RSS
 

Login:
Şifrə:
» » Dünya həyatının acılıqları

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Dünya həyatının acılıqları

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 24-05-2016, 07:29 | Şərh sayı: (0) | Baxılıb: 416

Dünya həyatının acılıqları


Dünya həyatının acılıqlarıİnsan həyatı dərd-bəla, ağrı-acısız ötüşmür. Bu çətinliklərlə üzləşmək bütün insanlar üçün labüddür. Övlad valideyndən qabaq ölərsə valideyn, valideyn övladdan qabaq ölərsə övlad dərd çəkir. Ömür boyu çətinlik görməmiş insan tapmaq mümkün deyil. Fərdi problemlərdən əlavə insan üçün təbii və ictimai çətinliklər də var. İnsan daim bu çətinliklərdən qurtarmaq üçün səy göstərir. Əlbəttə ki, o bir çox müvəffəqiyyətlər qazanıb. Amma aradan qaldırılmış hər bir çətinlik tamamilə yenisi ilə əvəz olunur. Məsələn, insan dənizdən neft çıxarmaqla enerjiyə olan tələbatını ödəyir. Bunun əvəzində dəniz çirklənir, yeni bir problem yaranır. Qədim dövrdə əsas nəqliyyat vasitəsi olan at təsadüfən öz süvarisini təpiklə vura bilərdi. Amma bu gün insanı bir anda mənzilinə çatdıran təyyarə süqut edərsə yüzlərlə insan öz həyatı ilə vidalaşmalı olur. Əgər bir milyonçu ilə bir əkinçinin həyatını dərindən müşahidə edə bilsək, əkinçinin fiziki və psixoloji durumu qibtə doğurar.
İstisnasız olaraq bütün insanlar çətinlik çəkir və bu, dünya həyatının səciyyəvi xüsusiyyətidir. Axirət həyatı isə belə deyil: «Onlara cənnətdə heç bir yorğunluq üz verməz» («Hicr» surəsi, ayə 48.).
Bəşər öz həyatını rahatlaşdırmaq üçün daim çalışır. Amma o ruhunu unudaraq tamamilə yanlış istiqamətdə hərəkət edir. O öz mənəviyyatını tərbiyələndirmək əvəzinə ruhi narahatçılığını müvəqqəti aradan qaldırmaq üçün əyləncələr axtarışındadır. Hal-hazırda bəşəriyyət imansızlıqdan yaranmış ruhi sarsıntılarını spirtli içkilər və narkotik maddələrlə sakitləşdirmək istəyir. O öz ağlını məst etməklə sanki səadətin dadına baxmaq istəyir. Amma məstlikdən oyanan kimi dünya əvvəlkindən də qaranlıq görünür. O bu qaranlığın qorxusundan yenidən içir, içir, içir... və nəhayət o, iyrənc bir əski parçası tək bütün cəmiyyətin gözündən düşür. Narkotikada xoşbəxtlik axtaranlar orqanizmin tələbini yubatdıqda ən böyük cinayətə getməklə ağ ölümə düçar olurlar. Çətinliklər qarşısında çırpınan bəşəriyyətə psixologiya tövsiyə edir ki, bu çətinliklərlə barışmaq lazımdır. Guya övladı narkotikaya qurşanmış ata bu vəziyyətlə barışıb öz rahatlığını qorumalıdır. Problemlərə belə baxış onları daha da dərinləşdirib bəşəriyyətin süqutuna aparır.

Dünya çətinliklərini yalnız dini baxış aradan qaldıra bilər

İnsan dini göstərişlərə əməl etməklə dünya çətinliklərindən qurtula bilər. İnsan öz var-dövlətini Allahın ona verdiyi əmanət kimi qəbul etsə bu var-dövləti itirməkdən qorxmaz. Dostunuz sizə müvəqqəti verdiyi kitabı geri alanda qəmlənirsinizmi? İnsan anlamalıdır ki, dünyada olanların hamısı müvəqqəti istifadə üçündür. Bu həqiqətləri anlayan insan heç nəyi itirməkdən qorxmur. Aydındır ki, imansız insan deyilənlərlə razılaşmayacaq. Qeyd etdiyimiz yanaşma üsulundan yalnız Allahı tanıyan imanlı insanlar istifadə edə bilər. İkinci tərəfdən, nemət insanlara əbəs yerə verilmir. Nemət verilən adam şükürlə, nemət əlindən çıxan isə səbrlə imtahan olunur. İslam dinində çətinlik zamanı səbr edən və ilahi nemətlərin şükrünü yerinə yetirən insana əbədi səadət vəd olunur. Şükr və səbr olmadan kamilləşmə qeyri-mümkündür. Mərifətli insan anlayır ki, bütün çətinliklər onun təkamülü üçündür. İmam Sadiq (ə) İbn Cündəbə buyurur: «Qarşına çətinlik çıxdığı zaman özünü səbrə vadar et». Məsələn övladı, var-dövləti itirmək olduqca ağrılıdır. Dinsiz adamlar da bu itkilərə dözə bilərlər. Amma möminlə kafirin səbri mahiyyətcə fərqlənir. Dinsiz adam onsuz da əlindən bir iş gəlmədiyini anlayıb dözür. Amma imanlı insan dərk edir ki, Allah öz verdiklərini geri alır və hər hansı bir narazılığa əsas yoxdur. İnsan imtahan üçün yaşayır və onun qarşısında həmişə iki yol vardır. O, bu iki yoldan birini seçməkdə azaddır. İmtahandan üzü ağ çıxan insanı əbədi səadət gözləyir. Dindən xəbərsiz insan bütün bu incəliklərin qarşısından gözü bağlı keçir.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor