RSS
 

Login:
Şifrə:
» » Qurani-Kərimdə adı çəkilən canlılar

Xəbər lenti

Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...
BEHİŞTƏ DAXİL OLACAQ İLK ŞƏXS KİMDİR?
BEHİŞTƏ DAXİL OLACAQ İLK ŞƏXS KİMDİR?...
ANADAN ƏZİZ, YENƏ ANADIR!
ANADAN ƏZİZ, YENƏ ANADIR!...
Peyğəmbəri-Əkrəm (s) Xanım Zəhra (ə.a) və onun başına gətiriləcək müsibətlərdən danışır
Peyğəmbəri-Əkrəm (s) Xanım Zəhra (ə.a) və onun başına gətiriləcək müsibətlərdən danışır...
Sədəqələrinizi riyakarlıq və minnətlə puç etməyin
Sədəqələrinizi riyakarlıq və minnətlə puç etməyin...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam





Online SMS Yaz!
Online Sms:

Qurani-Kərimdə adı çəkilən canlılar

 
Müəllif: Admin | Bölmə: Qurani-Kərim | Vaxt: 3-07-2018, 18:46 | Şərh sayı: (0) | Baxılıb: 113

Qurani-Kərimdə adı çəkilən canlılar


Qurani-Kərimdə adı çəkilən canlılarQurani-Kərim qiyamətə kimi öz aktuallığını itirməyən, bəşəriyyəti həqiqətə doğru hidayət edən bir kitabdır. Bu müqəddəs kitabdakı mənalar öz əhatə dairəsinin genişliyi, obraz zənginliyi və təsir gücü ilə insanı heyrətə salır. Maraqlı mövzulardan biri də Qurani-Kərimdə hansı canlıların (heyvanların) adının çəkilməsidir.

Allahın Kitabını vərəqlədikcə, onun səhifələrində 25 canlının adının çəkildiyinin şahidi oluruq. Bu canlılardan bəziləri müəyyən hadisələrin əsas və ya köməkçi qəhrəmanı olmaq etibarilə, həmin hadisənin əhatəli və təsirli şəkildə təsvir olunmasına yardım göstərir. Bəzi canlılar isə süjet xəttindən kənar, müstəqil şəkildə təqdim edilir; bunun məqsədi insanlara ibrət vermək, hər hansı mühüm mesajı ötürməkdir. Canlılar öz quruluşları, ölçüləri, fəaliyyətləri ilə bəşərə dərs verir və Allahın ayəti (əlaməti, nişanəsi) olaraq çıxış edirlər.

Qurani-Kərimin bir neçə surəsi də canlıların adını daşıyır:

“Nəml” (qarışqa), “Nəhl” (arı), “Ənkəbut” (hörümçək), “Bəqərə” (inək), “Fil”, “Adiyat” (iti qaçan atlar), “Ənam” (ev heyvanları).



1. Şanapipik (hüdhüd quşu).

Həzrət Süleyman Peyğəmbərlə (ə) bağlı bir qissədə şanapipik Səba diyarından və oranın məlikəsi Bilqeysdən (Bəlqisdən) həzrətə xəbər gətirir: “Sonra (Süleyman) quşları yoxlayıb dedi: “Hüdhüdü (şanapipiyi) niyə görmürəm? Yoxsa o burada yoxdur?” (Nəml, 20).

2. Bildirçin (səlva).

Bəni-İsrail xalqı Həzrət Musa Peyğəmbərin (ə) başçılığı altında vəd olunmuş Kənan torpağına qayıdarkən səhrada dolaşdığı müddət boyunca Allah-Taala onlara səmadan iki cür möcüzəvi qida – mənn (halva) və bildirçin endirdi. Quranda həmin hadisə bu şəkildə xatırlanır: “Ey İsrail oğulları! Sizi düşməninizdən (Fironun əlindən) xilas etdik. (Tövratın nazil olması üçün) sizə Tur dağının sağ tərəfini vəd buyurduq. Sizə (göydən) qüdrət halvası və bildirçin endirdik!” (Taha, 80).

3. Qarğa.

Həzrət Adəm Peyğəmbərin (ə) oğlu Qabil qardaşı Habili öldürdükdən sonra onun cəsədini necə gizlətmək barədə düşünərkən Allah bir qarğanın vasitəsilə ona dərs verir. Qabilin gözü qarşısında iki qarğa dalaşır, qarğalardan biri o birini dimdiyi ilə vurub öldürür, sonra yerdə bir çuxur qazıyıb ölü qarğanın cəmdəyini ora atır və üstünü torpaqlayır. Qabil bu hadisəni seyr etdikdən sonra qəbir qazıyıb qardaşını dəfn edir. Beləcə, yer üzündə ilk insan dəfnini bəşərə qarğa öyrədir: “Sonra Allah qardaşının cəsədini necə basdırmağı ona göstərmək üçün yer eşən bir qarğa göndərdi. (Qabil) dedi: “Vay halıma! (Gör nə günə qalmışam!) Bu qarğa qədər olub qardaşımın cəsədini də basdıra bilmərəm?” O, artıq peşman olmuşdu” (Maidə, 31).

4. Arı.

Arı Allahın yer üzündə nişanələrindən biri, öz həyatı, Allaha itaəti ilə insanlara öyüd verən məxluqudur: “Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: “Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda (evlərin damında, üzümlüklərdə) özünə evlər tik (pətəklər sal)” (Nəhl, 68). Qeyd edək ki, bu ayənin yer aldığı 16-cı surənin adının tərcüməsi “arı” deməkdir.

5. Kəpənək.

Allah-Taala qiyamət günündə insanların dəhşətini təsvir etmək üçün onları hər tərəfə səpələnən kəpənəklərə bənzədir: “O gün insanlar kəpənək kimi ətrafa səpələnəcək” (Qariə, 4).

6. Ağcaqanad.

Qurani-Kərimdə ağcaqanad ən xırda həşəratlardan biri olmaq etibarilə Allahın qüdrətinin bir nişanəsi kimi xatırlanır: “Əlbətdə, Allah (Quranda) ağcaqanadı və ya ondan daha böyüyünü misal gətirməkdən çəkinməz...” (Bəqərə, 26).

7. Milçək.

Müşriklərin inandıqları Allahdan başqa xəyali tanrılar milçəyə bənzər xırda bir məxluqu yaratmağa da acizdirlər “Ey insanlar! Bir məsəl çəkildi, ona qulaq asın! Şübhəsiz ki, Allahdan qeyri ibadət etdiyiniz bütlər heç bir milçək də yarada bilməzlər – lap hamısı bunun üçün bir yerə yığışsa belə! Əgər milçək onlardan (bütlərin üstündə olanlardan) bir şey götürüb aparsa, onu milçəkdən geri ala bilməzlər. İstəyən də aciz, istənilən də!” (Həcc, 73).

8-10. Çəyirtkə, bit-birə və qurbağa.

Quranda bu canlıların adı Firon qövmünə Allahın göndərdiyi bəlaların sırasında çəkilir: “Biz ayrı-ayrı möcüzələr üzrə onlara tufan, (əkinlərinə) çəyirtkə və bit-birə, (evlərinə, yeməklərinə) qurbağa və (çeşmələrinə, kəhrizlərinə) qan göndərdik. Onlar yenə də (iman gətirməyi) özlərinə sığışdırmayıb kafir bir tayfa oldular” (Əraf, 133).

Çəyirtkənin adına daha bir dəfə də, qiyamət səhnəsinin təsvirində rast gəlirik: “Onlar (o gün) gözlərini zəlilanə aşağı tikib (ətrafa) səpələnmiş çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar” (Qəmər, 7).

11. Qarışqa.

Bu zəhmətkeş canlı Həzrət Süleymanın (ə) qoşununun hərəkəti zamanı özünü müdafiə etməyi bacaran bir varlıq kimi təqdim edilir: “Nəhayət, onlar qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa (qarışqaların padşahı) dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi (ayaqları altında) basıb əzməsinlər!” (Nəml, 18). Qeyd edək ki, bu ayənin yr aldığı surənin adı da ərəb dilində “qarışqa” deməkdir.

12. Hörümçək.

Ən zərif məfhumlardan biri olan hörümçək toru Quranda Allahdan başqasına arxayın olmağın və imansız həyat sürməyin timsalı kimi göstərilir: “Allahdan başqa özlərinə dost (hami) qəbul edənlər özünə yuva qurmuş hörümçəyə bənzəyirlər. Evlərin ən zəifi isə, şübhəsiz ki, hörümçək yuvasıdır. Kaş biləydilər!” (Ənkəbut, 41). Bu surə də öz adını həmin canlının – höümçəyin adından götürüb.

