Xəlifə Ömər vurulanda ondan, özündən sonra xəlifə tə'yin etdiyini soruşdular. O isə belə cavab verdi: "Əgər Əbu Übeydə-Cərrah yaxud da, Əbu-Huzeyfənin qulu Salim sağ olsa idi onların birini xəlifə tə'yin edərim." Sonra belə davam etdi: "Bə'ziləri Əbu-Bəkrin xəlifəliyinin böyük bir səhv olduğunu və Allah-təala da bu səhvin şərrindən saxladığını və Ömərin xəlifə olmasında, şura yolu ilə olmadığını söyləyirlər. Amma bu iş məndən sonra şura yolu ilə həll olunacaqdır." { Tarixi-Təbəri } Yenə də Ömər belə dedi: "Xəlifənin tə'yin edilməsini ilk mühacirlərdən olan 6 nəfərdən ibarət şuranın öhdəsinə qoyuram." Sonra onların adlarını sadalayaraq dedi: "Əli, Osman, Təlhə, Zubeyr, Əbdürrəhman ibn Auf və Sə'd ibn Əbi-Vəqqas. Əkər bunların dördünün rə'yi bir olarsa, o dörd nəfərin rə'yinə qalan iki nəfər tabe olmalıdır. Lakin üç nəfərin rə'yi ilə o biri üçlüyün rə'yi müxtəlif olarsa, Əbdürrəhman ibn-Auf olan üçlüyün rə'yinə tabe olun. Dinləyin və itaət edin..." { Tarixi-Təbəri }
Deyilən bu rəvayətlərdən belə zahir olunur ki, Ömər xəlifəni tə'yin etmək üçün Əbdürrəhman ibn Aufun öhdəsinə qoydu. Bu da onların dediyləri şuranın 3-cü şəklidir (formasıdır). Ömər Əbdürrəhman ibn Auf əmr etdi ki, seçiləcək xəlifəyə şeyxlərin (Əbu-Bəkr və Ömər) Allahın kitabı və Peyğəmbərin (s) sünnətinin yolu ilə getməsini şərt qoysun.
Ehtimal olunduğu kimi, şurada iştirak edənlərdən üç nəfərin rə'yi o biri üç nəfərin rə'yi ilə müxtəlif oldu. Birinci üçlükdə Əli (ə), Təlhə və Zubeyr, ikinci üçlükdə isə Sə'd, Osman və Əbdürrəhman ibn-Auf idi. Birinci üçlükdə Əlinin (ə), ikinci üçlükdə isə Osmanın namizədliyi irəli sürüldü. Ömərin Əbdürrəhman ibn-Aufa verdiyi əmrə əsasən, xəlifənin qarşısına qoyacağı şərti Həzrəti Əli (ə) qəbul etməyərək belə buyurdu: "Mən yalnız Allahın kitabına, Peyğəmbərin (s) sünnətinə və öz ictihadıma əsasən əməl edərəm." {“Xuləfa ər-Rəsul” Xalid Muhəmməd Xalid; səh. 272. VIII çap. }
Bundan sonra şərti qəbul etdi və xəlifə tə'yin olundu.
Buxari bu hadisə barəsində Həsur ibn-Məxrəmənin belə rəvayət etdiyini yazmışdır: "Gecədən xeyli keçmiş idi. Əbdür-Rəhman ibn-Auf məni yuxudan oyadana qədər qapını döydü. Qapını açdıqdan sonra o, mənə dedi: "Anda olsun Allaha ki, üç gecədir yatmıram, amma sən yatmışdın. Get, Zübeyr və Sə'di çağır! Mən də gedib onları çağırdım. Onlar da oturub müşavirə etdilər. Sonra məni çağıraraq Əlini (ə) çağırmamı istədilər. Əlini (ə) çağıtdırıb, onunla gecənin axırına qədər söhbət etdilər. Həzrət Əli (ə) ondan nəsə gözləyirdi. Sonra çıxıb getdi. Daha sonra mənə Osmanı çağırtdırdılar. Sübh azanına qədər oturub söhbət etdilər və camaat namazı qıldıqdan sonra, şurada iştirak edən altı nəfər minbərin yanında cəm olub oturdular. Ömərin axırıncı həcc ilində onunla birgə həccə gedən Mühacirlər, Ənsarlar və əsgərlərin əmirlərini çağırtdırdı.
Allahın vahidliyini şəhadət verəndən sonra belə dedi: "Ya Əli! Mən xalqın Ömərdən ikrah etdiklərini müşahidə etdim. Sən özünü bu işdən kənar et!"
Bütün bunları eşidən Osman dedi: "Sənin sözünü qəbul edirəm. Bundan sonra Allahın və Rəsulunun sünnətinə əməl edəcək və Rəsulullahdan (s) sonra olan xəlifələrin yolu ilə gedəcəyəm." Bununla da Əbdürrəhman ibn-Auf və camaat ona bey'ət etdi." { Səhihi-Buxari. Cild 9, səh 239 }