Imam Əlinin (ə) bey'əti Imam Əlinin (ə) bey'əti
 
ŞİƏLƏRİN HƏQİQƏTİ      Əs'əd Vəhid əl-Qasim
 
 

 İmam Əlinin (ə) bey'əti

Xəlifə Osmanın ölümündən sonra xalq yığışıb Əlini (ə) bey'ət etmək üçün tələb etməyə başladılar. Ona belə dedilər: «Bu adam artıq öldürüldü, xalq üçünisə bir imam lazımdır. Bu gün bu işə səndən başqa ən haqq olanını tapa bilmərik". Və beləliklə də bey'ət tamamlandı.

İmam Əli (ə) xalq arasında ədaləti bərqərar edərək, zəiflərlə qüvvətlinin arasında fərq olmadan bərabərlik yaratdı və Allahın kitabında nazil olunan hüdudları müəyyən etdi. Buna isə bə'ziləri e'tiraz edərək onun ziddinə qalxıb, fitnə quraraq onun üzərinə açıq-aşkar üsyan və qiyam edib qoşun çəkdilər. Bu bir neçə döyüşlə nəticələndi və onlardan ən əhəmiyyətli ikisi Cəməl və Siffeyn döyüşləri idi.

Cəməl döyüşü və Mö'minlərin anasının döyüşə çıxması:

Mö'minlərin anası (Ayişə) xəlifə Osmanın ölümünü və camaatın Əliyə (ə) bey'ət etməsini Kilab oğlu Ubeydullahdan öyrəndikdə, ona dedi: "And olsun Allaha əgər iş sənin yoldaşının xeyrinə düzəlibsə, vay olsun sənə. Danışığına fikir ver". Ubeyd ona dedi: "Mən sizə nə dedim, ey mö'minlərin anası!" O isə vəlvələyə düşüb çığırdı. Übeyd ona belə dedi: “Sənin nə işinə qalıb, ey mö'minlərin anası?! And olsun Allaha mən ondan başqa heç kəsi vilayətə daha layiqli görmürəm, niyə onun vilayətinə nifrət edirsən?" Bunu eşidən mö'minlərin anası "məni qaytarın, məni qaytarın" dedi və bu sözləri deyə-deyə Mədinəyə yola düşdü. "Vallahi, Osman məzlum öldürüldü. Onun qanını tələb edəcəyəm". Ubeyd ona dedi: "Nəyə görə? Bəs onu devirmək istəyən sən deyildinmi? Sən deyirdin: "Öldürün qoca kaftarı artıq o, küfr etmişdir". Ayişə dedi: "Onlar onu tövbə elətdirib sonra öldürdülər". Mən dedim onlar dedi. Axırıncı iki sözüm əvvəlinci ikisindən xeyirlidir. Sonra isə mö'minlərin anası Məkkəyə yola düşdü və məscidin qapısında yerə endi. Bu zaman camaat onun başına cəm oldu, o isə belə dedi: "Ey insanlar, Osman məzlum öldürülüb, and olsun Allaha onun qanını tələb edəcəyəm". { Ət-Təbəri. Cild 5 səh 172; «İbnul-Əsir» və «İbnu-Sə'd» kitablarında. }

Mö'minlərin anası Ayişənin qəzəbi Əlinin (ə) rədd etdiyi Bəhreyn və Yəmən valiliyini istəyən Təlhə və Zübeyrin qəzəbi ilə üst-üstə düşdü və İmamla (ə) olan əhdlərini pozaraq Məkkəyə gəlib mö'minlərin anasını Əli (ə) ilə vuruşa getməyə təhrik etdilər.

Mö'minlərin anasının başçılığı ilə böyük bir qoşun çıxaraq Bəsrəyə tərəf yönəldi. Beləliklə, Cəməl döyüşü adıyla tanınan vuruş başladı.

Zəfər İmamın (ə) qoşunu ilə idi. Qarşı tərəfdən Təlhə və Zübeyr, müsəlmanlardan isə on üç min adam öldürüldü. Və onlar hamısı mö'minlərin anasının Osmanın qətlindən qisasa almaq çağırışına qurban getdilər.

Nə qədər də olsa bütün bunları vəliyyi-Əmrə buraxmaq daha layiqli olmazdımı? Xüsusən Allah-təalanın ona belə bir əmri də var idi: "... Evlərinizdə qərar tutun." { 33.Əhzab surəsi, 33 }

Onun bu intiqamla nə əlaqəsi var idi? Osman Uməyyə oğullarından, Ayişə isə Teymə qəbiləsindən idi. Onda onun döyüşə çıxmasının başqa səbəbi var idi?!

Buna baxmayaraq bu hadisənin baş verməsi bu suallara açıq şəkildə cavab verir. O isə Peyğəmbərin (s) bu fitnə və onun səbəbkarına işarə etməsi xəbərdarlığına əlavədir. Abdullahdan deyilir: "Peyğəmbər (s) qalxıb xitabən Ayişənin yaşadığı yerə tərəf işarə edərək üç dəfə dedi: "Şeytanın buynuzunun çıxacağı fitnə buradadır". { Səhih-Buxari. Cild 4 səh 217. «Kitabul-xums»; «Ma caə fi buyuti əzvacin-nəbi» babı. }

Yasər oğlu Əmmar Ayişənin bu işdə itaətini Uca və Cəlil Allahın itaətinin hesabında olduğunu güman edirdi.

Ziyad oğlu Əsədidən deyilir: "...Eşitdim ki, Əmmar deyir: Ayişə artıq Bəsrəyə yola düşüb. And olsun Allaha, o sizin Peyğəmbərinizin dünya və axirətdə zövcəsidir. Lakin Allah-təala sizi bir bəlaya mübtəla edib ki, bilə siz Allaha itaət edirsiniz yoxsa o Ayişəyə?". { Səhih-Buxari. Cild 9, səh 171. «Kitabul-fitnə»; «Əl-fitnə əlləti təmucu kəmaucil-bəhr» babı. }

Bu hadisədən hələ çox əvvəl Ayişənin Əlidən şiddətli dərəcədə qısqanması mə'lum idi. Hətta onun adının çəkilməsinə belə dözmürdü.

Uteybə oğlu Ubeydullahdan deyilir ki, Ayişə deyib: "Peyğəmbərin (s) ağrıları ağırlaşıb şiddətləndiyi zaman zövcələri onun iki evdə qalmasına icazə istədilər. O da icazə verdi. Peyğəmbər (s) iki kişinin Abbas və başqa bir kişinin arasında ayaqlarını yerlə çəkə-çəkə çıxdı. Ubeydullah dedi: Abbas oğlu Abdullaha bunları dedim: O isə dedi: İkinci kişinin kim olduğunu bilirsən? Dedim: yox. Dedi: O, Əli idi”. { Səhih-Buxari. Cild 1, səh 133. «Kitabul-vuzu»; «Səbbun-nəbiyyu vuzuə ələl-nuqnə eləyhi» babı. }

Bəlkə də Ayişənin qəzəb və qısqanclığının səbəbi. Əlinin (ə) Peyğəmbərə (s) "Əl-İfk" hadisəsində dediyi ona aid sözləri idi.

Mə'sud oğlu Ubeydullahdan deylir: "...Əbu Talib oğlu Əliyə gəlincə o dedi: "Ey Allahın elçisi, Allah sənə heç şeyi əsirgəməmişdir, ondan başqa qadınlar isə çoxdur". { Səhih-Buxari. Cild 6, səh 252. «Kitabut-təfsir»; «Lau la id səmi'tuhu» babı. }

 

 
     

Meqaleden istifade zamani Wap.IXLAS.Az saytina istinad etmek zeruridir

Wap.IXLAS.Az