"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 13-08-2019, 18:19 | Şərh sayı: (2) | Baxılıb: 2162
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi

Bu hədisin yalan olmağina dair bir çox dəlil vardır.
Hədisi uyduran şəxs düşünmədən bu kəlmələri söyləmişdir. Əgər "Mən Xatəmul-ənbiya miras qoymuram" demiş olsaydı, bundan boyun qaçırmağa yer olardı. Amma məlum olduğu kimi "Biz peyğəmbərlər miras qoymuruq" dediyinə görə, özlərinin buyurduqları kimi, həqiqətlərin ortaya çıxması üçün Qurana müraciət edək.
Bu hədisi Quran ayələriylə uyğunlaşdırdığımız zaman onun doğru olmadığı aydın olur, çünki Quranda bir çox ayə Peyğəmbərlərin mirasıyla əlaqədar nazil olmuşdur. Böyük peyğəmbərlərin hamısının da mirası olmuş və varisləri olümlərindən sonra onların mallarına sahib çıxmışlar. Bu səbəbdən, sözügedən hədisin uydurma olduğu aydındır!
Böyük mühəddis Əbu Bəkr Əhməd ibn Əbdüləziz Cövhəri "Səqifə" kitabında, İbn Əsir "Nihayə"də, Məsudi, "Əxbaruz-zaman" və "Ovsət"də, İbn Əbil-Hədid "Nəhcül-bəlağənin şərhi"nin 4-cü cildinin 78-ci səhifəsində "Səqifə" kitabında Əbu Bəkr Əhməd Cövhəridən nəql edərək, İmam Baqirdən (ə), Siddiqeyi-Suğra Zeynəbi-Kubradan, bəziləri Abdullah ibn Həsən ibn Həsəndən və həzrət Fatimədən (s.ə) bir çox yol və sənədlərlə, 93-cü səhifəsində Aişədən, 94-cü səhifəsində isə Məhəmməd ibn İmran Mərəbani və Zeyd ibn Əli ibn Hüseyndən, o da atasından, o da babasından, o da həzrət Fatimədən (s.ə) rəvayət etmişdir. Eləcə də digər bir çox əhli-sünnə alimləri öz mötəbər kitablarında həzrət Fatimənin məsciddə ənsar və mühacirlərə qarşı oxuduğu xütbəsini ətraflı şəkildə rəvayət etmişlər. Fatimeyi-Zəhra bu xütbədə onları cavab vermək məcburiyyətində qoymuşdur. Məntiqli bir cavabları olmadığı üçün də sükut etmiş, sonradan isə ortalığa vəlvələ salmışlar.
Həzrət Fatimə sözügedən hədisin iftira və yalan olduğu xüsusunda belə dəlil gətirir:
"Əgər bu hədis doğrudursa və peyğəmbərlərin mirası da yoxdusa, o halda Quranda yer alan bu qədər miras ayəsi nə üçündür?!"
HƏZRƏT FATİMƏNİN (S.Ə) "İRS APARMIRIQ" HƏDİSİNİN RƏDDİNƏ DAİR DƏLİLƏRİ
Allah-təala bir ayədə belə buyurur:
"Süleyman Davuda varis oldu".
(“Nəml surəsi, ayə:16)
Zəkəriyya hadisəsində də belə buyurur:
"Dərgahından mənə bir vəli ver ki, o, mənə varis olsun, Yaqub xanədanına da varis olsun."
Yenə Zəkəriyyanın duası ilə əlaqədar olaraq belə buyurur:
"Zəkəriyyanı da xatırla! O, Rəbbinə belə niyaz etmişdi: "Rəbbim! Məni yalnız buraxma. Sən varislərin ən xeyirlisisən". Biz onun duasını qəbul etdik, ona Yəhyanı verdik".
(Ənbiya surəsi, ayə: 89-90)
Daha sonra həzrət Fatimə (s.ə) buyurdu:
"Ey İbn Əbu Quhafə (Əbu Bəkr)! Görəsən, Allah-təalanın ayəsində varmı ki, sən atandan miras ala bilərsən, amma mən ala bilmərəm?! Allah-təalaya böyük bir iftira yaxırsınız! Görəsən, bildiyiniz halda, qəsdənmi Allah-təalanın Kitabıyla əməl etmirsiniz və Quranı arxanıza atırsınız?
Görəsən, mən Peyğəmbərin (s) qızı deyiləmmi ki, məni haqqımdan məhrum edirsiniz?! O halda, bütün insanlar və xüsusən də peyğəmbərlər haqqında nazil olan bu qədər miras ayələri nədir?!
Quran ayələri Qiyamətə qədər bütün həqiqətləriylə baqi deyilmi? Quran belə buyurmurmu?: "Əqrabalar Allahın Kitabında bir-birlərinə (mirasda) daha yaxındırlar".
(Ənfal surəsi, ayə:75)
Həmçinin, "Allah övladlarınız haqqında sizə tövsiyə edir ki, oğula iki qız hissəsi qədər pay düşür".
(Nisa surəsi,ayə:11)
Həmçinin, "Sizin birinizi ölüm haqlayan zaman qoyub-gedəcəyiniz maldan valideynlərinizə, yaxın qonumlarınıza verilməsi üçün ədalət üzrə (malın üçdə birindən çox olmamaq şərti ilə) vəsiyyət etməyiniz zəruridir. Müttəqilərə bu, vacibdir".
(Bəqərə surəsi, ayə:180)
Görəsən, hansı xüsusiyyət məni atamın mirasından məhrum etdi? Allah-təala sizi bir ayəyə məxsus etdimi ki, atamı o ayədən xaric etdiniz?! Olmaya, atamdan və əmim oğlu Əli ibn Əbu Talibdən Qurani-kərimin ümumi və xüsusi hökmlərini daha yaxşı bilirsiniz?!"
Bu dəlillər və haqq sözlər qarşısında hamı aciz qaldı. Verəcək cavabları olmadığı üçün sözdən qaçaraq, Fatiməni (s.ə) söydülər. Həzrət Fatimə (ə) çarəsiz qaldı. Fəryad edərək belə buyurdu:
"Bu gün qəlbimi qırdınız, haqqımı qəsb etdiniz. Amma Qiyamətdə - ilahi ədalət məhkəməsində sizlərdən haqqımı istəyəcəyəm və qadir olan Allah-təala haqqımı sizdən alacaqdır! Ən gözəl hökm Allah-təalanındır! Məhəmməd himayədarım və mövlamdır. Sizinlə Qiyamətdə görüşəcəyik; o gün batil əhli ziyana uğrayacaq, peşmanlıqları isə heç bir fayda verməyəcək. Hər şeyin bir vaxtı vardır və vaxtı gəldikdə o şey həqiqiləşir. Əbədi və zillətli əzabın kimə nəsib olacağını çox yaxında görəcəksiniz!"
Həzrət Fatimənin dəlilləri qarşısında cavab verə bilmədiyi üçün Əbu Bəkr o dəqiqə minbərə çıxaraq, sadəcə Fatiməyə (ə) deyil, həyat yoldaşı, əmisi oqlu, Allah-təala və Rəsulunun sevimlisi olan həzrət Əlini də təhqir etdi!"
Bunlar hamisi əhli-sünnənin mötəbər kitablarında vardir. Məsələn: İbn Əbil-Hədid Mötəzili "Nəhcül-bəlağənin şərhi" kitabının (Misir çapı) 4-cü cildinin 80-cı səhifəsində Əbu Bəkr Əhməd ibn Əbdüləziz Cövhəridən nəql edərək Əbu Bəkrin Əli (ə) və Fatimənin (s.ə) nitqindən dərhal sonra minbərə çıxdığını və Peyğəmbəri-əkrəmin (s) bu iki əmanətinə etdiyi təhqirləri qeyd etmişdir.
HƏZRƏT ƏLİNİN (Ə) ƏBU BƏKRƏ DƏLİL GƏTİRMƏSİ
Digərlərinin də yazdığına görə, məzlum həzrət Fatimə (s.ə) məsciddə xütbəsini bitirdikdən sonra həzrət Əli (ə) mühacir, ənsar və müsəlmanların hüzurunda Əbu Bəkrə dönərək belə buyurdu:
"Niyə Fatiməni atasından qalan mirasdan məhrum etdin? Bilindiyi kimi, Fatimə hələ Peyğəmbər həyatda ikən Fədəkin sahibi idi."
Əbu Bəkr cavabında belə dedi:
"Fədək müsəlmanların malıdır, əgər Fatimə Fədəkin onun mülkü olduğuna dair şahid gətirərsə, özünə verərəm; əks təqdirdə, məhrum edərəm!"
Hz. Əli (ə):
"Bizim barəmizdə müsəlmanlar arasında hökm etdiyindən başqa bir şəkildə hökm edirsən?! Məgər Peyğəmbər belə buyurmamışdımı?: "İddia edən şahid göstərməlidir; əleyhinə iddia edilən isə and içməlidir".
Sən Rəsulallahın sözünü rədd edir və şəri hökmlərin əksinə olaraq Peyğəmbər zamanından bəri malının sahibi olan Fatimədən şahid istəyirsən?! Kisa əshabından biri olub, haqqında Təthir ayəsi nazil olan Fatimənin əməl və sözü haqq deyilmi?!
Soylə görüm, iki şahid Fatimənin (Allaha pənah aparıram) çirkin iş etmiş olduğuna şahidlik edərsə, ona nə edərsən"?
Əbu Bəkr:
"Ona digərləri kimi hədd təyin edərəm"!
Hz. Əli (ə):
"O zaman Allah dərgahında kafirlərdən olarsan! Çünki Allah-təalanın Fatimənin təmizliyi ilə əlaqəli şahidliyini rədd etmiş olarsan. Allah-təala belə buyurmuşdur: "Allah, ancaq siz Əhli-beytdən hər cür pisliyi aradan aparmaq və sizi pak etmək istər". Məgər Təthir ayəsi bizim haqqımızda nazil olmamışdırmı"?!
Əbu Bəkr:
"Bəli, sizin haqqınızda nazil olmuşdur."
Hz. Əli (ə):
"Allah-təalanın pak bir insan olduğuna şəhadət etdiyi Fatimə dəyərsiz bir dünya malı uçün yersiz iddia edərmi?! Pakizə bir insanın şahidliyini rədd edib, dabanına bövl ifraz edən bir ərəbin şəhadətinimi qəbul edirsən?!"
Hz. Əli (ə) bu cümlələri buyurduqdan sonra qəmgin halda evinə döndü. İmamın bu dəlilli sözləri xalqın narazılığına səbəb oldu. Hər kəs imam Əli və həzrət Fatimənin haqlı olduqlarını söyləyir və Allah-təalaya and içərək Əlinin (ə) düz dediyini, Peyğəmbəri-əkrəmin qızına qarşı edilən bu davranışın haqsız olduğunu dilə gətirirdi.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər