Haci Sahib cume xutbesi 23.12.2011 Cume moizesi
Bu cumede Haci Sahib Imanin en kamil derecesi olan Yeqin haqqinda behs etdi.
Yəqin insan inancının ən yuksək həddidir. İslam Peyğəmbəri buyurur: “Yəqin imanın hamısıdır” İnsanın məqam və dərəcəsi onun yəqininin məqam və dərəcəsi ilə olculur. Hətta insanın əməl və ibadəti də onun yəqininə bağlıdır. Allah yəqin uzundən olan ibadətə nəzər edir və ona az olmuş olsa da boyuk dəyər verir. İmam Sadiq(ə) buyurur: “Yəqin uzundən olan az daimi əməl Allah yanında yəqin uzundən olmayan cox əməldən ustundur” İmam Rza (ə) buyurur: “İman islamdan, təqva imandan, yəqin isə təqvadan bir dərəcə ustundur. Bəndələr icərisində az paylanan yəqindir”
İbadət və yəqin bir-birini tamamlayan iki məfhumdur. Belə ki yəqin ibadəti dəyərli və faydalı edir, habelə yəqin uzundən olduqda ibadət duzgun və kamil sayılır. Əli(ə) buyurur: “İbadət yəqinlə tamamlanır” İbadət də oz novbəsində yəqin yaradır. Hicr surəsi ayə 99-da buyurur: “Rəbbinə ibadət et ki sənə yəqin gəlsin” Bu ayə ibadətin miqdarını yox, onun novunu, keyfiyyət və məqsədini bəyan etmək istəyir. Beləliklə ibadətsiz yəqin gəlməz, yəqinsiz də ibadət dəyərli və kamil olmaz.
Gozəl yəqinə sahib olan şəxsə gunah zərər yetirmir. Belə bir insan gunah etmiş olsa da yəqinsiz abiddən yaxşıdır. İslam Peyğəmbərindən bu iki nəfər şəxs haqqında soruşduqda o həzrət buyurdu: “Gozəl yəqinə sahib olan şəxsdən gunah baş verdikdə o dərhal peşiman olur, tovbə edir və bağışlanılır. Onun ucun bir ustunluk qalır ki onunla cənnətə daxil olur.” Beləliklə baş vermiş gunah ona zərər yetirmir. (Burada gunah dedikdə bilməyərəkdən baş verən gunah nəzərdə tutulur, nıinki qərəzli və israrlı gunah) Yəqini olmayan abidə isə şeytan tez ziyan yetirə bilir. Numunə ucun Allaha daim gecə gunduz dua edən bir abidin bir gun şeytanın “niyə sənə cavab verməyən bir kəsi bu qədər cağırırsan” vəsvəsəsinə aldanaraq ozunu dua qədər boyuk və dəyərli bir nemətdən məhrum etməsini qeyd etmək olar. Lakin yəqin əhli duasının daim təsirsiz olmamasına inanır və hec bir vəchlə şeytanın bu cur hiylələrinə uymur. Ona gorə də hədislərda qeyd olunur ki butun dualar qəbul olur. Qəbul olmayan dua yoxdur. Amma həmin istək ya yerinə yetir, yaxud gələcəyə saxlanılır yaxud da onunla hansısa bəlkə də bizə məlum olmayan bəlalar dəf olunur. Hədisdə var ki dua edənin qəbul olmayan istəklərinin əvəzində Allah qiyamət gunu ona elə savablar verər ki insan həmin vaxt “kaş o biri dualarımı da Allah bura saxlayardı” deyər.
Elm,duşuncə, yəqin,Əhli beyt sevgisi və sair kimi dəyərlər digər əməl və ibadətlərin təməl və bunovrəsini təşkil edir. Bunlar olmadıqda edilən ibadətlər bunovrəsi mohdəm olmayan yerdə daşı daş ustunə qoymağa bənzəyir. Təməl mohkəm olduqda isə baş verən cuzi səhv və xətaların hec bir qorxusu yoxdur. Necə ki mərhum M.Fizuli Əhli-beyt sevgisi haqqinda deyir:
“Duşməni gər taət etsə mocibi-isyan olur
Dostu gər isyan ede ol baisi-ğufran olur”
Yəni Əhli-beyti sevməyən şəxsin ibadəti usyana,Əhli-beyti sevən şəxsin usyani isə bağişlanmağa səbəb olur
Ona gorə də boyuk insanlar Allahdan ən cox yəqin əhli olmalarını istəmişlər. İmam Sadiq(ə) buyurur: “Peyğəmbərlər uc şeyi bir-birlərindən irs aparmışlar. İlahi! Səndən qəlbimi busbutub buruyən iman, mənə yetişən hər nə varsa onun yalnız sən tərəfdən mənə təqdir edildiyini bilməyim ucun yəqin və mənim ucun ayırdığın paya razılıq istəyirəm.”
İslam Peyğəmbəri dualarında daim belə deyərdi: “İlahi! Bizə gunahlarla bizim aramızda maneə olacaq qədər qorxundan,bizi cənnətinə yetirəcək qədər itaətindən, bizə musibətlərini asanlaşdıracaq qədər yəqindən pay ayır. Musibətimizi dinimizdə,dunyanı ən boyuk məqsəd və cəhdimiz qərar vermə. Bizə rəhm etməyənləri bizə rəhbər etmə”
Əli(ə) buyurur: “Qəlbi yəqinlə burunən insan necə də boyuk səadətə catmışdır.”
Hətta yəqin imamətin də şərtidir. Səcdə surəsi ayə 24 buyurur: “Biz onları səbr edib ayələrimizə yəqin etdikləri vaxt əmrimizlə hidayət edən imamlar qərar verdik” Nəzərə alsaq ki yəqin aləmin mələkutunu(batinini) muşahidə etməkdən ayrı deyildir, bu zaman onun necə bir məqam olması və yalnız kim tərəfindən kimlərə verilə bilməsi aydın olur. Ənam surəsi ayə 75 buyurur: “Beləliklə biz İbrahimə goylərin və yerin mələkutunu gostərdik ki yəqin əhlindən olsun” Deməli aləmin mələkutunu gostərmək yəqin nemətini həzrət İbrahimə verməyə bir muqəddimə və hazırlıq idi və ona gorə də yəqin əhlindən olan şəxs mələkutu gorur və muşahidə edir. Əli(ə) buyurur: “Əgər pərdələr goturulsə yəqinim artmaz” Bu o deməkdir ki Əli(ə) batini elə gorur və duyur ki pərdələr kənara getsə də yəqinində dəyişiklik yaranmır. Əli (ə) Nəhcul-bəlağə hikmət 143-də imamların vəsfi haqda buyurur : “Yer uzu Allahın hoccətləindən boş deyildir. Onlar bəzən aşkar, bəzən isə gizlidir. Onlar say cəhətdən az olsalar da lakin qədr və qiymətləri Allah yanında olduqca əzəmətlidir. Onlarla Allah oz dəlillərini qoruyur. Elm onlara tam aydınlıq və bəsirətlə uz gətirmiş və yəqinin ruhuna catmışlar. Cahillərin vəhşət etdikləri ilə onlar unsiyyətdədirlər. Cisimləri dunya ilə olsa da ruhları ən uca yerə bağlıdır. Onlar Allahın yer uzundəki xəlifələri və onun dininə dəvət edənlərdir. Ah! Ah! Kaş onları gorə biləydim”

Meqaleden istifade zamani Wap.IXLAS.Az saytina istinad etmek zeruridir

Wap.IXLAS.Az