RSS
 

Login:
Şifrə:
» » Ağ vərəqdə nə yazmalıyıq?

Xəbər lenti

Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Ağ vərəqdə nə yazmalıyıq?

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 25-11-2015, 23:33 | Şərh sayı: (0) | Baxılıb: 321

Ağ vərəqdə nə yazmalıyıq?


Ağ vərəqdə nə yazmalıyıq?


Hər bir valideyn öz övladı qarşısında müəyyən vəzifələrə görə məsuliyyət daşıyır. Bütün valideyinlərin ən böyük istəkləri, övladlarını gözəl, əxlaqlı və təhsilli görməkdir. Çünki bu sifətlərin hər iki dünyada böyük faydaları vardır. Bəs mən valideyn olaraq övladlarımı necə tərbiyə etməliyəm? Necə etməliyəm ki, nümunəvi insan tərbiyə edib cəmiyyətə təhvil verim? İmam Səccad (ə) buyurmuşdur :
«Uşağın qarşısında borcun bundan ibarətdir ki, - o pis də olsa, yaxşı da olsa səndən yaranıb və sənə mənsubdur buna görə də - onu ədəbli etmək məsuliyyəti sənin boynunadır. Ulu Tanrını tanımaqda ona yol göstərməli, itaət etməkdə isə yardım etməlisən. Bunu da bilməlisən ki, uşağınla yaxşı rəftarına görə Allah tərəfindən mükafatlanacaq və pis rəftarına görə isə cəzalandırılacaqsan.»
(Məkarumul – əxlaq S 484.)
Övladın gələcək həyatı onun tərbiyəsindən asılıdır. Tərbiyə etmək vəzifəsi isə valideynin öhdəsinə düşür. Həzrəti Peyğəmbər(s) buyurmuşdur:
«Ən yaxşı şey ədəb və yaxşı tərbiyədir»
( Məcməüz zəvaid. c.8 s.159). Saleh övlad yetişdirən həm özünə yaxşılıq etmiş olur - başı uca olur, həm də cəmiyyətə xeyir vermiş olur. Çünki, o uşaq gələcəyin valideyni və gələcəyin vətəndaşı olacaq. Bəs düzgün tərbiyə üçün nə lazımdır? Hər şeydən əvvəl tərbiyəçi təcrübəli, səbrli, tədbirli olmalıdır. Hər bir uşağın gələcək şəxsiyyətinin bünövrəsi məhz uşaqlıq çağında qoyulur. Ən kiçik səhv və ya səhlənkarlıq uşağın şəxsiyyətinə zərbə vura bilər. Uşaq ilk üç ildə formalaşır, onun əxlaqı, içtimai və dini şəxsiyyətinin təməli qoyulur. Bu üç il ərzində o yaxşılığı, pisliyi, düşmənçiliyi, məhəbbəti, qorxunu, gözəlliyi və s. bu kimi hissləri başa düşür və dərk edir.
Burada həzrət Əli (ə) oğlu imam Həsənə (ə) buyurduğu hədisi qeyd etsək yerinə düşər.
«Uşağın ürəyi xam torpaq kimidir, onda nə əksən bitər. Buna görə də mən sənin ürəyin bərkiməmişdən öncə səni tərbiyə etmək işinə başladım. ( Yəsail J.15 S.197). İslam peyğəmbəri Məhəmməd (s)-ın çox əhəmiyyət verdiyi bir əməl - yenicə dünyaya gələn uşağın qulağına azan və iqamə deməyin nə mənası var, axı körpə heç nə duymur, anlamır. Bəli, uşaq azan, iqamə və Quran ayələrinin mənasını başa düşmür, amma bütün bu kəlmələrin uşağın həssas ruhuna böyük təsiri var. Bu təsir yalnız eşitmək yolu ilə deyil, umumiyyətlə bütün hislərin vasitəsilə uşağın beyni və əsəblərində həkk olunur. Uşağın tərbiyəsində məhəbbətin rolu əvəzsizdir. Heç kimin tərəfindən sevilmədiyini bilən kimsə özünü bu dünyada tək-tənha hiss edər və həmişə qəmqin olar. Uşaların isə məhəbbətə daha artıq ehtiyacı var. Uşaq üçün sarayda və ya daxmada yaşamağın elə bir fərqi yoxdur, amma sevilib sevilmədiyinin əhəmiyyəti çoxdur. Məhəbbət görən uşağın ruhu şən və şad olar, özünü məhrum hiss etməz, buna görə də pis reaksiya göstərməz, mehriban və insanpərvər olar. Amma məhəbbətsiz bir mühütdə böyüyən, ata-ana məhəbbətindən məhrum olan uşaq insanpərvər olmaz, özündə çatışmamazlıqlar hiss edər, bu səbəbdən azğınlığa düşə bilər. Məhəbbət yaxşı əxlaqın əsasıdır.
Həzrət Peyğəmbər (s) buyurub:
«Uşaqlarınızı çox öpün, çünki hər dəfə onları öpdükda sizin cənnətdəki dərəcəniz yüksəlir»
(Bihar c. 104, s. 92). «Uşaqları sevin və onlara mehribanlıq edin». (Bihar c. 104, s. 92) Uşaq həmişə məhəbbətə möhtacdır. O, ata-ananın məhəbbətindən sevinir, onların laqeydliyindən və məhəbbətsizliyindən isə kədərlənir. Elə valideyinlər var ki, uşağa deyərlər: «filan işi görsən anan səni çox istəyər, amma filan işi görsən səni sevməz». Belə işin aqibəti çox pisdir. Uşaq ikiüzlü və yalançı ola bilər. Başqalarının məhəbbətini qazanmaq üçün hər şey edə bilər.
Həddindən artıq məhəbbət isə uşağın ərköyün olmağına gətirib çıxarır. Uşaq əmr etdiyi zaman valideyn tez-tələsik yerinə yetirdikdə əziz-xələf uşaqda hökmranlıq hissi yaranar, gündən-günə artar. Bu isə nöqsanlı sifətdir. Ərköyün insanın ailə həyatı uğurlu olmur, məhz bu səbəbə görə bütün istəklərini əldə edə bilmədikdən ailələri dağılır. Ərköyün adamlar inciyən və xudbin sifətə malik olurlar. Həddindən artıq məhəbbət düzgün tərbiyə olunmamasına gətirib çıxarar.
İmam Məhəmməd Baqir (ə) buyurmuşdur:
«Ən pis ata uşağına həddindən artıq məhəbbət göstərən atadır».
Valideyinlər uşaq tərbiyəsində qorxu hissindən də istifadə edirlər. Görək bu hissin nə kimi faydası var? Qorxu Allahın insana bəxş etdiyi nemətlərdən biridir. Amma bu düzgün şəkildə istifadə olunarsa fayldalı olar. Əks halda pis nəticə verər. Uşağın qorxaq yetişməyinə səbəb olan işlərdən biri onu yersiz tənbeh etmək, qaranlıq yerə salmaq, it-pişiklə, cin-xuxu və s. ilə qorxutmağınızdır. Əgər o bu kimi şeylərdən qorxursa onun ruhunu sakitləşdirməyə, qorxaqlığını aradan qaldırmağa çalışın. Onu danlamaqla yox, başa salmaqla pis işdən çəkindirin. Qorxulu və təhlükəli məsələlərdə isə məs: qaz, kibrit, elektrik və s. düzgün istifadə qaydalarını valideyinlər öyrətməlidirlər, düzgün istifadə olunmadıqda isə baş verə biləcək işlərin fəsadını başa salmaq lazımdır. Müəyyən vaxta qədər uşağa cəhənnəm, günah etmək, Qiyamət günü və s bu kimi məsələlərdən danışılmamalıdır, Allahın mehribanlığından, bağışlayan olmasından, insanları sevdiyindən danışılmalıdır. Bəzən uşaqlarda inadkarlıq hissi olur. İnadkar uşağı nə döyməklə, nə də hər nə istəsə verməklə düzgün tərbiyə etmiş olmarıq.
Həzrət Əli (ə) buyurmuşdur:
«İnsanın dünya və axirəti üçün inadcılığın ziyanı hər şeydən çoxdur».
(Fürəkül – hükəm c.104.) Tərbiyəçi uşaqla dostluq etməli, yol göstərməlidir, onun inadkar olmasının səbəbini tapmalıdır. Zərərsiz bir şey istəsə ona sərbəstlik verməlidir. Uşağı bərk danlamaq, təhqir etmək və döymək olmaz.
Həzrət Əli (ə) buyurmuşdur:
«Danlamaqda həddi aşmaq, inadçılıq odunu alovlandırar.»
(Təhəfül – üqul s.80.) Əgər uşağın inadcıllığının səbəbini tapa bilmirsinizsə, onda özünüzə fikir verin, bəlkə özünüz də inad edirsiniz. Bəzən də uşaqlarda paxıllıq hiss olunur. Paxıllıq pis hisdir. İnsanı günah etməyə vadar edər.
İmam Mühəmməd Baqir (ə) buyurmuşdur:
«Od odunu yandırdığı kimi paxıllıq da insanı yandırar.»
(Şafeyi J.1 S. 173) Valideyn bütün uşaqları ilə ədalətli şəkildə rəftar etsə, birini o birindən üstün tutmasa və müqaisə etməsə, onlar arasında fərq qoymasa uşaqlarda paxıllıq hissi yaranmaz. Paxıl insan başqasında nemət görərsə gözü götürməz, onun məhv olmasını istəyər. Valideynin səhvi üzündən uşaq bədbəxt ola bilər.
Başqa bir hiss, qəzəb hissi haqda da qeyd etmək lazımdır.
Həzrət Əli (ə) buyurmuşdur:
«Qəzəblənməyin, çünki qəzəbin əvvəli dəlilik, sonu peşmançılıqdır»
(Müstədrək c.2 s.326). Hirsli, qəzəbli uşaq qışqırar, ayağını yerə vurar, küsər və s. Uşaq zatən pis deyil. Burada da valideyn tədbirli olmalı, qəzəbi aradan qaldırmaq üçün səbəbini tapmalıdır. Uşağı təhqir etmək, incitmək, istəklərini saymamaq, sevilmədiyini hiss etdirmək, qorxutmaq və s. ilə uşaqda qəzəb dərəcəsi tədricən qüvvətlənər və gələcəkdə o hirsli bir adama çevrilə bilər.
Peyğəmbər Əkrəm (ə) buyurmuşdur:
«Təlim – tərbiyə işində nəzakətli olun və sərt davranmayın. Çünki elmli müəllim sərt müəllimdən daha yaxşıdır.»
(Bihar c.77 s. 175) Ümumiyyətlə uşağı pis bir hərəkətinə görə döymək, tənbeh etmək bəyənilmir, çünki döyülən uşaq valideynə qarşı kinli olar, qorxaq olar. Döyməklə uşağı pis bir işdən çəkindirmək mümkündür, lakin o imkan tapanda həmin əməli təkrar edəcək. Uşağı başqasının yanında tənbeh etməyin, çünki, uşaq heç bir zaman bu hadisəni unutmaz, bu onun ruhunda pis təsir qoyar, əgər cəzalandırmağı lazım bilirsinizsə, döyərkən elə etməlisiniz ki, yeri qalmasın, qızarmasın, göyərməsin çünki bunlar … verməyə səbəb olar.
Bəli, məqalənin sonunda bu nəticəyə gəlirik ki, hər insan övladı dünyaya gələrkən pak dünyaya gəlir - ağ kağız kimi. Bəs biz bu ağ kağız üzərində nə yazmalıyıq? Allahdan diləyirik ki, övladlarımızın təlim – tərbiyəsində bizi diqqətli etsin. Bilməyərəkdən edilən bir səhv övladlarımızı uçuruma apara bilər. Allah bütün valideyinləri saleh övladları ilə hər xəta və bəladan qorusun.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor