RSS
 

Login:
Şifrə:
» » İmranın qızı Məryəm

Xəbər lenti

Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə
Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə...
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi...
Vəhdət - günümüzün əsas ehtiyacı
Vəhdət - günümüzün əsas ehtiyacı...
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu...
Siffeyn savaşı
Siffeyn savaşı...
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam





Online SMS Yaz!
Online Sms:

İmranın qızı Məryəm

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 10-01-2016, 16:54 | Şərh sayı: (0) | Baxılıb: 1036

İmranın qızı Məryəm


İmranın qızı Məryəm İmranın qızı Məryəm İslamdan qabaqkı dönəmin digər nümunəvi və kamil qadınlardandı. Allah onu da Qur`anda Asiyə kimi mö`minlər üçün məsəl çəkir, örnək kimi qeyd edir və buyurur: "Məryəm ismətli və namuslu bir qız idi. Biz Cəbrayıl vasitəsi ilə ona üfürdük (və o Həzrət İsaya (ə) hamilə oldu). O, tövhidi, peyğəmbərləri, səma kitablarını təsdiq etdi və Allah dərgahında daim ibadət və itaət edənlərdən oldu”.
Bir gün Peyğəmbər (s) mehriban həyat yoldaşı Xədicənin (s) yanına gəldi. Gördü ki, Xədicə hamiləlik ağrısından əziyyət çəkib qıvrılır. Həzrət (s) buyurdu: "Mən də sənin əziyyət çəkməyinə görə narahatam. Ancaq Allah əziyyətdə çoxlu xeyir qərar veribdir. Sakit bir yerə gedəndə, mənim salamımı o qadınlara çatdır”.
Xədicə dedi: "Onlar kimdir?”
Peyğəmbər (s) buyurdu: "Onlar İmranın qızı Məryəm, Məzahimin qızı Asiyə və Musanın (ə) bacısı Kəlimədən ibarətdirlər”.
Xədicə (s) rahat oldu və ərz etdi: "Bəh-bəh, nə yaxşı insanlardırlar!”
Həzrət Peyğəmbər (s) buyurdu: "Kişilərdən bir çoxları kamilliyin son həddinə çatıblar. Ancaq qadınlardan dörd qadın kamilliyin ali dərəcəsinə çatıb: 1-Asiyə, 2-Məryəm, 3-Xədicə (s), 4-Fatimə (s)”.
Həzrət Məryəmin (s) "Hənna” (Anna) adlı anası sonsuz idi və digər qadınlar kimi övlad sahibi olmağı arzu edirdi. O və bacısı Əşya Bəni İsrailin adlı-sanlı qadınlarından idilər. O İmranın, bacısı isə Zəkəriyyanın həyat yoldaşıydı.[49] Məryəmin anası sonsuz olduğu üçün çox pərişan idi və həmişə buna çarə axtarardı. Axırda böyük Allaha pənah apardı. Ondan istədi və nəzir etdi ki, əgər övladı olsa, o dövrdəki adət-ən`ənəyə uyğun olaraq onu ibadətgaha xidmətçi olmaq üçün Beytül-Müqəddəsə vəqf etsin. Bu nəzir, Məryəmin (s) anasının ixlası və tövhidindən xəbər verirdi ki, o, övladı təkcə özünün təskinlik tapması üçün istəmirdi. Əksinə, Allah ibadətgahının xidmətçisi və Ona pərəstiş edən bir övlad istəyirdi. Allah onun xalis niyyətlə etdiyi duasını qəbul etdi. Bundan bir qədər sonra qadın hamilə olduğunu hiss etdi. Bir qız uşağı dünyaya gətirdi. Onun adını Məryəm qoydular. Ana öz nəzrinə vəfalı olaraq Məryəmi Beytül-Müqəddəsin böyüyünün yanına apararaq, onu ibadətgaha xidmətçi kimi təqdim etdi. Məryəmin anası ərini itirdiyinə görə qəlbi təkcə qızıyla şad olardı. O tez-tez Beytül-Müqəddəsə gedib qızından xəbər tutar və evə qayıdardı. Beytül-Müqəddəsin böyüklərinin içərisində hamıdan çox Məryəmin xalasının əri, yə`ni Həzrət Zəkəriyya (ə) Məryəmi himayə etməyə meyilli idi. O, Məryəmi saxlamaq üçün tə`yin edildi. Zəkəriyya mehriban ata kimi Məryəmi saxlamaqda və qorumaqda bütün ehtiyatlara riayət edirdi. Bir gün Zəkəriyya Məryəmin mehrabına yaxınlaşdıqda, onun yanında bir yemək tabağını görərək təəccübləndi. Çünki ondan savayı heç kəs Məryəmin yanına gəlmirdi. Məryəmdən soruşdu: "Bu fəsli çatmamış meyvələr sənin yanına haradan gəlibdir? Hərçənd ki, qapılar bağlı olub və heç kəs bura girmirdi?”
Məryəm dedi: "Bunlar mənim Allahım tərəfindəndir. Allah istədiyi şəxsə ruzi verər”.
Zəkəriyya başa düşdü ki, Allah Məryəmə uca bir məqam bəxş edərək onu digər qadınlardan fərqləndirir. O, belə bir mənzərəni müşahidə etdikdən sonra Allahdan istədi ki, ona da pak bir övlad əta etsin. (Çünki Zəkəriyya görürdü ki, Məryəm özünün Allahla qurduğu xalis rabitə və etdiyi dua sayəsində, məqamı elə bir həddə çatır ki, onun üçün behişt meyvələri gəlirdi). Zəkəriyyanın duası qəbul oldu. Allah ona Yəhya (ə) adlı bir oğlanı müjdə verdi. Zəkəriyya dedi: "Mən və qadınım qocalıb əldən düşmüşük. Biz necə övlad sahibi olacağıq?”
Allah ona buyurdu: "Allah belə istəyir”.
Məryəm ayaq üstə o qədər ibadət etdi ki, ayaqları şişdi. Doqquz yaşında oruc tutmaqla, namaz qılmaqla və pərhizkarlıqla öz zamanının bütün ibadət edənlərindən öndəydi. Çətin hadisələr qarşısında səbir və müqavimətiylə öz zamanında birinci idi. Məryəm böyüyüb boya-başa çatdıqda Allah ona "Ülul-əzm” peyğəmbərlərdən olan Həzrət İsa (ə) kimi bir övlad əta etdi. Fədakarlığı, namuslu olması, pərhizkarlığı və iman nuru onu elə bir məqama çatdırdı ki, Cəbrayıl Əmin (ə) Məryəmin yanına gəlib, ona üfürdü və o hamilə oldu. Bu hamiləlikdən Həzrət İsa (ə) dünyaya gəldi. Onun ali mə`nəvi məqamını dərk etməyə qüdrəti çatmayan nadan camaat xoşagəlməz sözlər deyib, Məryəmi incitdilər. Allahın əmri ilə sükut orucu tutan Məryəm bu camaatla danışmayaraq işarə etdi ki, "beşikdəki uşaqdan soruşun”.
Camaat Məryəmin sözlərini ələ saldılar. Amma Allahın qüdrətiylə uşaq dil açaraq dedi: "Mən Allah bəndəsiyəm. O məni peyğəmbər etdi və mənə kitab verdi. O, harada oluramsa olum, məni xeyir və bərəkət verən etdi”.
Bu canlı mö`cüzə həmin qövmün dilini bağladı. Məryəm mə`nəvi məqamın yüksək dərəcələrindən birinə çatmışdı. O öz ibadətgahında (Livandakı dağda) dünyadan gedəndə, övladı Həzrət İsa (ə) nalə çəkib deyirdi: "Qürbətdə və vəhşətdə daha mənə kim munis olacaq? Kim mənə Allahın itaətində kömək edəcək?”
Məryəm (ə) bir qız idi. Gördüyünüz kimi imanlı bir qız himməti, isməti və çalışqanlığı nəticəsində necə də böyük bir məqama yüksəldi. Bundan daha mühümü, onun tərbiyəsi altında Həzrət İsa (ə) kimi bir peyğəmbər böyüyüb boya-başa çatdı. Məryəm həmişə Allahla idi və Onun fərmanına təslim olardı. Allah-təala da həmçinin, onu Özünün sonsuz rəhməti sayəsində saxladı və yaxşı adını da dünyanın sonuna qədər qoruyacaq. Qur`andakı surələrdən biri Məryəm adlanıb və ona məxsusdur. Müqəddəs kitabda 34 dəfə onun adı və fəzilətlərindən söz açılır.
Bə`zi rəvayətlərə əsasən behiştin ən yaxşı qadınları dörd nəfərdi və Allah bu qadınları seçib: 1. Xədicə (s), 2. Fatimə (s), 3. Asiyə (s), 4. Məryəm (s).



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Seyyid Peyman - En insan
Seyyid Peyman - Zeynəb Zeynəb
Hacı Sahib - Səfərdə olanın orucu
Hacı Sahib - Oruc tutan su içə bilər?
Hacı Sahib - Dəstəmazın danışması
Rusif Ucar - Üsyan
Hacı Sahib - İntizar
Hacı Sahib - İntizar çəkmək
Hacı Sahib - Kiçik günahı unutmaq
Hacı Şahin - Dini ehtiyac
Hacı Şahin - Diqqət eləmək
Hacı Şahin - Din təbliğ etmək
Hacı Eldayaq - Allah üçün
Hacı Eldayaq - Allahı unuduruq
Hacı Eldayaq - Allahımızı ucuz satırıq
Azərbaycan İlahi nəğmələr qrupu Hacı Möhübbət - Şah səlamun aleyk
Azərbaycan İlahi nəğmələr qrupu - Ağam Əbəlfəz
Azərbaycan İlahi nəğmələr qrupu - Əli kimdir
Seyyid Peyman - Şah salamun aleyk
Hacı Sahib - Şəban ayının əməlləri
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor