RSS
 

Login:
Şifrə:
» » Yanvar qırğının 26-cı ili

Xəbər lenti

Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...
BEHİŞTƏ DAXİL OLACAQ İLK ŞƏXS KİMDİR?
BEHİŞTƏ DAXİL OLACAQ İLK ŞƏXS KİMDİR?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Yanvar qırğının 26-cı ili

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 20-01-2016, 18:59 | Şərh sayı: (0) | Baxılıb: 256

Yanvar qırğının 26-cı ili


Yanvar qırğının 26-cı ili26 il öncə Azərbaycan xalqı istiqlal mübarizəsindən geri çəkilməyəcəyini bütün dünyaya nümayiş etdirdi
Bu gün 20 Yanvar hadisələrindən 26 il ötür. Hadisənin başvermə səbəbləri ilə bağlı zaman-zaman müxtəlif fikirlərə, rəylərə rast gəlinsə də, bütün əks mövqelər bir nöqtədə kəsişir: bu tarixi gündə Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilməyəcəyini, bu müqəddəs amal uğrunda hətta canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi.

1990-cı il yanvarın 20-də baş verən faciəli hadisələr süquta uğramaqda olan sovet imperiyasının mənfur repressiya maşınının xalqımıza qarşı törətdiyi amansız cinayət idi. Həmin gün 130-dan çox dinc insanın xüsusi qəddarlıqla qətlə yetirilməsi, 1000-ə yaxın insanın yaralanması, şübhəsiz, xalqımız üçün böyük dərd, faciə idi. Lakin eyni zamanda bu hadisə xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin kulminasiya nöqtəsi olmaqla, çağdaş tariximizə qürur və şərəf mübarizəsi kimi daxil oldu.

Yanvarın 19-da Azərbaycanda fövqəladə vəziyyətin elan edilməsinə 7 saat qalmış 11 minlik sovet ordusu respublikamızın paytaxtı Bakı şəhərinə yeridilərkən xüsusi qəddarlıq və görünməmiş vəhşilik törətdi. Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, erməni kursantlar da daxil edilmişdi.

SSRİ DTK-nın “Alfa” qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. M.Qorbaçovun fərmanı qüvvəyə minənədək - yanvarın 20-də gecə 1-dək artıq xeyli insan öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı artıq 100 nəfərə çatmışdı.

***

Məşhurlar həmin günü necə xatırladıqları barədə “Yeni Müsavat”a danışıb. Onları sizə təqdim edirik.

Xalq şairi Fikrət Qoca: “O zaman atışmaların altında idik. Başımızın üstündən güllələr keçirdi. Həmin gecənin səhəri günü də biz meydanlarda, Filarmoniya ilə Prezident Aparatı arasındakı ərazidə dayanırdıq. 22 yanvar günü isə hamı indiki Şəhidlər Xiyabanına axın etdi. Axın bizi aparırdı... Həmin günlə bağlı nə fikirlərim, düşüncələrim varsa əsərlərimə, poema və povestlərimə, şeirlərimə köçürdüm. 20 Yanvar şəhidlərinə aid mənim 4 povestim, poemam və çoxlu sayda şeirlərim var”.

Xalq artisti, bəstəkar Faiq Sücəddinov: “Xatırlayıram, biz Hökumət Evinin yanında, Hüsü Hacıyev küçəsində, Mərkəzi Univermaq tərəfdə dayanırdıq, bir-birimizə dəstək verirdik.
Bu tarix faciə günüdür, çoxlu sayda şəhidlər verdik. Lakin eyni zamanda o gün Azərbaycanın sınaq günü, hünər günüdür. Biz bu sınaqdan məğlub çıxmadıq.

20 Yanvar hadisələri ilə bağlı kifayət qədər əsərlər yazılıb, səhnələşdirilib, mahnılar bəstələnib. Hər il Şəhidlər Xiyabanına gedib o gün şəhid olan insanlarımızı anırıq. Onlar heç zaman bizim yadımızdan çıxmayacaq. Bu gün hər cür hərbi vəziyyətə hazırıq. Bizim çox güclü dövlətimiz, prezidentimiz, qoşunumuz var".

Xalq artisti Firəngiz Mütəllimova: “Evimiz Yasamal rayonunda yerləşirdi. Həmin gün qardaşımın ad günü idi, o, 20 yanvarda dünyaya gəlib. Evdə kiçik süfrə açıb onun gəlişini gözləyirdik. Gördüm ki, bayırda hay-küy var. Mikrofonla çağırışlar edilir, müxtəlif səslər gəlirdi. Nə baş verdiyini başa düşə bilmirdim. Çox nigaran idim. Qardaşım işdən gəldikdən sonra heç 10 dəqiqə keçməmiş atışma başladı. Yadımdadır, metronun ”İnşaatçılar" stansiyasının yaxınlığından da tanklar keçirdi. Atışmaya görə evdə aşağı əyilib qalmışdıq... Allah belə bir faciəni bir də yaşatmasın".

Əməkdar artist Bəhram Bağırzadə: “Həmin zaman ”Semaşko"da (1 saylı Şəhər Kliniki Xəstəxana) rəhmətlik dostumun yanında idim. Əfsuslar olsun ki, o, xəstəxanada dünyasını dəyişdi. Həmin vaxt Bakının bir çox ərazisində işıqları söndürmüşdülər, həmçinin də “Semaşko”da. Əməliyyatlar əl fənəri ilə aparılırdı. Xəstəxanaya bir-birinin ardınca çoxlu sayda yaralı insanlar gətirilirdi...

Hər il, 20 Yanvar tarixində ailəmlə birgə Şəhidlər Xiyabanına gedib həmin günü yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət etsin!"



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor