RSS
 

Login:
Şifrə:
» » Ümid və qorxunun dualistik vəhdəti

Xəbər lenti

Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...
BEHİŞTƏ DAXİL OLACAQ İLK ŞƏXS KİMDİR?
BEHİŞTƏ DAXİL OLACAQ İLK ŞƏXS KİMDİR?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Ümid və qorxunun dualistik vəhdəti

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 3-04-2016, 22:07 | Şərh sayı: (0) | Baxılıb: 195

Ümid və qorxunun dualistik vəhdəti


Ümid və qorxunun dualistik vəhdətiBismilləhir-Rahmənir-Rahim!

İnsan nə qədər nəfsinin cazibəsinə daxil olursa, bir o qədər xalis durumunu itirir. İnsanın öz nəfsinin cazibəsinə daxil olması və nəfsin istəklərini etməsi də şəhvani məsələlərə gətirir. Xalis durum əldə etmək istəyən insan, öz nəfsinə sahib çıxmağı bacarmalı, iradəvi və Allaha xatir olan bir həyat yaşamalıdır.

Müşriklik - yalnız daş bütlərə tapınmaq deyil. İnsanın bütü onun nəfsi, öz "Mən"i də ola bilər. Əgər insan öz nəfsi istəklərini cilovlaya bilməsə, bunlar insanın bütünə çevrilər. Ona görə də həm aşkar şirkdən, həm də gizli şirkdən Allaha pənah aparmalıyıq. Eyni zamanda möminin gərək qəlbi yumşaq olsun. Möminin qəlbində kin və qəzəb yer tapmamalıdır. Bu kin və qəzəb yalnız Allah düşməninə qarşı ola bilər.

Riqqət, çox düşünmək və İlahi xof

Bunun yollarından biri - ürəyi diri saxlamaqdır. Allahın Rəsulu (s) buyurur: "Ürəklərinizi riqqətə gətirməyə öyrədin. Çox düşünün və Allah xofundan ağlayın". Bəşəriyyətin tənəzzülünün bir səbəbi də Allah xofunun olmamasıdır. İnsanların qəlbində Allah xofu olarsa, onlar günah etməzlər. İnsanların ürəkləri özü-özünə formada olmaz. İnsan öz ürəyini tərbiyələndirməli, ona diqqət ayırmalıdır. Əgər biz öz səhvlərimizi, xətalarımızı, günahlarımızı xatırlasaq, bu zaman Allah xofundan şiddətlə ağlayarıq. Təqvanın göstəricilərindən biri də elə budur. Təqvalı insan etdiklərinin acı aqibətindən qorxur. Təqva o zaman meydana gəlir ki, insan Allah xofundan bir günahı tərk edir və ya etdiyi bir səhvə görə Allahdan qorxur və onun acı aqibəti üçün şiddətlə ağlayır. Peşmançılığın əməli göstəricilərindən biri də elə ürəyi riqqətə gətirərək, ağlamaqdır.

Əslində bütün mübarək günlər - insanın özünə qayıtması, öz durumu barədə düşünməsi üçün yaradılmış fürsətlərdir.Bu günlərin fərqində olan insan qəflətdə olmur, öz durumunun fərqinə varır. Belə günlər tövbə etmək, bağışlanma diləmək, günahlardan təmizlənmək üçün fürsətlər yaradır. Xüsusilə, o günahlar ki, insan onlarda israr edib, onlardan tövbə etmək üçün fürsət yaranır.

Günahda israr

Həzrət Əmirəlmöminin (ə) buyurur: "Allah dərgahında ən böyük günah odur ki, ona mürtəkib olan insan həmin günahında israr etsin". İnsanın qəflətdə olub, günah etməsi - mümkün olan bir məsələdir. Hər kəsin durumunda müəyyən mənəvi çatışmazlıqlar ola bilər. Günah etmək özlüyündə çox pisdir. Lakin, ən faciəlisi budur ki, insan mürtəkib olduğu günahda israr etsin. Haram bir şeyə gözü sataşa, ona baxmaqda israr edə. İnternetdə qabağına bir haram məsələ çıxar, onda israr edər və s. Belə bir vəziyyət, bu cür büdrəmələr insanı ən zəlil hala gətirib çıxara bilər. Necə ki, insan bir xalis "Ya Allah!" deməklə ən aşağı durumdan mənəvi zirvələrə yüksəlir, eləcə də bir günahda israr etməklə ən zəlil duruma gələ bilər. Təbii ki, mühitin burada oynadığı rol - danılmazdır. Hər gün televiziya, internet, sosial şəbəkələr, yaşadığımız cəmiyyət əxlaqsızlıq, ədəbsizlik, zorakılıq, fəsad yayır. Belə bir durumda insanın özünü islah etməsi müəyyən qədər çətin olsa da, Allah dərgahında Onun razılığına çatmaq fürsəti böyük olur.

Qulun xarlığından daha pis

Çox təəssüflər olsun ki, bu məsələlər artıq cəmiyyətin içərisinə xeyli sirayət edib. Ailələrdə yaranan söz-söhbətləri araşdıranda görürük ki, məhz hər şeyin kökündə bu kimi məsələlər dayanıb. Artıq bəzən sərhədlərin aradan getməyini eşidirik. Kişilər artıq özlərini kifayət qədər "sərbəst" aparırlar. Qadından ismətə riayət etməyi tələb edən kişilər, nədənsə özlərinin də ismətli olmalı olduqlarını unudurlar. Xüsusilə internet əsrinin, sosial şəbəkələr əsrinin olması da burada az rol oynamır.

Millətimizin kişiləri tarixən abır sahibi olub, pərdə saxlayıb, ailəcanlı olublar. Lakin, təəssüflər olsun ki, bəzən onun da şahidi oluruq ki, insanlar pərdələri aradan qaldıran günahlarını ailələrində də müzakirə edirlər. Artıq bu məsələ toplumun ən böyük bəlalarından birinə çevrilib. Xüsusilə nəzərə almaq lazımdır ki, şeytanın (lən) insanı məhv etmək üçün əlində olan ən böyük vasitə - şəhvətdir.

Həzrət Əlinin (ə) bu anlamda olduqca dəyərli buyuruşu var: "Şəhvətin qulu olmaq, qulun xarlığından daha pisdir". Şəhvətinə qul olan bir insanın, onu nəzarətdə saxlaya bilməyən bir insanın halı, qulun halından daha aşağıdır. Çünki, şəhvətinin qulu olan insan ən rəzil hallara belə düşə, kiməsə görə, nəyəsə görə quldan da aşağı vəziyyətlərə qatıla bilər.

Hazır olan günahı, görmədiyi vəd olunmuşa görə tərk edən - xoşbəxtdir

Əslində mübarək dinimizin buyurduğu çox gözəl həyat tərzi var. Dinimiz şəhvət hissini tənqid etmir. Dinimiz nəzarətdən çıxmış şəhvəti tənqid edir. Əslində dinimiz insanın özünü maddi və cismani təmin etməsi üçün bütün halal yolları qoyub. Lakin, buna baxmaraq, bəziləri şəhvətin quluna çevrilərək, özlərini və ətrafında olanları da bədbəxt edir. Tez-tez belə şikayətlər olur ki, kişilər qadınlardan gözlədikləri iffətə özləri yiyə durmurlar. Hələ Sovet dövründə belə, millətimizin kişisinin özünüdərk sistemində əxlaqsızlığa, fəsada qarşı bir senzura var idi. Bu, əslində İslamın verdiyi töhfələr idi. Azərbaycan kişisi ailəsinə sahib çıxan olub, hər zaman ailəcanlı olub. İndi inanclı kəsim xüsusilə bunu qoruyub saxlamalıdır.

İnsan çox zaman nemətin içərisində olanda, onun fərqində olmur. Ailə, ailə mühiti, övladlar - olduqca böyük nemətlərdir. İnsan bu kimi gözəl neməti düşünüb, bütün əyri yollardan çəkilməlidir. Həzrət Peyğəmbər (s) buyurur: "Xoş olsun o kəsin halına ki, hazır olan şəhvəti, görmədiyi vəd olunmuş yerə görə tərk edir". Həqiqətən də şəhvətini, nəfsini özünün quluna çevirə bilən insan - çox güclü və xoşbəxt insandır.

Vaxtdan ən səmərəli istifadə

Mübarək İslam dini təkidlə insanları Allahın verdiyi nemətlərin qədrini bilməyə, onlardan doğru-dürüst istifadə etməyə çağıran bir dindir. İslami mətnlərdə nemətlərin qədrini bilmək, onların bir vaxt əldə olmayacağına dair xeyli sayda çatdırışlar var. Belə dəyərli nemətlərdən biri də insana verilmiş vaxt, zaman nemətidir.

Həzrət Əmirəlmöminin (ə) insanları vaxt nemətinin dəyərini bilməyə çağırır. İmam (ə) buyurur:"Vaxt sizi başqa işə məşğul edənə qədər, yaxşı iş görməyə tələsin". İnsanın həyatında müxtəlif imkanlar, fürsətlər olur ki, Allah Təala ona yaxşı işlər görməyi inayət edir. Bu, əslində insana verilən böyük nemətdir. Bəzən insan bu işləri görməkdə səhlənkarlıq edir, fərqində olmur ki, bir vaxt bu nemət onun əlindən çıxa bilər. Bir müddətdən sonra artıq görür ki, başqa işləri görmək zərurəti yaranıb. Artıq bu zərurət öncəki fürsətləri, imkanları insanın əlindən alır.

Bəzən insan nemətlərin içərisində olanda, onların qədrini bilmir. Nemətlərin içərisində olduğunun fərqinə belə varmır. Lakin, insan düşünməlidir ki, hər bir nemətin qarşılığında Allaha şükrü olmalıdır. Bu şükrün ən düzgün forması - insanın həmin nemətdən doğru-dürüst, Allah bəyənən tərzdə istifadə etməsidir. Vaxt neməti də o cürdür. Hər yeni vaxt özü ilə birlikdə yeni məsələlər, yeni qayğılar gətirir. Bu, insan həyatının bütün sahələrinə aiddir. İstər fərdi mənəvi həyatı, istər ailə həyatı, istər iqtisadi həyatı, istər ictimai həyatı və s. Bütün sahələrdə insan öz vaxtının qədrini bilməlidir.

İslam mətnləri bizə vaxtı dəyərli bilib, ondan yaxşı işlər üçün istifadə etdikdən sonra, bunun nəticələrini də əldə saxlamağı öyrədir. İnsan bir yaxşı iş gördükdən sonra onun aradan getməsinin qarşısını da almağa çalışmalıdır. Bu münasibətlə İmam Sadiq (ə) buyurur: "Minnət qoymaq - insanın yaxşı işini aradan aparır və onun axirət bəhrəsini yox edir".

İnsanın vaxtını dəyərli bilib, yaxşı işlər görməsi çox müsbət haldır. Lakin, minnət qoymaqla insan həm gördüyü yaxşı işi məhv edər, həm də bu yolla onun həmin işə sərf etdiyi vaxtı da boşa getmiş olar Ona görə də insan çalışmalıdır ki, yaxşı işlər görəndə, onları ixlaslı görsün.Xüsusilə də hər yaşda olan insanların fürsətləri eyni olmur. Gənclər, yeniyetmələr xüsusilə bu məsələ üzərində düşünməlidir.

Müsibətlərdən ən müsibətlisindən qurtulmaq

Bəşəriyyət yaranandan bəri dünyada insanlar müxtəlif çətinliklər, əziyyətlər, müsibətlər, iztirablarla üzləşir. Əziz İslam mətnləri bizlərə insan üçün həqiqi müsibətin hansı müsibət olduğunu anladır. İmam Cəfər Sadiq (ə) buyurur: "Şükür və həmd olsun Allaha ki, bizim müsibətimizi dində qərar verməyib".

İnsan həyatına nəzər salanda görürsən ki, başdan-başa bəlalar, müsibətlər, çətinliklərlə qarşı-qarşıyadır. Onların çox böyük hissəsi dünya ilə, dünyəvi məsələlərlə bağlıdır. Bu müsibətlərin, çətinliklərin zatında ötəri məsələlər dayanır. Bəzi müsibətlər isə insanın dini ilə bağlı olur. Yəniinsanın aqibəti, axirəti ilə bağlı dini məsələlərində yaşadığı müsibət - dində olan müsibətlərdəndir. Misal üçün, biri namazı tərk edir, ibadət etmir, dini məsələlərinə laqeyd yanaşır. Məhz belə müsibət - insanın dini ilə bağlı olan müsibətlərdir.

İnsanın bu həyatda öz fərdi, ictimai və ya ailə məsələləri ilə bağlı müsibət və bəlalalarla qarşılaşması adi bir haldır və bunların öhdəsindən zamanla gəlmək mümkündür. Bu bəla və müsibətlər - keçicidir. Lakin, təəssüflər olsun ki, insan bəzən bir ömür həyatını yalnız öz çətinliklərini, müsibətlərini aradan qaldırmaq üzərində keçirir. Bir insanın ömrü yalnız bunları düşünməklə keçir. Lakin, həqiqi mahiyyətli müsibət - aqibətin müsibəti insanı heç düşündürmür.

İnsan üçün ən ağrılı müsibət - onun dində olan müsibətidir. Dinimiz məhz bu müsibəti düşünməyə, bunu aradan qaldırmağa çağırır. Allahın buyuruşlarını yerinə yetirməmək və ya onlara laqeyd yanaşmaqdan daha böyük insan üçün nə ağrı ola bilər?! Bu müsibət insanı məhvin astanasına gətirər və insan onun barədə düşünməsə, islah etməsə, bu müsibət əbədi olaraq onunla qalar. Ona görə də əsas diqqət buna yönəlməlidir. Düzdür, həyat insanı özünə cəlb edir. O qədər cəlb edir ki, insan yalnız burada olan problemlərini, müşküllərini, çətinliklərini düşünür və axirətlə bağlı müsibəti düşünmür. Allahdan istəyirik, hər birimizə dinlə bağlı müsibəti dərk etməyi nəsib etsin.

İnsan özünün müfəttişi olmalıdır

Əziz Əhli-Beyt (ə) bizlərə İlahi rəhməti qazanmağın yollarını öyrədir. Həzrət Əmirəlmöminin (ə) buyurur: "Allah rəhmət etsin o bəndəyə ki, öz günahının müraqibi olar (təftiş edər, nəzarətdə saxlayar) və Rəbbindən xofu olar". Əslində, Həzrət (ə) bizlərə öyrədir ki, gərək hər bir zaman öz əməllərimizin, rəftar və davranışlarımızın müraqibəsini edək. Öz vəziyyətimizi hər zaman nəzarətdə saxlamalıyıq. Əgər rəftarlarımızı diqqətsiz buraxsaq, heç bir İlahi rəhmətə nail ola bilmərik. İnsan nə qədər bu həyatda mövcuddursa, seçimlərlə üz-üzədir. İnsan özünün razı olub-olmadığı seçimlər qarşısında qalır. İlahi rəhmət o kəsin üzərinə olar ki, rəftarlarında özünün razılığını deyil, Allahın razılığını düşünsün. İnsan öz əməllərinin fərqində olsa, düzgün seçimlər də edə bilər.

İnsanda mövcud olmalı ikinci zəruri xüsusiyyət - Allah xofudur. İnsanın daxilində ümidlə yanaşı, bir qorxu da olmalıdır. Qorxusu ona görə olmalıdır ki, aqibəti acı olar, yaxşı mənəvi vəziyyətini müəyyən müddətdən sonra əldən vermiş olar və s. Bu anlamda iki müstəvidə qorxu mövcuddur.Birinci qorxu ona deyilir ki, insan müəyyən günahlar edir və bunun müqabilində cəzalandırılacağından qorxur. İkinci və daha əsas olan qorxu isə budur ki, insan çox yaxşı mənəvi vəziyyətə malikdir və bu mənəvi vəziyyətini itirməsindən, yaxşıları əldən verməsindən, aqibətinin acı olmasından qorxur. Məhz bu qorxunu içərisində daşıyan insan heç vaxt tənəzzülə getməz və Allah ona rəhmət edər.

Allah Təala insanın rəftarlarının nəticələrinə önəm verir. İnsanın tək Allaha inamı ilə məsələ bitmir. İnsanın gərək gerçək Məada da inamı olsun. İnsan inanmalıdır ki, bu dünyada gördüyü bütün əməllərin əvəzi olacaq. Yaxşı əməllərin yaxşı, pis əməllərin isə pis əvəzi olacaq. İnsan özü üçün tək ümiddən ibarət din düzəltməməlidir ki, hər nə etsə, Allah Təala rəhimlidir və bağışlayacaq. Bunun müqabilində qorxu olmasa, insan özünü arxayınlaşdıracaq və uçuruma aparacaq.

Əbədiyyət üçün ən yaxşı yük

Həzrət Rəsulallah (s) buyurur: "Gözü ölümün yolunu çəkən, yaxşı əməllər görməyə çalışar". Mömin bir bəndə üçün qəfil ölüm - bir nemətdir. Çünki, o, ömrünü hər zaman ölümü xatırlamaqla keçirir, buna hazırlaşır. Bir uzun yola səfərə çıxmağa hazırlaşan şəxs və bu səfərin onun daimi yeri olacağını bilən insan, gedəcəyi yer üçün ən yaxşılardan toplamağa çalışar. Mömin anlayır ki, o biri dünya üçün ən yaxşı yük - gözəl əməldir. Bu səbəbdən, ölümə hazırlaşan yaxşı əməllər görməyə çalışar. Ölüm haqda təfəkkürümüz tövbəyə gətirib çıxarar.

Həzrət Peyğəmbər (s) buyurur: "Kim nə ilə, hansı əməl, sifətlə ölərsə, Allah da onu həmin şeylə dirildər". Allah etməmiş, bir günahla, günahdan tövbə etməmiş bir halda ölə bilərik. Mənfi işlərə mürtəkib olduğumuz bir vəziyyətdə ölə bilərik. Və ya Allaha bəndəçiliyi unudub, başımız dünyəvi məsələlərə qarışmış halda vəfat edə bilərik. Bu zaman Allah bizi Qiyamətdə həmin vəziyyətlə dirildər. O zaman bizim aqibətimiz necə olar?!

Bu, insan həyatının bütün sahələrinə - fərdi həyatına, ailə həyatına, ictimai həyatına, siyasi həyatına da aiddir. İnsan Allahla rabitədə, Allaha bəndə olmaq yolunda ölərsə, xoş olsun halına. Fəsad əhli isə nə qədər fəsad edərsə, bir o qədər mənfi işlərin, mənfi şəxslərin ardınca olar. Mənfi məsələlər onun bütünə çevrilər. Bu dünyada kim üçün, nə üçün can yandırırdılarsa, onlarla Qiyamətdə məşhur olar. Kim nəyi bu dünyada özünə hədəf seçirsə, Allah onu Qiyamətdə o hədəfi ilə dirildər.

Allahım, bizə mənalı və layiqli həyat qismət et!

Allahım, bizləri bu dünyadan Sənə bəndə olmaq halında apar! Amin!

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor