RSS
 

Login:
Şifrə:
» » Elmi mübahisə ixtilaf yaratmır

Xəbər lenti

Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Elmi mübahisə ixtilaf yaratmır

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 9-10-2015, 01:53 | Şərh sayı: (0) | Baxılıb: 390

Elmi mübahisə ixtilaf yaratmır


Elmi mübahisə ixtilaf yaratmır


Hər hansı bir məsələ ətrafında müzakirə aparmaq, elmi mübahisə etmək ixtilaf və ya düşmənçilik demək deyildir. Elmi mübahisələr həqiqətin açılması, fikirlərin aydınlaşması və nəhayət elmi inkişaf üçün ən gözəl vasitədir.
Müsəlman qardaşlar arasında mövcud olan məzhəb ayrılığı onları elmi mübahisələrdən kənarlaşdırmamalıdır. Bu mübahisə düşmənçilik, təəssübkeşlik doğurmur, əksinə qarşılıqlı anlaşmaya və səmimiyyətə səbəb olur. Әgər müsəlmanlar təəssübkeşlik və qərəzçilik mövqeyindən uzaqlaşıb elmi mübahisələrə üz tutsalar aşağıdakı müsbət keyfiyyətlərə nail ola bilərlər:
1.Elmi inkişaf; Qeyd olunduğu kimi bütün elmi inkişaflar maraq, axtarış və mübahisələrdən doğur. Hal-hazırda bəşəriyyətə
xidmət edən əvəzsiz elmi kəşflər mübahisələrin, dialoqların məhsuludur.
2.Dostluq və səmimiyyət; İnsanlar biri-birlərindən uzaqlaşdıqca qəlblərə soyuqluq, bəzən də kin-küdurət hakim olur. Qarşılıqlı ünsiyyət insanlar arasında soyuqluğu aradan aparır, ürəkləri yaxınlaşdırır. Mübahisədən öncə insan qarşı tərəfin qəlbində nələr olduğundan xəbərsizdir. Lakin danışıq zamanı Allah-taalanın vacib buyurduğu qardaşlıq məhəbbəti, dostluq və səmimiyyət telləri möhkəmlənir, ürəklərdə olan vəsvəsə və şübhələr yox olur.
3.Məlumatın artması; Hər iki tərəfin məlumatı çoxalır, müsəlman qardaşlar biri-birlərini daha yaxından tanıyırlar; onların səhv məlumatları aydınlaşır, anlaşılmazlıqlar və şayiələr unudulur.
4.Fitnə-fəsadın azalması; Düşmənlərin, qərəzli insanların hiylə və məkrləri zərərsizləşdirilir. Әgər iki müsəlman qardaş üzbəüz əyləşib öz problemlərini danışıq yolu ilə həll edirsə, üçüncü bir şəxsin, hiyləgər düşmənin vasitəçiliyinə ehtiyac qalmır.
Həmçinin düşmənlərin yaydığı səhv məlumatlar müəyyənləşir; iki müsəlman qardaş ortada hiyləgər bir vasitəçinin olduğunu anlayır.
5.İslam dünyasında mövcud olan problemlərin üzə çıxması; Müsəlman qardaşların ünsiyyət yaratması və elmi mübahisələr aparması İslam dünyasının digər problemlərini aşkarlayır, onların həlli yolları araşdırılır. Hər bir şəxs öz yaşadığı cəmiyyətin keyfiyyətləri, problemləri barəsində açıqlamalar verir, ictimai məsələlər araşdırılır və problemlərin həlli yolları göstərilir. Bu isə İslam dünyasının ən vacib məsələlərindən biridir.
6.Haqq-həqiqətin aydınlaşması. Elmi mübahisələr həqiqəti aşkar edir, insanları məlumatsızlıq ucbatından düçar olduqları səhvlərdən xəbərdar edir. Bu dünyada yaşamaqda məqsədimiz həqiqətə yetişmək, haqq yolunda addımlamaq deyilmi?
Bütün peyğəmbərlər həqiqəti bəyan etmək üçün göndərilməyiblərmi?
Həqiqətin aşkarlanması üçün biri-birindən üz çevirmək, məlumatsız qalmaq deyil, səmimi dialoq, qardaşlıq məhəbbəti ilə elmi mübahisələr aparmaq lazımdır.
İslam dini insanları elmə, hikmətə, dərindən düşünməyə səsləyir, elmi araşdırmaları, mübahisələri ibadət hesab edir. Qurani-Kərimə diqqət yetirsək görərik ki, İslama dəvət heç də əmr formasında deyil, elmi əsasları və dəlilləri araşdırmağa çağırış şəklindədir. Bir çox ayələrdə Allah-taala əsaslı sübutlar gətirmiş, qəbul
etməyənlərə ‒ siz də belə hikmətli ayələr, möhkəm dəlillər gətirin ‒ deyə insanları elmi mübahisəyə dəvət etmişdir.
İslam ideologiyasında heç bir əqidənin kor-koranə qəbul olunması düzgün sayılmır. Qurani-Kərim bu barədə buyurur:
«Müjdə və bəşarət ver o bəndələrimə ki, bütün sözləri dinləyir, ən yaxşı və düzgününə itaət edirlər».1
Bəzi alimlər elmi mübahisələrdən kənarda qalmaq üçün bu zəmində aparılan araşdırmaları ixtilaf hesab edirlər. Onların fikrincə müsəlman qardaşlığı və vəhdəti qorumaq üçün belə mübahislərdən uzaqlaşmaq lazımdır.
Bu sözlərdə müəyyən qədər həqiqət vardır. Әgər bu mübahisələr elmi şəkildə deyil, qarşı tərəfə hücum, qərəzçilik və inadkarlıq şəklində olarsa təbii ki, vəhdətin pozulması ilə nəticələnə bilər. Lakin bizim tərəfdarlıq etdiyimiz elmi mübahisə səmimi və dostluq şəraitində aparılır və dini qardaşlığımızı daha da möhkəmləndirir.
Məsələn, bir ailənin tərkibində iki qardaş arasında anlaşılmazlıq yaranmışdırsa, bu ixtilafın evdən kənara çıxması qəbahət və olduqca mənfi hal sayılır. Lakin bu qardaşların öz evlərində çay süfrəsi arxasında səmimiyyətlə əyləşib öz problemlərini müzakirə etməsi heç də mənfi hal kimi qiymətləndirilməməlidir. Әksinə, əgər bu qardaşlar öz problemlərini müzakirə edib anlaşmaya gəlməslər, hər ikisinin qəlbi giley-güzarla dolu qalar və narazılıq gündən günə artar.
Biz müsəlmanlar Qurani-Kərimin hökmünə tabe olaraq, tövhid bayrağı altında birləşmişik və qardaşlıq prinsipi əsasında yaşayırıq. «Dost arası sözsüz olmaz» deyiblər; biz qardaşların arasında ola biləcək hər hansı anlaşılmazlıq öz daxili problemlərimizdir. Bu anlaşılmazlıqda Allah şahidi özümüz, ədalətli hakim müqəddəs Quranımızdır. Heç bir kəsin, hətta bəşəriyyətin sülh himayədarlığı iddiasında olanların biz müsəlman qardaşların daxili işinə qoşulmaq, düşmənçilik toxumu səpmək haqqı yoxdur.
Biz öz problemlərimizi həll edə bilməyəcək qədər aciz deyilik. Qardaşlar arasını qatmaq, suyu bulandırıb balıq tutmaq vaxtı artıq tamam olmuşdur.
İndi isə fikir söyləmək, bəşəriyyətə düşdüyü böhrandan xilas olmaq üçün yol göstərmək biz müsəlman qardaşların öhdəsinə düşür. Hələ İslamın bəşəriyyətə deyiləsi sözü çoxdur.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor