada salınır: "Günah qapılarını "istiazə” ilə bağlayın, Rəhmət qapılarını Allahın adını zikr etməklə açın.” ("Mizanul-Hikmə”, c. 8)
İstiazədə dağıdıcı qüvvəni zərərsizləşdirmək gücü var. İstiazə şeytanın hücum vasitələrini məhv edir. Bismillahda isə quruculuq var. Nəfsin tərbiyyəsində, imanı gücləndirməkdə, səbr və ehsanda Bismillah deməyin təsiri böyükdür.
Hər bir işdən qabaq Bismillah demək ilahi rəhmətin nazil olmasına, bağlı qapıların açılmasına səbəb olur. Bismillahın çox zikr olunması insan həyatına ilahi ətir verir. Bismillahı çox oxuyan insan salamat qalır, şərdən uzaq olur.
İmam Baqir (ə) buyurur: "Səmadan enən bütün kitablar Bismillahla başlayır. Bismillah dedinsə özündə qorxuya yer vermə. Bismillah dediyin zaman səni yerlə göy arasında qoruyarlar.” (Şeyx Səduq, Xisal, c. 8, səh. 172) Həzrət peyğəmbər haqqında yazırlar: Həzrət peyğəmbər mənzilə daxil olanda və Qüreyş onun ətrafına toplananda uca səslə Bismillah deyərdi. Həzrətin Bismillah sözündən sonra Qüreyş tələsik dağlışardı.
Müqəddəs Bismillah zikri Nuh peyğəmbərin gəmisini təhlükəli tufan zamanı qorudu. Həzrət Nuh gəminin üzərinə öz əli ilə Bismillah yazmışdı. Demək, Bismillah zikri insanı yerin və göyün bəlalarından qoruyur. Heç zaman Bismillahı yaddan çıxarmayın. Yatdığınız zaman, yuxudan oyandığınız zaman, mütaliə zamanı, evə daxil olanda, evdən çxanda, yeməyə başlayanda, hamama gedəndə, bir sözlə, bütün işlərdən qabaq Bismillah demək adətiniz olsun. Şeyx Abbas Qummi Məfatehdə tövsiyə edir ki, evin qapısına Bismillah yazılsın.
Həqiqətən Bismillahir-Rəhmanir-Rəhim zikri Allah tərəfindən insanın salamatlığı üçün bir zəmanətdir. Bismillah deyin və özünüzü mənfi enerjilərin hücumu qarşısında Allahın pənahında hiss edin.
İstiazə və Bismillah zərərli dalğaların əhatəsində insanı qoruyan və ona yol açan iki mühüm vasitədir.
3.Quran qiraəti ilə nemətə çatmaq və şərdən uzaqlaşmaq
Quran qiraəti insanı şər və bəladan uzaqlaşdırır, şeytan vəsvəsələrinin qarşısını alır, ilahi rəhmətin nazil olmasına səbəb olur. Evdə, bir məkanda Quran səsi ucalanda oranın fəzası şeytanın zəhərli çirkabından paklanır.
İmam Sadiq Əmirəlmöminin Əlidən (ə) belə nəql edir: "Quran oxunan, Əziz və Cəlil Allahın xatırlandığı evdə bərəkət artar, mələklər orada olar, əhrimənlər oranı tərk edər, bu ev səma əhlinə işıq saçar. Necə ki, ulduzlar yerə işıq verir. Quran oxunmayan, Əziz və Cəlil Allahın xatırlanmadığı evdə bərəkət azalar, mələklər oranı tərk edər, əhrimənlər orada olar, bu evin fəzası zəhərlənər, şər və fəsadla dolar.” (Quranda tədəbbür araşdırmaları, səh. 80)
Demək, Quranla çox ünsiyyət, onu gözəl səslə oxumaq ilahi bərəkət və mələklərin gəlişinə səbəb olar. Bu yolla həmin evdə asayiş və salamatlıq yaranar. Evdə Quran oxunmaması orada şeytanları fəallaşdırar, asayişi aradan qaldırar.
Valideynin əsas məsuliyyətlərindən biri evdə gözəl səslə Quran oxumaqdır. Quran avazı evdəki mənfi enerjini uzaqlaşdırır, dolayı yolla ev əhlinin ruhiyyəsini dəyişir.
Çalışaq ki, hər gün ən azı Qurandan on ayə oxuyaq. Bu ayələr barədə düşünək. Beləcə, Allahın izni ilə qəlblərimiz və mənzillərimiz zülmət və zərərli dalğalardan hifz olsun, nuraniləşsin.
4.Cin surəsini oxumaqla cinlərin gözdəyməsinin qarşısnın alınması
Quran araşdırmaçıları düşünürlər ki, Cin surəsində gözə görünməyən mövcudlar haqqında danışılır. Surədə onların dinə və peyğəmbərə, eləcə də məada imanından söz açılır. İmam Sadiq (ə) buyurur: "Kim "Cin” surəsini çox oxusa həyatı boyu ona cin gözdəyməsi, sehr-cadu, hiylələr təsir göstərməz, Həzrət Məhəmmədlə (ə) yoldaş olar...” (Təfsiri-Nümunə”, c. 25, s. 98) Belə bir qənaətə gəlirik ki, insana təkcə ətrafdakı insanların yox, gözə görünməyən cinlərin də gözdəyməsi zərbə vurur. Bunun qarşısını almaq üçün ardıcıl şəkildə cin surəsini oxumaq lazımdır. Xüsusi ilə dini geyim insanı pis gözdən qoruyur. "Cin” surəsini oxumağın savabı barədə həzrət Peyğəmbər (s) buyurur: "Kim "Cin” surəsini oxusa peyğəmbəri təsdiq və təkzib etmiş cin və şeytanların sayı qədər qul azad etməyin savabını qazanar.” ("Təfsiri-nümunə”, c. 25, s. 98)
5.Məuzəteyn (Nas və Fələq surələri) şərə qarşı
Qurani-Kərimin iki son surəsi, "Fələq” və "Nas” surələri şərrin uzaqlaşdırılmasında ən təsirli surələr sayılır. Məsumların buyuruqlarında bu həqiqət təsdiqlənir. Söhbətimizin əvvəlində qeyd etdik ki, bəziləri gözdəyməyə münasibətdə ifrata varır, göz dəyər deyə sevinclərini, uğurlarını gizlədirlər. Onlar hətta pis geyinirlər ki, onlara göz dəyməsin. Danışanda şikayətlənirlər ki, gözdəymədən qorunsunlar. Bir şəxs İmam Rizadan (ə) bu barədə soruşdu. İmam buyurdu: "Gözdə təsir var. Əgər gözün təsirindən qorxursansa əllərini çöhrən bərabərində qaldır (qunut vəziyyətində) "Həmd”, "Tövhid”, "Nas” və "Fələq” surələrini oxu. Sonra əllərini alnına çək, Allahın izni ilə faydası olar.” ("Biharul-Ənvar”, c. 92, s. 192)
İmam Sadiq (ə) buyurur: "Diqqəti cəlb edəcək görkəmdə evdən çıxdığınız zaman gözdəymədən qorunmaq üçün "məuzəteyn” oxuyun.” ("Biharul-Ənvar”, c. 92, səh. 330)
Həzrət Peyğəmbərdən (ə) nəql olunmuş hədisdə deyilir: "Allah gözəldir və gözəllikləri sevir. Allah bəndəsində öz nemətinin əsərini görəndə razı qalır. Allah razı deyil ki, kimsə özünü yoxsul göstərsin, özünə yoxsul görkəmi versin.” ("Kənzül-Ummal”, h. 17166)
İslam təlimlərində nəinki özünü yoxsul göstərmək bəyənilmir, ətrafdakıların ruhiyyəsinə mənfi təsir göstərəcək əksər işlər qadağan olunur. Əgər insanların nemətlərə malik olması gözdəyməyə səbəb olursa vəzifəmiz nədir? Əgər insan Quran göstərişləri və İslam təlimlərindəki göstərişlərə əməl edərsə xoşbəxt olar və xürafatdan uzaqlaşar. İmam Sadiqin (ə) nürani tövsiyyələri, Həzrət Peyğəmbərin (s) göstərişlərindən aydın olur ki, insanın özünə gözəl görkəm verməsi vəzifə olduğu kimi, pis gözdən görünmək üçün "məuzəteyn” oxuması da zəruridir. "Məuzəteyn” oxuyan insan sanki pis göz qarşısında zireh rolu oynayan zikrdən libas geyinir.
Şər qüvvələrin gözə görünməyən hücumları
Din alimləri və Quran araşdırmaçıları bu fikirdədirlər ki, şər qüvvələr üç yolla insana yaxınlaşır.
1.Xaricdən hücumlar; burada azğın təcavüzkarlar, ovsunçu fitnəkarlar, paxıl insanlar nəzərdə tutulur. Belə təsirlərin qarşısını almaq üçün fələq surəsini oxumaq lazımdır.
2.Xaricdən vəsvəsə hücumları; Cin və insandan olan şeytanlar insanlarda daim şəkk-şübhə yaratmağa çalışır. Onlar çirkin işləri insana gözəl göstərmək istəyirlər. "Nas” surəsini oxumaqla belə təsirlərin qarşısnı almaq olar.
3.Daxilimizdən gələn vəsvəsələr; İnsanda olan əmmarə nəfs onu günah və çirkaba sürükləyir. "Nas” surəsi nəfsin vəsvəsələrini "Fələq” sursəi əməli hücumları əngəlləyir, onların qarşısnı alır. (Quranda tədəbbür araşdırmaları, s. 154)
Belə bir qənaətə gəlirik ki, insan ruhunun qidası olan Qurana sarılmaqla, "Fələq” və "Nas” surələri kimi təsirli surələri namazda və başqa vaxtlarda ardıcıl şəkildə oxumaqla zəhərli baxışların, müxtəlif hücumların qarşısını almaq mümkündür. Əgər bəzi insanlarda bu enerjinin güclü olduğunu hiss etmisinizsə onlarla rastlaşdığınız zaman və ya bundan qabaq özünüzü ayələrin sığınacağına çatdırın, surələr oxumaqla, zikr və dualarla özünüzü qoruyun.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor