RSS
 

Login:
Şifrə:
» » Dini alətə çevirməklə dini cəhalət arasındakı əlaqə

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Dini alətə çevirməklə dini cəhalət arasındakı əlaqə

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 19-05-2016, 18:23 | Şərh sayı: (0) | Baxılıb: 549

Dini alətə çevirməklə dini cəhalət arasındakı əlaqə


Dini alətə çevirməklə dini cəhalət arasındakı əlaqəİslam baxımından cəhalət

İmam Sadiq (ə) buyurur: «Cəhl və nadanlığın bünövrəsi qədim dövrdən möhkəmlənmiş, bazarı rövnəq tapmış, dərin kök atmışdır». Cəhalət bazarının rövnəqlənməsinin səbəblərindən biri dinin oyuna çevrilməsidir. Hətta öz elmini Allaha yaxınlaşmaq üçün vasitə edənlərin də niyyəti ilahi olmamışdır. Həzrət (ə) bu insanları «ədalətsiz» adlandırır.
Deyilənlərin aydınlaşması üçün bəzi nöqtələrə diqqət etməliyik. İmam (ə) «qədimdən cəhalətin bünövrəsi möhkəmlənmiş» buyurarkən nəyi nəzərdə tutur? Əgər cəhalət təbii hadisələrin məfhumunu bilməməkdirsə bunun dinlə nə əlaqəsi var? Hər bir millət ətraf aləmi öyrənmək üçün zəhmət çəkmiş, elm oxumuş, təcrübələr aparmış və bununla da öz cəhalətini müəyyən həddə aradan qaldırmışdır. Göründüyü kimi imam Sadiq (ə) dünyəvi elmlər sahəsindəki nadanlığı yox, insan xoşbəxtliyinin yeganə təminatçısı olan dini elmlərə münasibətdəki cəhaləti nəzərdə tutmuşdur. Bu elmlər peyğəmbərlərin gətirdiyi Allahıtanıma, insanın taleyi, axirət dünyası, düzgün yaşayış tərzi mövzularını əhatə edən biliklərdən ibarətdir. Bəşəriyyət üçün zəruri olan bu elmlərdir. Bu elmlərdən xəbərsiz insan dövrünün filosofu olsa belə, yenə də cahil hesab olunur. Quran baxımından əsl cəhalət budur!
Cəmiyyətdə dini cəhalətin yayılma səbəbləri