13. Balina (naqqa balığı).

Qurani-Kərimdə Həzrət Yunus Peyğəmbərin (ə) qissəsində bu canlının adı çəkilir. Balina Həzrət Yunusu (ə) udmuş, bir müddət qarnında gəzdirmiş və sağ-salamat quruya çıxarmışdı: “(Yunus) özünü qınayarkən (dənizə atılarkən) balıq onu udmuşdu. Əgər o, (Allahı) çox təqdis edənlərdən (namaz qılanlardan) olmasaydı, yəqin ki, balığın qarnında qiyamət gününə qədər qalardı” (Saffat, 142-144).

14. Qoyun.

Qurani-Kərimin “Sad” surəsində Həzrət Davud Peyğəmbərin (ə) yanına gəlmiş və mübahisəli məsələni həll etməsini ondan istəmiş şəxslərin qissəsində qoyunun adı çəkilir və bu canlı həmin şəxslərin mübahisə obyekti olaraq təqdim edilir: “(Onlardan biri dedi: ) “Bu mənim (din) qardaşımdır. Onun doxsan doqquz dişi qoyunu, mənim isə bircə dişi qoyunum vardır. Belə bir vəziyyətdə: “Onu mənə ver!” – dedi və mübahisədə məni məğlub etdi” (Sad, 23).

15. Keçi.

Müqəddəs kitabda şəriətə görə əti yeyilən ev heyvanları sadalanarkən inək, qoyun və dəvə ilə yanaşı keçi də xatırlanır: “(Allah o heyvanları) səkkiz cüt yaratdı: (erkək və dişi olmaq üzrə) bir cüt qoyun və bir cüt keçi...” (Ənam, 143).

16. İnək.

Quranın eyniadlı 2-ci surəsində (“Bəqərə” surəsi) Həzrət Musa Peyğəbərin (ə) zamanında baş vermiş bir hadisənin təsvirinin gedişində inəyin adına rast gəlirik. Allahın əmri ilə kəsilmiş inək günahsız yerə öldürülmüş bir cavanın qatilini tapmağa vasitə oldu: “Yadınıza gətirin o vaxtı ki, Musa öz qövmünə: “Allah sizə bir inək kəsmənizi əmr edir!” – dedi. Onlar isə: “Bizi məsxərəyəmi qoyursan?” – dedilər”. (Musa da:) Allah Özü məni cahil olmaqdan saxlasın!” – dedi” (Bəqərə, 67).

17. Fil.

Həzrət Mühəmməd Peyğəmbərin (s) doğulduğu il Kəbəni dağıtmaq niyyəti ilə Məkkə üzərinə hücum etmiş və özü ilə zirehli döyüş filləri gətirmiş Əbrəhənin qoşunu Allahın möcüzəsi nəticəsində əbabil quşlarının atdığı daşlarla məhv oldu. Bu hadisə Quranın “Fil” surəsində gözəl şəkildə canlandırılır: “Məgər Rəbbinin fil sahiblərinə nələr etdiyini görmədinmi?! Məgər (Rəbbin) onların hiyləsini boşa çıxartmadımı?! Onların üstünə qatar-qatar quşlar (əbabil quşları) göndərdi. (O quşlar) onlara bişmiş gildən düzəlmiş (möhkəm xırda) daşlar atırdı. (Rəbbin) onları (həşərat tərəfindən) yeyilmiş əkin yarpağına (saman çöpünə) döndərdi!” (Fil, 1-5).

18. Dəvə.

Qurani-Kərimdə dəvə Allah-Taalanın qüdrətinin bir nişanəsi olaraq insanlara göstərilir: “Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır?” (Ğaşiyə, 17).

Daha bir ayədə də dəvənin adına rast gəlirik. İri cüssəli heyvan olan dəvənin iynə gözündən keçməsi nə qədər qeyri-mümkün işdirsə, günahkar kafirlərin də cənnətə düşmə ehtimalı o qədər qeyri-mümkündür. Quran bu barədə buyurur: “Ayələrimizi yalan hesab edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz və dəvə iynənin gözündən keçməyənə qədər onlar da Cənnətə daxil ola bilməzlər. Biz günahkarlara (müşriklərə və kafirlərə) belə cəza veririk!” (Əraf, 40).

