Atatürk və İslam |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 14-11-2019, 17:46 | Şərh sayı: (2) | Baxılıb: 1159
Atatürk və İslam

Bir çıxışında (çıxışın videoyazısı da vardır) "Bizim qanunlarımız göydən gəldiyi zənn edilən doqmalardan deyil, həyatdan alınmışdır" deyir. Doqma dedikdə nəyi nəzərdə tutduğu məlumdur.
Türkiyə Tarix Qurumuna yazdığı məktubda (öz xəttilə mövcuddur) "İkra Bismi Rabbikə səfsətəsinə inanan ərəblər" deyə bir cümlə işlədir. İkra Bismi Rabbikə cümləsi Quranın ilk nazil olan ayəsidir və buna cəfəngiyyat deyir.
Çanaqqala döyüşü zamanı bir fransız qadına yazdığı məktubda İslamın ancaq kişilərə vəd verdiyini, qadınlara heçnə vəd etmədiyini və bunun qadın üçün dəhşətli olduğunu qeyd edir.
Kazım Qarabəşir Paşaya Quranı tərcümə etdirərkən deyir ki, "Bunu tərcümə et ki, insanlar necə bir səfsətəyə inandığını anlasın." Kazım Qarabəşir bunu öz xatirələrində qeyd edir.
Bunun kimi tonla dəlil gətirmək olar ki, Atatürk nəin ki müsəlman olub, hətta İslama qarşı bir antipatiyası mövcud olub. Bunun ən aydın nümunəsi onun dövründə çap edilən tarix kitablarıdır. Həmin kitablarda İslam Peyğəmbəri "karvanbasan quldur" kimi təqdim edilir. Həmin kitabları tapmaq mümkündür.
Xülasə, Atatürkün müsəlman olmadığı olduqca dəqiq bir məsələdir, lakin hansısa səbəblərdən bəzi şəxslər onu zorla müsəlman kimi təqdim edir. Müsəlman olmasa belə, əqidəsinin tam olaraq nə olduğu soruşulsa, düşünürəm ki, ateist idi. Çünki öz yazılarında "ilk insanların təbiətdən qorxaraq Allahı icat etdiyini" deyir. Bu haqda ateist fəlsəfəşünas Ağalar Məmmədovun "Aşma" kitabında da oxuya bilərsiniz.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər