Ömərin xəlifə olması Ömərin xəlifə olması
 
ŞİƏLƏRİN HƏQİQƏTİ      Əs'əd Vəhid əl-Qasim
 
 

 Ömərin xəlifə olması

Əbu-Bəkr xəstə olanda Osman ibn-Əfanı yanına də'vət etdi və dedi: "Yaz! Bismilləhir-Rahmənir-Rahim. Əbu-Bəkr ibn Əbi Quhəfənin müsəlmanlara olan vəsiyyəti budur; "O, bu kəlmələri deyəndən sonra ürəyi keçdi. Osman isə Əbu-Bəkrin adıyla belə yazdı: "Ömər ibn Xəttab məndən sonra sizin xəlifənizdir".

Bundan bir qədər sonra Əbu-Bəkr yenidən ayılaraq Osmanın belə yazdığını görüb dedi: "Zənnimcə mənim ürək keçmədən yenidən ayılmayacağımdan və müsəlmanların ixtilafa düşəcəklərindən qorxub belə yazmısan? Osman belə cavab verdi: Bəli. Əbu-Bəkr də Osmana belə dua etdi: İslam və Müsəlmanların xidmətində durduğuna görə Allah-taala sənə xeyir versin! Bununla da Əbu-Bəkr Osmanın yazdığını qəbul etdi". { Tarixi-Təbəri; Tarixi-Diməşq. }

Digər bir rəvayətə görə, Ömər Əbu-Bəkrin yazdığı vəsiyyətnaməsini əlində gəzdirib camaata belə deyirdi: Ey müsəlmanlar! Rəsulullahın xəlifəsinin sözünü eşidin və itaət edin: { Tarixi-Təbəri }

Ömər ibn-Xəttabın, Əbu-Bəkrin Səqifə günü xəlifə olması üçün böyük bir rolu olmuşdur: Hansı ki, Ömər Ənsarların arasında düşən ixtilafdan və şər'ən xəlifə sahibinin, Rəsulullahın dəfnində məşğul olduğuna görə olmadığından istifadə edərək, bundan əvvəl sübut olunduğu kimi xalqı zor gücünə Əbu-Bəkrə bey'ət etdirmişdir. Ömər ibn Xəttab Əbu-Bəkrin xəlifə olması üçün böyük rol oynadığı kimi, Əbu-Bəkr adi qələminin mürəkkəbini işlətməklə Ömərin Xəlifə olması üçün böyük rol oynamışdır.

Əbu-Bəkr xəstə olduğu müddətdə hansı ki, xəstəliyi ürək keçmə səviyyəsinə qalxmışdır, vəsiyyətnaməni yazdığı zaman ona heç kim sayıqladığını söyləmədi. Lakin Rəsulullah (s) özündən sonra zəlalətə düşməmələri üçün, vəsiyyətnamə yazmağa qələm və vərəq istədiyi vaxt, Ömər və ona dəstək verənlər tərəddüd etmədən belə Rəsulullahın (s) sayıqladığını söylədilər.

Əbu-Bəkr müsəlmanların arasında ixtilaf düşməyindən qorxub özündən sonra Ömərin xəlifə olmasını iddia etmişdir. Əbu-Bəkr şuranın çağırılmasına qarşı çıxmasına baxmayaraq Əhli-Sünnət onun üzrünü qəbul edir. Halbu ki, onların iddiasına görə müsəlmanların xəlifəsi şuranın çağırılması yolu ilə seçilməlidir. Həmçinin qarşıda oxuyacaqsınız ki, yenə də onlar şuranın yolu ilə seçilməyənlərin xilafətllyini qəbul etmişdirlər. Hətta Müaviyyənin və oğlu Yəzidin xəlifəliyini də belə qəbul etmişdirlər. Hansı ki, onlar zor, qılınc, zülm yolu ilə müsəlmanların əmiri olmaqdan əl çəkməyirdilər. Onların qılıncları müsəlmanlərın, xüsusəndə pak Əhli-Beytin (ə) və onların nəvələrinin boyunlarını vurmaq üçün işləyirdi.

Burada belə bir sual meydana çıxır ki, nəyə görə Peyrəmbər (s) özündən sonra xəlifə tə'yin edərkən onun sözünü qəbul etmədilər, amma Əbu-Bəkr özündən sonra xəlifə tə'yin edəndə onun sözünü qəbul etdilər? Xüsusəndə Rəsulullahın (s) vəfatından sonra xəlifə barəsində ixtilaf, Əbu-Bəkrin vəfatından sonra yaranan ixtilafın səbəblərindən çox idi. Həmçinin Qur'ani-Kərimdə, Peyğəmbərin (s) vəfatından sonra müsəlmanların arasında düşən ixtilafa görə, Əlinin (ə) xəlifəliyinə və Əhli-Beytə (ə) rücu etməyi vaçib edən aydın nəsslər vardır.

 

 
     

Meqaleden istifade zamani Wap.IXLAS.Az saytina istinad etmek zeruridir

Wap.IXLAS.Az