19. At.

Həm minik, həm döyüş, həm də yükdaşıma vasitəsi olaraq mühüm əhəmiyyət kəsb edən at Quranda adı çəkilən canlılar sırasındadır. Quranın “Adiyat” surəsində, surənin adının mənasına uyğun olaraq, iti qaçan at ilxısından söz açılır və Allah-Taala bu canlıya bir neçə dəfə ardıcıl olaraq and içir: “And olsun (cihad zamanı) tövşüyə-tövşüyə qaçan atlara. And olsun (dırnaqları ilə daşdan) qığılcım qoparan atlara. And olsun sübh çağı hücum edən atlara. And olsun o vaxt (və ya o yerdə) toz-duman qopardan atlara. Sonra da onunla (tozanaqla) dəstəyə (düşmən dəstəsinə) təpinən atlara” (Adiyat, 1-5).

20. Uzunqulaq.

Uzunqulaq ən dözümlü yük və minik heyvanı olmaq etibarı ilə diqqətdən kənarda qalmayıb: “Sizin minməyinizdən ötrü, həm də zinət üçün atı, qatırı və uzunqulağı O yaratdı...” (Nəhl, 8).

Hikmətli Loğmanın nəsihətlərində uzunqulağın səsi ən çirkin səs kimi təsvir edilir: “Yerişində müvazinət gözlə və (danışında) səsini qaldırma. Çünki ən çirkin səs uzunqulaq səsidir!” (Loğman, 19).

21. İlan.

Həzrət Musa Peyğəmbər (ə) Misir kahinləri ilə mübahisə zamanı əlindəki əsanı yerə atmış və əsa nəhəng ilana dönmüşdü: “(Musa) əsasını (yerə) atan kimi o, dərhal açıq-aşkar bir ilan (əjdəha) oldu” (Şüəra, 32).

22. Meymun.

Quran təbirinə görə Allahın əmrlərini pozmuş və şənbə gününün ehtiramını tapdalamış yəhudi qövmünün bir hissəsi lənətə düçar olaraq meymuna dönmüşdü: “Həqiqətdə siz bilirsiniz ki, içərinizdən bəzi kəslər şənbə günü haqqında olan əmrdən kənara çıxdılar. Biz də onlara: “(Zəlil və) həqir meymunlar olun!” – dedik” (Bəqərə, 65).

23. Donuz.

Donuz əti mütləq mənada murdar və haram ətdir, Qurani-Kərim də onu bu şəkildə tanıtdırır: “O (Allah) sizə ölmüş heyvanı, (axar) qanı, donuz ətini və Allahdan başqasının adı ilə kəsilənləri (yeməyi) qəti haram etmişdir” (Bəqərə, 173).

24. Canavar.

Həzrət Yusifi (ə) quyuya atan qardaşları öz atalarına yalan danışaraq, guya Yusifi (ə) canavar parçaladığını söylədilər: “Onlar axşamüstü ağlaya-ağlaya atalarının yanına gəldilər və dedilər: “Ata! Biz bir-birimizlə yarışmaq üçün (səhraya) getmişdik və Yusifi şeylərimizin yanında qoymuşduq. Bir də xəbər tutduq ki, qurd onu yemişdir. İndi biz doğru danışsaq da, sən bizə inanmayacaqsan!” (Yusif, 16-17).

25. İt.

Quranda adı çəkilən heyvanların siyahısını it tamamlayır. Zalım hökmdarın əlindən qaçaraq mağarada gizlənmiş və 300 il yuxuya getmiş yeddi cavana bir çoban iti də qoşulmuşdu. Qurani-Kərimdə bu barədə buyurulur: “...Onların iti də iki əlini (qabaq pəncələrini mağaranın) astanasına uzadıb yatmışdı...” (Kəhf, 18).



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Seyyid Peyman - En insan
Seyyid Peyman - Zeynəb Zeynəb
Hacı Sahib - Səfərdə olanın orucu
Hacı Sahib - Oruc tutan su içə bilər?
Hacı Sahib - Dəstəmazın danışması
Rusif Ucar - Üsyan
Hacı Sahib - İntizar
Hacı Sahib - İntizar çəkmək
Hacı Sahib - Kiçik günahı unutmaq
Hacı Şahin - Dini ehtiyac
Hacı Şahin - Diqqət eləmək
Hacı Şahin - Din təbliğ etmək
Hacı Eldayaq - Allah üçün
Hacı Eldayaq - Allahı unuduruq
Hacı Eldayaq - Allahımızı ucuz satırıq
Azərbaycan İlahi nəğmələr qrupu Hacı Möhübbət - Şah səlamun aleyk
Azərbaycan İlahi nəğmələr qrupu - Ağam Əbəlfəz
Azərbaycan İlahi nəğmələr qrupu - Əli kimdir
Seyyid Peyman - Şah salamun aleyk
Hacı Sahib - Şəban ayının əməlləri
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor