Müslim "Səhih" kitabında öz sənədilə Səfiyyə-bint-Şeybədən rəvayət edərək deyir: "Aişə dedi: "Peyğəmbər (s) qara tükdən olan əbasını geyinərək evdən xaric oldu, bu zaman Həsən-ibn-Əli (ə) gəldi və Peyğəmbər (s) onu əbanın altına saldı. Sonra Hüseyn (ə) gələrək əbanın altına daxil oldu. Bu minvalla Fatimə (s) və Əli (ə) da əbaya daxil oldular. Bu zaman Peyğəmbər (s) bu ayəni oxudu: “Allah siz Əhli-Beytdən çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istər!” (33.Əhzab surəsi, 33) { "Səhihi-Müslim", "Fəzail" kitabı, "Fəzailil-Həsən və Hüseyn" babı, cild-5, səh-287: "Daruş-Şə'b" mətbəəsi. }
Həmçinin "Səhih-Müslim"də ayənin nə səbəbdən nazil olduğu barədə deyilir: "Peyğəmbər (s) Əlini, Fatiməni, Həsəni və Hüseyni çağıraraq dedi: "Ey mənim Allahım, bunlardır mənim Əhli-Beytim!"
Keçən iki hədisdən aydın olur ki, Peyğəmbərin (s) dövründə onun Əhli-Beyti - Əli, Fatimə və onların iki oğlu idi. Bəs Peyğəmbərin (s) arvadlarının rolu nədən ibarətdir?
Müslim "Səhih" kitabında öz sənədilə Zeyd-ibn-Ərqəmdən, o da Peyğəmbərdən (s) rəvayət edərək deyir: "....Mən sizin üçün iki ağır şeyi tərk edirəm. Onlardan biri Allahın kitabıdır. O, Allahın ipidir. Hər kim ona tabe olarsa hidayət olunar və hər kim onu tərk edərsə azğınlığa düşər. Bu zaman biz dedik: "Onun əhli-beyti kimdir? Arvadlarıdırmı?” Dedi: - “Xeyr, həqiqətən Allaha and olsun ki, əgər bir qadın öz əri ilə bir müddət ömür sürdükdən sonra onu boşayarsa, həmin qadın öz atasının evinə qayıdar. Onun əhli-beyti onun kökü və özündən sonra sədəqə verilməsi haram olan qohum əqrəbasıdır.” “ { Səhih Müslim "Fəzail" kitabı, "Fəqzaimi Əli" babı. Cild 5. Səh 268. "Darüşşəb" mətbəəsi. }
Tirmizi "Səhih" kitabında öz sənədilə Peyğəmbərin (s) oğulluğu Ömər ibn Əbi Sələməddən rəvayət edərək deyir: «Siz ey Əhli-Beyt! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istər!» (33.Əhzab surəsi, 33) ayəsi nazil olan zaman Peyğəmbər (s) Fatiməni, Həsəni və Hüseyni çağırdı. Əlidə (ə) Peyğəmbər (s) arxasında dayandı. Peyğəmbər (s) əbasının onların üzlərinə saldı və dedi: - “Ey mənim Allahım, bunlardır mənim Əhli-beytim, bunlardır mənim, sən onlardan çirkinliyi apararaq pak et.” Bu zaman Ümmü Sələmə dedi: - “Ey Allahın Peyğəmbəri, mən də onlarlayamı?” Dedi: "Sən öz yerindəsən və xeyrləsən". { Səhihi-Tirmizi cild 2. Səh 209. }
Əhməd "Müsnəd" kitabında öz sənədilə Ümmu-Sələmdən rəvayət edərək deyir: Peyğəmbər (s) Fatiməyə (ə) dedi: - Ərini və iki oğlunu çağırdı. Peyğəmbər (s) Fərək örtüyünü onların üzərinə örtərək əlini onların üzərinə qoydu və dedi: - “Ey mənim Allahım bunlardır Muhəmmədin ailəsi. Öz salavat və bərəkətini Muhəmməd və onun ailəsi üçün qərar ver. Çünki sən Həmid və Məcidsən.” (yə'ni çünki sən həmd olunan və Əzəmət sahibisən). Ümmü Sələmə deyir: - “Onlarla daxil olmaq üçün əbanı qaldırdım.” Lakin Peyğəmbər (s) onu mənim əlimdən dartaraq dedi: - “Sən xeyrləsən.”
Keçən dəlillərdə Əhli-Beytin (ə) aydın şəkildə tə'yin olunmasına baxmayaraq, bə'zi insanlar e'tiraz əlaməti olaraq "Əhzab" surəsindəki ayəni dəlil gətirir və deyirlər ki, Əhli-Beyt Peyğəmbərin (s) arvadlarına şamildir. Ayə budur:
"Ya Peyğəmbər! Zövcələrinə belə de: Əkər siz dünya həyatını və onun dəbdəbəsini istəyirsinizsə, gəlin sizə talaq haqqınızı verim və gözəl bir tərzdə (Allahın buyurduğu qayda üzrə) boşayım!...
Allah siz Əhli-Beytdən çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istər! { 33.Əhzab surəsi, 28-33 }
Aydın olduğu kimi, Əhli-Beyti Peyğəmbərin (s) arvadlarına şamil edənlərin dəlili budur ki, "təthir" ayəsi Peyğəmbərin (s) arvadlarının şə'ninə nazil olan ayənin bir hissəsidir. Lakin bu rə'yə bir neçə yolla cavab vermək mümkündür:
1) Peyğəmbərin (s) arvadlarını boşanmaqla hədələmək barədə nazil olan Qur'an ayələrindən sonra, ardıcıl olaraq Allahın iradəsilə Əhli-Beyti pak etmə ayəsi gəlir. Bu o demək deyil ki, hər iki halda məqsəd, mütləq Peyğəmbərin (s) arvadları olmalıdır. Çünki, Qur'ani-Kərimdə bu qəbildən olan ayələr çoxdur. Birdə görürsən ki, ayə iki müxtəlif məsələdən təşkil tapıb. Ola bilsin ki, həmin ayədə onların bir yerdə vaqe olmasının səbəbi, iki hadisəni üst-üstə düşməsi olsun. Aşağıda deyilən ayə bunlara misaldır:
Ölü heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə (bismillah deyilmədən) kəsilmiş, boğulmuş, vurulmuş, yıxılaraq ölmüş, vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş - canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır -, dikinə qoyulmuş daşlar üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi. Bunlar günahdır. Bu gün gafirlər dininizdən (onu məhv edə bilmədikləri üçün) əllərini üzdülər. Onlardan qorxmayın. Məndən qorxun!
Bu gün dininizi tamamlayıb mükəmməl etdim, sizə olan ne'mətimi başa çatdırdım və bir din kimi sizin üçün İslamı bəyənib seçdim. Hər kəs günaha meyl etmək niyyətində olmayaraq aclıq üzündən (bu haram şeylərdən) zəruri ehtiyacını ödəyəcək qədər yeyə bilər. Allah bağışlayan və rəhm edəndir! { 5.Maidə surəsi, 3 }
Burada görürük ki, ayənin əvvəlində dinin Kamilliyə və ortasında isə haram olmuş yeyintilər barədə söhbət gedir.
2) Bu ayədən məqsəd Peyğəmbərin (s) arvadlarının olmasını sübuta yetirən dəlillərdən biri də odur ki, Peyğəmbərin (s) arvadları barədə söhbət gedərkən ərəb dilinin qrammatikasına uyğun cəm qadın şəkilçilərindən istifadə olunub. Məsələn: -idiniz, sizlərdən; -deyilsiniz; qorxsanız; - evlərində qərar tutun; -bəyənirsiniz... Lakin pak etmə barədə söhbət gedərkən, II şəkil şəxs əvəzliyi dərhal ərəb dilinin qrammatikasına uyğun olaraq cəm kişi şəkilçilərinə çevrilir. Məsələn: sizləri pak edir (kişi cinsi); və sizlərdən deyil (qadın cinsi); -sizləri pak edir (qadın cinsi)
3) Müslim və Tirmizin "Səhih" kitablarında və eyni zamanda Əhmədin "Müsnəd" kitabında olan qəti dəlillər, Peyğəmbərin (s) arvadlarının Əhli-Beytə (ə) aid olmamasını sübut edir. Necə ki, Ümmü-Sələmə Peyğəmbərdən (s) "Ey Allahın Peyğəmbəri, mən də onlardanammı?" soruşduqda O Həzrət (s) "Sən öz yerindəsən və xeyirləsən" cavabını verdi. Həmçinin Müslim rəvayəti də, buna sübutdur ki, deyir: "... Onun Əhli-Beyti kimdir? Arvadlarıdırmı?" Dedi: "Yox."
4) Müslim, Əhməd və başqalarının rəvayət etdiyi "Səqəleyn" hədisi: "Ey insanlar, mən sizin üçün Allahın kitabını və ailəmdən olan Əhli-Beytimi tərk edirəm. Əgər onlardan yapışsanız, zəlalətə düşmərsiniz." Burada aydın olur ki, hədisdə qeyd olunanlardan yapışmaq vacibdir. Belə fərz edək ki, hədisdən məqsəd Peyğəmbərin (s) arvadlarıdır və yaxud hədis onlara da şamildir. Elə isə Peyğəmbərin (s) vəfatından sonra müsəlmanların onlarla bağlılığı nə şəkildə olmalı idi? Onlar öz evlərində qərar tutmaqlarını əmr olunduqları üçün, buna riayət etmək vacib idi. Bu sualın cavabı "Onların hamısı bir vaxtda yaşamışdır" olmasına baxmayaraq, əgər deyilsə ki, bağlılıq onlardan rəvayət olunan hədislər vasitəsilə olur, onda biz də deyərik ki, o arvadların içərisində elələri var ki, onlardan heç bir hədisdə rəvayət olunmayıb.
5) Ayədə olan "çirkinlik"in lüğəti mə'nası günahlara dəlalət edən natəmizlikdir. "Paklıq"ın lüğəti mə'nası isə təqva (pəhrizkalıq)-a dəlalət edən təmizlikdir. Allah-Təalanın onlardan çirkinliyi aparmasından məqsəd onların, naqisliyə səbəb olan işlərdən uzaq və pak olmalarıdır. Günah kiçik olsa belə, bu onu edənin naqisliyinə dəlalət edər. Bu o deməkdir ki, Allah-təala Əhli-Beyti (ə) kiçik və böyük günahların hamısından pak etməsini istəmişdir, o da yalnız ismət və pak olmaqla həyata keçir. Əgər bir nəfər desə ki, ayədəki "pak etmə"dən məqsəd yalnız İlahi nəhy (çəkindirmələr)-lərdən uzaqlaşaraq, onun əmrlərini yerinə yetirməklə olan dini pəhrizkarlıqdır, onda biz deyə bilərik ki, bu qəbul olunmayan bir rə'ydir. Çünki bu qəbildən olan "pak etmə"nin mə'nası Əhli-Beytə (ə) məxsus deyil. Bəlkə o, dini hökmləri yerinə yetirməyə mükəlləf olan hər bir müsəlmana şamildir. Məsələn: Allah-təalanın buyurduğu bu ayə kimi:
Allah sizi çətinliyə salmaq istəməz, lakin o sizi pak, təmiz etmək və sizə olan ne'mətini tamamlamaq (artırmaq) istər ki bəlkə, şükr edasiniz! { 5.Maidə surəsi, 6 }
Beləliklə, bu ayənin haqqlarında nazil olduğu şəxslərin mə'sumluğunu qəbul edirik. Lakin Peyğəmbərin (s) arvadaları mə'sum (günahsız) olmadıqları üçün onarın sırasında deyillər. Həmçinin buna əlavə olaraq deməliyəm ki, hələ indiyədək heç kim bu barədə bir söz deməyib. Əksinə bu məsələ Peyğəmbərin (s) onları boşamaqla hədələməsilə məşhurdur. Bunu da gələn fəsllərdə oxuyacaqsan.