RSS
 

Login:
Şifrə:
» » "Səfəvilər təmiz türkdür, bunun heç bir müzakirəsi ola bilməz" – türkiyəli professorun müsahibəsi

Xəbər lenti

Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






"Səfəvilər təmiz türkdür, bunun heç bir müzakirəsi ola bilməz" – türkiyəli professorun müsahibəsi

 
Müəllif: Admin | Bölmə: Azərbaycan tarixi | Vaxt: 1-10-2016, 15:20 | Şərh sayı: (0) | Baxılıb: 229

"Səfəvilər təmiz türkdür, bunun heç bir müzakirəsi ola bilməz" – türkiyəli professorun müsahibəsi


"Səfəvilər təmiz türkdür, bunun heç bir müzakirəsi ola bilməz" – türkiyəli professorun müsahibəsiTufan Gündüz: “Çaldıran savaşının böyük olmasının və ya böyük görünməsinin, tarixdə iz buraxmasının əsas səbəbi Şah İsmayılın, Yavuz Sultan Səlimin çox böyük olmasıdır” ; “İran tarixində türk adının ən çox qiymətləndirildiyi dönəm Səfəvilər dönəmidir”

Azərbaycanda son günlərin ən aktual mövzusu yenidən Səfəvilərdir. Səfəvilərin Azərbaycan tarixindəki rolu mövzusu artıq ictimai-siyasi sferanı da bürüyüb. Azərbaycan tarixinin bu şəkildə təftişi birmənalı qarşılanmasa da, müzakirə və mübahisələr günü - gündən böyüyür və daha da sərtləşir. Mövzusunun günü - gündən böyüməsini və mübahisələrin akademik müzakirələrdən çıxaraq, mübahisələrə çevrilməsini nəzərə alaraq, mövzu ilə bağlı mütəxəssis rəylərinə ehtiyac duyduq. Bu səbəbdən də Ankarada “Hacettepe” Universitetinin professoru, tarixçi-alim, Səfəvilik tarixini araşdıran Tufan Gündüzlə görüşüb, bəzi mübahisəli məsələlərlə bağlı onun fikirlərini öyrənməyə cəhd etdik. Tufan bəy, müraciətimizi müsbət qarşıladı.

Beləliklə, Hacettepe Universitetinin “Türkiyat” Araşdırmaları İnstitutunun professoru Tufan Gündüzlə Səfəvi mübahisələrindən danışdıq.

Tufan Gündüzün ömürlüyündən: Hacettepe Universiteti professoru Tufan Gündüz 1964-ci ildə anadan olub. İxtisasca tarixçidir. 1987-ci ildə Qazi Universitetini bitirib. 1996-cı ildə doktorluq dissertasiyası müdafiə edib. Türkmən tarixi araşdırmaçısıdır. Orta Əsrlərdə Mərkəzi Asiya və Anadoluda türkmən tayfalarını araşdırıb. Bir il İranda yaşayaraq, İran türkmənlərini, o cümlədən Səfəvi dövrünü tədqiq edib. Bundan başqa Osmanlı tarixi, eləcə də Balkanlarda türk tayfaları ilə bağlı araşdırmaların müəllifidir. “Anadoluda Türkmən qəbilələri”, “Qızılbaşlar Tarixi”, “Anadoluya və İrana səyahət”, “Son Qızılbaş Şah İsmayıl” və digər kitabların müəllifidir.

- Tufan bəy, əvvəlcə ondan başlayaq ki, necə oldu, məhz Səfəvi tarixini araşdırmağa başladınız?

