RSS
 

Login:
Şifrə:
» » İmam Cəfər Sadiq (ə) niyə xilafəti ələ keçirmədi?

Xəbər lenti

Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...
BEHİŞTƏ DAXİL OLACAQ İLK ŞƏXS KİMDİR?
BEHİŞTƏ DAXİL OLACAQ İLK ŞƏXS KİMDİR?...
ANADAN ƏZİZ, YENƏ ANADIR!
ANADAN ƏZİZ, YENƏ ANADIR!...
Peyğəmbəri-Əkrəm (s) Xanım Zəhra (ə.a) və onun başına gətiriləcək müsibətlərdən danışır
Peyğəmbəri-Əkrəm (s) Xanım Zəhra (ə.a) və onun başına gətiriləcək müsibətlərdən danışır...
Sədəqələrinizi riyakarlıq və minnətlə puç etməyin
Sədəqələrinizi riyakarlıq və minnətlə puç etməyin...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam





Online SMS Yaz!
Online Sms:

İmam Cəfər Sadiq (ə) niyə xilafəti ələ keçirmədi?

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 2-08-2017, 12:17 | Şərh sayı: (0) | Baxılıb: 175

İmam Cəfər Sadiq (ə) niyə xilafəti ələ keçirmədi?


İmam Cəfər Sadiq (ə) niyə xilafəti ələ keçirmədi?İmam Cəfər Sadiqin (ə) həyat və fəaliyyətində maraq doğuran cəhətlərdən biri Əməvilərlə Abbasilər arasında baş verən hakimiyyət savaşında o həzrətin göstərdiyi mövqedir. Hicri 132-ci (miladi 749-cu) ildə Peyğəmbərin (s) əmisi Abbas ibn Əbdülmüttəlibin nəslindən olan Abbasilər sülaləsi Əməviləri hakimiyyətdən salıb xilafətə yiyələndi.

Abbasilər hakimiyyəti ələ keçirmək üçün Ali-Məhəmmədin (s) razılığını qazanmaq şüarından istifadə edirdilər. Yəni hərəkat qələbə ilə başa çatdıqdan sonra Peyğəmbər nəslindən hər kim hakimiyyətə təyin olunsa, bütün hərəkat iştirakçıları onu qəbul etməli idilər. Abbasilər bununla hərəkatı sığorta etmiş olurdular; çünki əgər hərəkat hər hansı konkret şəxsi hakimiyyətə gətirmək uğrunda aparılsaydı, həmin şəxsin aradan götürülməsi ilə hərəkat da məhv olardı. Həm də bu halda həmin şəxsin rəqibləri hərəkatla müxalifətdə ola bilərdilər. Halbuki, konkret ad çəkmədən, Ali-Məhəmmədin (s) haqqını özünə qaytarmaq şüarı altında aparılan mübarizədə bütün qüvvələr yekdil şəkildə iştirak edirdi. Təbliğat proqramının əsas mövzuları ərəblərlə qeyri-ərəblərin bərabərliyi, Əhli-beytin fəzilətləri, onların qəsb olunmuş hüquqlarının tanıtdırılması və Əməvilərin iç üzünün ifşası idi.

Abbasilər Ali-Mühəmməd amilini irəli sürməklə şiələri və xüsusilə də İmam Mühəmməd Baqirlə (ə) İmam Cəfər Sadiqi (ə) özlərinə tərəf çəkmək, onların nüfuzundan istifadə etmək istəyirdilər. Lakin məsum imamlar iki zalım sülalənin mübarizəsinə qoşulmadılar və öz tərəfdarlarına da bu icazəni vermədilər. İmamlar aydın şəkildə başa düşürdülər ki, Abbasilərin məqsədi heç də Əhli-beytin intqamını almaq və hakimiyyəti Əhli-beytə təhvil vermək deyil. Abbasilər özləri xilafət taxtına göz dikmişdilər, bu məqsəd naminə hər imkandan faydalanmağa razı idilər. Tarix göstərdi ki, Abbasilər hakimiyyəti ələ keçirəndən qısa müddət sonra ən əsas yardımçılarını, onları hakimiyyətə gətirmiş Əbu Müslim Xorasani, Əbu Sələmə kimi liderləri xəyanətlə aradan götürdülər…

Abbasi təbliğatının başçıları arasında Əbu Sələmə xüsusi seçilirdi. Hələ bir neçə il əvvəldən Kufədə Əməvilər əleyhinə çıxışlara gizli rəhbərlik edən Əbu Sələmənin əsil adı Həfs ibn Süleyman Xəllal idi. “Xəllal” ərəb dilindən tərcümədə “qılınc qını düzəldən” və ya “sirkəçi” deməkdir. Tarixçilər Əbu Sələməyə qılınc qını ustası olduğuna, ya da Kufənin sirkəçilər məhəlləsində yaşadığına görə bu ləqəbin verildiyini yazırlar. Əbu Sələmə kifayət qədər varlı idi və sərvətini Abbasi təbliğatına sərf edirdi. Qayınatası Bükeyr ibn Mahanın vəfatından sonra Kufədə hərəkatın liderliyi ona keçmişdi...

Abbasilərə sadiq olan ordu Kufə kənarında düşərgə qurub yeni əmrləri gözləyirdi. Bu arada sonuncu Əməvi xəlifəsi Mərvan Himar Şamda nəzarət altında saxladığı Abbasi lideri İbrahim ibn Məhəmmədi qətlə yetirdi. İbrahim Həzrət Mühəmməd Peyğəmbərin (s) əmisi Abbasın nəvəsinin nəvəsi idi. Ölümündən qabaq İbrahim qardaşı Əbül-Abbas Səffahı (birinci Abbasi xəlifəsini) öz yerinə canişin təyin etdi. Abbasi sülaləsinin digər nümayəndələri növbənin onlara çatacağını dərk edərək Mərvanın əlindən qaçmağı qərara aldılar. Əbül-Abbas 17 nəfər yaxın qohumu ilə birlikdə gizlicə Kufəyə gəldi. Onlar hicri 132-ci ilin səfər ayında (miladi 749, sentyabr-oktyabr) Kufəyə çatdılar. Əbu Sələmə gələnləri şəhərdə hamıdan gizli bir evdə yerləşdirdi və heç kimə bu barədə məlumat vermədi. 40 gün Abbasilərlə onlara sadiq olan ordu bir-birindən xəbərsiz qaldı. Nə Əbül-Abbas ordunun Kufə ətrafında düşərgə qurduğundan xəbər tutdu, nə də ordu onun Kufədə olduğunu bildi.

Bu 40 gün ərzində Kufədə Abbasi təbliğatına rəhbərliyi Əbu Sələmə demək olar ki, təkbaşına icra edirdi. Yetişmiş və öz sahibini gözləyən hakimiyyət meyvəsini kimə vermək məsələsi onu çox düşündürürdü. Elə bu məqsədlə Əbu Sələmə Əbül-Abbasın gəlişini hamıdan gizli saxlayırdı. Bununla imkan qazanmaq istəyirdi ki, hakimiyyəti istədiyi şəxsə asanlıqla ötürə bilsin.

Keçən 40 gün ərzində Əbu Sələmənin rəftar və davranışı tarixçilər arasında mübahisələr doğurmuşdur. Bir tərəfdən, Əbu Sələmə Abbasi sülaləsinin müdafiəçisi və yardımçısı kimi çıxış etdiyi üçün Abbasi hökumətinə tərəfdar olması fikri güclü görünür. Digər tərəfdən, Əbu Sələmənin hakimiyyəti Abbasilərə verməzdən əvvəl Əli övladlarına təklif etməsi faktı bunu ehtimal etməyə imkan verir ki, o, əslində Həzrət Əlinin (ə) nəslindən olanları xilafətə gətirmək istəyirmiş...

Əbu Sələmə İmam Əli (ə) nəslindən olan və Bəni-Haşimin ən nüfuzlu şəxslərindən sayılan üç nəfərə məktub yazaraq, hakimiyyəti qəbul etməyi onlara təklif etdi. Bu üç nəfərin biri Həzrət İmam Cəfər Sadiq (ə), ikincisi İmam Həsənin (ə) nəvəsi Abdullah Məhz, üçüncüsü isə İmam Zeynül-abidinin (ə) oğlu Ömər idi. Əbu Sələmə məktubları qasidə verən zaman tapşırdı ki, əvvəlcə İmam Sadiqin (ə) hüzuruna getsin. Əgər İmam Sadiq (ə) razılıq cavabı versə, qalan iki məktubu cırıb atsın və geri qayıtsın. Əgər İmam razı olmasa, qasid Abdullah Məhzin yanına gedib, məktubu ona təqdim etsin. Abdullah “hə” cavabı versə, Ömərə çatacaq məktubu cırıb atsın. Əgər Abdullahdan da mənfi münasibət görsə, qasid Ömərə müraciət etsin.

Əbu Sələmənin qasidi İmam Cəfər Sadiqin (ə) yanına gedib naməni ona təqdim etdi. İmam heç məktubu açıb oxumadan yandırdı. Qasid cavab tələb edəndə həzrət buyurdu: “Mənim cavabımı gördün”.

Vəziyyəti belə görən qasid bu dəfə Abdullah Məhzə üz tutdu. Abdullah məktubun məzmunu ilə tanış olan kimi durub məsləhət üçün İmam Sadiqin (ə) hüzuruna getdi və söylədi: “Bu məktubu mənə Əbu Sələmə yollayıb, məni xəlifə olmağa çağırır. Məktubu mənə xorasanlı tərəfdarlarımız gətiriblər”. (Xorasan Abbasilərin əsas dayağı idi. Bu bölgənin əhalisi Əməvilərə düşmən münasibət bəsləyirdi. Kufə yaxınlığında düşərgə salmış qoşunun da əksəriyyətini xorasanlılar təşkil edirdilər). İmam onun sözlərini eşidəndə buyurdu: “Xorasanlılar nə vaxtdan sənin tərəfdarların olublar? Məgər Əbu Müslimi (Abbasi sərkərdəsini) Xorasana sən göndərmisən?! Xorasanlılar arasında heç olmazsa, bir kimsəni tanıyır, bir nəfərin adını bilirsənmi? Tanımadığın adamlar necə sənin tərəfdarın ola bilərlər?” Abdullah İmam Sadiqin (ə) mənfi münasibətini görəndə, qasidə rədd cavabı verdi. Qasid İmam Zeynül-abidinin (ə) oğlu Ömərdən də “yox” cavabı aldı. Beləliklə, Əbu Sələmənin Əli (ə) övladlarına müraciəti uğursuzluqla nəticələndi.

Həzrət Sadiq (ə) misilsiz uzaqgörənliyi və imamət zəkası ilə görürdü ki, Abbasilər tərəfindən başlanmış hərəkatın məqsədi hakimiyyəti Peyğəmbər tərəfindən elan edilmiş imamlara təhvil vermək deyil. Abbasilər sadəcə olaraq, xilafəti ələ keçirmək və səltənət sahibi olmaq uğrunda çalışırlar. Hətta Əbu Sələmə nə qədər çalışsa belə, hərəkatın digər başçıları hakimiyyət kürsüsünü Əli (ə) nəslinə verməyə heç zaman razı olmazlar. Abbasilər öz məqsədlərinə çatana kimi Əhli-beytin adından istifadə edirdilər. Dar dünyagörüşünə malik, avam şəxslər həqiqətən Əli (ə) övladlarının hakimiyyətə gətiriləcəyinə inanırdılar. Lakin Abbasilər, onların qabağını kəsən hər bir adamı aradan götürməyə qadir olan qəddar bir qüvvə idilər. İmam Sadiq (ə) başa düşürdü ki, əgər özü və yaxınları bu hərəkata qoşulsalar, Abbasilərin əlində oyuncağa çevriləcəklər. Bu zalım qüvvə rəhbərliyi ələ keçirən kimi öz rəqiblərini amansızlıqla aradan götürəcək. Buna görə də İmam Cəfər Sadiq (ə) nə özü Abbasi dəvətinə qoşulmuş, nə də ona tabe olan qüvvələrə bu hərəkatda iştirak etmək icazəsi vermişdi.

Əbu Sələmə 40 gün Abbasi liderlərini və qoşunu bir-birindən xəbərsiz halda saxladı. Nəhayət, hərəkat iştirakçılarından biri İbrahim ibn Mühəmmədin qulu ilə təsadüfən rastlaşaraq hadisələrdən xəbər tutdu. Tezliklə bütün düşərgəyə məlum oldu ki, İbrahim artıq həyatda yoxdur, qardaşı Əbül-Abbas vəsiyyətə əsasən onun yerini tutub və hal-hazırda Əbül-Abbas Kufədədir.

Qısa vaxt ərzində əsgərlər Əbül-Abbasın Kufədəki yerini öyrənib onu tapdılar. Xəlifəyə beyət mərasimi başlandı. Əbu Sələmə vəziyyətin dəyişdiyini görəndə Əbül-Abbasın hüzuruna gəlib onu bağışlamasını xahiş etdi. Əbül-Abbas Səffah Əbu Sələməyə qarşı kinini gizlədərək, zahirdə onu bağışladı və öz vəziri təyin etdiyini bildirdi...

Lakin xəlifə Əbu Sələmənin xəyanətini unutmamışdı. Zahirdə onu bağışladığını göstərsə də, ürəyində dərin kin-küdurət iz salmışdı. Səffah başa düşürdü ki, Əbu Sələmə istənilən an əlindəki qüdrətdən istifadə edərək hakimiyyəti ondan ala və başqasına ötürə bilər. Buna görə də yeni xilafətin güclü və təhlükəli fiqurunu məhv etmək lazım idi. Əbül-Abbas Səffah hakimiyyətə gələndən cəmi 4 ay sonra Əbu Sələməni gizli şəkildə qətlə yetirdi...



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Seyyid Peyman - En insan
Seyyid Peyman - Zeynəb Zeynəb
Hacı Sahib - Səfərdə olanın orucu
Hacı Sahib - Oruc tutan su içə bilər?
Hacı Sahib - Dəstəmazın danışması
Rusif Ucar - Üsyan
Hacı Sahib - İntizar
Hacı Sahib - İntizar çəkmək
Hacı Sahib - Kiçik günahı unutmaq
Hacı Şahin - Dini ehtiyac
Hacı Şahin - Diqqət eləmək
Hacı Şahin - Din təbliğ etmək
Hacı Eldayaq - Allah üçün
Hacı Eldayaq - Allahı unuduruq
Hacı Eldayaq - Allahımızı ucuz satırıq
Azərbaycan İlahi nəğmələr qrupu Hacı Möhübbət - Şah səlamun aleyk
Azərbaycan İlahi nəğmələr qrupu - Ağam Əbəlfəz
Azərbaycan İlahi nəğmələr qrupu - Əli kimdir
Seyyid Peyman - Şah salamun aleyk
Hacı Sahib - Şəban ayının əməlləri
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor