Əbu-Hüreyrənin çox hədis rəvayət etməsi Əbu-Hüreyrənin çox hədis rəvayət etməsi
 
ŞİƏLƏRİN HƏQİQƏTİ      Əs'əd Vəhid əl-Qasim
 
 

 Əbu-Hüreyrənin çox hədis rəvayət etməsi

Əbu-Hüreyrənin çox hədis rəvayət etdiyinə görə ondan bir əhvalat nəql edirəm:

- Bütün hədis yazan alimlər ittifaq ediblər ki, Əbu-Hüreyrə Rəsulullahdan (s) ən çox hədis nəql edən şəxsdir. Rəvayətə görə, Əbu-Hüreyrə Rəsulullahla (s) üç il, digər rəvayətə görə isə bir il doqquz ay səhabəlik etmişdir. Əbu-Hüreyrədən Əhli-sünnətin səhih kitablarında 5374 hədis nəql olunub. Buxari ondan 446 hədis rəvayət edib.

Əbu-Hüreyrə deyir: «Səhabələrin arasında məndən çox hədis nəql edən fəqət Abdullah ibn-Ömər oldu. O, hədisləri yazar, mən isə yazmazdım». { Səhih-Buxari. Cild 1, səh 86. "Kitabul-ilm". }

Abdullah ibn-Ömər Rəsulullahdan (s) cəmi 722 hədis rəvayət etmişdir. Buxari onlardan yeddisini, Müslim isə iyirmisini qeyd etmişdir.

Əbu-Hüreyrə Peyğəmbərlə (s) bir yerdə olmasının səbəbini belə izah edir:

Deyirlər ki, Əbu-Hüreyrə Rəsulullah (s) görüşmək üçün çox və'də alır. Həmçinin nəyə görə mühacir və ənsarın Peyğəmbərdən Əbu-Hüreyrə kimi hədis nəql etdiklərini söyləyirlər? Mən isə onlara cavab verirəm ki, mühacir və ənsarlar adətən öz işləri ilə (ticarətlə) məşğul olduqlarına görə Rəsulullahın (s) yanına gec-gec gələrdilər. Amma mən isə yoxsul bir şəxsəm ki, özümü doyuzdurmaq üçün Rəsulullahın (s) yanında oluram. Onlar Rəsulullahı (s) unudanda mən unutmazdım. { Səhih-Buxari. Cild 3, səh 313. «Kitab əl-muzarə'ə ma caə fil-furs» babı. }

Digər rəvayətdə Əbu-Hüreyrə deyir: «Xalq mənim çox hədis danışdığımı söyləyir. Çünki, mən ipək köynək geyinməmək, başqa-başqa insanlara qul olmamaq və xamır yeməmək üçün həmişə Peyğəmbərin (s) yanında dolanar və qarnımı orada doyuzdurardım. Çox vaxt aclıqdan qarnıma çınqıl daşı bağlayardım. Bə'zən qarnımı doyuzdurmaq üçün, yanıma gələn şəxsə bir ayə tilavət etməyi öyrədərdim. O zaman miskinlərə ən çox yardım edən şəxs Cə'fər ibn Əbi-Talib idi. O, bizi evinə aparıb yedizdirərdi. Hətta evində yemək olmadığı bir gündə bizə yağ tuluğunu verdi. Biz həmin boş tuluğu yarıb, yalıyardıq. {Səhih-Buxari. Cild 5, səh 47. «Kitab Fəzailus-səhabə»; «Mənaqib Cə'fər ibn Əbi-Talib» babı.}

Əbu-Hüreyrə, Cə'fər ibn Əbi-Talibi ona həmişə yemək verdiyinə görə tə'rifləyərək deyir: O, bütün xəlq olunanlar arasında, ayaqqabı geyinənlərdən, minik heyvanlarına minənlərdən və yer üzündə gəzən bütün canlılardan, Rəsulullahı (s) çıxmaq şərtilə, fəzilətlidir. { Tirmizi. Cild 13, səh 189. «Dar əl-kitabəl-ərəbi». Beyrut çapı; «Əl-Hakim» kitabında. }

Çox maraqlıdır ki, nəyə görə Əbu-Hüreyrə onu o biri səhabələrdən üstün bilib?

Müslim öz səhihində nəql etmişdir ki, Ömər ibn-Xəttab Əbu-Hüreyrəni, Rəsulullahdan (s) «hər kim «La ilahə illəllah» kəlməsini desə, Cənnətə daxil olar» hədisini rəvayət etdiyinə görə döymüşdür. { Səhih-Müslim. Cild 1, səh 201. «Mən şəhidə la ilahə illəllah mustəyqinən dəxələ cənnə» babı. }

İbn-Əbdil-Birrdən olunan rəvayətdə Əbu-Hüreyrə deyir: «Sizin zəmanənizdə söylədiyim hədisləri Ömər ibn-Xəttabın zamanında söyləsədim, məni dirrə (dəyənək) ilə döyərdi». { «Fiqhəs-Sirra» kitabı; müəllif: Şeyx Muhəmməd Ğəzəli səh 41; 6 çap. }

Rəşid Rza adlı böyük fəqih deyir: «Əgər Ömər Əbu-Hüreyrənin yaşadığı qədər ömr etsəydi, bizə Əbu-Hüreyrədən bu qədər hədis gəlib çatmazdı». { «Əl-Mənar» jurnalı. }

Mustafa Sadiq Ər-Rafei qeyd etmişdir ki, Əbu-Hüreyrə İslam aləmində hədis nəql edənlərin arasında ilk töhmətlənmiş şəxsdir. { «Tarix adabul-ərab» kitabı. Cild 1, səh 278. }

Siffeyn döyüşündə Əbu-Hüreyrə Müaviyyəyə açıq-aşkar surətdə tabe olub dəstəklədi. Ona görə də Müaviyyə onu qiymətli əşyalarla və Mərvan ibn-Həkəmin Mədinə şəhərinin vəlisi olacağı zaman onun naibi təyin edərək mükafatlandırdı.

Əbu-Hüreynənin də maddi vəziyyəti xeyli dəyişdi.

Eyyub ibn Muhəmməd rəvayətdə belə deyir: «Əbu-Hüreyrənin kətandan toxunmuş iki köynəyi var idi. Biz onun yanında ikən, O, həmin köynəklərdən birinə burnunu silib dedi; «Bəh-bəh, Əbu-Hüreyrə burnunu kətana silir???». Sonra sözünə davam edib deyir: «Mən Peyğəmbərin minbəri ilə Ayişənin otağı arasında ürəkkeçmə halım baş verər və elə oradaca yerə yıxılardım. Oradan keçənlər dəli olduğumu düşünüb, ayaqları ilə boynumu təpikləyərdilər. Lakin bu hal məndə aclıq halı olanda baş verərdi». { Səhih-Buxari. Cild 9, səh 317. «Əl-i'tisam bil-kitab vəs-sunnə»; «ma zəkərən-nəbiyyuəla ittifaqi əhlil-ilm». }

Əbu-Hüreyrənin Bəni-Üməyyəni dəstəkləməyi onun, Peyğəmbərin (s) hədislərini gizlətməsinə bir dəlildir. Bunu özü də e'tiraf edərək deyir: «Rəsulullahdan iki hissə hədis əzbərləşdim. Onlardan birini xalqa təbliğ etdim, o birini isə gizlətdim. Əgər onu da e'tiraf etsəm, boynumu vurarlar». { Səhih-Buxari. Cild 1, səh 89. «Kitabul-ilm», «Hifzul-ilm» babı. }

Deyilən bu hədislə uyğunlaşmayan digər bir hədisi də eşidək: «Xalq mənim çox hədis söylədiyimi deyir. Əgər iki ayə Qur'anda olmasaydı, mən hədis rəvayət etməzdim: "Bizim aydın və hidayət edici dəlillərimizi insanlar üçün bəyan etdiyimizdən sonra gizlədənlərə həm Allah lə'nət edər, həm də başqa lə'nət edənlər. Ancaq tövbə edənlər, islah olanlar və gizlatdiklərini aşkar edənlərin tövbəsini qəbul edərəm. Mən tövbələri qəbul edən və mərhəmətliyəm." { 2.Bəqərə surəsi, 159-160 } Bu hədisi Əbu-Hüreyrə nəql edir. { Səhih-Buxari. Cipd 1, səh 88. «Kitabul-ilm», «Hifzul-ilm» babı. }

Bu kimi güçlü dəlillərdən Əbu-Hüreyrənin həqiqəti və onun hədis nəql etməkdə əmin insan olub-olmaması bəlli olur. O, hazırkı zamanda sultanlara moizə edən insanlara bənzəyir. Elə bu səbəbdən, şiələr onun rəvayətini qəbul etmirlər.

Bu hədislərə tabe olanları və onu qəbul etməyənləri tənqid və töhmət edənləri rədd etməyə bu kifayətdir ki, onlar Əbu-Hüreyrənin bu çür saxta hədislərinə e'timad edirlər.

«İxtisar ulum əl-hədis» kitabında Əhməd bin-Hənbəl, Əbu-Bəkr Həmidi və Əbu-Bəkr Əs-Seyrəfi dedilər: «Rəsulullahdan (s) yalandan hədis nəql edən şəxsə, hətta tövbə etsə belə e'tibar etmərik». { «İxtisar ulum əl-Hədis» səh 111. }

Əs-Səm'ani söyləyir: «Yalandan bir hədis belə söyləyən şəxsin bütün söylədiyi hədisləri e'tibardan salmaq vacibdir». { «Ən-Nəvəvi ət-təqrib» kitabı səh 14. }

Səhihi-Buxaridən Əbu-Hüreyrənin nəql etdiyi bir neçə hədisi nümunə olaraq qeyd edirik: «Allah-təala Əzraili (ə) Musanın (ə) canını almaq üçün yerə nazil edəndə, Həzrət (ə) onun gözünə qüvvətli bir zərbə endirdi. Əzrail (ə) geri dönərək Allaha şikayət etdi. Allah-təala da onun gözünü sağaldıb yenidən yerə nazil edib dedi: «Musaya de ki, əlini inəyin üzərinə qoysun. Ona əli dəydiyi yerin tüklərinin sayı qədər ömür verdim». { Səhih-Buxari. Cild 2, səh 236. «Kitab Əl-cənaiz». }

Digər rəvayətdə də Əbu-Hüreyrə deyir: -Qiyamət günündə Cəhənnəmə doldunmu? -deyə sual olunar. Bundan sonra Allah-təala öz qədəmini Cəhənnəmə salacaq. Cəhənnəm də "qət-qət" deyə cavab verər. { Səhih-Buxari. Cild 6, səh 353. «Kitabət-təfsir», «Həl min məzid» babı. }

Yenə də Əbu-Hüreyrə deyir: Rəsuləllah (s) buyurub: «Allah-təala adətən gecənin hissəsində dünya səmasına enər və deyər: Kim bağışlanmaq istəyirsə, onu bağışlayaram. Kim məndən bir şey istəsə, ona verərəm. Kim mənə dua etsə, duasını qəbul edərəm». { Səhih-Buxari. Cipd 2, səh 136. «Kitabut-təhəccud». }

Yuxarıdakı rəvayət, Əhli-sünnətin Allah-təalanın ərşdə qərar tutması əqidəsi ilə uyğun gəlmir. Əgər Əbu-Hüreyrənin bu rəvayəti doğrudursa, o zaman Allah-təala Yerin səmasında sabit qalacaq və ərşə ucalması mümkün olmayacaqdır. Çünki, Yerin kürəvi formada olması ilə əlaqədar, kecənin üçüncü hissəsi hər zaman yer üzərində fırlanır. Görəsən, Əbu-Hüreyrə Yerin kürəvi formada olmasını dərk etsəydi, bu rəvayətləri söyləməyə cəsarət edərdimi?

Digər rəvayətdə Əbu-Hüreyrə Peyğəmbərdən (s) nəql edərək deyir: «Bəni İsrail tayfası həmişə lüt halda çimərdilər. Amma Musa onlardan kənar yerdə tək çimərdi. Onlar Musanın (ə) tək çimdiyini onun nöqsanlı olduğuna işarə edirdilər. Bir gün Musa (ə) da çimmək istəyəndə, paltarını soyunub daşın üstünə qoydu. Bu zaman daş uçub onun paltarını apardı. Lüt vəziyyətdə qalmış Musa (ə) paltarının ardınca gedəndə onun lüt olduğunun şahidi oldular. Bundan sonra onlar Musanın (ə) nöqsanız olduğunu dedilər. Musa (ə) bu əhvalatdan sonra paltarını götürüb, daşı vurmağa başladı... { Səhih-Buxari. Cild 1, səh 169. «Kitabul-ğusp»; «Mən iqtəsələ uryanən vəhdəhu fi xəlvə» babı. }

Əbu-Hüreyrə Peyğəmbərdən (s) nəql edərək deyir: «Namaza nida olunan zaman, şeytan arxasını çevirib müəzzinin səsi eşidilməyəcək dərəcədə yel buraxacaqdır. Namaz sona yetdikdən sonra yenidən gəlib, namazın savabı ödənilənədək, arxasını çevirəcək. Namazın savabı veriləndən sonra insanı elə bir vəsvəsəyə salar ki, namazı qılıb-qımadığını yaddan çıxarar. { Səhih-Buxari. Cild 1, səh 336. «Kitabul-azan»; «Fəzlu muəzzən» babı. }

Əbu-Hüreyrə yenə də Rəsulullahdan (s) nəql edir: «Bir nəfər inəyə minib sürürdü. İnək başını döndərib o şəxsə dedi: «Allah-təala məni minmək üçün deyil, yer şumlamaq üçün yaradmışdır. Mən, Əbu-Bəkr və Ömər buna iman gətirdik.

«Bir gün qurd bir quzunu apardı. Çoban da onun dalınca düşdü. Bu zaman qurd üzünü çobana tutaraq dedi: Çoban, məndən qeyrisi quzuları aslanlardan qoruya bilərmi?». Mən, Əbu-Bəkr və Ömər buna iman gətirdik. { Səhih-Buxari. Cild 3, səh 297. «Kitab əl-muzarə'ə»; «İste'mal əl-bəqər lil-hirasə» babı. }

Əbu-Hüreyrə bu hədisləri İzraillilərin əqidəsinə uyğun şəkildə nəql etmişdir. O, zahirdə özünü İslamı qəbul etmiş şəxs kimi göstərən, lakin həqiqətdə yəhudi olan "Kə'bul-Əhbar"la bir yerdə oturub-durduğuna görə belə hədislər rəvayət edib.

Cənnətə daxil olmaq barəsində Əbu-Hüreyrə aşağıdakı rəvayəti etmişdir:

Peyğəmbərin (s) belə buyurduğunu eşitdim: Üzləri ay kimi parlayan yetmiş min müsəlman cənnətə daxil olacaqlar. Bunu eşidən "Ukaşə ibn-Muhsai Əl-Əsədi" dedi: «Ya Rəsuləllah, mənim də onların arasında olmağım üçün dua et! Rəsuləllah onu dua edəndə, Ənsardan bir nəfər ayağa qalxıb həmin hacəti Peyğəmbərdən (s) dilədi. Bu zaman Peyğəmbər (s) ona dedi: «Ukaşə səni qabaqlamışdır!». { Səhih-Buxari. Cild 7, səh 473. «Kitabul-libas»; «Əl-burud vəl-həbr vəş-şəmlə» babı. }

Digər bir rəvayətdə Əbu-Hüreyrə deyir: Bir gün Peyğəmbərin hüzurunda ikən O, dedi: «Mən yatmışdım. Yuxuda gördüm ki, bir qəsrin kənarında bir qadın dəstəmaz alır. O qəsrin kimə məxsus olduğunu bilmək istəyəndə, onun Ömər ibn Xəttabın mülkü olduğunu bildirdilər. O zaman Ömərin qeyrətli olduğunu xatırlayanda, özümdən qorxub qaçdım...». { Səhih-Buxari. Cild 4, səh 306. «Kitab bəd'ul-xəlq»; «Ma caə fi sifətil-cənnə» babı. }

Beləliklə, Peyğəmbərə (s) nisbət verilən bə'zi iftiraçı fətvalarla Əbu-Hüreyrənin rəvayətinə son qoyuruq. O fətvalardan birini qeyd edirik:

Peyğəmbər (s) deyir: Əgər bir kəs icazəsiz olaraq sənin evinə baxarsa, onun gözünü daşla vurub çıxarsan, bir günahın yoxdur. { Səhih-Buxari. Cild 9, səh 18; «Kitabud-diyat»; «Mən əxəzə həqqəhu au iqtəsəddunə sultan» babı. }

Əbu-Hüreyrədən rəvayət olunan digər bir fətvada Peyğəmbər (s) deyir: «Heç vaxt ayaqqabınızı bir taylı geyməyin. Ya ayaqyalın gəzin, ya da cüt geyin!».

 

 
     

Meqaleden istifade zamani Wap.IXLAS.Az saytina istinad etmek zeruridir

Wap.IXLAS.Az