- Mənim sahəm türkmən tarixidir. Türkmənlərin tarixinə hardan baxsanız baxın, bir ucu Azərbaycana və İrana gedib, çıxır. Bu mövzunu daha ətraflı araşdırmaq üçün Azərbaycanı, İran türklərini öyrənmək lazımdır. Bu səbəbdən də bir il İranda yaşadım, fars dilini öyrəndim. Və türkmən tarixi araşdırmalarını İran üzərindən aparmağa başladım. O zaman bunu gördüm: Türkiyədə bilinənin əksinə olaraq Səfəvi dövlətini quranlar Azərbaycan və İran türkləri olub. Yəni Ağqoyunlu və Qaraqoyunlu türkmənləri Səfəvi dövlətini qurub. Buradan, yəni Anadoludan da bir az dəstək olub. Təkəli türkmənləri, Rum türkmənləri, Dulkadirlilərdən, bir az cənubdan Şamlılar gedib... Amma əsl kütlə, əsas mərkəz Azərbaycan türkmənləri idi. Bu səbəbdən də mənim araşdırmalarım da Səfəvi tarixinə getdi; Səfəvi tarixini öyrənməyə ehtiyac duydum. O zaman gördüm ki, Səfəvi tarixinə Osmanlı cəbhəsindən baxsanız, Səfəvilər Osmanlılara rəqib olan bir dövlət olub. Ancaq Səfəvilərə onların öz mənbələrindən baxsaq və türk tarixinin bir parçası olaraq yanaşsaq, Səfəvi dövləti quruluşundan sonuna qədər və davam etdiyi müddətdə bir türk – türkmən dövlətidir. Qızılbaşlar dediyiniz bizim türkmənlərdir. Bir çoxu Anadoludan gedəndir; sonradan bunların bir qisminə “azeri” deyildi, amma bildiyiniz kimi, “azeri” deyilən bir xalq yoxdur. Azərbaycan türkləri və ya türkmənləri, yaxud da İran türkləri və ya türkmənləri var. Yəni Səfəvi tarixinə də bizim burdan baxmamız lazımdır. Zaman içərisində belə bir tablo da meydana çıxdı. Səfəvi dönəmində türk kimdir? Səfəvilər dönəmində türklər dövlətin əsasını təşkil edən, quran əsas xalqdır. Bu məsələni xüsusi vurğulamaq istəyirəm ki, Səfəvilər dövlətinin qurucuları özlərinə türk deyirlər. Yəni Səfəvilər özlərini təqdim edərkən türk deyirlər. İran əhalisindən bəhs edərkən “türklər və taciklər” ifadəsindən istifadə edirlər.

- Farslardan bəhs olunmur?

- O başqa məsələ, bəhs olunur. Amma İran əhalisindən bəhs edərkən, türklər və taciklər deyə, qeyd edir Səfəvi mənbələri. Həmin mənbələr Osmanlıdan bəhs edərkən “rumlular” ifadəsindən istifadə edir. Burda Osmanlı özünü türk olaraq tanıdır, Səfəviləri isə Səfəvi və ya Qızılbaş olaraq tanıdır, Səfəvi də özünü türk olaraq görür, Osmanlını isə rumlu, anadolulu kimi təqdim edir. İran tarixində Türk adının ən çox qiymətləndirildiyi dönəm Səfəvilər dönəmidir. Bu parçaları birləşdirəndə qarşımıza nəhəng bir Türk dövləti çıxır. Bunun müzakirə olunacaq heç bir nöqtəsi yoxdur. Açın baxın, İskəndər Bəy Münşi, Həsən Bəy Rumlu, “Təkmilətül Axbar” əsərinə baxın, İran xalqını necə tanıdırlar? Türk və tacik olaraq tanıdırlar. O zaman türklər kimdir? Səfəvi dövlətini quran, böyüdən, ordusunu, geniş yayılmış fikirlərin əksinə, bürokratiyasını yaradan xalq türklərdir. Səfəvi dövlət bürokratiyasında həddən çox türk vardı. Siz baxmayın, geniş yayılmış fikir var ki, türklər bürokratiyada olmur. Bu, həqiqət deyil, Səfəvi dövlət bürokratiyasında həddən çox türk var. Və fars dilinə çox sayda kəlmə ixrac edən böyük bir türk dövləti var qarışımızda. Yəni dolayısı ilə mən tarixə burdan baxıram və deyirəm ki, Səfəvi dövləti Türk dövlətidir. Çünki bunu məhz mən demirəm, özləri özlərini belə adlandırırlar.

- Bu, yazılı mənbələrdə əksini tapıbmı? Çünki bir çoxları yazılı mətnlərə çox işarə edirlər.

- Bəli, bütün yazılı mənbələrdə bu ifadə keçir. Özləri bunu deyirlər. İsgəndər Bəy Münşi “Alami Arayi Abbasi” əsərində yazır ki, “mən Hicri təqvimindən istifadə edirəm, amma burdakı türklər bunu anlamırlar”. Yəni demək istəyir ki, mən əsərimi türklər üçün də yazıram, sadəcə farslar üçün deyil. Yəni o zaman türklər böyük bir çoxluqdur, o qədər ki, İran əhalisini iki parça olaraq göstərən və bu parçalardan birini təşkil edən qrup. Səfəvilərin yazı dili farscadır. Çünki bu bir dövlət idarəçiliyi mirasıdır. Səlcuqlular, Ağqoyunlular, Qaraqoyunlular və onların ardınca gələn Səfəvilərdə də yazışma dili farscadır. Çünki geniş bir farsdilli kütləyə xitab edirsiniz. Osmanlıda da yazışma farsca idi, amma danışıq dili türkcə idi, türk dövləti idi. Bu bir bürokratik yazışma dili idi. Amma sarayda insanlar türkcə danışırdı. Çünki saray tamamən türklərdən ibarət idi. Orduda danışıq dili türkcə idi. Çünki Səfəvi ordusunda türkdən başqa qeyri millət yox idi. Qızılbaşlar içərisində farsca bilənlər var, farsların içərisində də türkcə bilənlər var. Yazışma dili farsca olduğu üçün biz dövlətimizdən vaz keçə bilmərik. O zaman bu məsələ sual olaraq heç kimin ağlına gəlməyib. Ənənə nədirsə, o da davam etdirilib.

- Sizcə nədən indi Çaldıran savaşı daha çox müzakirə olunur? Daha əvvəl Teymur Ankaraya qədər gələrək İldırım Bəyazidlə savaşaraq məğlub edib, Ağqoyunlu Uzun Həsən Osmanlılarla savaşıb. Tarixdə türk dövlətlərinin çox sayda savaşları olub. Ancaq daha çox müzakirə olunan və Səfəvilərin qınanmağa çalışıldığı hadisə Çaldıran döyüşüdür. Burda bir Türkiyə-İran rəqabətinin də təsiri vardırmı?

- Məsələyə tarixi aspektdən baxmaq lazımdır. İran ilə Turan, İran ilə Rum daima rəqabətdə olub. Səfəvi dövləti qurulanda Turan özbəklər və Mavərənnəhr bölgəsi olub. Rum isə Osmanlı torpaqları olub. İran torpaqlarında yaranan Səfəvi dövləti öz əhalisini birləşdirmək və rəqiblərə qarşı mübarizə aparmaq üçün İran ənənəsini ələ alıb. Rəqabət də burdan böyüyüb. İkincisi isə, istəsəniz də istəməsəniz də, dövrün şərtlərinin tələb etdiyi dini rəqabət vardı. Səfəvilər İranda şiəliyi yüksəldirlər. Şiəliyi İranda rəsmi olaraq yayan Səfəvilərdir. Ondan öncəki fəaliyyətlər kiçik-kiçik cəhdlərdir. Şah İsmayıl şiəliyi İranda rəsmi məzhəb elan etdikdə bütün Səfəvi mənbələri bunu coşqu ilə yazırlar. Mətnlərdə: “Buveyhoğullarından sonra İranda ilk dəfə şiə azanı oxundu”, deyə yazılır. Bu, onlar üçün çox böyük və önəmli hadisədir. Bunun qarşısında isə bir sünni dövlət – Osmanlı vardır. Bu iki dövlət savaşıb.

Ən böyük savaş isə mənə görə, Çaldıran savaşıdır. Bu savaşın da böyük olmasının və ya böyük görünməsinin, tarixdə iz buraxmasının əsas səbəbi Şah İsmayılın və Yavuz Sultan Səlimin çox böyük olmasındadır. Və bu iki böyüyün müharibəsi də böyük olub. Yoxsa ki, buna bənzər çoxlu sayda savaşlar, müharibələr olub. Ağqoyunlu Uzun Həsən böyük hökmdar, böyük sərkərdə, Fateh Sultan Mehmet böyük hökmdar və sərkərdə olduğu üçün onların savaşı bizə böyük gəlir. Çünki biz buna hökmdarlar savaşı deyirik. Teymur da İldırım Bəyazid də böyük hökmdar olduğu üçün Ankara müharibəsi böyükdür. Amma ona qalsa o qədər çoxlu sayda türk bəylikləri arasında savaşlar olub ki... Amma onları xatırlayan yoxdur. İldırım Bəyazid Karamanoğulları və Anadoludakı başqa bəyliklərlə savaşıb. Əmir Teymur çoxlu sayda türk bəylikləri ilə savaşıb, Ağqoyunluları bu tərəfə qovub. Amma biz onları çox da xatırlamırıq. Savaşları böyük göstərən onu aparan hökmdarların böyük olmasıdır. Çaldıran savaşında iki tərəfdən hökmdarlar böyük olduğu üçün savaş da böyük görünür. Ancaq Çaldıran savaşı bir günlük bir savaşdır. Bu savaşın nəticəsində çoxlu ölkələr fəth edilməyib. Bu savaş nəticəsində Osmanlılar Ağqoyunlu torpaqlarının şərq hissəsinə hakim olub, Şah İsmayıl isə 10 günə yaxın müddətdə Təbrizdən geri çəkilib və Osmanlı İstanbula geri çəkildikdən sonra yenidən Təbrizə qayıdıb. Bu savaşın nəticəsi bu qədərdir.

Amma Çaldıranı böyük göstərən iki böyük hökmdarın savaşı olmasıdır. Biz böyük bir rəqabət varmış kimi göstəririk. Əlbəttə, rəqabət var, rəqabət yalnız Azərbaycan torpaqları üzərindədir. Osmanlılar Azərbaycanı ələ keçirmək istəyirlər, Səfəvilər də öz ata yurdlarını vermək istəmirlər. Zaman-zaman bu torpaqlara nəzarət dəyişir. Amma qəbul etmək lazımdır ki, 1638-ci ildən sonra, yəni 4-cü Muradın Bağdad səfərindən, Qəsri Şirin müqaviləsindən sonra bu rəqabət səngiyir. Ancaq tam bitməyib. 1700-cü illərin əvvəllərində Səfəvilərin yıxılması ərəfəsində Osmanlılar İrana növbəti dəfə daxil olurlar. Amma Osmanlı dövlətinin heç bir zaman bütün İranı işğal etmək niyyəti olmayıb. Çünki bu, Osmanlı siyasətinə zidd idi. İran çox dərin bir ölkədir. Osmanlı sadəcə müəyyən əraziləri ələ keçirib sonra geri çəkilmişdir.

Sonrakı tarixdə Osmanlı Qərbə daha yaxın olduğu üçün Osmanlıda modernləşmə prosesi İrandan daha əvvəl başladı. Yəni bir mənada Osmanlı Qərbi təqib edərkən, İran da Osmanlını izləmiş. Bunu bilmək lazımdır ki, Osmanlı ayağını qaldırdığı yerə İran addımını qoyub. Bu da ayıb deyil. Bizim Fransanı izləməmiz ayıb deyilsə, İranın da bizi təqib etməsi ayıb deyildir. Bu proses belə davam edib.

Azərbaycanın başına gələn ən böyük fəlakət Türkmənçay müqaviləsi oldu. Türkmənçay müqaviləsi Azərbaycanın yalnız torpaqlarını deyil, tarixini, mədəniyyətini, dilini, sosial həyatını ikiyə bölüb. Azərbaycan tarixinin ən böyük fəlakəti bu anlaşmadır. Şimalda qalan Azərbaycan torpaqları zaman içərisində müstəqilliyini əldə edib öz tarixini yenidən yazmağa başladığı halda, cənubdakı Azərbaycan İranın bir parçası olaraq qalmış və öz tarixini yenidən inşa edə bilməmişdir. Əsl problem də burdadır. Çünki bu bölünmə zehinləri bölür. Şimaldakı Azərbaycan müstəqil bir dövlət olaraq öz tarixini Səlcuqlar, Oğuzlar, Göktürklərdən başlada bildiyi halda, cənubdakıların öz tarixlərini haradan başladacaqları mövzusunda problem yaşayırlar. İran tarixi olaraq araşdırılanda o gedir Sasanilərə, Pəhləvilərə və sairə.

“Sarayda insanlar türkcə danışırdı. Çünki saray tamamən türklərdən ibarət idi. Orduda danışıq dili türkcə idi. Çünki Səfəvi ordusunda türkdən başqa qeyri millət yox idi”

- Mübahisə doğuran mövzulardan biri də Səfəvilərin türk olub olmaması ilə bağlıdır. Qaynaqlar nə deyir?

- Orda iki problem var. Səfəvilərin soyu ənənəvi olaraq 7-ci imam Musa əl Kazim (ə) vasitəsilə Həzrət Əliyə (ə) bağlanır. Amma burda sual yaranır: Şeyx Səfiəddindən İmam Musa əl-Kazimə (ə) çatan adlar dəqiqdirmi? Əvvəlcə bunu danışmaq lazımdır. Çünki yanlış sualın cavabları da yanlışdır. Bir mövzu yanlışdırsa, onun üzərindən etdiyini bütün müzakirələr də yanlış olacaq. Mənə görə, o soy silsiləsi uydurmadır. Bu səbəbdən də çox da diqqəti çəkmir, hətta o dövrdə belə. Çünki dövrün şərtlərində insanların bir neçə nəsil əvvəl olan ata-babalarının şəcərəsini yazıya almaları mümkün deyildi. Bunlar sonradan və ən əsası şifahi olaraq formalaşdırılan şəcərələrdir. İkinci məqam, - şəcərə siyahısında Şeyx Səfiəddinin babalarından birinin adı Firuz Şah Zərrinkülah olaraq keçir. Bu Zərrinkülah və ya Altınkülah adlı şəxsin “Safvetu's-safa” əsərində bir yerdə “əl-kürdi” deyə bir ləqəbi qeyd olunur. Tarixçilər o ləqəbi götürür və deyirlər ki, “baxın, Səfəviləri soyu kürddür”. Belə bir sual ortaya qoyaq: Osmanlıların və ya Səlcuqluların atalarını Oğuz xana bağlayan sülalə şəcərələri var. Və bu şəcərələrdə monqolca, ərəbcə adlar da var. O zaman Osmanlı və ya Səlcuqluların soyu monqollara və ya ərəblərə dayanır? Təbii ki, xeyr. Çünki burda metod yanlışlığı var.

Üçüncü məsələ, Səfəvi tarixinin ən önəmli mənbələrindən olan İsgəndər Bəy Münşinin “Aləmarayi Abbasi” və bir neçə anonim Şah İsmayıl, anonim Səfəvi tarixi əsərlərində Şeyx Səfiəddindən bəhs edərkən “türk oğlu, türk gənci”, - deyə bəhs olunur. Bu daha məntiqlidir. Çünki burda daha yaxın tarixdən, Şeyx Səfiəddindən bəhs olunur. Ancaq “əl-kürdi”yə getdikdə, o çox uzaq keçmişdir. Şeyx Səfi isə 50-100 il əvvəlin hadisəsidir. Amma araşdırmaçı nədənsə daha yaxında olan “türk gənci” ifadəsini görmür, amma çox uzaq keçmişdə olan, qeyri-müəyyən “əl-kürdini” görür.

Dördüncü mühüm məqam, Səfəvi təriqətinin dili nə idi? Bu şeyxlər hansı dildə danışırdılar? Şeyx Cüneyd, Şeyx Heydər, Şah İsmayıl hansı dildə danışırdı? Kürd olsalar, kürdcə olmasa da, ən azından farsca danışmalı, təriqət dili farsca olmalı idi. Səfəvilər ən çox türklər üzərində təsirə malik idilər. Çünki farsca danışıb kənddəki insanları inandıra bilməzsən. Onlar farsca bilmir. Bu türkcə mədrəsədə öyrənilən türkcə deyildi, ana-babadan gələn türkcə idi. Ortada çox qəti bir həqiqət var: Səfəvilər soyca türk idilər. Burda heç bir şübhə yoxdur. Amma Səfəvi soyu imamlara bağlananda haradasa bir burulma, dəyişiklik olmalıdır. Çünki soy ağacını imamlara bağlayır. O zaman isə araya belə şeylər girir.

Daha bir mühüm məqam Səfəvilərin nəsəbini yazan kitabların heç biri “Safvetu's-safa” kitabındakı o ifadəni diqqətə almayıb. Bunu da demək lazımdır. Çünki hər kəs bunların türk olduğuna inanır və bilir. Səfəvilərin türklərin təriqəti olmasında heç bir şübhə yoxdur. Bu təriqət bir türk təriqətidir, Qaraqoyunlular dövründə genişlənməyə başlayıb. Əvvəlcə Qaraqoyunlu türkmənlər üzərində təsirli olub, sonra Ağqoyunlu türkmənləri üzərində təsirli olub. Hələb və Osmanlı türkmənləri üzərində də böyük təsirə malik olmuşdur. Və sonda bir türkmən dövləti olaraq meydana çıxıb. Diqqət edin, tarixdə Qızılbaş ifadəsi yalnız türkmənlərə aid olub, başqa heç bir xalqa deyil. Səfəvilər təmiz türkdür, bunun heç bir müzakirəsi ola bilməz.

- Səfəvi dönəmində dini motivli savaş olubmu? Yəni məzhəb qarşıdurması və insanların inancına görə qətlə yetirilməsi kimi. Şah İsmayıla qarşı əsas ittihamlardan biri də bu mövzudadır, yəni dini bölücülük salmaq ittihamı. Arxivlər bu haqda nə deyir?

- Səfəvi arxivləri demək olar ki, yoxdur, saxlanıla bilməyib. Ancaq Osmanlı arxivləri qorunub və hardasa olduğu kimi çatdırılıb. Səfəvi mətnlərində Şah İsmayılın Təbrizə daxil olarkən qətllər həyata keçirdiyi qeyd olunur. Təbrizlə yanaşı Yəzddə, İsfahanda zor tətbiq edildiyi faktları qeyd olunur. Osmanlıların da şiə zümrələrinə qarşı təzyiq və zorakılıqlar etdiyi faktları var. Ancaq bunlar tarixdir. Bu hadisələrə tarix olaraq baxmaq lazımdır. Buna "kim nə qədər sünni və ya kim nə qədər şiə öldürdü" kimi baxmaq olmaz.

- Bu, necə deyərlər, müxaliflərinə qarşı təzyiq sayıla bilərmi?

- Bəli. Məsələn Şah İsmayılın Təbriz məscidində bir sözü var. Axşam müzakirələr aparılıb, deyirlər ki, sabah şiəlik rəsmən dövlətin məzhəbi elan ediləcək. Yanındakı bəylər Şah İsmayıla deyir ki, Təbriz əhalisinin çoxu sünnidir, biz bunu desək, bəlkə bizə qarşı ayaqlanarlar. Şah İsmayıl orda deyir ki, mən bu yola baş qoymuşam. Yəni bundan geri dönmərəm. Və Təbrizdə cümə günü məsciddə şiəlik rəsmi məzhəb elan edildiyi vaxt Şah İsmayıl əlində qılıncı ilə dayanır. Bunun miniatürü də var. İndi baxın, bu yola baş qoymuş adam müxaliflərinə çiçək verəcək deyil. Əks təqdirdə Şah İsmayıl 3 gün hökmdarlıq edə bilməzdi. Biz bundan qaça bilmərik, bu bizim tariximizdir.

İndi biz qərar verməliyik: Tarixdən intiqam alacağıq, yoxsa olmuş hadisələri araşdırıb danışacağıq? Əgər tarixdən qisas almaq üçün araşdırmalar aparıb bunu insanlar arasında belə təbliğ edərsək, biz o zaman xoşniyyətli deyilik, demək. Bu, insanları qızışdırmaqdır. O hadisələr 500 il əvvəl, 500 il əvvəlki insanlar tərəfindən, o dövrün şərtlərində olub. Heç bir beynəlxalq anlaşma, beynəlxalq məhkəmə yoxdur, qərarları özünüz verirsiniz və məsuliyyəti də sizindir. Belə bir dünyadan danışırıq. Şərtlər çox fərqlidir. İndi o zaman belə hadisələr oldu deyə biz, bir birimizdən intiqammı almalıyıq? Dünyanın heç bir yerində belə yanaşma yoxdur. Biz tarixə, olmuş-keçmiş hadisə kimi baxacağıq. Ordan çıxan nəticələrə baxıb, analiz etməliyik, bənzər hadisələrin baş verməməsi üçün tədbirlər görməliyik. Dəyərli olan tarixdir, çünki bizə bir şeylər öyrədir. Amma bizi pis intiqama aparırsa, orda artıq dəyərsizdir.

- Türkiyədə Səfəvi mövzusuna indi münasibət necədir? Sizin araşdırmalarınız necə qarşılanır?

- Türkiyədə Səfəvi mövzusunda araşdırmalar inkişaf etdirilir. Daha əvvəl də yaxşı tədqiqatlar ortaya qoyulub. Rəhmətlik Bəkir Kütükoğlunun “Osmanlı-İran münasibətləri” adlı araşdırması bu mövzuda ən sanballı əsərlərdən biri idi. Lakin öyrədilən tarix bu rəqabət, yəni Osmanlı-İran rəqabəti üzərində qurulduğu üçün təbii ki, yanlış fikirlər formalaşmışdı. Lakin son illərdə aparılan araşdırmalarda Səfəvi tarixinə doğru baxışı axtarmağa yönəlib. Və araşdırdıqca qarşımıza bir türk dövləti çıxır və biz də imkanlar daxilində bu mövzunu çalışmağa davam edirik. Daha çox çalışmalar edəcək. Və hər araşdırmada yeni bir türk bəyi çıxacaq. Bunları Türkiyədə danışmaq artıq çox çətin deyil, hər kəs danışa bilir. Necə ki, İranda və Azərbaycanda Səfəviləri çox sevib, Osmanlını sevməyən varsa, Türkiyədə də Osmanlını çox sevib Səfəvini sevməyənlər vardır. Amma bunlar bizi narahat etmir, cahilcə işlərdir.

Biz Türk tarixinə bir bütün olaraq, öz tariximizin bir parçası kimi baxırıq. Biz o tarixin mirasçısıyıq. Mən hər zaman bu mövzuda danışarkən Mirzə Ələkbər Sabirin “Fəxriyyə” adlı şeirini xatırlayıram. “Həm tirzəniz, həm hədəfiz” beytini deyirəm. Həqiqətən də tarixdə belə olub, biz həm hədəf olmuşuq, həm də atəş açan. Təəssüf ki, türk tarixində belə hadisələr çox olub. Ankara, Otluqbeli, Yastıçəmən, Çaldıran savaşlarından həm tirzəniz, həm də hədəfiz. Bu savaşlarda savaşanlar da türklər olub, eyni zamanda torpaqları bölüşdürülənlər də türklər olub. Ağqoyunlular Qaraqoyunluları ortadan qaldırdı, Ağqoyunluları Səfəvilər ortadan qaldırdı, torpaqlarını Osmanlı və Səfəvi bölüşdürdü. Teymurilərin torpaqlarını ordakı yerli bəyliklər bölüşdürdü, bir qismini Səfəvilər ələ keçirdi. Tarixin təcəllası belə olub.

Kənan Rövşənoğlu,

Ankara

Musavat.com



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor