Şiənin e'tiqadına görə Qur'an - Allah-təaladan hər şeyin aydınlığında öz möhtərəm Peyğəmbərinin (s) dilinə nazil olmuş ilahi vəhydir. O uca biliklər və həqiqətləri özündə ehtiva edən fəsahət və bəlağətdə bəşər övladını e'caza gətirən Allahın əbədi möcüzəsidir. Ona heç bir təhrif, dəyişiklik və əvəz etmələr yol verə bilməz.
Qarşımızda olan oxuduğumuz bu Qur'an Peyğəmbərə (s) nazil olan həmin Qur'andır. Bu məsələdə bundan başqa bir şey iddia edən axmaq, səhv etmiş və müştəbehdir və onların hamısı səhv yoldadır.
O nə qarşısından nə də arxasından gələrək batil olmayan Allahın kəlamıdır.
Mühəddislərin şeyxi sadiq ləqəbi ilə adlandırılan Muhəmməd ibn Əli Qumi deyir: "Allah-təalanın Peyğəmbərimiz Muhəmmədə (s) nazil etdiyi Qur'ana e'tiqadımız o insanların əlindəki olanlardır və ondan artıq deyildir. Kim onu bizə nisbət verərsə onu deyirik ki, o yalançıdır". { Muhəmməd Rza Müzəffər «Əqaidul-imamiyyə»; səh 41. 3 çap. }
"Müsəlman qardaşları" hərəkatının ideya sahiblərindən olan professor Bəhnəsavi buna aid deyir: "... On iki imam Cəfəri Şiəsi İslam yarandığından bəri bütün ümmətin yekdilliklə razılaşdığı kimi, Qur'anı kim təhrif edərsə küfr etmiş olur e'tiqadındadır... və hazırda Sünnə əhli arasında olan Qur'an Şiənin evində və məscidində olan həmin Qur'andır.” Bəhnəsavi, Zəhir və Xətibin fərmanı və xitabına cavab olaraq hazırkı əsrdə şiə müctəhidlərdən biri olan Ağa Xoyinin rə'yini qeyd edir. "Qur'anda təhrifin olmaması müsəlmanlar arasında mə'lumdur və əlimizdə olan bu Qur'an əzəmətli Peyğəmbərə (s) nazil olan Qur'anın hamısıdır". { «Əs-sunnə əl-mufdəra ələyha» səh 60 }
Şeyx Muhəmməd Qəzaliyə gəlincə, o öz kitabında əqidə və şəriəti müdafiə edərək, tə'nə edən şərqşünaslara qarşı deyirdi: "Bir elm məclisindən onlardan eşitdim ki, deyirlər: Şiələrin bizim Qur'andan fərqlənərək artan və azalan digər bir Qur'anları vardır. Ona dedim: O Qur'an haradadır? Nəyə görə əsrlər boyu heç bir ins və cins ondan bir nüsxə çıxartmamışlar? Onda bu iftira nə üçün deyilir? İnsanlara və vəhyə qarşı olan bu yalan nə üçündür?... { «Difa' ənil-əqidəti vəş-şəri'ə ziddə mətain əl-mustəşriqin». }
Şiələrin hədis kitablarında mövcud olan Qur'ana təhrif deyən bə'zilərinin istinad etdikləri doğru olmayan rəvayətlərə gəlincə, onlar qəbul edilməz və rədd olunandır və ona oxşar əhli sünnənin səhih hədis kitablarında da vardır.
Buxari Ayişəyə istinad edərək qeyd edir: "Allahın Rəsulu (s) kecə vaxtı bir kişinin Qur'an oxuduğunu eşitdi və dedi: Allah ona mərhəmət etsin filan, filan surədən unutduğum filan ayəni yadıma saldı". { Səhih-Buxari. Cild 6, səh 508. «Kitab fəzlul-Qur'an»; «Nisyanul-Qur'an» babı. }
Təbii ki, Peyğəmbərin (s) Qur'anı bütünlüklə və ya ondan bə'zi ayələrin yaddan çıxarmasına işarə edən bu hədisə heç kəs inanmaz. Buna uyğun olaraq Tövbə surəsinin bir hissəsini yalnız Qur'anı cəm edən zaman Xuzeymə Ənsarinin tapdığına işarə edən hədis Buxarinin səhihində Zeyd ibn Sabitdən deyilir: "Qur'anın nüsxəsini hazırladığımız vaxt Əhzab surəsindən bir ayəni itirdim. Peyğəmbərin (s) onu oxuduğunu eşitmişdim onu heç kəslə tapmadım. Yalnız Xuzeymə Ənsaridən eşitdim. Hansı ki, Peyğəmbər (s) onun şəhadətini iki mö'min kişinin şəhadəti ilə eyni tuturdu. { Səhih-Buxari. Cild 6, səh 291. «Kitabut-təfsir»; «Fə minhum mən qəza nəhbəhu» babı. }
Mö'minlər içərisində elələri də vardır gi, Allaha etdigləri əhdə sadiq olarlar. { 33.Əhzab surəsi, 23 }
Zeyd ibn Sabitdən nəql olunan başqa bir rəvayətdə deyilir "...Adamların bədənlərindən, onurğalarından və sinələrindən cəm olunmuş Qur'anı araşdırmağa başladım və heç kəsdən tapmadığım Tövbə surəsindən iki ayəni Xuzeymə Ənsari ilə tapdım". { Səhih-Buxari. Cild 6, səh 162. «Kitabut-təfsir»; «Ləqəd caəkum rəsulun ənfusihum» babı. } Qur'ani-Kərimin səhih götürülməsini deyən həqiqətlə, bu rəvayətin uyğunluğu bəs haradadır?
Buxarinin və Əhli Sünnənin digər hədis söyləyənlərin öz səhihlərində və sənədlərində qeyd olunan çoxlu rəvayətlərlə bərabər Xəlifə Ömər ibn Xəttabdan Abdulla ibn Abbasdan sənədlə rəvayət olunan Qur'ani-Kərimin təhrif olunması ilə bağlı açıqdan-aşkar deyilən rəvayət də var.
Abdullah ibn-Abbas deyir: Ömər minbərin üstündə əyləşdi. Müəzzinlər susduqdan sonra durdu və Allaha şükr və sənadan sonra dedi: Mənə nəsib olan məqaləni sizə deyirəm. Bilmirəm, bəlkə də əcəlim yaxındadır. Kim onu dərk edib, başa düşərsə və kim onu anlamamaqda qorxarsa məni yalanda günahlandıranların heç birini halal etmirəm.
Həqiqətən Allah Muhəmmədi (s) haqq olaraq göndərmişdir. Ona kitab nazil etmişdir. Allah-təalanın nazil etdiklərindən biri də rəcm ayəsi idi. Biz onu oxuyub, dərk edib, başa düşmüşük. Allahın Rəsulu (s) rəcm edib və biz də ondan sonra rəcm etmişik. Qorxuram ki, bir zaman gələ və insanlar deyə: "Vallahi biz rəcm haqqında ayəni Allahın kitabında görmürük və beləliklə də, Allahın nazil etdiyi fərz əməli tərk etməklə doğru yoldan azalar. Rəcm isə Allahın kitabında haqq olduğu kimi evli olan kişi və ya qadın zina etdikdə əgər buna dəlil, sübut olarsa və ya hamiləlik olarsa və ya hər hansı biri tərəfdən e'tiraf olarsa həyata keçirilir". { Səhih-Buxari. Cild 8, səh 539. «Kitabul-muharibinə min əhli-kufr»; «Rəcm hubla minəz-zina» babı. }
Buxarinin çıxardığı aşağıdakı rəvayətdən həmçinin aydın olur ki, Ömər ibn Xəttab (özünün dediyi kimi) itən o ayələri özündən əlavə etmək istəmişdir, lakin isanların danışacağından qorxmuşdur:
"Ömər dedi: Əgər insanlar Ömər Allahın kitabına əlavə edib, deməsəydilər Rəcm ayəsini öz əlimlə yazardım. Maiz özü Peyğəmbərin (s) yanında 4 dəfə zina etdiyini iqrar etdi və Peyğəmbər (s) də onu daş-qalaq etməyi əmr etdi". { Səhih-Buxari. Cild 9, səh 212. «Kitabul-əhkam»; «Əş-şəhadətu təkuiu indəl-hakim» babı. }
Söylənilən ayənin mətni isə belə dedi: "Qoca kişi və qoca qadın zina edərlərsə onların ikisini də daş-qalaq edin hökmən". { «Sunən Əbi-Davud» } Necə ki, onu ibni Macə öz səhih kitabında rəvayət edir: Belə ki, önümuzdə olan Qur'anın hər hansı əlavə və ya nöqsana mə'ruz qalmamasına qəti inanırıq və bu da labüddür. Xəlifə Ömər isə bu məsələni bir az qarışdırmışdır. Bu qarşıqlığın mənbəyi həqiqətən də daş-qalaq haqqında ayənin mövcud olmasındadır. Ancaq Qur'ani Kərimdə deyil, kitab əhlinin Tövrat kitabında olmasıdır, necə ki, Ömərin oğlunun rəvayətindən zahir olduğu kimi: "...Peyğəmbərin (s) yanına yəhudilərdən zina etmiş bir kişi və bir qadını gətirdilər. Peyğəmbər (s) yəhudilərə müraciət edərək: Bunlara nə edəcəksiniz? Dedilər: Üzlərini qaraldıb, ifşa edəcəyik. Onda Peyğəmbər (s) buyurdu: Əgər inanırsınızsa Tövratı gətirin və oxuyun. Tövratı gətirib özlərinin razı olduqları çəpgöz kişiyə verdilər və dedilər: Oxu. Və başladı oxumağa ta ki, Tövratdan bu mövzuya aid olanlar sona çatana qədər. Peyğəmbər (s) əlini Tövratda onun əl qoyduğu yerə qoydu və dedi: Əlini qaldır. Və o əlini qaldırdı. Əgər orada rəcm ayəsi varsa aydın olacaq. Oxuyan dedi: "Ey Məhəmməd, onlara daş-qalaq düşür, ancaq onu öz aramızda gizlədirik. Onda Peyğəmbər (s) onları daş-qalaq etməyi əmr etdi". { Səhih-Buxari. Cild 9, səh 476. «Kitabut-tauhid»; «Ma yəğuzu min təfsir ət-taurat» babı. }
Xəlifə Ömərin Allahın hikmətli kitabı və əhli kitabın Tövratı ilə qarışdırma ehtimalını bir daha gücləndirən Əl-Cəzairlinin "Bu mənim hər bir şiəyə nəsihətimdir" kitabında qeyd etdikləridir: (Bu nəsx,təhrif olunmuş kitabları oxumaq necə caiz olar ki, Peyğəmbər (s) Ömər ibn Xəttabın əlində Tövratdan bir vərəqin olduğunu görərək onu məzəmmət edib dedi: Mən sizə ondan daha haqq və saf olanını gətirmədimmi? Əgər Allahın Rəsulu Ömərə sadəcə Tövratdan bir vərəqə baxmağa razı deyildisə...)
Xəlifə Ömərdən yenə də bir rəvayət söylənilir: "Sonra biz Qur'andan oxuyardıq - Öz ata-babalarınızı danmayın o, sizi küfrə salar əgər onları dansanız". { Səhih-Buxari. Cild 8, səh 540. «Kitab min muharibin əl-kufr»; «rəcmul-hubla minəz-zina» babı. }
Bu da heç kəsə gizli deyildir ki, bu ayə əvvəldə olduğu kimi Allahın kitabında yoxdur.
Abdullah ibn Məs'ud ondan rəvayət edərdi ki, o, aşağıdakı iki kəlmə ayədən artırmışdı: " kişi və qadın" sözlərini.
Əlğəmədən deyilir: "... Abdulla bu cür oxuyardı: Vəlləyli iza yəğşa. Vən-nəhari iza təcəlla. Vəz-zəkəri vəl-unsa.
Sonra dedi: Vallahi Rəsuli Əkrəm məni bundan ona qədər oxutdurub". { Səhih-Buxari. Cild 5, səh 63. «Kitab fəzail əs-səhabə»; «Mənaqib Əmmar və Huzeyfə» babı. }
Beləliklə Buxari öz səhih kitabından çıxardığı bu kimi rəvayətlərlə ziddiyyət yaradıb. Belə ki, rəvayət Peyğəmbər (s) Qur'anı Abdullah ibn Məs'uddan oxumağı əmr edib.
İbn Ömərdən olunan rəvayətə görə Peyğəmbər (s) deyib: "Qur'anı dörd nəfərdən oxuyun: Abdullah ibn Mə'suddan; Səlim Moula Əbu Hüzeyfədən; Ubey ibn Kə'bdən və Məaz ibn Cəbəldən". { Səhih-Buxari. Cild 5, səh 71. «Kitab fəzail əs-səhabə»; «Əbdullah ibn-Məs'ud» babı. }
Bəs onda Peyğəmbər (s) bizə hafizəsi yaxşı olmayan adamdan Qur'anı oxumağı necə əmr edə bilər?
Bu sualın cavabını Buxariyə və onun yolu ilə gedib onun səhihində (kitabında) qeyd olunan bütün rəvayətləri doğru hesab edənlərə buraxaq.
Ancaq səhih Müslimə kəlincə, onda da bu kimi rəvayətlər var. Ayişədən rəvayət olunur ki, o deyib: "Qur'andan nazil olan ayələrlə bərabər - mə'lum on dəfə əmizdirmə - ayəsi də nazil olmuşdu. Peyğəmbər (s) vəfat etdikdən sonra da o ayələr Qur'andan oxunurdu". { Səhih-Muslim. Cild 2, səh 1075. «İhya turasil-ərəbi» çapı. «Kitab ər-Rza»; «Ət-təhrim bixəmsi rəz'at» babı. }
Ayişənin bu sözü özü özlüyündə Qur'andan nəinsə nəsx olunması haqqında bu kimi rəvayətləri söyləyənlərə açıq cavabdır. Onda Peyğəmbərin (s) vəfatından sonra belə Ayişənin o ayələri davamlı oxunmasını söyləməyin mənası nə idi ???
Əbu Əsvəd atasından rəvayət edərək deyir: Əbu Musa Əş'əri 300 nəfərlə Bəsrə qiraətçilərinin yanına göndərildi. Söhbət əsnasında onlara dedi: Ondan əzbərlədiyimdən başqa uzunluğunda və sərtliyində bəraət surəsinə oxşatdığımız surə oxuyurduq. Əzbərlədiyim ayə yalnız bu idi: Adəm övladının iki vadi malı vardırsa, üçüncünü tələb edər. Onun gözünü torpaqdan başqa heç bir şey doydurmaz. { Səhih-Muslim. «Kitabuz-zəkat» Cild 2, səh 726. «İhya turasil-ərəbi» çapı. «Lau ənnə li ibni Adəm vadiyəyni ləbtəqa salisən» babı. }
Suyutinin "Qur'an elmlərində itqan" kitabında Qur'anda yalnız 112 surənin olduğunu və ya "Əl-Hidq" və "Əl-Xəl" { «Əl-itqan fi ulumil-Qur'an»; Suyuti; səh 65. } surələrinin əlavə olunluğunu deyən bə'zi rəvayətlər qeyd olunub: Bu da o rəvayətlər kimidir və onlardan bu qədər qeyd etməklə kifayətlənirik.
Sonra isə Əhli-sünnənin Qur'anın naqis və ya əlavələrlə olmasını şiənin deməsi caiz olarmı? Baxmayaraq ki, onların hədis kitablarında bu naqisliyi və ya əlavəliyi deyən rəvayətlər var.
Təbii ki, xeyr. Şiə onu deməz, ona görə ki, əhli sünnə igmasının özü Qur'anın təhrifsiz olduğunu deyir. Onların səhih hədis kitablarında təhriflə bağlı söylənilən bu rəvayətlərin olması məsələsi, şübhəsiz ki, Buxari və Müslimdə olanlardandır. Hansı ki, əhli-sünnə onların səhih kitablarında rəvayət olunanlar hamısı doğrudur fikrindədirlər.
Bunu iki məsələ ilə izah etmək olar: ya o rəvayətlər doğrudur, lakin daş-qalaq ayəsində olan kimi onu söyləyən qarışdırmışdır. Ya da o rəvayətlər düzgün deyildir, necə ki, qalan rəvayətləri bundan əvvəl qeyd etmişdik.
Bununla da Buxarinin və Müslimin kitablarının "Səhihlər" adlandırılmasına yenidən baxılması labüddür.
Onda onların hədis kitablarında sadəcə özlərində də rədd olunan rəvayətlərin olması ilə Qur'anı təhrif etməkdə şiələri ittiham edən Xatib və Zəhur kimi bə'zi yazıçıların bu hücumlarını nə ilə izah edək. Və əhli sünnədən digər hədis söyləyənlərin öz səhih kitablarında buna oxşar çoxlu başqa hədislər də vardır.
Beləliklə, evi şüşədən olan başqasının evinə daş atmaz!