Abdulla ibn Səba əfsanəsi Bu əfsanənin qısası belədir: "Bu Səba oğlu Abdullah adlı şəxs Yəməndən olan yəhudidir. Osmanın dövründə o müsəlmanları aldatmaq üçün islamı qəbul edərək, islamın mərkəzi şəhərlərini Misiri, Şamı, Bəsrəni və Kufəni gəzərək Peyğəmbərin (s) qayıtması ilə Əlinin (ə) onun vəsisi olması və Osmanın bu vəsinin haqqını qəsb etdiyini insanlara xəbər verirdi. Böyük səhabələrdən Yasər oğlu Əmmar, Əbu Zər, Əbu Hüzeyfə oğlu Məhəmməd və başqa əshabələr ona meyl edib, ardıyca getdilər. O, xəlifə Osmanı qətl etmək üçün qoşun topladı və onu öz evində öldürdü. Beləliklə, bu əfsanə hadisələrlə silsilənərək Cəməl müharibəsində sona yetir. Belə ki, Abdullah ibn Səba müharibəni qızışdırmaq üçün ardıcıllarına Əlinin və Ayişənin xəbəri olmadan onların qoşunlarına daxil olmağı əmr edir. Beləliklə də Cəməl döyüşü baş verir". { Əllamə Əskəri. «Əhadis ummul-mu'minin» kitabı, səh. 272. }
Bu xurafi əfsanənin saxtalığını açıqlamaqda rolu olan Əllamə Seyid Mürtəza Əl-Əsgərinin { Bə'zi təhqiqatçı alimlər Səba oğlu Abdullah adlı şəxsin mövcud olmadığını sübut ediblər: O alimlərdən: Taha Hüseyn ("Fitnətul-Kubra" kitabı, cild 1); Doktor Kamil Mustafa Əl-Şeybi ("Əs-silə bəynət-təşəyyu' vət-təsəvvuf" kitabı, cild 1) adlarını çəkmək olar. } qeyd etdiyi kimi (Əfsanəni yaradan 170-ci hicri ilində vəfat etmiş Kufəli Bərcəmi Əl-Təmimi Seyf ibn Əmirdir. Ondan isə bütün tarixçilər götürərək tarix kitablarında yaymışlar. O da məşhur hekayəyə çevrilib əsrlər boyu bizim günümüzə qədər gəlib çatmışdır. Hətta o, məşhur hadisələrdən birinə çevrilib, şəkk olunmağı mümkünsüz olmuşdur. Şərqşünas tarixçi və yazıçılardan çoxu onun üzərindən ötmüşlər. Bu əfsanəni yazıb qoyanın heç bir şəriki olmayıb, o, tək olmuşdur. Onu rəvayət edən isə Seyf ibn Əmirdir ki, o da qədim alimlərinin yanında hədyanlığı və küfrünə görə ittihamlandığı məşhur idi. Belə ki, Əbu Davud deyir: "Yalandan başqa bir şey deyil". İbn Əbdül-Birr deyir ki: "Seyf tərk olunmuşdur, yalnız bilgi üçün onun hədisini qeyd etmişik". Ən-Nisai isə belə deyir: "hədisin tərk olunanı zəifdir, ona heç bir inam və iman yoxdur". Bu ravidən də Təbəri, ibn Əsakir, ibn Əbu Bəkr və Təbəridən və digər yazıçı və tarixçilər bu günə qədər götürmüşlər). { Əllamə Murtəza Əsgəri: «Abdullah ibn-Səbə'» kitabı. }
Mə'lumdur ki, müəllifi tək olan rəvayətlərin heç bir yəqinliyi olmayıb, yalnız elmi zənnə fayda verir. Onda yalanı və hədyanı ilə məşhur olub, heç bir inam sahibi olmayan ravinin rəvayəti qəbul olunarmı?
Bəs söyləyənin yalançı olması sübut olunmuş tək müəllifli rəvayətlərə müsəlmanlardan böyük bir tayfanın istinad etməsini hökm etmək necə qəbul olunur? Buna əks olan Peyğəmbərdən (s) nəql olunan mütəvatir hədislərə necə etinasızlıq ola bilər? Həqiqətən o, ən böyük tarixi komediyalardan biridir. Şiəliyin Mühəmmədilik olmasını sübut edən böyük sayda səhih mətnlərin olmasına baxmayaraq "Əli vəsidir" fikrini onun yaydığını deyənlər şiəliyi əfsanə söyləyən adama - Səba oğlu Abdullaha nisbət verirlər. Ötən səhifələrə, imamətə aid mətnlərə müraciət etsən "Abdulla ibn Səba"nın orada ifadəsini görərsən.
Abdullah ibn Səba deyirmi ki: "Həqiqətən mənim sizin üçün tərk etdiklərimdən tutsanız azmazsınız. Allahın kitabı və Əhli-Beytim olan itrətimdən"? O, deyirmi ki: "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır"? On iki imamı xəlifəliyə namizədini o deyirmi?
Bu nə komediyadır ki, bir yəhudi Yəməndən gəlib islamı qəbul etməsini münafiqcəsinə e'lan edərək, bütün bu işləri görərək, heç kəsin xəbəri olmadan müsəlmanları bir-birinin ziddinə qoşun çəkməsi həddinə çatmışdır.
Peyğəmbərin (s) Əli (ə) haqqında dediyi: "Mən elmin şəhəri, Əli isə onun qapısıdır" sözü ilə İmam Əlinin (ə) bu yəhudinin yalanına uymağı dərk ediləndirmi? Şübhəsiz ki, bu sözü deyən çox dərin zəlalətə düşmüş adamdır.