Kufr ve nifaqin merheleleri 30.12.2011 Cume moizesi
Bu cumede Haci Sahib kufr ve nifaqin merheleleri haqqinda behs etdi.
1. Qəlbin şəkki; Tovbə surəsinin 43,44 və 45-ci ayələrində bir dəstə munafiqin Peyğəmbərin yanına gəlib Təbuk muharibəsində iştirak etməmək ucun muxtəlif bəhanələr gətirərək izn istəmələri və Peyğəmbərin də onlara bu icazəni verməsi ilə bağlı baş vermiş tarixi bir hadisə haqqında danışılır və orada Allah Təala belə buyurur: “Allah səni bağışlasın. Niyə onlara (cihadda iştirak etməmək ucun) icazə verdin. Yoxsa Sənə onların doğru danışanlarla yalancıları məlum olardı.”
Əlbəttə Peyğəmbər burada hər hansı bir gunaha və xətaya yol verməmişdi ki Allah da onu əfv etsin. Əksinə sonradan qeyd olunan “Əgər onlar sizlə cıxsaydılar sizin muşkul və cətinliyiniz, fitnə və fəsadınız artardı” ayəsinə əsasən Peyğəmbərin onlara icazə verməsi məsləhət idi. Burada Peyğəmbər iki haldan xaric deyildi. Ya getməməyə icazə, yaxud da onlara cihad əmri verməli idi. Hər bir halda isə Peyğəmbər istər onlara icazə versin, istərsə də verməsin onlar munafiq olduqları ucun cihadda iştirak etmək fikirində deyildilər və birinci halda munafiqlikləri tanınmayacaqdısa da musalmanlar onların şərrindən rahat olacaq, ikinci halda isə nifaqları uzə cıxsa da musəlmanlar ucun bir problemə cevriləcəkdilər. Beləliklə də Peyğəmbər hər iki halda, hətta onlara cihad əmri verdiyi halda da nifaqları uzə cıxdığına gorə duz etmiş olardı. Bundan əlavə bu icazə ilə musəlmanların hər hansı bir mənafe və məsləhəti aradan getməmişdi ki xəta da baş vermiş olsun. Baş verən yalnız bu oldu ki onların munafiqliyi tanınmadı. Elə bu səbəbdən də Allah onların tanınıb uzə cıxması ucun “Allah səni bağışlasın. Niyə onlara icazə verdin” deyə buyuraraq xususi bir kinayə ilə qəzəbindən deyil, razılığından sanki O həzrəti danlayır. Necə ki zulmkar olan bir insan bir nəfər şəxsin ovladına sillə vurmaq istədikdə həmin şəxsin dostu zalımın əlindən tutub buna imkan vermir və o, oz dostunun bu işindən nəinki narazı olur, hətta xoşhal olaraq zulmkarın daxili cirkinliyini isbatlamaq ucun ona deyir. Allah səni saxlasın niyə buna imkan vermədin?!
Daha sonra isə momin və munafiqin nişanələrindən birinə işarə edərək buyurur: “Allaha və axirət gununə iman gətirənlər oz can və malları ilə cihadda (iştirak etməmələri ucun) səndən icazə istəmirlər. Allah təqvalı və pərhizkarlara alimdir. Səndən yalnız (cihadda iştirak etməmək ucun) Allaha və axirət gununə imanı olmayanlar izn istəyirlər. Onların qəlbləri şəkklə doludur və oz şubhələrində avara qalmışlar.”
2. Qəlbin inkarı; Yəni haqqa şubhəli olmaqdan əlavə ona qarşı həm də inkarcı olmaq. “Nəhl” surəsi 22-ci ayə həqiqi tanrının xaliq olmaq, nemət bəxş etmək, aşkar və gizlini bilmək, diri, cəza və mukafat sahibi kimi sifətlərə malik olmasının zəruriliyini butpərəstlərə dəlil gətirərək taxtadan, dəmir və daşdan yonulmuş duzəltmə tanrıların (butlərin) nəinki bu sifətlərə malik olmamasını, hətta onların ozlərinin məxluq, cansız, və ehtiyaclı olduqlarını, habelə onlara “cəza və savabın, umumilikdə oz talelərinin həmin tanrıların əlində olması” fikri ilə ibadət edənlərin hesab ucun nə vaxt diriləcəklərini belə bilmədiklərini onlara anlatdıqdan sonra belə buyurur: “Sizin tanrınız birdir. Axirətə inanmayanların qəlbləri inkarcı, ozləri isə təkəbbur əhlidir.”
Təkəbbur kufrun qaynağıdır. Nuh peyğəmbər Allaha dedi: “İlahi! Mən qovmumu gecə və gunduz dəvət etdim. Lakin dəvətimin onların qacmasından başqa bir şeyə təsiri olmadı. Bağışlanmaları ucun mən onları dəvət etdikdə barmaqlarını qulaqlarına tutub paltarları ilə ozlərini burudulər və oz movqelərində israr edib təkəbbur etdilər.” (Nuh 7)
3. Haqla duşməncilik; Belə ki kufr əhli haqqı batil kimi gostərib onu aradan aparmaq istəyir. “Mucadələ” surəsi 5-ci ayə: “Allah və onun rəsulu ilə duşməncilik edənlər əvvəlkilər kimi xar oldular. Halbu ki biz acıq aşkar dəlillər nazil etdik və kafirlər ucun xar edici bir əzab var”
Bu uc mərhələnin hər birində insanın zahirlə batini uyğun gəldikdə “kafir”, əks halda isə “munafiq” hesab olur. Beləliklə nifaqin da uc mərhələsi vardır:
1. Daxili şubhə ilə imanın izharı 2. Qəlbin inkarı ilə haqqın təsdiqi 3. Batini duşmənciliklə haqqa sevginin izharı
Sonuncu mərhələ nifaqın ən şiddətli mərhələsidir. “Nisa” surəsi 145- ci ayə: “Həqiqətən munafiqlər cəhənnəm odunun ən dərinliyindədirlər.”
İslam tarixində belə insanlar cox olmuşdur. Hansı ki uzdə haqqı sevsələr də, ozlərini ona yaxın bilsələr də daxildə onunla duşməncilik edirdilər. Numunə ucun Harunər-Rəşidi misal gətirmək olar. O, Bir gun Mədinə məscidində boyuk bir izdihamın icərisində Peyğəmbərin qəbrinə uzunu tutub “Salam olsun sənə ey Allahın rəsulu! Salam olsun sənə ey əmioğlu!”deyərək ozunun Peyğəmbərə yaxın olmasını camaata gostərir və muxtəlif bəhanələrlə imamların Peyğəmbər ovladı olduqlarını inkar etməyə calışırdı. İmam Museyi Kazim(ə) da orada idi. O həzrət qabağa gəlib “Salam olsun sənə ey Allahın rəsulu! Salam olsun sənə ey ata!” deyərək Peyğəmbərə xitab etdi. Harun bunu eşitdikdə cox narahat oldu və dedi: “Siz Peyğəmbərin ovladları sayılmırsız. Siz Əli(ə)-ın ovladları hesab olunursuz. Cunki hər bir kəs oz ata babasına mənsubdur. Siz isə Peyğəmbərin qızının nəslindənsiz.” İmam cavabında “Ənam”surəsinin 85-86 cı ayələrini oxuyub buyurdu: “İsa peyğəmbərin atası olmadığı halda Allah Təala onu bu ayələrdə cəddi İbrahimin ovladı sayır.”Sonra isə buyurdu: “Ey Harun! Əgər Peyğəmbər diri olsaydı və sənin qızının elciliyinə gəlsəydi, qızını ona verərdin?” Harun dedi: “Bəli, hətta bu qohumculuqla butun ərəb və qeyri ərəblərə fəxr edərdim.” İmam buyurdu: “Amma Peyğəmbər nə mənim qızımın elciliyinə gələr, nə də mən onun qızı ilə evlənə bilərəm. Bu evlilik bizə haramdır. Cunki mən onun ovladı, sən isə ozgə sayılırsan”
Həccac ibn Yusif Əhli beyt dostlarından olan Yəhya ibn Muəmmərin yanına bir nəfər şəxsi gondərib ona deyir ki eşitmişəm İmam Həsən(ə) və İmam Huseyni (ə) Peyğəmbərin(s) ovladları hesab edirsən və Qurandan da buna dəlil gətirirsən. Halbuki Quranı əvvəldən axıra oxumuşam amma belə bir ayəyə rast gəlməmişəm. Yəhya cavabında bu ayəni ona dəlil gətirərək İmam Həsən və İmam Huseynin Peyğəmbərin(s) ovladları olduğunu isbat edir. Əbu Bəkr deyir: Peyğəmbər (s) İmam Həsənə(ə) işarə edib buyurdu: “Mənim bu oğlum ağadır.” Nəzərə alaq ki cahil ərəblər icərisində “ibn”(ovlad vəoğul) kəlməsi qız nəslindən olan ovlada şamil edilmirdi.

Meqaleden istifade zamani Wap.IXLAS.Az saytina istinad etmek zeruridir

Wap.IXLAS.Az