RSS
 

Login:
Şifrə:
» » Canpoladın sonuncu xəbəri...

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Canpoladın sonuncu xəbəri...

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 6-12-2015, 15:21 | Şərh sayı: (0) | Baxılıb: 256

Canpoladın sonuncu xəbəri...


Canpoladın sonuncu xəbəri...


Qarabağ savaşı başlayanda Canpolad Rzayev hərbi xidməti təzəcə başa vurmuşdu. Yaşıdları kimi, onun da arzuları, istəkləri vardı. Ali təhsilini başa vurub yenidən öz doğma kəndinə - Çuxurməhləyə qayıtmaq istəyirdi. Valideynlərinə belə söz vermişdi. Amma bu dəfə sözünün üstündə axıra qədər dayana bilmədi, müharibə macal vermədi. Ağdamda doğmalarının gözü yolda qaldı...

Yaxınları deyirlər ki, Canpolad uşaqlıqdan inadkar idi, sözündən dönməzdi. Haqsız işlə barışmazdı. Allah düşmənə lənət etsin, uşaqların arzularını yarımçıq qoydu.
Canpolad hərbi xidmətdən sonra cəmi bir-iki günlük doğma kəndlərinə qayıtdı. Sonra da yenidən könüllü cəbhəyə yollandı. Gedəndə atasına söz verdi ki, mütləq qayıdacaq. Amma torpaqlarımız azad olandan sonra, nə qədər ki vətən təhlükədədir, geri çəkilməyə haqqı yoxdur. Gərək axıra qədər mübarizəmizi davam etdirək. Hansı yolla olursa-olsun düşmən sərt cavabını almalıdır.
Müharibə Canpoladı ən çətin günlərin sınağından keçirdi. O, yaxşı bilirdi ki, qarşı tərəfdə qüvvələr nisbəti bizdən xeyli üstündür. Amma bütün bunlar asanlıqla təslim olmağa şərt deyildi. Bizi böyük amallar, istəklər birləşdirirdi. Hər qarış torpaq uğrunda ciddi savaş gedirdi. Onda Canpolad Xramord, Xanabad, Əsgəran uğrunda gedən döyüşlərdə ön cəbhədə vuruşurdu. Ən ağır əməliyyatlar zamanı düşmənin xeyli canlı qüvvəsi məhv edilmişdi. Canpolad dinc əhalini daha təhlükəsiz yerlərə çatdırmaq üçün fədakarlıq göstərirdi. Mühasirəyə düşən adamlar onun köməyinə arxalanırdılar. Bilirdilər ki, Canpolad onların imdadına çatacaq, heç kimi köməksiz qoymayacaq. Bu el-oba öz övladını belə böyütmüşdü.
Doğmaları onunla son söhbətlərini yaxşı xatırlayırlar. Hər dəfə bizi arxayın edirdi ki, yaxın günlərdə qayıdacağam. Gərək məni böyüdən, ərsəyə gətirən adamların ümidi qırılmasın. Bir də onu deyirdi ki, bu yerləri heç kəs bizdən yaxşı tanımır. Hər cığırına, dağına-daşına bələdik. Biz axıra qədər sübut etməliyik ki, adamlar bizə güvənməkdə səhv etməyiblər. Bir övlad kimi o borcu şərəflə qaytarmalıyıq.
Canpolad Qarabağ savaşında ən ağır xəbəri 1992-ci ilin fevral ayının 26-da eşitdi. Düşmən Xocalıda elə vəhşilik törətmişdi ki, vahiməsi ölçüyə-biçiyə sığmırdı. Erməni vəhşiləri körpə uşaqlara, qocalara, qadınlara zərrə qədər də güzəşt etmirdilər. O gecə qarşılarına çıxanı amansızcasına güllələyirdilər. Qətlin ən qəddar üsullarını seçirdilər. Belə edam üsullarını heç nəylə müqayisə etmək olmurdu. Bütün bunları eşidən Canpolad dərhal dinc əhaliyə köməyə yollandı. Soyuq qış gününün şaxtalı gecəsində müdafiə olunmaq üçün köməksiz əhali dağlara, dərələrə səpələnmişdi. Bir tərəfdən düşmən hücum edirdi, o biri tərəfdən soyuqdan, sazaqdan donmaq təhlükəsi yaranmışdı. Onda adamların köməyə ciddi ehtiyacı vardı. O dəhşətli gecədə Canpolad yüzlərlə adama həyan oldu. İtkilərlə heç cür barışa bilmirdi. Böyük bir mahalın köməksiz, arxasız qalmasına görə çoxlarını qınayırdı. Dəfələrlə Bakıdan - paytaxtdan kömək istəsələr də, fəryadlarına çatan olmadı. Vəzifə hərisləri mərkəzdə hakimiyyət üstündə bir-birilə didişirdilər, o tərəfdə köməksiz əhali yiyəsiz, sahibsiz qalmışdı. Canpolad bunu da ağır dərd sayırdı. Deyirdi ki, millət çətin günündə bir-birinə həyan olmursa, onda itkilərimiz qaçılmazdır. O gecə dağlar-dərələr güllə səsinin vahiməsinə diksinirdi. Amma bu səsi bir-birinə sığınan adamlardan savayı heç kəs eşitmirdi...

