RSS
 

Login:
Şifrə:
» » Yalanlar yeni fəlakət yarada bilər

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Yalanlar yeni fəlakət yarada bilər

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 9-11-2015, 23:14 | Şərh sayı: (0) | Baxılıb: 269

Yalanlar yeni fəlakət yarada bilər


Yalanlar yeni fəlakət yarada bilər


Suriya yeni beynəlxalq qaydada postkomunizmə keçidin varisi olan bir müharibənin mərkəzindədir və bu müharibə sürətlə yayılır. Soyuq müharibənin ideologiyasızlaşmış və aktuallaşmış forması olan bu "isti" müharibə ərəb-qərb və ərəb-asiya xətlərini qarşılaşdırır və kəskin şəkil alır. Artıq vəziyyət geri dönüşü olmayan bir nöqtəyə çatıb. İslamçı müxalifət qüvvələrinin fəaliyyəti az-çox dərəcədə təxmin edilirdi və bu rəsmi Moskva tərəfindən də proqnozlaşdırılmışdı. V.Putinin fikrincə, radikal islamçıların qalxması əcnəbi güclərin müdaxiləsi nəticəsində baş verdi. Onlar bu qüvvələri təchiz edir və ölkənin suverenliyinin təhlükəyə atıldığına önəm vermirlər, Suriya böhranını yenidən "oyuna" qayıtmaq üçün bir bəhanə kimi görürlər. Tənqidi cəhətdən yanaşaraq deyə bilərik ki, olduqca səbrlə Suriya hökümətində qeyri-stabillik yaratmaq məqsədilə ərəb-qərb koalisiyası qurulub, qiyamçılara dəstək verilib və onlar hər cür ləvazimatla təmin olunub. Hətta Suriya sərhəddi yaxınlığında bunun üçün düşərgələr də salınıb. Moskva "ərəb baharının" öz cənub ətrafınadək yayılmasından narahatdır.Tannımış fransız professor, Rusiya üzrə ekspert Jan Jeronimo "La Syrie et la guerre de lchr("39")information: Le syndrome irakien" məqaləsində bildirir ki, Suriyanın Rusiyadan kömək istəməsi bu vəziyyətdə məntiqli görünür. Xüsusilə də Suriyanın informasiya mənbələrini genişləndirmək istəməsi vacibdir. Bu günədək qərb mətbuatı tərəfindən "öz xalqını qıran" adlandırılan B.Əsədə qarşı birtərəfli informasiya müharibəsi aparılıb. Çünki bütün ölkə 2003-cü ildə İraqda (2011-ci ildə Liviyada) oynanılan ssenarini xatırlayır. Suriya yaxşı bilir ki, vəziyyətin belə davam etməsi ölkəyə demokratiyanı müdafiə etmək adı altında hərbi müdaxilə edilməsinə gətirib çıxaracaq.

2013-cü il aprelin 23-də Suriyanın informasiya naziri Omran Əl Zohbi Moskvada səfərdə olarkən Rusiya Dövlət Dumasında deputatların qarşısında çıxışı zamanı belə demişdi: "Siz də bilirsiniz ki, onlarla informasiya agentliyi və televiziya kanalı bizə qarşı informasiya müharibəsi aparır. Eyni zamanda da Suriya televiziya kanallarının peykə çıxışı yoxdur". Suriya rəhbərliyinin fikrincə, beynəlxalq medianın böhran barədə dezinformasiya aparması daha qlobal həddə çatıb, Suriya rejiminin devrilməsinə və böhranın regiona yayılmasına yönəlib (Moskvanın iddia etdiyi kimi).

Gündəlik yayılan informasiyaların mənbələrindən biri də Suriya insan hüquqlarını müdafiə edən, Londonda yerləşən qeyri-hökümət təşkilatıdır. Bu təşkilat qatı B.Əsəd əleyhdarı, "müsəlman qardaşları"nın tərəfdarıdır. Qərb mətbuatının apardığı bu anti-təbliğatın etibarlılığı sual doğurur. Böhranın əvvəlindən etibarən rəsmi Moskva bu QHT-nin legitimliyinə etiraz edirdi.

Bu vəziyyət qərb ictimai fikrinin "suriyalı diktator"a qarşı çevrilməsi ilə nəticələndi. Güclü və potensial hərbi-siyasi müdaxilə üçün bir ön mərhələ olaraq bu informasiya strategiyasının proqramlaşdırılmış nəticəsi qiyamçılara qarşı müxtəlif xarici dəstəyə haqq qazandırmaq oldu. Suveren xalqların "xoşbəxtlik və hüquqları" naminə "azadlıq" müharibəsinə haqq qazandırıldı. Bununla belə, BMT-nin sorğu komissiyasının rəhbəri Paulo Pinheiro bildirib ki, "bu qiyamçıların əksəriyyəti demokratiya haqqında düşünmürlər, onların məqsədi tamam başqadır".İnformasiyanın belə manipulyasiya edilməsi prezident Əsəd üçün narahatlıq yaradan xəbərlərin yayılmasına imkan verir ki, bunlardan da biri iki ildir ki, ortaya atılan və artıq İraqda öz bəhrəsini vermiş bir xəbər, rejimin "kimiyəvi silahdan istifadə etməsi" xəbəridir. Obamanın Amerikası düşünür ki, bu, artıq aşılması mümkün olmayan "qırmızı xəttdir" və anti-Əsəd qüvvələri üçün isə əlverişli bir siyasi vəziyyətdir. Obamanın bu xəbərdarlığı Suriya müxalifətini dünya ictimaiyyətini inandırmaq məqsədi daşıyan, ABŞ-ın müdaxiləsi ilə sürətləndirilə biləcək, qadağan olunmuş xətti keçmək kimi bir hiyləgər strategiyanı reallaşdırmağa təhrik edər. Və bu ssenari reallaşdırılmaqdadır.

Rusiya təhlükəsizlik şurasının rəhbəri Nikolay Petruçov vasitəsilə qadağan olunmuş qazdan mümkün istifadə ilə bağlı təkzibedilməz sübutların olmadığını əsas gətirərək belə bir sual ortaya qoydu: "Suriya hakimiyyətinin indiki vəziyyətində bu silahı istifadə etməkdə nə kimi marağı ola bilər? Bu durumda belə silahdan istifadə yalnız özünə təhlükə yaratmaqdan başqa bir işə yaramaz, rəsmi Dəməşq də heç vaxt özü üçün təhlükə yarada biləcək bir addım atmaz". Bir ay sonra, 4 iyun 2013-cü ildə Suriyada insan hüquqları pozuntuları barədə sorğu Komissiyası kimiyəvi silahdan istifadədə münaqişə tərəflərinin hər ikisinin günahkar olduğunu qeyd etdi. Bu halda kim kimi manipulyasiya edir?

Frans Press agentliyi xatırladır ki, 2011-ci ilin sentyabrından Bernard Henri Levi saytı iddia edirdi ki, "Əsədin qatilləri qiyamçı Homs şəhərinin yaxınlığında, Əl Rəstan bölgəsində zəhərli qazdan istifadə edərək hava əməliyyatı aparıblar". 12 mart 2012-ci ildə Amerika milli məlumat departamentinin rəhbəri Ceyms Klapperin Senata təqdim etdiyi illik hesabatda bu təhlükə təsdiqləndi. O qeyd etdi ki, "Suriya kimiyəvi silahlar üzərindəki araşdırmalarını uğurla davam etdirir, ippit qazı və neyroplejik ehtiyatını artırır. Biz düşünürük ki, artıq rəsmi Dəməşq kimiyəvi silahdan istifadəyə imkan verən vasitələr və bombalar əldə etməyə nail olub". Bir il əvvəl Klapper yenidən bildirdi ki, ABŞ Suriya bu silahlar üzərində nəzarəti itirməsin deyə müşahidələr aparır. Bəzi ekspertlər isə Dəməşqin bu silahlardan istifadə etdiyindən şübhələnir. Bütün hallarda kimiyəvi silah Amerikanın Suriyaya müdaxilə etməsi üçün bir hərəkətverici siqnal rolunu oynaya bilər. Bir qədər sonra, 22 iyul 2012-ci ildə LeFiqaro iddia etdi ki, "Suriyadakı kimiyəvi silahlar müşahidə altındadır".2012-ci ilin dekabrında SİHM (Suriya İnsan Hüquqları Müşahidəsi) və 2013-cü ilin martında Alep və Dəməşq yaxınlığında Suriya hökümətini Homsda kimiyəvi silah istifadə etməklə günahlandırdı. Bu informsiya dəqiqləşdirilmədən sürətlə yayıldı. 15 mart 2013-cü ildə İsrail də bu məsələyə qarışdı. İsrail hərbi məlumat bürosunun rəhbəri, komandan Aviv Koçavi həyəcan siqnalı verdi. Qəribə bir əminliklə və səbirsizliklə Koçavi Suriyanın qiyamçılara qarşı kimiyəvi silah işlətməyə hazırlaşdığını bildirdi: "Əsəd hələ belə bir əmr verməyib, ancaq o, buna hazırdır". 23 aprel 2013-cü ildə İsrail Suriyanın artıq bu barədə "fəaliyyətə keçdiyini" bildirdi. İsrailli briqada generalı İtai Brun Haretz qəzeti vasitəsilə bildirdi ki, "biz belə hesab edirik ki, Suriya rejimi artıq bəzi insidentləri yatırtmaq üçün bu öldürücü silahdan istifadə edib". Qeyd etmək yerinə düşərdi ki, israilli generalın çıxışı da digər ittihamçı şəxslərin çıxışları ilə eynidir və fərziyyəyə əsaslanır, sübut göstərilmir.

2013-cü il aprelin 26-da ABŞ Suriyada kimiyəvi silahdan istifadə ilə bağlı sübutlarının olduğunu elan etdi, bunu "Washington post" Ağ evin Pentaqon rəhbəri Çak Hagelə Abu Dabi də olarkən göndərdiyi rəsmi məktuba istinad edərək bildirdi. Mətubda bildirilir ki, "Suriyada az miqdarda kimiyəvi silahdan istifadə edildiyinə dair sübutlar var". Məktubda o da qeyd olunurdu ki, siyasi nəticə çıxarmazdan əvvəl bu sübutlar araşdırılmalıdır. Hagel qeyd edib ki, "biz bu silahların mənbəyini dəqiq bilmirik, ancaq düşünürük ki, mənbə B.Əsəd rejimidir. Biz fakt və informasiyaları daha da dəqiqləşdirməliyik. Biz istifadənin yeri və silahın təbiəti ilə bağlı tam məlumatlı deyilik".Mayın 10, 2013-cü ildə Türkiyə də hadisələrlə bağlı açıqlama verdi. O zamankı baş nazir R.T.Ərdoğan Suriyanın qadağan olunmuş silahdan istifadə etdiyinə dair sübuta malik olduğunu etiraf etdi. Amerikanın NBC televiziyasına müsahibəsində Ərdoğan bu istifadənin yeri və tarixi ilə bağlı açıqlamalar vermişdi: "Bu silahdan xəsarət alanlar Türkiyə xəstəxanalarında müalicə alır, artıq Suriyanın belə silahdan istifadəsinə heç bir şübhə yoxdur. B.Əsəd rejiminin sonu artıq çatıb".

Nəhayət, mayın 20-də Böyük Britaniya da Uilyam Haqu vasitəsilə anti-Əsəd təbliğatına qoşuldu: "Suriya höküməti ittihamları rədd etsə də, biz onların qadağan olunmuş silahdan istifadə etdikləri ilə bağlı şahidlər və sübutlara malikik". Bu gün də Əsəd hakimiyyətini günahlandırmaq üçün tutarlı bir sübut yoxdur, ortada yalnız fərziyyələr var. Məsələ isə sadəcə "İrak sindromu"nu yenidən aktivləşdirməkdən ibarətdir. Əl Zohbi bildirmişdi ki, "Suriya heç vaxt kimiyəvi silahdan istifadə etməyəcək, bunun səbəbi onun beynəlxalq qanunlara və müharibə qaydalarına hörmət etməsi deyil, sadəcə mənəvi və humanitar problem yaratmaq istəməməsidir".

Rəsmi Moskva qeyd edir ki, bütün bu qeyri-dəqiq xəbərlər Suriyaya hərbi müdaxilə ilə nəticələnə bilməz. Rusiyanın Yaxın Şərqlə bağlı müşaviri Mixail Boqdanov bildirib ki, "əgər kimiyəvi silahdan istifadə ilə bağlı tutarlı sübutlar varsa, onları göstərmək lazımdır". Moskva "Liviya modeli"nin təkrarlanmasından narahatdır.

2013-cü il 6 may tarixində Suriyada zorakılıqla bağlı BMT-nin mütəqil araşdırmalar komissiyasının üzvü Karla Del Ponte "qaniçən" Əsədin kimiyəvi silahdan istifadə ilə bağlı əmr verməsi barədə şübhələrin "sübut olunduğu"nu bildirdi. Cəsarətlə "qiyamçılar"la bağlı ittihamlara qayıdan K.Ponte bildirdi ki, "güclü və konkret şübhələr olsa da, ancaq onlar hələ tam sübuta yetirilməyib, çünki xəsarət alanlar artıq sağalıb". Daha sonra İsveçrə hakimiyyəti açıqlama verdi ki, "qadağan olunmuş silahdan hökümət qüvvələri deyil, qiyamçılar istifadə edib".Bir neçə saat sonra K.Pontenin təqdim etdiyi nəticələr araşdırma komissiyası tərəfindən təkzib edildi: "komissiya hələ kimiyəvi silahdan istifadə ilə bağlı lazımi sübutu əldə edə bilməyib".

Bu ittihamlar elə ittiham olaraq da qaldı, lazımi dəlil əldə edilmədi, ortada yalnız fərziyyələr qaldı. Eyni zamanda da Suriyanın üsyançıların 19 mart 2013-cü ildə Alepdə kimiyəvi silahdan istifadə etdikləri barədə araşdırma tələb edən BMT-yə ünvanladığı məktub da ört-bastır edildi. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin: "Biz BMT-yə Suriyanın Alep bölgəsində kimiyəvi silahdan istifadə ilə bağlı tələb etdiyi araşdırmanı müxtəlif bəhanələrlə gecikdirməkdən əl çəkməyi məsləhət görürük".

Bu gün günahkarlıq fərziyyəsi altında bir ictimai fikir yayılır, çünki bu işdə maraqlı güclər "diktator" Əsədə qarşı əks-təbliğat aparırlar. Məqsəd isə hakimiyyətə gəlmək üçün hərbi qiyamdan başqa yolu olmayan radikal müxalifət qüvvələri üçün çətin olan Əsədin hakimiyyətdən kənarlaşdırılmasını sürətləndirməkdir. Bu fərziyyəni Rusiya diplomatiyasının rəhbəri Sergey Lavrov irəli sürüb: "Biz düşünürük ki, milli koalisiya və onun sponsorları hər hansı bir siyasi təşəbbüsün əlehinədir və ölkəyə hərbi müdaxilə edilməsi üçün çalışırlar".2013-cü il iyunun 5-də Fransa diplomatiyasının rəhbəri L.Fabius belə bir bəyanatla çıxış etmişdi: "Bizim heç bir şübhəmiz yoxdur ki, Suriya hakimiyyəti qiyamçılara qarşı kimiyəvi silahdan istifadə edib. Laborator təhlillərin nəticələri aydındır. Biz həmkarlarımızla nə etmək lazım olduğu barədə danışıqlar aparırıq, bütün təkliflər masadadır". Bura hərbi müdaxilə ilə bağlı təklif də aiddir...
Qərb artıq yeni İraq sindromunu reallaşdırmağa başlayıb.



Orxan Hun
Milli.Az



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor