RSS
 

Login:
Şifrə:
» » Tanımaq

Xəbər lenti

Hacı Sahib - Cümə Xütbəsi - Vəsilə axtarmaq (14-cü hissə) (26.04.2024)
Hacı Sahib - Cümə Xütbəsi - Vəsilə axtarmaq (14-cü hissə) (26.04.2024)...
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Tanımaq

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 7-01-2016, 21:19 | Şərh sayı: (0) | Baxılıb: 928

Tanımaq


Tanımaq


Tanımağın dəyəri
4058. Allahın Peyğəmbəri (s): «Sizlərin ən imanlısı, ən çox tanıyanlarınızdır.»
4059. İmam Əli (ə): «Elm ilk yol göstərən, (Allah-taalanı) tanıma isə onun son nöqtəsidir.»
4060. İmam Əli (ə): «Tanımaq qəlbin işığıdır.»
4061. İmam Hüseyn (ə): «Bilik qazanmaq tanımağı daha da bərəkətli edər»
4062. İmam Sadiq (ə): «Allah bilmədən, qavrayışsız heç bir əməli və heç bir əməllə müşaiyət olunmayan qavrayışı qəbul etməz. Kim qavrayışa nail olsa, bu tanıma onu əmələ doğru istiqamətləndirər. Əməli olmayanın qavrayışı da yoxdur.»
1234.Tanımanın yolundakı maneələr
Quran:
«Nəfsini özünə Tanrı edənlər və biliyinə baxmayaraq Allahın yoldan çıxardığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allah onu doğru yola yönəltməsə, Ondan başqa kim onu doğru yola yönəldə bilər? Məgər düşünüb öyüd almırsınız?»
Hədis:
4063. Allahın Peyğəmbəri (s): «Aclıq hikmət nurudur, toxluq isə Allahdan və imkansızları sevib onlara yaxınlaşmaqdan, Allaha yaxın olmaqdan uzaq düşməyin səbəbidir. Qarınlarınızı doldurmayın ki, qəlbinizdə tanıma nuru sönməsin»
1235. Özünüdərk
4064. İmam Əli(ə): Özünüdərk ən faydalı tanımadır.»
4065. İmam Əli(ə): «Özünü dərk etməyə nail olmuş şəxs ən böyük
qələbəni qazanmışdır.»
4066. İmam Əli(ə): «Özünü tanımayan kimsə başqasını necə tanıyacaq?»
4067. İmam Əli(ə): «Kim nəfsini tanıdısa, onunla cihada qalxdı, kim onu tanımadısa, özbaşına buraxdı.»
4068. İmam Əli(ə): «Hər kim Allahı tanıdısa tənha qaldı. Hər kim ki, özünü tanıdı başqalarından ayrıldı. Kim dünyanı tanıdısa, ondan qəlbini üzdü. Hər kim camaatı tanıdısa, tənhalığı seçdi.»
4069. İmam Əli(ə): «Özlərini ən yaxşı tanıyan insanlar Allahdan ən çox qorxanlardır.»
4070. İmam Əli(ə): «Özünü tanıyan, Allahını da tanıdı.»
4071. İmam Əli(ə): «Kimsə öz nəfsinin şərafətini başa düşsə, onu dünyanın çirkabından təmiz saxlamağa layiqdir.»
4072. İmam Əli(ə): «Özünü tanıyan kimsə qənaəti və iffəti gözləməyə layiqdir.»
4073. İmam Əli(ə): «Özünü tanıyan kimsə hüzn və kədərdən ayrılmamağa layiqdir.»
4074. İmam Səccad (ə) (duada): «Bizi özünü tanıyanlardan, öz yerlərindən əmin olanlardan və buna görə də ömürlərini sənə ibadətdə keçirənlərdən et.»
4075. İmam Baqir (ə) (Cabir Coəfiyə tövsiyyələrindən): «Heç bir tanıma öz nəfsini bilib tanımağın qədər ola bilməz.»

Allahı tanımağın dəyəri.

4076. İmam Əli (ə): «Kim Allahı tanıyarsa, mə‘rifəti kamilləşər.»

4077. İmam Əli (ə):»Pak olan Allahı tanımaq biliklərin ən üstünüdür.»

4078. İmam Əli (ə): «İstəməzdim ki, uşaqkən ölüb cənnətə gedim və böyüməyərək Allahımı tanımayım.»

4079. İmam Əli (ə): «Biliyin səmərəsi Allahı tanımaqdır.»

4080. İmam Əli (ə): «Qəlbində Allahı tanımaq və mə‘rifət yuvasını salanın Allahın yaratdıqlarına ehtiyacı olmaz.»

4081. İmam Sadiq (ə): «Əgər insanlar Allahı tanımağın nə qədər dəyərli olduğunu bilsəydilər, dünya həyatının bəzək-düzəyinə və onun Allah taalanın düşmənlərinə verdiyi ne‘mətlərinə göz dikməzdilər. Dünya, nəzərlərində ayaqlarının altındakı torpaqdan daha dəyərsiz olardı. Allahı tanımaqdan, həmişə cənnət bağlarında övliyalar və Allahın dostları ilə birgə olanlar kimi bəhrələnərdilər. Allahı tanımaq hər tənhaya munis, hər kimsəsizə dost, hər qaranlığa işıq, hər gücsüzə güc və hər xəstəyə şəfadır.»
1237.Tanımanın səmərələri.
4082. Allahın Peyğəmbəri (s): «Hər kim Allahı tanıyıb Onun əzəmətini dərk etdisə, dilini söz danışmaqdan və qarnını xörək yeməkdən saxlayıb oruc tutmaq və gecələr oyaq qalmaqla özünə əziyyət verdi.»
4083. Allahın Peyğəmbəri(s): «Allahı lazım olduğu kimi tanısaydınız, dənizlərin üstündə gəzər, dualarınızla dağları yerindən qoparardınız.»
4084. Allahın Peyğəmbəri (s): « Allahı daha yaxşı tanıyan Allahdan daha çox qorxandır.»
4085. İmam Əli (ə): «Allahı azacıq da olsa tanımaq, dünyaya rəğbətsizliyə səbəb olar.»
4086. İmam Əli (ə): «Allahın əzəmətini dərk edənə özünü böyük sanmaq yaraşmaz. Çünki Allahın əzəmətini dərk edənlərin böyüklüyü, Onun qarşısında təvazökar olmalarına görədir.»

4087: İmam Əli(ə): « Tanımanın son həddi qorxudur.»

4088. İmam Əli (ə): «Allahı ən çox tanıyan insanlar Ondan ən çox dilək diləyənlərdir.»

4089. İmam Baqir (ə): «Allahın yaratdıqlarından İlahi qəzavü-qədərə baş əyməyə ən layiqli olan, Allahı tanıyandır.»

4090. İmam Sadiq (ə): «Hər kim Allahı tanıdısa, Ondan qorxdu, hər kim Allahdan qorxdusa, dünyanı qəlbindən sildi.»

4091. İmam Sadiq (ə): « İnsanlar arasında Allahı ən çox tanıyan, Allahın qəzavü-qədərinə və hökmünə ən çox sevinəndir.»

1238. Arif insanın sifətləri.
4092. İmam Əli (ə): «Arifin üzü gülər və şad, qəlbi isə kədərli və qorxan olar.»
4093. İmam Əli (ə): «Şövq ariflərin ayrılmaz dostudur.»
4094. İmam Əli (ə): « Xof ariflərin köynəyidir.»
4095. İmam Əli (ə): «Allahdan uzaq düşməyin qorxusundan ağlamaq ariflərin ibadətidir.»
4096. İmam Sadiq (ə): «Allaha etimad et ki, arif olasan.»
1239.(Allahı) Tanımanın ən aşağı səviyyəsi.
4097. İmam Kazim (ə) (tanımanın ən aşağı dərəcəsi haqda suala cavabından): «Tanımanın ən aşağı dərəcəsi Allahdan başqa mə‘budun olmadığını,Onun tay və bənzərinin olmadığını, əzəliliyini və əbədiliyini, (vücudunun) sabitliyini, var olduğunu və yoxluğun Ona yolu olmadığını bəyan etməkdir.»
1240. Allahı Allahla tanımaq.
4098. İmam Əli(ə): «Allahı Allahla, peyğəmbəri risaləti ilə, ulul-əmri (əmr sahiblərini) yaxşılıq, ədalət və xeyir əmələ əmr etmələri ilə tanıyın.»
4099. İmam Hüseyn (ə) (duada): «İlahi! Başımın nişanə və əlamətlərə qarışması (Səninlə) görüşdən uzaq düşməyimə səbəb olur. Belə isə, bütün güc və qüdrətimi məni Sənə çatdıracaq bir xidmətə yönəlt. Özü öz varlığında Sənə möhtac olan necə Sənə doğru bələdçi və dəlil ola bilər? Səndən qeyrisi görünən və aşkar, Sən isə (zahirdə) yoxsan ki, onlar Səni aşkarlayıb üzə çıxarsınlar. Sən nə vaxt olmamısan ki, Sənə tərəf yolu göstərən bələdçiyə ehtiyacın olsun?…. Sənə doğru yol gəlməyim də Səndəndir. Nurunla məni Özünə tərəf yönəlt.»
4100.» İmam Səccad (ə) (duada): «Səni Sənin özünlə tanıdım və Sən mənim yolumu Özünə tərəf saldın, Özünə doğru çağırdın. Sən olmasaydın, Sənin nə olduğunu bilməzdim.»
1241.Allahın zatı barədə düşünməyin pislənilməsi.
4101. Allahın Peyğmbəri (s): «Allahın yaratdıqları barədə düşünün. Ancaq, məbada Onun Zatını fikirləşməyin ki, məhv olarsınız.
4102. İmam Sadiq (ə): «Allahın zatı barədə düşünməkdən çəkinin. Çünki Allahın zatı haqda düşünmək, yalnız azğınlıq və çaşqınlığı artırar. Həqiqətən də, Allahı nə gözlər dərk edər, nə də ölçü ilə, miqdarla vəsf edilər.»
4103. İmam Sadiq (ə): «Hər kim Allahın necəliyi barədə düşünərsə, məhv olar.»
1242. Allahın zatını dərk etməkdə ağılın acizliyi.
4104. İmam Əli (ə): «Biz Sənin zatının əzəmətindən heç nə bilmirik. Bidiyimiz yalnız budur ki, Sən dirisən və hər şey Sənə sadiqdir. Səni nə mürgü tutar, nə də yuxu. Heç bir düşüncənin əli Sənə yetməz və heç bir göz Səni tapmaz.»
4105. İmam Əli (ə) (Mələkləri vəsf edərkən): «Onlar Sənin yanında malik olduqları bütün məqamlarına, bütün vücudları Sənin eşqinlə dolu olmasına, Sənə ibadətlərinin çoxluğuna və Səndən qafil olmamaqlarına baxmayaraq, Sənin barəndə onlara gizlin olanların həqiqətlərini görsələr heç şübhəsiz, öz əməllərini kiçik sayar, Sənə layiq olduğun kimi ibadət etmədiklərini, Sənə yaraşan itaəti göstərmədiklərini başa düşərlər.»[705]

4106. İmam Səccad (duada): «Ağıllar Sənin camalının zatına çatmaqda aciz qaldılar, gözlər Sənin sifətinin nur və əzəmətini görməyə tab gətirə bilmədilər. Yaradılmışlara tanımaqda aciz qalmaqdan başqa özünü tanımaq üçün bir yol qoymadın.»
4107. İmam Rza (ə): «Onun zatı Özü ilə yaratdıqlarını ayırandır.»
4108. İmam Rza (ə) (Böyük Allahı vəsf edərkən): «O, gözün onu tapmasından, düşüncəyə sığmaqdan və ya ağılla ələ gətirilməkdən çox yüksəkdədir.»
1243. Allahın icazə verilən vəsfləri.
4109. İmam Əli (ə): «Hər kim Allahı vəsf edərsə, ona hədd və sərhəd qoymuş olar. Hər kim ona hədd və sərhəd qoyarsa, onu sayla saymışdır. (Onunçün hissələr tə‘yin etmişdir.) Hər kim onu sayla sayarsa, Onun əzəliliyini batil etmişdir. «Necədir?» deyə soruşan, şübhəsiz ki, onu vəsf etmişdir. «Haradadır?» deyə soruşan onu bir məkanda qərar vermişdir.»
4110. İmam Əli : «Ağıl sahiblərinin böyük sə‘ylər, zənn və gümanlarının ona çatmadığı Allah pak və ucadır.»
4111. İmam Əli: «(Allah) Birdir, ancaq sayda deyil. Daimidir, ancaq onun (əvvəli və sonu olan) vaxt anlamı ilə deyil, dayanıqlıdır, ancaq sütun və söykənəcəklərlə deyil.»
4112. «Əl-Kafi»: «İmam Sadiq (ə) «Allah daha böyükdür» deyən kişiyə buyurdu: «Allah nədən daha böyükdür?» Ərz etdi: «Hər şeydən.» İmam Sadiq (ə) buyurdu: «Onu məhdudlaşdırmısan.» Həmin kişi ərz etdi: «Elə isə necə deyim?» Buyurdu: «De ki, Allah vəsf olunmaqdan daha böyükdür.»
4113. İmam Kazim(ə): «Allah, (başqalarının) Onun sifətinin həqiqətinə çatmasından daha yüksək, uca və böyükdür. Buna görə də Onu, özünün özünü vəsf etdiyi kimi vəsf edin və ondan qeyri vəsfdən çəkinin.»
4114. İmam Hadi (ə): «Xaliq, Onun özünü etdiyi vəsfdən qeyri vəsf edilməz. Hisslər Onu dərk etməkdə gücsüz, xəyallar Ona çatmaqda çarəsiz və düşüncələr Onun izahında aciz qaldığı, gözlər isə Onu əhatə etməkdə gücsüz olduğu halda Tanrı necə vəsf olunar? Vəsf edənlərin vəsfindən daha yüksək və dua edənlərin duasından daha ucadır.»
1244. Tovhid.
4115. Allahın Peyğəmbəri (s) : «Tovhid dinin yarısıdır.»
4116.İmam Əli (ə): «Tovhid ruha həyat bəxş edəndir.»
4117. İmam Əli (ə): «Tovhid elə bir şeydir ki, onu təsəvvürə (qavrayışa) gətirməyəsən»
4118.İmam Sadiq (ə) (Bir kişiyə xitabən): «Tovhid odur ki, özünə rəva bildiyini Pərvərdigarına rəva bilməyəsən. Ədalət isə odur ki, Allahın səni danlama səbəblərini Ondan görməyəsən.»
4119. İmam Rza (ə): «Allaha bəndəliyin başlanğıcı Onu tanımaq, Tanrını tanımağın bünövrəsi isə Onun tək olduğunu tanımaqdır. Tovhidin əsası isə hədd və sərhədlərin Ondan götürülməsidir. Çünki ağıllar hər bir məhdud mövcudun məxluq olduğunu təsdiq edir.»
1245. Allahın vahidliyinin dəlili.
Qur‘an:
«Kim Allahla yanaşı başqa bir tanrıya ibadət edərsə, bununçün heç bir dəlili yoxdur və onun hesabını (cəzanı) Allah özü verəcəkdir. Həqiqətən, kafirlər nicat tapmazlar!»
Hədis:
4120. İmam Əli (ə) (əziz övladı Həsənə (ə) tövsiyyələrindən): «Ey övladım! Bil ki, Allahın şəriki olsaydı, şübhəsiz ki, Onun elçi və rəsulları da sənin yanına gəlmiş olardılar. Onun hökmranlığının və gücünün nişanələrini görər, əməl və sifətlərini tanıyardın. Ancaq Allah öz vəsfində buyurduğu kimi vahid Allahdır, mülkündə rəqibi və Ona heç vaxt zaval yoxdur.»
4121. İmam Sadiq (ə) (Bir zındıqla (kafirlə) mübahisəsindən): «Deyirsənsə Allah ikidir, onda bu iki haldan xaric ola bilməz ki, ya hər ikisi hər bir cəhətdən eynidir, ya da hər cəhətə görə fərqlənirlər. Biz yaradılışda bir nizam-intizamın olduğunu və göy qübbəsini, gecə və gündüzün, ay və günəşin hərəkətindəki nizamı gördüyümüzdən, işlərin düzlüyü, müdrikliyi və əlaqəliliyi yaradıcının vahidliyinə dəlalət edir. Özü də, Allahın iki olmasını iddia edirsənsə, bu iddia onların arasında məsafə olmasını tələb edir ki, iki olmaları düz olsun. Belə olan halda, o məsafənin özü, qədimlikdə onlar qədər qədim olan elə üçüncü Allahdır. Nəticədə, sənin üçüncü Allaha da inanmağın lazımdır. Əgər üçüncü Allahın olduğunu iddia edərsənsə, iki Allaha e‘tiqadla əlaqədar dediklərin vacibdir. Yəni onların arasında iki məsafə olmalıdır. Belə olan halda, beş Allahın olması lazım gələcək və bununla da Allahların sayı sonsuza qədər artacaq.»
4122. İmam Sadiq (ə) («Allahın tək olmasının dəlili nədir?» sualına verdiyi cavabdan): «Varlığa hakim olan müdriklik, nizam-intizam və yaradılışın kamilliyinə görə. Allahın da buyurduğu kimi: «Əgər yerdə və göydə Allahdan başqa bir tanrı olsaydı, hər ikisi məhv olardı.»
4123. İmam Rza (ə):-İkitanrılıq dininin (sənəviyyə) ardıcıllarından bir kişi İmam Rzaya (ə) ərz etdi: «Mən deyirəm ki, dünyanın yaradıcısı ikidir. Onun bir olmasının nə dəlili var?» Həzrət buyurdu- «Elə onun iki olmasına dair dediklərinin özü, onun tək olmasına dəlalət edir. Çünki sənin iddian bir Allahın olmasını sübut edilmiş saydığından sonra, ikinci Allahın olmasıdır. Deməli, bir Allahın olması barədə həmfikirik və birdən çox olmasında fikir ayrılığımız var.»
4124. «Təfsire Qummi» kitabında deyilir: «Sonra Allah Taala iki Allaha inanan sənəviyyələrə cavab olaraq buyurdu: «Allah heç kimi övladlığa götürmədi və onunla heç bir başqa Allah yoxdur....» Buyurdu: «Sizin təsəvvür etdiyiniz kimi iki Allah olsaydı, onlardan hər biri digərindən üstün olmaq istərdi. Onlardan biri insan yaratmaq istəsə və digəri ondan fərqli olaraq heyvan yaratsa, hər birinin istək və iradəsinin fərqləndiyinə görə onda vahid insan və heyvan yaradılacaq. Bu isə ən böyük qeyri-mümkün işdir. Bu fərziyyə batil olduğuna və onların arasında fərq olmadığına görə iki Allah fərziyyəsi batildir və birdən artıq Allah yoxdur. Bu müdriklik, davamlılıq və yaradılmışların hər birinin başqası ilə əlaqəsi (varlığı) yaradanın bir olduğuna dəlalət edir. Allahın «Allah heç kimi övladlığa götürmədi» və «Əgər yerdə və göydə Allahdan başqa bir tanrı olsaydı, hər ikisi məhv olardı.» buyurmaqda da məqsədi budur.»
1246. Gözlər Onu tapmaz və qəlblər Onu görməzlər.
Qur‘an
«Gözlər Onu tapmaz. O, gözləri dərk edər. O, lətif və hər şeydən xəbərdardır!»
Hədis:
4125. Allahın Peyğəmbəri (s): «Məni səmaya qaldırdıqları gecə Cəbrayıl məni özünün heç ayaq qoymadığı bir yerə çatdırdı. Sonra pərdələr mənimçün kənara çəkildi və Allah-taala özünün əzəmət nurundan istədiyi qədər mənə göstərdi.»
4126. İmam Əli (ə) («Allahını görmüsənmi?» deyə soruşan Zeləbə cavabından): «Vay sənin halına, ey Zeləb! Mən görmədiyim Allaha sitayiş etmərəm.» Ərz etdi: «Onu necə görmüsən? Bizə də vəsf et.» Həzrət buyurdu: «Vay olsun sənə! Gözlər baxmaqla Onu görməyiblər. Onu qəlblər həqiqətlərə (əqli təsdiq və inanclar, yaxud da imandan doğan əqli nurlara) iman gətirməklə görmüşlər.»
4128. İmam Əskəri (ə): «Allah-taala öz əzəmət nurundan istədiyi qədər elçisinin qəlbinə göstərmişdir.»
1247.Allahın başlanğıcı və sonu yoxdur.
4129. İmam Əli (ə): «İlk olan, hər ilkdən daha əvvəl, hər axırdan son olan Allaha sitayiş və şükürlər olsun. Əvvəl olduğuna görə onun başlanğıcı olmamalıdır. Son olduğuna görə, onun son və axırının olmaması vacibdir.»
4130. İmam Əli (ə): «Heç vaxt məhv olmaz və həmişə olmuşdur. Onun başlanğıcı olmadan hər bir şeydən əvvəl olmuşdur. Sonu və qurtaracağı olmadan da hər şeydən sonradır.»
4131 İmam Əli (ə) («Bizim tanrımız nə vaxtdan olmuşdur?» deyə soruşan yəhudiyə cavabından): «Ey yəhudi! Belə deyil ki, bizim tanrımız əvvəlcə olmasın və sonradan olmuş olsun. «Nə vaxtdan olmuşdur?» sualı yalnız olmayıb sonradan yaranan varlıqlar barədə işlədilir. Allah, yaradılmadan olmadan mövcud olan varlıqdır. Həmişə olmuşdur və əvvəli, başlanğıc nöqtəsi yoxdur. Əvvəldən daha ilkdir və son nöqtədən (əzəlilik baxımından) əvvəldir. Son nöqtə onunla yekunlaşır və hər bir sonun axırıdır.»
4132 İmam Baqir (ə): «Allah-taala var idi və Ondan başqa heç nə yox idi. Qaranlıqdan azad bir nur idi, doğru danışan idi və yalanın ona yolu yox idi. Bilikli idi və nadan ona yoldaş deyildi. Sağ idi və ölüm onunla deyildi. O indi də belədir və həmişə belə olacaqdır.»
1248. Allah (daima ) diridır.
Qur‘an:
«Allahdan başqa hec bir tanrı yoxdur. Əbədi və əzəli varlıq Odur.»
Hədis:
4133. İmam Sadiq (ə): «Allah nadanlıqdan uzaq alimdir. Ölümün ona yaxınlaşmadığı bir həyatdır. Zülmət və qaranlığın olmadığı bir aydınlıq və işıqlıqdır.»
4134. İmam Kazim (ə): «Allah, həyatı bəxş edilmiş olan bir canlı deyil....əksinə, O, öz-özlüyündə diridir.»
1249. Allah (hər şeyi) biləndir.
Qur‘an:
«Qeybin açarları Allahın yanındadır. Onları ancaq Allah bilir. Allah suda və quruda nə varsa bilir. Elə bir düşən yarpaq yoxdur ki, Allah bilmədən düşsün. Yerin zülmətləri içində elə bir toxum, elə bir quru və yaş yoxdur ki, məhz açıq-aydın kitabda olmasın.»
Hədis:
4135. İmam Əli (ə): «Sulardakı damcıların, göylərdəki ulduzların, havaya dağılmış toz dənəciklərinin sayı, sərt daş üzərində qarışqanın hərəkəti, gecənin qaranlığında qarışqaların yatdıqları yerlər Ondan gizlin deyildir. Yarpaqların düşdüyü və kipriklərin qarışdığı yerləri bilir.»
4136. İmam Əli (ə): «Çöllərdəki səsləri, bəndələrin gizlindəki günahlarını, balıqların böyük dənizlərdəki hərəkətlərini, şiddətli küləklərdən suların bir-birinə qarışmasını bilir.»
4137. İmam Əli (ə): «Onun elmi pərdələrin gözəgörünməyən qatlarındın keçər, daxildəki mürəkkəb fikir və inancları əhatə edər.»
4138. İmam Əli (ə): «Allah yaranan hər bir şeyi həmişə bilmişdir. Deməli, Onun əşyanı yaranmamışdan tanıması, onu yarandıqdan sonra bilməsi kimidir.»
4139. İmam Sadiq(ə) («Allahın məkan barədə elmi, onun yaradılmasından əvvəl, yaranması ilə eyni vaxtda və ya sonra olmuşdur?» sualına cavabından):–«Allah çox ucadır! O həmişə agah olmuşdur və Onun məkan barədə onun yaradılmasından əvvəlki elmi yaradılmasından sonrakı elmi kimidir. Onun bütün əşyalar barədə elmi məkan haqda elmi kimidir.»
4140. İmam Sadiq (ə): «Elm Allahın zatıdır. (Elmə məxsus olan) Məlumlar olmamışdan da alim idi. Əşyanı yaratdıqda Onun elmi məluma aid oldu.»
4141. İmam Kazim (ə): «Allahın elmi «haradandır?» sifəti ilə vəsf olunmaz. Allahın elmi «necə?» sifəti ilə təsvir edilməz. Nə elm Allahdan ayrılar, nə də Allah elmdən. Allahla Onun elmi arasında sərhəd yoxdur.»
1250.Allah ədalətlidir.
Qur‘an:
«Həqiqətən, Allah zərrə qədər zülm etməz. Əgər yaxşı bir iş baş verərsə, onu ikiqat artırar və öz tərəfindən də böyük mükafat verər.»
Hədis:
4142.İmam Əli (ə): «Şəhadət verirəm ki, Allah ədalətlə rəftar edərək dada çatan və haqla batili bir-birindən ayıran hakimdir.»
4143. İmam Əli (ə) («Ədalət nədir?» sualına cavabından):–«Ədalət Allahı ittiham etməməyindir.»
4144. İmam Səccad (ə) (Qurban bayramı və cümə gününün duasında):– «Hər an bilirəm ki, nə hökmün və hakimliyində bir zülm rəva görülür, nə də qəzəb və cəzalandırmağında bir tələskənlik var. Çünki (fürsətin) əlindən çıxmasından qorxanlar tələsər və acizlərin zülm etməyə ehtiyacı var. Sən, ey mənim Allahım! Belə işlərdən nə qədər uca və yüksəkdəsən.»
4145. İmam Sadiq (ə) (Dinin təməlləri barədə suala cavabından): «Dinin bünövrəsi tovhid və ədalətdir. Tovhidin mə‘nası özünə rəva bilmədiyini Allahına rəva bilməməyindir. Ədalət isə Allahının onlara görə səni pislədiyi səbəbləri Ona aid etməməyindir.»
1251. Allah yaradıcıdır.
Qur‘an:
«Allah hər şeyin yaradıcısıdır. O, hər şeyin qoruyucusudur.»
Hədis:
4146. Mərvan ibn Müslüm: «İbn Əbiləvcə İmam Sadiqin (ə) yanına gəlib dedi: «Məgər siz Allahın hər şeyi yaratdığını demirsinizmi?» İmam (ə) buyurdu: «Niyə də yox?» «İbn Əbiləvcə dedi: «Mən də yaradıram.» İmam buyurdu: «Necə yaradırsan?» Dedi: «Bir yerdə böyük bayıra çıxıram, bir qədər gözləyirəm və ondan canlılar əmələ gəlir.» İmam (ə) buyurdu: «Hər bir şeyi yaradan onun sayı və keyfiyyətindən xəbərdar olmalı deyilmi?» Dedi: «Nəyə görə də yox?» İmam (ə) buyurdu: «Sən həmin canlıların hansının erkək, hansının dişi olduğunu və nə qədər həyat sürəcəklərini bilirsənmi?» Burada Əbiləvcə dinmədi.»
4147. İmam Rza (ə): «Öz qüdrət və hikməti ilə hər şeyi heçdən yaradan Allah sitayişə layiqdir. Mövcudatı başqa bir şeydən yaratmayıb ki, heçdən yaratma hesab olunmasın. Varlıqları başqa şeyin səbəbinə yaratmayıb ki, nəticədə yeni yaradılış hesab olunmasın. O, istədiyi hər şeyi istədiyi kimi yaratdı.»
1252. Allah qüdrətlidir.
Qur‘an:
«Məşriqlərin və məğriblərin Rəbbinə and olsun ki, Biz, qadirik.»
Hədis:
4148. Həzrəti Məsih (ə) (Ona «Sənin Allahın dünyanı yumurtanın içində yerləşdirməyə qadirdirmi?» dedikdə): «Acizlik və imkansızlıq sifətləri Allaha aid deyil. Ancaq sizin Ondan istədiyiniz mümkünsüzdür.»
4149. İmam Sadiq (ə): «İblis, İsa ibn Məryəmə (ə) dedi: Sənin Allahın yeri kiçiltmədən və yumurtanı böyütmədən yeri (Yer kürəsini) yumurtanın içində yerləşdirə bilərmi? İsa (ə) buyurdu: Vay olsun sənin halına! Allah gücsüzlük sifətləri ilə vəsf olunmaz. Yer kürəsinin kiçildib, yumurtanı isə (yerin onun içinə yerləşəcəyi qədər) böyütməyə qadir olandan qüdrətli daha kim ola bilər?»
1253. Allah danışandır.
Qur‘an:
«Biz peyğəmbərləri göndərdik. Onların bəzisinin əhvalatını bundan əvvəl sənə danışdıq, bəzisinin əhvalatlarını isə söyləmədik. Və Allah Musa ilə sözlə (heç bir vasitəsiz) danışdı.»
Hədis:
4150. İmam Əli (ə): «(Allah-taala) xəbər verər, ancaq dil və ya dilçəklərlə deyil. Eşidər, ancaq qulağın dəlikləri və eşitmə alətlərilə deyil. Söz danışar, ancaq tələffüz etməklə deyil. Əzbərləyər, ancaq hafizəsində saxlamaqla deyil...
Mövcudluq qazanmasını istədiyi hər şeyə «ol» deyər və o da yaranar. Ancaq Onun bu deməyi, qulaq pərdələrini döyəcləyən səslə, nə də eşidilən avazla deyil. Əksinə, pak Allahın sözü əvvəl mövcud olmamış, (əməli) yaradan və təcəssüm etdirən əməlidir. Çünki (onun əməli də) qədim və əzəli olsaydı, O, ikinci Allah olardı.»
1254. Allah istəyəndir.
Qur‘an:
«Bir şeyi istədiyi zaman Allahın buyruğu ona ancaq «Ol!» deməkdir. O da olar.»
Hədis:
4151. İmam Kazim (ə): «Şeylər heç bir söz deyilmədən, heç bir fikir düşünülmədən və ya dil söz açmadan Onun iradə və istədiyi ilə yaranır.»
1255. Allah aşkar və gizlindir.
Qur‘an:
«Əvvəl də, axır da, zahir də, batin də Odur. O, hər şeyi həmişə biləndir.»
Hədis:
4152. İmam Əli (ə): «(Allah) Yaratdıqlarındakı heyrətamiz şeylərə görə görənlər üçün aşkar, izzətinin əzəmətinə görə isə düşünənlərin təsəvvüründən gizlindir.»
4153. İmam Rza (ə): «Aşkardır, ancaq hisslər və duyğularla deyil. Görünəndir, ancaq gözlə görünən aşkarlıqdan deyil. Gizlindir, ancaq uzaq olmağa görə deyil.»
1256. Allah sahibdir.
Qur‘an:
«Göylərin və yerin ixtiyarı Allaha məxsusdur. Allah hər şeyə qadirdir.»
Hədis:
4154. İmam Əli (ə): «Allahdan başqa hər bir sahib, quldur.»
4155. İmam Əli (ə) («Allahdan başqa kimsədə güc yoxdur» ayəsinin təfsirində): «Allah olan yerdə biz heç nəyin sahibi deyilik. Yalnız Onun Özünün mülkiyyətimizə verdiyi şeylərin sahibiyik. Bizdən daha layiq olan şeyi mülkiyyətimizə verdikdə bizim öhdəmizə vəzifə qoymuşdur. Onu bizdən geri aldıqda, vəzifəni boynumuzdan götürmüşdür.»



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor