Peyğəmbər (s) Əbu-Bəkrin xilafətə tə'yin olunmasına işarə edibmi? Peyğəmbər (s) Əbu-Bəkrin xilafətə tə'yin olunmasına işarə edibmi?
 
ŞİƏLƏRİN HƏQİQƏTİ      Əs'əd Vəhid əl-Qasim
 
 

 Peyğəmbər (s) Əbu-Bəkrin xilafətə tə'yin olunmasına işarə edibmi?

Bə'zi müsəlmanlar Əbu-Bəkrin xilafətə daha layiq olmasına və Peyğəmbərin (s) buna işarə etməsinə istinad edirlər. Buna səbəb İbn-əl-Cəvzininin öz sənədilə Əlidən (ə) rəvayət etdiyi hədisdir, Əli (ə) deyir: "Peyğəmbər (s) vəfat edərkən, Əbu-Bəkri, namaz qılmaq üçün təqdim etdi. Peyğəmbərin (s) dinimiz üçün razı bildiyini, biz də dünyamız üçün razı bildik və Əbu-Bəkri təqdim etdik." { İbn-əl-Cəvzi. "Səfvətus-səfvə" kitabı. } Bu rəvayət ağ yalandır. Əlidən (ə) bu hədisin rəvayət olunmasını iddia edənlər bilməlidirlər ki, O Həzərət və ətrafında cəm olan məşhur səhabələr Əbu-Bəkrə müxalif olunmuş və yalnız altı aydan sonra ona bey'ət etmişdir. Əgər bu rəvayət doğrudursa, onda gərək İmam Əli (ə) ən əvvəl bey'ət etməliydi.

Əlinin (ə) Əbu-Bəkrə müxalif olması bu rəvayətin saxta olmasına kifayət edir. Buna əlavə olaraq adı çəkilən rəvayətin yalan olmasını başqa dəlillərdə sübuta yetirir:

1. Peyğəmbərin (s) şərafətli ömrünün axır anlarında bayrağı Üsamə ibn Zeydin əlinə bağlaması və səhabələrə onunla yola çıxmasına əmr etməsi. Halbuki, həmin ordunun sıralarında Əbu-Bəkr, Ömər və Əbu-Übeydə kimi mühacirlərin böyükləri də var idi. Əgər Peyğəmbər (s) Əbu-Bəkri özündən sonra xəlifə tə'yin etmək istəsəydi, onu həmin orduya qoşmazdı.

2. Əgər yuxarıda deyilən rəvayət doğrudursa, onda Əbu-Bəkr "Səqifə" günü mübahisəni həll etmək üçün dəlil gətirməyə ehtiyac duyduğu bir vaxtda öz müxalifətlərinə dəlil gətirərdi. Lakin gördüyümüz kimi bunun əvəzinə o, dəlil gətirərək demişdir: "Qureyş qəbiləsi, ərəblərin ən nəcabətlisidir."

3. Bütün bunlara uyğun olaraq həqiqətəndə bu rəvayət, Əlinin (ə) xilafətə tə'yin olunmasını sübuta yetirən ən qəti hədisləri saxtalaşdırır. Bu haqda dediklərimiz barədə keçmiş səhifələrdə olan nəsslərə müraciət et.


 
     

Meqaleden istifade zamani Wap.IXLAS.Az saytina istinad etmek zeruridir

Wap.IXLAS.Az