RSS
 

Login:
Şifrə:
» » Başdaşı biznesi və ya ölü sahibi necə aldadılır…

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Başdaşı biznesi və ya ölü sahibi necə aldadılır…

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 24-05-2016, 07:42 | Şərh sayı: (0) | Baxılıb: 590

Başdaşı biznesi və ya ölü sahibi necə aldadılır…


Başdaşı biznesi və ya ölü sahibi necə aldadılır…Qəbiristanlıqdakı yerlərin, cənazə mərasimi üçün lazım olan xərclərin, başdaşının qiymətinin nə qədər olduğunu əksəriyyət bilir.

Çünki bu haqda dəfələrlə yazılıb. Ölümün ağrısı azmış kimi, dəfn xərcləri də mərhumun yaxınlarının probleminə çevrilir. Düzdür, dəbdəbəli ehsan verilməsi qanunla qadağan edilməsə də, ləbləbi, meyvə, şirniyyat, cürbəcür təamlarsüfrədən yığışdırılıb. Hə, deyəcəksiniz ki, bahalı başdaşına, heykələ də ehtiyac yoxdur. Onsuz da yazıq ölünün özü bu dəbdəbəli yas mərasimini, qoyulan bahalı başdaşını, heykəli görə bilmir. Mərhum heç onu da bilmir ki, qoyub gəldiyi bu dünyada oğlu, qızı, valideyni ya yaxın adamı onun üçün qara mərmərdən üçmərtəbəli başdaşı düzəldib, hər iki tərəfdən şəklini döydürüb, üstünə şeir, ürək sözlərini yazdırıb. Amma kimi yaxınına son borcunu vermək, kimi də “qonşudan qalma geri” prinsipi ilə hələ də bu yükün altında əzilir.

Yas mərasimlərində israfçılığa yol verilməsi ilə bağlı tənqidlərdən sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsitəkliflər hazırladı. Layihə ötən il Milli Məclisdə müzakirə edildi, məzar üçün götürüləcək ərazidəntutmuş, başdaşıların ölçüsünə qədər standartlar müəyyənləşdirildi. Amma qanun qəbul olunmadı. Sanki hansısa gözəgörünməz əl layihənin təsdiqlənməsinə mane olur. Əvəzində ölkəyə gətirilən mərmərin, qranitin qiyməti artırılıb, rayonlarda başdaşı üçün ucuz daş tapmaq müşkülə çevrilib.



Virtualaz.org saytı problemin aktuallığını nəzərə alaraq bu məsələyə yenidən toxunub, başdaşıların qiyməti ilə maraqlanıb.

25 min manata başdaşı…

Paytaxt Bakıda başdaşı sexlərinin sayı az qala şadlıq evlərinin sayına çatıb. İstənilən rəngdə, ölçüdə və dizaynda başdaşı sifariş vermək mümkündür. Məsələn, mərhumun oturmuş formada heykəlini düzəldib, üzərinə “Bu dünya bir pəncərədir, hər gələn baxıb keçər” yazdırmaq kimi. Belə qəbirüstü heykəl daşın keyfiyyətindən asılı olaraq 4 min manatdan 10 min manatadək ödəniş tələb edir. Düşünməyin ki, sadə başdaşıların qiyməti hər kəs üçün əlçatandır. Məsələn, Yasamal qəbiristanlığının yaxınlığındakı sexdə Çindən gətirilmiş ağ mərmərdən başdaşı 1000 manata başa gəlir. Amma sex sahibi əvvəlcədən şərt kəsir. Bir neçə aydan sonra daş saralar və ya çatlayarsa, məsuliyyət daşımırlar. Ağ mərmər qarası ilə əvəz olunarsa, qiymət 2500-3000 manata yüksəlir. İtaliyadan, Afrikadan, Hindistandan gətirilmiş mərmərin qiyməti keyfiyyət və ölçüsünə görə 4 min manatdan başlayır. Məsələn, 2 metr hündürlükdə, üzərinə ağ qızılgül döyülmüş qırmızı Hindistan mərmərinin qiyməti 10 min manatdır.

Yasamal qəbiristanlığının yaxınlığındakı sexdə çalışan Məzahir Məmmədovun sözlərinə görə, dolların bahalaşması mərmərin qiymətinə təsir edib: “Əsasən, Çindən gətirilən qara mərmər satılır. Çünki həm qiyməti münasibdir, həm də ağ mərmərdən fərqli olaraq uzunömürlüdür. Tanınmış şəxslər, imkanlılar isə daha çox Afrika və ya Hindistan mərmərinə üstünlük verirlər”.



Əhmədli qəbiristanlığının yaxınlığındakı sexdə də qiymətlər fərqli deyil. 3 mindən başlayaraq ta 15 min manatadək seçim imkanı var. “Afrikadan gətirilmiş bu daşın üzərinə şəklin vurulması, söz yazılması, bir sözlə, usta işi pulsuzdur. Yəni hazır daşı 10 min manata satırıq. Amma endirim edə bilərik. Usta işi ilə birgə 9 min 200 manata verərik”,-deyə bizi qarşılayan sex əməkdaşı deyir.

Onun sözlərinə görə, dolların bahalaşmasından sonra qiymətlər artıb. “İndi Ukraynadan daş gətirmək sərf etmir. Çünki dollardan savayı, Ukraynada mərmərin qiyməti artıb.Buna görə də, bu ölkədən gətirilən daşlar 35-50 faiz bahalaşıb. Eləcə də, Afrikadan, Hindistandan, Uraldan gətirilən daşlar bahalaşıb. Qiymətlərə əsasən daşınma xərcləri təsir edir. Təsəvvür edin, gəmi ilə gətirilir, sonra tırlara boşaldılır”.

Daşınma xərclərindən söhbət düşmüşkən, yerli istehsal daşlara rast gəlmək mümkün deyil. Sex əməkdaşı deyir ki, təlabat olmadığından yerli daş gətirilmir.

Qiymət tək mərmərlə yekunlaşmır.Mərmərin hər iki tərəfinə şəkil döyülməsi də qiymətlərə təsir edir. “Şəkli hər iki tərəfdən vurdurmağa görə endirimlə 500 manat ödəyərsiniz. Bu güldandan istəsəniz, əlavə 1000 manat verməlisiz”,-sex əməkdaşı bizi qiymətlərlə tanış edir.

Hə, güldan demişkən, məzarın yanına qoymaq üçün aksesuarlar da satılır. Məsələn, qara mərmərdən güldan üçün 100-500 manat ödəmək lazımdır. Mərhum oxuyan olubsa, kitab formasında, futbolçudursa top formasında balaca heykəl alıb qoymaq olar. Bunun üçün 500-1000 manat bəs edər. Məzarın üzərində zərli qələmlə ad, soyad yazdırmağın qiymətləri də fərqlidir. Bu arada, qızılı rəngli zəncir diqqətimizi çəkir. Müsahibimiz deyir ki, bu zənciri sifarişlə gətiriblər.Məzarın ətrafına çəkəcəklər. Ölü sahibi də ətrafdakılara mərhumu nə qədər çox sevdiyini hiss etdirə biləcək.

Rayonlarda qiymət baha, seçim imkanı az…

Bakıdan fərqli olaraq, rayonlarda başdaşı düzəldən sexlərin sayı məhduddur. Buna görə də, qiymət baha, seçim imkanı azdır. Məsələn, Mingəçevirdə yalnız 3-4 yerdə sex var ki, burda da əsasən Çindən gətirilən daşlar satılır. Ötən il 2 min manata başa gələn qara mərmərdən başdaşı dolların bahalaşmasından sonra 3300 manat olub.

“Atamın başdaşı 2500 manata başa gəlmişdi. Hazırda həmin mərmərin qiyməti 3800 manat olub. Baxmayaraq ki, daş bir il keçməmiş saraldı, üstündə xallar əmələ gəldi”. Bunu isə Mingəçevir sakini İradə Qənbərova deyir.



Onun sözlərinə görə, bahalı və keyfiyyətsiz Çin malı sifariş verməkdən başqa çarəsi qalmayıb: “Bakıda Ukrayna istehsallı daş almaq istədik. Daşın Bakıdan Mingəçevirə gətirilməsi üçün 200 manat istənildi. Bundan əlavə, düzəltmək üçün usta pulu 400 manat tutdu. Əlavə xərclərə görə yerli sexlə razılaşmalı olduq”.

Bərdə, Ağcəbədi, Yevlax, Gəncə və digər rayonlarda da başdaşıların70 faiz bahalaşması ilə bağlı ölkə mətbuatı məlumat yayıb.

Ölü yaxınları necə aldadılır?

Sexlərin əksəriyyətində İtaliyadan gətirildiyi iddia edilən 10 min manatlıq hazır başlaşılar satılır. Amma öyrənirik ki, bu başdaşılar İtaliyadan deyil, Çindən gətirilir. “Bu daşlar Çindən gətirilir. Çinə isə Monqolustandan. Amma imkanlı şəxslərə Çin malı deyən kimi imtina edirlər. Biz də İtaliya mərməri kimi satırıq”.

Bunu isə adını söyləməyən sex rəhbəri deyir. Onun sözlərinə görə, hazırda bazarda Çin malını Ukrayna, hətta Afrika mərməri kimi satanlar da var. “Xırda sexlərdə əhalini çox aldatmaq mümkün deyil. Amma iri sexlərin müştəriləri çox olur. Onlar xüsusi alətlərlə işləyirlər. Buna görə də, mərməri fərqləndirmək asan olmur. Yalnız ustalar, bu sahə ilə məşğul olanlar keyfiyyətli malı seçə bilirlər”.

Gözəgörünməz əl və ya qanunun qəbulu niyə gecikir…

“Bizim toy və yas mərasimləri heç bir ölkə ilə müqayisə oluna bilməz.Biz axı niyə bu qədər ağını çıxarmışıq?” Bunu deputat Hadı Rəcəbli elə bizim sayta açıqlamasında demişdi.

“Yeni layihə təsdiq ediləndən sonra özünə məzar yeri götürmək, böyük başdaşı qoymağa icazə verilməyəcək. Yalnız dini qaydalara uyğun 60 sm-lik sadə başdaşına icazə veriləcək”,-M.Qurbanlı da mətbuata açıqlamasında belə demişdi.

Bu açıqlamaların üstündən nə az, nə çox, düz 1 il keçib. Amma qanun layihəsi qəbul olunmur. Əvəzində bələdiyyə və özəl qəbiristanlıqların yaradılması təklifləri ortaya atılıb. Yəni bələdiyyə və ya özəl qəbiristanlıqda neçə metr desən torpaq almaq, lap 10 metr uzunluğunda başdaşı qoydurmaq da olar. Yetər ki, pulun çox olsun.

Qanunun qəbul edilməməsinin səbəblərindən biri də başdaşı biznesinə hacıların himayədarlıq etməsidir. Məsələn, müraciət etdiyimiz sexlərin əksəriyyətində “hacı dayıların” nüfuzundan ağızdolusu söhbət açırdılar. Yəni bu hacıların əli o qədər uzundur ki, Milli Məclisə qədər gedib çıxa bilir.

Təbii ki, bu ittihamları dəqiqləşdirmək üçün Milli Məclis və komitədən cavab ala bilmədik. Sualları yazılı ünvanlamaq, hər gün 2-3 dəfə zəng vurub cavabın hazır olub-olmadığını soruşmaq lazımdır.

…Hələlik isə bir-birimizlə bəhsə girmişik. Görək kimöz ölüsünü daha yaxşı, təntənə ilə yola salacaq?!

Müəllif: Jalə Ağazadə



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor