İmam Əlinin (ə) şəhadətindən sonra İmam Həsən (ə) mənbərə qalxıb, Kufə əhlini qaldırdı. Onlar da ümmət üçün imam olaraq Peyğəmbərin (s) xəlifəsinə bey'ət etdilər. Lakin bu, altı aydan çox çəkmədi.
İmam Əlinin (ə) şəhadəti xəbəri Şama çatdığı zaman Müaviyə müsəlmanların başçılığını əlinə almaq üçün böyük bir qoşunla Kufəyə tərəf hərəkət edib, İmam Həsəni (ə) təslim olmağa məcbur etdi.
İmam (ə) sülhdən başqa çıxış yolu tapmayıb Müaviyə ilə sülh müqaviləsi bağladı. Belə sülhün baqlanmasına İmamı (ə) məcbur edən səbəblər ordunun parçalanması və digər tərəfdən də İraqın daxili həyəcanlı vəziyyəti idi. Başqa bir tərəfdə İslama zərbə vurmağa fürsət gözləyən, müsəlmanlarla müharibə üçün böyük bir qoşun hazırlanmış Roma imperatoru idi. Şübhəsiz ki, Müaviyə ilə İmam Həsən (ə) arasında müharibə bu şəraitdə baş versəydi, nə İmam Həsən, nə də Müaviyə deyil - Rum imperatorluğu qələbə çalacaq idi. Beləliklə, İmam Həsənin (ə) sülhü qəbul etməsi İslamı təhdid edən böyük bir təhlükəni aradan qaldırmış oldu.
Sülh müqaviləsinin bəndləri belə idi:
1. Həsən ibn Əli (ə) hakimiyyəti və bütün işlərin başçılığını Qur'an və Peyğəmbərin (s) prinsiplərinə uyğun şəkildə idarə etmək şərti ilə Müaviyəyə təslim etsin.
2. Xilafət Müaviyənin ölümündən sonra xüsusi haqla İmam Həsənə (ə) verilsin. Əgər fövqəladə hadisə baş verərsə xilafət onun qardaşı imam Hüseynə (ə) veriləcək.
3. Mənbələrdə və ya başqa yerlərdə İmam Əliyə (ə) qarşı söylənilən pisliklər və söyüşlər dayandırılsın.
4. Kufədə olan (beytül-mala aid olan) beş milyon dirhəmin xərclənməsi İmam Həsənin (ə) nəzarəti altında olsun. Müaviyə tərəfindən hər il bir milyon dirhəm xərac kimi İmam Həsənə göndərsin ki, bu məbləği Siffeyn və Cəməl muharibələrində şəhid olan Əli (ə) tərəfdarlarının ailələrinə paylasın.
5. Müaviyə irqindən və cinsindən asılı olmayaraq sığınacaqda olan insanları əziyyət və təqibələrə mə'ruz qomayacağını öz üzərinə götürsün. Bu sülhün bütün bəndlərini dəqiqliklə yerinə yetirib, bütün ümməti bu müqaviləyə şahid etsin.
Bütün bunlara baxmayaraq İmam Həsən (ə) hicərətin 50-ci ilində həyat yoldaşı "Caudə bint Əl-Əşas ibn Əlqeys" tərəfindən zəhərləndi. Caudə Ələvilərə zidd olan ailələrdən birinin nəslindən idi. Müaviyə bu qara cinayətə Caudəni təhrik etmək üçün ona yüz min dirhəm pul vermiş və İmam Həsəni (ə) zəhərləyərsə, onu öz oğlu Yəzidə alacağını və'd etmişdi. İmam Həsənin (ə) şəhid olması xəbərini Müaviyə eşitdikdə çox sevinmişdi. Çünki varlığını itirməkdə olan Əməvilərin hakimiyyətinin möhkəmlənməsində onu ən böyük maneə görürdü.
Beləliklə, İmam Həsən (ə) şəhid olduqdan sonra Müaviyə istədiyini həyata keçirdi. Ümmətə zülm edərək pozğun kənc oğlu Yəzidi öz yerinə tə'yin etməyi bacardı.
Əhli sünnənin xilafətin şura yolu ilə seçilməsinə e'tiqadı bəs necədir? Onlar şura yolu ilə xilafətə seçilməni dəlil gətirərək, Əhli-Beyt imamlarının (ə) xəlifə seçilməsinə dəlalət edən hədisləri inkar etmirlərmi? Bu ona dəlalət etmirmi ki, onların rə'yinə görə, xilafət şura yolu ilə seçilməzsə, qeyri-şər'i sayılır? Bəs nə üçun Yəzidin xəlifə seçilməsini qanuni sayıblar və onun mö'minlərin əmiri adlanmasını necə qəbul ediblər?
İslam tariximizin qara səhifələrindən və nəql olunmuş məlumatlardan Əbu Süfyan oğlu Müaviyə oğlu Yəzidin və ya "Əmirəl-mö'minin" həyatından bir şey görmək üçün nəzər salaq!