Canpolad Rzayev sonuncu dəfə Qaraqaya uğrunda gedən döyüşlərdə vuruşub. Mühasirəyə düşsə də, axıra qədər dözüm göstərib, düşmənə zərbələr endirib. Əslində, ermənilər Canpoladın çevik, cəsur döyüşçü olduğunu, əməliyyatlardan sərrastlıqla baş çıxardığını yaxşı bilirdilər. Belə olmasaydı, onun ələ keçirilməsi üçün 50 min dollar pul ayırmazdılar. Hətta sonralar bu məbləği bir qədər artırmışdılar. Təki Canpoladı əsir tuta bilsinlər. Canpolad bütün bunlardan xəbərdar idi. Elə ona görə də, bir qayda olaraq, döyüşə yollananda sonuncu gülləni özünə saxlayırdı. Deyirdi ki, düşmən öz gücünə arxalansa, nə var ki... gözlərini açmağa qoymarıq. Düz sonuncu sığınacaqlarına qədər qovarıq. Bir qayda olaraq ermənilər öz havadarlarına güvənirlər.
O qədər mərd oğullarımız güdaza getdi ki... Elə Canpolad da Qaraqaya uğrunda gedən sonuncu döyüşlərdə - 26 fevral 1992-ci ildə düşmən gülləsinə tuş gəldi...
Valideynlərinin gözləri yol çəkirdi. Onlar Canpoladdan bir xəbər gözləyirdilər - özü də xoş xəbər. Axı himayələrində Canpoladın iki övladı böyüyürdü. Onlar hər gün babalarını sorğu-suala tutur, ataları haqqında bir xəbər eşitmək istəyirdilər. Hər dəfə babası körpə nəvələrinin çoxsaylı sorğularından yayınmaq istəyirdi. Gizli-gizli xiffət etsə də, dərdini açıb-ağartmazdı. Deyirdi ki, vallah, mənə çətindi, hər gün uşaqları aldada bilmirəm. Ölüm xəbərini dilimə gətirmək ondan da çətindi. Hələ dözürəm. Canpoladın uşaqları eşidəndə ki, ataları Milli Qəhrəman adına layiq görülüb, onda heç nəyi gizlətmək mümkün olmadı. Axı belə xəbərləri nə vaxta qədər gizlətmək olar?..

Bütün el-oba Canpoladın qəhrəmanlığından danışırdı, qəzetlər ondan yazırdı, uşaqlardan gizlətməli bir şey qalmamışdı. Bir də ki, valideynlərinin üzü ağ idi - həm vətən qarşısında, həm də balaca nəvələrinin yanında. Axı Canpolad qısa, amma ləyaqətli, vicdanlı bir ömür yaşamışdı. Elə ömür ki, təkcə öz övladlarına yox, həm də neçə-neçə nəsillərə örnək ola bilərdi.
İllər ötsə də, qədirbilən xalqımız belə cəsur oğullara dəyər və qiymət verir, onların adını uca tutur. Milli Qəhrəman Canpolad Rzayevin ata yurdunda iki varisi böyüyür. Onların ən böyük arzusu əsirlikdə olan torpaqlarımızın azad olunduğu günü görməkdir. Dövlət apardığı siyasət də buna istiqamətlənib. Azərbaycan Prezidenti İlham Əliyev ən mötəbər beynəlxalq toplantılarda, siyasi müzakirələrdə xalqımızın haqq mövqeyini qətiyyətlə müdafiə edir, düşmənin layiqli cavab alacağına ümidi və inamı artırır.

"Azərbaycan" qəzeti



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor