RSS
 

Login:
Şifrə:
» » Necə oruc tutaq?

Xəbər lenti

Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...
BEHİŞTƏ DAXİL OLACAQ İLK ŞƏXS KİMDİR?
BEHİŞTƏ DAXİL OLACAQ İLK ŞƏXS KİMDİR?...
ANADAN ƏZİZ, YENƏ ANADIR!
ANADAN ƏZİZ, YENƏ ANADIR!...
Peyğəmbəri-Əkrəm (s) Xanım Zəhra (ə.a) və onun başına gətiriləcək müsibətlərdən danışır
Peyğəmbəri-Əkrəm (s) Xanım Zəhra (ə.a) və onun başına gətiriləcək müsibətlərdən danışır...
Sədəqələrinizi riyakarlıq və minnətlə puç etməyin
Sədəqələrinizi riyakarlıq və minnətlə puç etməyin...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam





Online SMS Yaz!
Online Sms:

Necə oruc tutaq?

 
Müəllif: Admin | Bölmə: Sual-Cavab, Məqalələr | Vaxt: 27-05-2017, 00:49 | Şərh sayı: (0) | Baxılıb: 384

Necə oruc tutaq?


Necə oruc tutaq? Oruc, insanın Allah-təalanın əmrini yerinə yetirmək üçün sübh azanından şam azanına qədər, irəlidə izah olunacağı kimi, doqquz şeydən çəkinməsidir.

Insanın orucun niyyətini qəlbindən keçirməsi və ya məsələn; ''sabah oruc tutacağam'' deyərək niyyət etməsi şərt deyildir. Yalnız Allah-təalanın əmrinə itaət etmək üçün, sübh azanından şam azanına qədər orucu pozan şeylərdən özünü qoruma qərarında olması kifayətdir. Bu müddət ərzində oruc olduğuna yəqin etmək üçün, gərək sübh azanından bir az qabaq və şam azanından bir az sonraya qədər orucu batil edən işlərdən özünü saxlasın.

Insan orucluq ayının hər gecəsində sabahkı orucunu niyyət edə bilər. Yaxşı olar ki, ayın əvvəl gecəsi ayın bütün orucunu niyyət etsin.

Agah olan şəxs üçün, Ramazan ayı orucunun ən son niyyət vaxtı, sübh azanından qabaqdır. Yəni hər nə qədər yatmaq və bu kimi şeylər vasitəsi ilə öz niyyətindən xəbərdar olmasa belə, sübh azanından qabaq oruca niyyət etmiş olmalıdır.

Orucu batil edən işləri görməyən şəxs, şam azanına az bir vaxt qalmış olsa belə, günün hansı vaxtında müstəhəbb bir oruc niyyət edərsə, orucu səhihdir.

Ramazan ayı orucunda və həmçinin müəyyən bir zamanı olan vacib orucda, sübh azanından qabaq oruc üçün niyyət etmədən yatan bir şəxs, əgər zöhrdən qabaq oyanıb niyyət edərsə, orucu səhihdir. Amma zöhrdən sonra oyanarsa, ehtiyata əsasən mütləq qürbət niyyəti ilə günün qalanını orucu batil edən şeylərdən çəkinməli və o günün orucunu da qəza etməlidir.

Ramazan ayının orucundan qeyri bir oruc tutmaq istəyən şəxs, onu niyyətində müəyyən etməlidir. Məsələn; ''qəza orucu və kəffarə orucunu tuturam'' deyə niyyət etməlidir. Amma Ramazan ayında ''Ramazan ayının orucunu tuturam'' deyə niyyət etməsi lazım deyildir. Hətta Ramazan ayı olduğunu bilməsə və ya unudub başqa bir oruca niyyət edərsə, onun orucu Ramazan ayının orucundan hesab edilir.

Əgər Ramazan ayının olduğunu bilir və qəsdən Ramazan ayından qeyri orucunun niyyətini edirsə, qəsd etdiyi oruc hesaba alınmaz və həmçinin Ramazan ayının orucu kimi də sayılmaz. Əgər o qəsd qürbət (yəni Allaha yaxınlaşmaq) qəsdi ilə zidd olsa, hətta ziddiyyətli olmasa belə, ehtiyata əsasən Ramazan ayının orucundan hesab olunmaz.

Əgər məsələn; ayın birinci gününün niyyəti ilə oruc tutsa, sonra ayın ikinci ya üçüncü günü olduğunu başa düşsə, orucu səhihdir.

Əgər sübh azanından əvvəl niyyət etsə və bihuş olsa və günarası özünə gəlsə, vacib ehtiyata əsasən, o günün orucunu tamam etməlidir və əgər tamam etməsə, onun qəzasını yerinə yetirməlidir.

Əgər sübh azanından qabaq niyyət edib, sonra sərxoş olarsa və həmin gün ərzində ayılarsa, vacibehtiyata əsasən o günün orucunu tamamlamalı və onun qəzasını da yerinə yetirməlidir.

Əgər sübh azanından əvvəl niyyət edib yatsa və axşamdan sonra ayılsa, orucu səhihdir.

Ramazan ayı olduğunu bilməsə və ya unudarsa, belə ki, zöhrdən qabaq Ramazan ayı olduğunu bilərsə, əgər orucu batil edən bir iş görmüşdürsə, orucu batildir. Amma şam azanına qədər orucu batil edən işlərdən çəkinməli və Ramazandan sonra da, o günün orucunu qəza etməlidir. Ehtiyata əsasən, əgər zöhrdən sonra da Ramazan olduğunu anlayarsa, hökm eynidir. Amma əgər zöhrdən əvvəl başa düşsə və orucu batil edən bir iş görməsə, orucu səhihdir.

Əgər uşaq Ramazan ayında sübh azanından əvvəl həddi-buluğa çatsa, gərək oruc tutsun. Əgər azandan sonra həddi-buluğa çatsa, o günün orucu ona vacib deyil. Amma əgər müstəhəbb oruc tutmaq qəsdi etsə, ehtiyata əsasən bu təqdirdə o günün orucunu tamamlaması lazımdır.

Meyyitin orucunu yerinə yetirmək üçün əcir olan və ya boynunda kəffarə orucu olan bir şəxs, müstəhəbb bir oruc tutarsa, eybi yoxdur. Amma boynunda qəza orucu olan bir şəxs, müstəhəbb oruc tuta bilməz. Əgər unudaraq müstəhəbb bir oruca niyyət edər və zöhrdən qabaq xatırlayarsa, müstəhəbb orucu pozular, lakin niyyətini qəza orucuna çevirə bilər. Amma əgər zöhrdən sonra agah olarsa, ehtiyata əsasən orucu batildir. Əgər şam azanından sonra da xatırlayarsa, orucunun səhih olması şübhəlidir.

Əgər Ramazan ayının orucundan başqa, müəyyən olmayan insana vacib olsa, məsələn, müəyyən bir günü oruc tutmasına dair nəzr etmiş olsa, əgər sübh azanına kimi qəsdən niyyət etməsə, orucu batildir. Əgər o günün orucunun ona vacib olmasını bilməsə, ya unutsa zöhrdən əvvəl yadına düşsə, orucu batil edən bir iş görməmiş olsa və niyyət etsə, onun orucu səhihdir. Əgər zöhrdən sonra yadına düşsə, Ramazan ayının orucunda deyilən ehtiyata əməl etməlidir.

Əgər vacib olan, lakin günü müəyyən olmayan oruc üçün məsələn; kəffarə orucu kimi, qəsdən zöhrə qədər niyyət etməsə, eybi yoxdur. Əgər niyyətdən əvvəl oruc tutmaq qərarına gəlsə ya oruc tutub-tumaması barədə müəyyən qərara gəlməsə (tərəddüd etsə), belə ki, orucu batil edən işlərdən görməmişsə və zöhrdən əvvəl niyyət edibdirsə, orucu səhihdir.

Əgər Ramazan ayında, zöhrdən əvvəl kafir müsəlman olsa və sübh azanından o vaxta kimi, orucu batil edən bir iş görməyibsə, vacib ehtiyata əsasən gərək oruc niyyəti etsin və orucu tamam etsin. Əgər o gün oruc tutmasa, onun qəzasını yerinə yetirsin.

Əgər xəstə olan bir şəxs, Ramazan ayı günündə zöhrdən qabaq sağalar və o vaxta qədər orucu batil edən bir şey etməmiş olarsa, oruc üçün niyyət edib o günün orucunu tutmalıdır. Amma əgər zöhrdən sonra sağalarsa, o günün orucu ona vacib deyildir.

Insanın, Şəbanın son günü yaxud Ramazanın əvvəl günü olduğundan şübhə etdiyi günü oruc tutması vacib deyildir. Əgər oruc tutmaq istəsə, Ramazan ayı orucunun niyyətini edə bilməz. Amma əgər ''Ramazan ayı olduğu təqdirdə, Ramazandan və Ramazan ayı olmadığı təqdirdə, qəza və bunun kimilərdən sayılsın'' deyə niyyət edərsə, hərçənd orucunun səhih olması uzaq görüş olmasa da, qəza və bu kimi oruca niyyət etməsi daha yaxşıdır. Belə ki, əgər sonradan Ramazan ayı olduğu məlum olarsa, Ramazandan hesab olunar. Əgər təyin etmədən, oruc olmağa niyyət edər və sonradan Ramazan ayı olduğu məlum olarsa, yenə də kifayətdir.

Şəbanın son günü, yoxsa Ramazanın əvvəl günü olduğundan şübhə etdiyi gündə, qəza, müstəhəbb və bu kimi bir oruc niyyəti ilə oruc tutar və gün ərzində Ramazan ayı olduğunu anlayarsa, Ramazan ayı orucu üçün niyyət etməlidir.

Əgər müəyyən vacib bir orucda (Ramazan ayının orucu kimi) orucunu batil edib ya etməməsində müəyyən qərara gələ bilməsə ya orucunu batil etməsinə dair qəsd etsə, ehtiyata əsasən etdiyi qəsdindən qayıtsa da və orucu batil edən bir iş görməsə də orucu batil olar.

Müstəhəbb olan və ya kəffarə orucu kimi vaxtı müəyyən olmayan vacib bir orucda, əgər orucu batil edən bir iş görməyi qəsd edər və ya belə bir işi görüb-görməmək xüsusunda tərəddüdə düşərsə, əgər həmin işi görməsə, belə ki, vacib orucda zöhrdən əvvələ qədər və müstəhəbb orucda, şam azanından əvvələ qədər təkrarən oruc üçün niyyət edərsə, orucu səhihdir.

Orucu batil edən şeylər
Bir neçə şey orucu batil edər:
1. Yemək və içmək.
2. Cima.
3. Istimna.
4. Allaha, Peyğəmbərə və Peyğəmbərin canişinlərinə (ə.s.) yalan isnad vermək.
5. Tozun boğaza yetişməsi.
6. Məşhura əsasən, başı tamamilə suya batırmaq.
7. Sübh azanına kimi, cənabət, heyz və nifas halında qalmaq.
8. Axıcı şeylərlə imalə etmək.
9. Qusmaq.

Bunların hökmləri gələn yazımızda şərh olunacaq.
Sual1: Orucun faydalarını və fəlsəfəsini bəyan edin.
Orucun çoxsaylı hikmətləri və faydaları vardır. Onların mühümləri aşağıdakılardan ibarətdir:
1.Oruc insanın ruhunu lətafətli, iradəsini güclü edir, meyl və istəklərini nizamlayır, insana təqva və pəhrizkarlıq yolunda kömək edir.
2. Oruc kasıb və varlı arasında bərabərliyi tənzimləyir.
Insanlar aclığı dadmaqla yoxsullar və məhrumlar haqda düşünüb onların hüquqlarını ödəyir.
3. Oruc qəlblərə rahatlıq verir.
4. Oruc sağlamlıq və müalicə baxımından böyük təsirlərə malikdir və bədənin sağlamlığına səbəb olur. Aleksey Soforin (rusiyalı alim) oruc tutmağı qan azlığı, uşağın zəif olması, revmatizm, göbələk xəstəlikləri, şəkər, böyrək və ciyər kimi bir çox xəstəliklərin müalicəsi yolu bilir.
Sual 2: Ramazan"ın mənası nədir?

"Ramazan", "rəmz" kökündən olub, qızmar isti və günəşin daşa və quma saçması mənasındadır. Ramazan ayı aclıq, susuzluq və çətinliklər qarşısında dözüm ayı olduğu üçün bu adı almışdır. Bu ay hicri-qəməri təqvimində ilin 9-cu və yeganə ayıdır ki, adı Quranda çəkilmişdir və Allahın adlarından biridir. Ramazan ayının bütün aylardan üstünlüyü vardır. Çünki bütün qiymətli səmavi kitablar (Tövrat, Incil, Zəbur, Suhuf və Quran) məhz bu ayda nazil olmuşdur. Qədr gecəsi bu ayda baş vermişdir. Bəlkə bu xüsusiyyətlərə görə uyğun ay orucluq üçün seçilibdir.

Sual 3: "Sovm" (oruc) sözünün lüğət və terminoloji mənası nədir?

"Soum" (oruc) lüğətdə hər bir şeydən çəkinmək mənasındadır. Amma fiqh terminologiyasında "Allah əmrini yerinə yetirmək məqsədi ilə sübh azanından məğribə bir neçə şeydən çəkinmək mənasını bildirir.

Sual 4: Orucun tarixçəsi hansı zamandan başlayır?

Tarixdə bir çox dəlillər var ki, oruc yəhudilər, məsihilər və başqa millətlər və tayfalar arasında mövcud olmuşdur. Onlar qəm-qüssə ilə üzləşən zaman tövbə və Allahın razılığını əldə etmək üçün oruc tuturdular. Belə ki, bu yolla Onun qarşısında acizlik və təvazökarlıq göstərib, bu günahlarını etiraf edirdilər. Incildə oxuyuruq ki, Məsih qırx gecə-gündüz oruc tutmuşdur.

Qurani-kərim açıq-aşkar bəyan edir: "Bu ilahi əmr əvvəlki ümmətlərdə də vacib imiş."

Sual 5: Məlum olduğu kimi, əxlaq alimləri orucu ümumxalq kütləsinin orucu, xüsusi adamlar və daha xüsusi adamların orucu növlərinə bölmüşlər. Bunun dini əsası varmı?

Imam Sadiq (ə) xüsusi möminlərin orucu barədə buyurur: "Oruc olduqda sənin qulaq və gözün haram işlər qarşısında, həmçinin bütün bədən üzvlərin pis işlər qarşısında oruc olmalıdır."

Həzrət Əli (ə) isə daha xüsusi möminlərin orucu barədə belə buyurmuşdur: "Qəlb orucu və özünü günah fikirlərdən qorumaq, qarın orucu və özünü yeməkdən saxlamaqdan üstündür."



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Seyyid Peyman - En insan
Seyyid Peyman - Zeynəb Zeynəb
Hacı Sahib - Səfərdə olanın orucu
Hacı Sahib - Oruc tutan su içə bilər?
Hacı Sahib - Dəstəmazın danışması
Rusif Ucar - Üsyan
Hacı Sahib - İntizar
Hacı Sahib - İntizar çəkmək
Hacı Sahib - Kiçik günahı unutmaq
Hacı Şahin - Dini ehtiyac
Hacı Şahin - Diqqət eləmək
Hacı Şahin - Din təbliğ etmək
Hacı Eldayaq - Allah üçün
Hacı Eldayaq - Allahı unuduruq
Hacı Eldayaq - Allahımızı ucuz satırıq
Azərbaycan İlahi nəğmələr qrupu Hacı Möhübbət - Şah səlamun aleyk
Azərbaycan İlahi nəğmələr qrupu - Ağam Əbəlfəz
Azərbaycan İlahi nəğmələr qrupu - Əli kimdir
Seyyid Peyman - Şah salamun aleyk
Hacı Sahib - Şəban ayının əməlləri
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor