Həcc mütəsi Həcc mütəsi
 
ŞİƏLƏRİN HƏQİQƏTİ      Əs'əd Vəhid əl-Qasim
 
 

 Həcc mütəsi

Həcc müt'əsinə gəlincə, onu Allahın Rəsulu (s) əmələ gətirərdi və Allah-Təalanın bu sözünü dəlil gətirərək bu əməli etməyə əmr edərdi: "Hər kim ümrə-təməttüsündən sonra həcc-təməttüsünü yerinə yetirsə... bu hökm Məscidül-həram (Məkkə) əhlindən olmayan üçündür". { 2.Bəqərə surəsi, 196 }

Burada olan məqsəd həcc etməmişdən öncə həcc aylarında ümrə etməkdir. Və bu Məscidül-həram (Məkkə) əhlindən olmayan hər bir kəsə vacibdir. Bə'zən həcc-təməttüsü haqında, iki ehram: ümrə ehramı və həcc ehramı arasında qalan müddətdə ehram qadağalarının icazəsi ilə ləzzətin yə'ni, müt'ənin (olduğu deyilib). { İmam Şərafuddin «Fusulul-muhimmə» kitabı. }

Bu əməli də xəlifə Ömər pisləyib, onu qadağan etmişdir. Baxmayaraq ki, Peyğəmbər (s) bu əməli qadağan etmədən vəfat etmişdi. Buxari Səid ibnil-Müseyyibə istinad edərək buyurur:

"Əli və Osman müt'ədə edilən ədalətsizliyə görə ixtilafda idilər. Əli buyurdu: Sən Peyğəmbərin etdiyi bir əməli qadağan etmək istəyirsən. Əli bu iki müt'ədə olan əməli görmədikdə, onların hər ikisinə özü əməl etməyə başladı".
{ Səhih-Buxari. Cild 2, səh 374. «Kitabul-Həcc». }

Buxarinin öz Səhihində gətirdiyi aşağıdakı hədisə nəzər sal. Bu hədis, Peyğəmbərin (s) qəti mətnlərində bir nəfər şəxsin sərbəst qərar çıxartmasını aşkar edir: Həkəmdən rəvayətdir, buyurur: "Osman ilə Əlinin şahidi oldum ki, Osman müt'əni qadağan edir və iki müt'əni birləşdirmək istəyirdi. Əli bunu gördükdə, hər iki müt'əyə əməl etməyə başladı: Ləbbeyk olsun ümrə və həcc müt'əsinə və buyurdu: Bir nəfərin sözünə görə Peyğəmbərin sünnəsini tərk etmərəm". { Səhih-Buxari. Cild 2, səh 371. «Kitabul-Həcc». }

Əli ələyhissəlamın burada işarə etdiyi "bir nəfər" Ömər ibni Xəttabdır, necə ki, biz bunu əvvəlki səhifələrdə aydınlaşdırmışdıq.

Osmanın buradakı rə'yinə gəldikdə isə, o bundan irəli gəlir ki, onun üçün bey 'ət edildikdə, Əbdürrəhman ibni Auf xəlifə Ömər vəfat etməzdən qabaq onun əmri ilə Osmanın qarşısına Allah kitabına, Peyğəmbər (s) sünnəsinə və iki şeyxin yoluna əməl etmə şərtini qoymuşdu. İki müt'əni qadağan etmək iki şeyxin getdiyi yol çərçivəsində idi ki, Osman bundan yan keçə bilməzdi. Çünki, Osman bu şərtə əməl etməsəydi, xilafətə yetişə bilməzdi. Xəlifə Ömərin bu sözü mütəvatir (dəqiq) hədislərdəndir: "Peyğəmbər zamanında olan iki müt'əni mən qadağan edirəm". { «Təfsirur-Razi Əl-Kəbir» Cild 5, səh 153. «Dar ihya ət-turas əl-ərəbi» çapı; «Ət-Təbərani». }

İki müt'ədən-qadın və həcc müt'əsini nəzərdə tuturdu. Xəlifə Ömərin bu sözü, onun iki müt'əni qadağan etmə hökmünə əməl etməsini aşkar edir.

Bu əməl başqasından deyil məhz ondan baş vermişdir. Belə ki, Ömər özü Peyğəmbər (s) zamanında iki müt'ənin olub, onun qadağan olmadığını söyləmişdir. Bəlkə, qadağanı özünə istinad edərək buyurmuşdur "Mən bu iki müt'əni qadağan edirəm".

Xəlifə Ömərin bu kəlamı müqabilində bu sözü söyləyənə Allah rəhmət etsin: "Xəlifə Ömərin şəhadətini qəbul etdik, lakin onun qadağasını qəbul etmərik".

Bu bir həqiqətdir ki, hər kəs bizim İslam tarixini mövzu və təəsübkeşlikdən uzaq olaraq vərəqləsə, xəlifə Ömərin sərbəst qərar çıxartdığı əməllərdən (iki müt'ə və Təravih namazını bura əməl etməklə) bir çox başqa hökmlərin şahidi olar. Peyğəmbərin (s) möhkəm mətnlərinin bu hökmlərə zidd olmasına baxmayaraq, əhli-sünnə nəsillərin ifadələrin əmələ gələn bu ictihadları (sərbəst qərar çıxartmaları) qəbul etmiş və peyğəmbərin bunlara əməl etməsinə güman etmişlər!!



 
     

Meqaleden istifade zamani Wap.IXLAS.Az saytina istinad etmek zeruridir

Wap.IXLAS.Az