İnsanların cəhalət girdabına yuvarlanmasının, Allahın peyğəmbərlər vasitəsi ilə göndərdiyi elmlərdən lazımi dərəcədə istifadə olunmamasının müxtəlif səbəbləri vardır. Əsas səbəbkarlardan biri zalım sərmayədarlardır. Çünki cəmiyyət savadlı olduqda istismarçılar üçün çətinlik yaranır. Dini göstərişlərə əməl edən insan ictimai ədalətsizliyə qarşı səsini qaldırır. Bu səbəbdən də böyük sərmayə sahibləri cəmiyyətin dini agahlığına qarşı amansız mübarizə aparırlar. Dini cəhalətin digər bir səbəbi din adamlarının biganəliyidir. Bir çox dindarlar dinə əyləncə, çörək yeri kimi baxırlar. Özü dinə ciddi yanaşmayan təbliğatçının sözü təsirli ola bilərmi? İnsanlar dinə münasibəti din adamlarından öyrənirlər və din adamının dinə yüngül münasibəti xalqın dini biliklərindən məhrumiyyəti ilə nəticələnir. Tarixdən və dini mətnlərdən belə məlum olur ki, cəmiyyətin azğınlığının əsas səbəbi nadanlıq, cəhalətdir. İnsan fitrətən allahpərəst olduğundan özündən asılı olmayaraq dinə maraq göstərir. Tarixdə tamamilə dinsiz insanlara demək olar ki, təsadüf olunmur. İnsan fitrətindəki allahpərəstlik istəyinə cavab olaraq bütə, aya, günə, oda, bir sözlə, öz təsəvvürünə uyğun tanrıya pərəstiş edir. Qədim dünya tarixində aparılmış araşdırmalarda müxtəlif dinlər və etiqadlarla rastlaşırıq. Bu fakt bir daha insanların allahpərəst fitrətə malik olduğunu təsdiq edir. Amma fitri suallarına doğru cavab tapmayanlar təbii olaraq yanlış inanclar ardınca gedir. Onlar mələkləri Allahın qızları bilir, bütlərdən şəfaət umurlar. Doğru yola dəvət olunduqda isə deyirlər: «Biz bütlərə yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik»(«Zumər» surəsi, ayə 3.).
Hələ məsihilikdən qabaq ikiallahlı müşriklər olmuşdur. Həzrət İsanı (ə) «Allahın oğlu» adlandıran məsihilər üçallahlıq ideyasını həmin müşriklərdən əxz etmişlər. Bu yanlış düşüncələrin səbəbi cəhalətdir. Bu sayaq xurafatlara sonradan yaranmış bütün məzhəblərdə istisnasız olaraq təsadüf olunur. Cəmiyyətin cəhalətindən şəxsi məqsədləri üçün istifadə edənlər də az olmayıb. Məsələn, insanlardan pul alaraq onların günahlarını bağışlatdıracaqlarını vəd ediblər. İndi də belə hallarla rastlaşırıq.
Peyğəmbərlər cəhaləti aradan qaldırmaq, özlərindən əvvəlki kitabın məruz qaldığı təhrifləri islah etmək, cəmiyyəti vahid məqsədə yönəltmək üçün gəlmişlər. «Biz hər ümmətə Allaha ibadət edib, tağutdan çəkinsinlər deyə, peyğəmbər göndərmişik»(«Nəhl» surəsi, ayə 36.). Amma peyğəmbərlərin buyuruqlarına da min bir rəng verməklə cəhalətə sürüklənənlər az deyil. Əksər cəmiyyətlərdə insanları ardıcıl şəkildə doğru yola çağıranların olmasına baxmayaraq digər bir qrup daim cəhaləti dəstəkləmiş və onun aradan qaldırılmasına mane olmuşdur.
Qeyd edildiyi kimi, cəmiyyətdə cəhalətin rəvac tapmasının digər bir səbəbi dindarların rəftarıdır. Dindarların dinə ciddi yanaşmadığını görən insanlar cəhalətə düçar olur.
Latın Amerikasından olan bir keşiş deyir: «Bizim cəmiyyətdə insanlar keşişlərə inanmır. Nəinki onlar, hətta keşişlər özləri də öz dediklərinə əmin deyillər». Onlar elə düşünürlər ki, din yaşamaq üçün bir vasitədir. Ona görə də dediklərinə inansalar belə, ona ciddi yanaşmırlar. Onların nəzərincə din keçmiş nəsillərdən miras qalmış adət-ənənədir. Beləcə, din oyuncağa çevrilir və din təbliğatçıları dini bərbəzəkli süfrə xatirinə təbliğ edirlər. Onlar camaatın razılığını qazanmaq üçün dini onların xoşlayacağı bir şəkildə təfsir edirlər. Bəzən də öz işlərinə bəraət qazandıraraq iddia edirlər ki, belə etməsək insanlar dindən uzaqlaşar. Məsələn, ilkin məsihilikdən haram buyurulmuş bir çox şey kilsə tərəfindən halal edilmişdir. Kilsə öz cinayətini belə izah edir ki, yalnız bu yolla insanları dində saxlamaq mümkündür. Hətta son dövrlər Avropada oruc tutmayan məsihilərə heç olmasa bir gün «televiziya orucu» tutmaq təklif olunur. Allahın əmri olan oruc ayini bir gün televiziyaya baxmamaqla əvəz olunmağa çalışılır. Əlbəttə ki, cəmiyyətdə bu sözlər qulaqardına vurulur. Beləcə, məsihilikdə dini hökmlər bir-birinin ardınca ləğv olunur. Qurani-Kərimdə dini oyuncağa çevirənlər haqqında kifayət qədər danışılıb. Şənbə günləri balıq ovu haram edilmiş bir Bəni-İsrail tayfası həmin qazancı əldən verməmək üçün dənizin kənarında hovuzlar düzəltmişdi. Şənbə günləri bu hovuzların dənizə olan yolunu açardılar ki, balıqlar hovuza dolsun. Növbəti gün gəlib həmin balıqları tutardılar. Allah-təala bu tayfanı oyunbazlığına görə cəzalandırardı. «Əraf» surəsinin 116-cı ayəsində buyurulur: «Qadağan olunmuş işə saymazyana münasibət bəslədikləri vaxt onlara əmr olundu: «Zəlil meymunlara dönün».
Maraqlıdır ki, dini məsələlərə qeyri-ciddi yanaşma dindarlarda da müşahidə edilir. Onlar elə güman edirlər ki, dini göstəriş adət-ənənə kimi dəyişə bilər. Məsələn, insan öz həmsöhbətinə «qurbanın olum» deyir, hansı ki, tükünü də verməyə hazır deyil. Uyğun münasibəti dinə göstərmək əbədi əzabla nəticələnir. Əgər insanlar görsələr ki, dinə doğrudan da ciddi yanaşılır və bunun cəmiyyətdə müsbət nəticələri var, onlar da dinə maraq göstərərlər. İmam Sadiq (ə) öz vəsiyyətində şiələrin diqqətini bu məsələyə yönəldir. Özünü Əhli-beyt tərəfdarı və aşiqi bilən hər bir müsəlman dinə ciddi yanaşmalıdır.

Din qarşısında vəzifələrimiz

İmam Sadiq (ə) yuxarıdakı buyuruğu bu gün bizə ünvanlamışdır. Dinə ciddi yanaşmalı, dini etiqadlarımız, əxlaqımız və əməllərimizə biganə yanaşmamalıyıq. Unutmaq olmaz ki, dini hökmlərin hər hansı yanlış izahatı başqalarını da doğru yoldan azdırır. Yəzd alimlərindən biri çox ağlayırmış. Səbəbini soruşduqda, belə cavab verdi: «Qorxuram qiyamətdə deyələr ki, sən öz vəzifələrinə düzgün əməl etsəydin Yəzd kafirləri müsəlman olardı!». Əməllərinə diqqətli olan insanlar bu sayaq narahatdır.
İmam Sadiq (ə) xalqın cəhalətdə olmasına bəzi dindarların əməllərini səbəb göstərir: «Ey Cündəb oğlu, qədim dövrdən cəhalətin bünövrəsi möhkəm olub, çünki dini oyuncağa çeviriblər».
İnsanın bütün rəftarları iki hissədən ibarətdir: insanın zəruri bildiyi ciddi işlər və əyləncə xarakterli qeyri-ciddi işlər. Allahın dinini oyuncaq hesab edənlər üçün dini vəzifələr adət-ənənə kimi qeyri-ciddi görünür. Onlar bu vəzifələri xalqı razı salacaq formada təfsir etməklə özlərinə müştəri yığırlar. Allahın dini qeyri-ilahi məqsədlər üçün istifadə edilir.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor